Məhkəmə qərarları › İş №2(102)-3086/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3086/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3086/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə və “Təhsil Şurası” X5rşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-hökümət təşkilatları arasında mübahisələr, ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən i barət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə və “Təhsil Şurası” X5rşı “ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apllyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2476/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Təhsil Şurası” İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhs il Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən Birlik xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 144 nəfərdir. Qurumun icra orqanı idarə heyətidir. Qurumun icra orqanının tərkibi, idarə heyətinin üzvləri: X11 (sədr), X12 (sədr müavini) və X7 (katib) ibarətdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanının hazırki tərkibi, Cavabdeh1 (sədr), X24 (sədr müavini), Əsədov Seyyub əsəd oğlundan, X8 (digər üzvlər) və X7 (katib) ibarətdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanı olan İdarə Heyətinin sədri Cavabdeh1, sədr müavinləri X48, X28, X38, X18r. Həmiçinin, birliyin 19 üzvü var, X2. 4. “Təhsil Şurası” İctimai X35 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdə, saat 19-00-da “Təhsil Şurası” X61 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara alınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təq dim edilmiş nömrələrdən birinə SMS və ya votsap vasitəsi ilə göndərilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. 5. “Təhsil Şurası” İctimai X35 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2022-ci il tarixdə, saat 12-00-da “Təhsil Şurası” X61 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara alınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təqdim edilmiş nömrələrdən birinə SMS və ya votsap vasitəsi ilə göndərilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. 6. “Tə hsil Şurası” İctimai X35 1 nömrəli, xx.xx.2021-ci il tarixli iclasının protokoluna və protokoldan çıxarışa əsasən X62 Yığıncağının həmin tarixdə keçirilmiş iclasının gündəliyinə daxil edilmiş 4-cü məsələ üzrə qəbul edilmiş qərara əsasən İctimai Birliyinin 40 nəfər üzvü, o cümlədən İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə Respublika “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən xaric edilmişlər. 7. “Təhsil Şurası” X45 Yığıncağının xx.xx.2022-ci il tarixli, 1 nömrəli iclas protokoluna əsasən Ümumi Yığıncağın gündəliyinə 7 məsələ, o cümlədən

1. Təhsil Şurası” X61 Heyətinin sədrinin 2021-ci ildə görülmüş işlərlə bağlı hesabatı; – ”Təhsil Şurası” X45 Yığıncağı nın xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması); -. xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyətinin sədrinin, sədr müavininin və katibinin istefa ərizələrinə baxılması; - “Təhsil Şurası” İctimai X35 yeni tərkibinin açıq səsvermə yolu ilə seçilməsi (5.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə və səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir); - “Təhsil Şurası” X61 Heyətinin sədri, sədr müavinləri və katibinin 5 il müddətinə seçilməsi (5.10. İdarə heyətinin sədri, müavinləri və katibi X46 tərəfindən aç ıq səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir); - “Təhsil Şurası” X34-Təftiş Komissiyasının yeni tərkibinin və sədrinin açıq səsvermə yolu ilə seçilməsi (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakəlar aiddir: Birliyin NTKnın və onun say tərkibinin açıq səsvermə ilə müəyyənləşdirilməsi); -Cari məsələlər daxil edilmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2716/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X17 iddiası təmin edilmiş, Təhsil Şurası ictimai X35 xx.xx.2018-ci il tarixli, 1 nömrəli və xx.xx.2018-ci il tarixli, 2 nömrəli iclas protokolları etibarsız hesab edilmiş və həmin iclasların nəticələri ləğv edilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 nömrəliı, 13 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Ca vabdeh1 cavabdehlər X29, “Təhsil Şurası” İctimai Birliyinə, X49 və Axundova Sevda Hidayət qızına qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “protokolun və yekun qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-677/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 nömrəli, 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, “Təhsil Şurası” X45 Yığıncağının xx.xx.2019-cu il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4454/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdehlər “Təhsil Şurası” İctimai Birliyinin, X25, X41 və Axundova Sevda Hidayət qızının kassasiya şikayəti təmin edilməmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilmiş, “Təsil Şurası” X45 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən cavab deh “Təhsil Şurası” İctimai X35 sədri Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar cavabdehlərə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təhsil Şurası” X45 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İctimai Birlik 20 il öncə, yəni xx.xx.2001-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək, qeyri kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Birliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasında Təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, pedaqoji və elmi pedaqoji kadr hazırlığının, ixtisasartırma və yenidən hazırlanmanın, pedaqoqika və psixologiya elmlərinin milli və ümumbəşəri dəyərlər, qabaqcıl dünya elmi-nəzəri fikir və təcrübi nailiyyətləri nəzərə alaraq demokratik və humanist prinsiplərlə inkişafına nail olmaqdır. Birliyin Nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X47 sədri, X6 Heyətinin səd r müavini və X4 Heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birliyin 144 üzvü olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə Birliyin növbəti Ümumi Yığıncağı keçirilmiş və həmin Yığıncağın nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. Birliyin üzvü Samir Mehdizadə xx.xx.2019-cu il tarixli Ümumi Yığıncağın protokolunu və onun əsasında qəbul edilmiş qərarları mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-677/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında qeyd olunan protokol və onun əsasında qəbul edilmiş qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Daha sonra Cavabdeh1 X55çiliyini öz əlinə keçirtmək və öz maraqları ü çün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox ictimai Bbrliyin üzvü olmayan şəxsin iştirakı ilə iclas keçirdərək, xx.xx.2021-ci il tarixində ümumi yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. Daha sonra, xx.xx.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Cavabdeh1 sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. X45 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə tərəflərindən iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaları təmin edilmiş və X45 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarları etiba rsız hesab edilmiş və iclasın nəticələrinin ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarından qarşı tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 İctimai Birliyin xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın etibarsız hesab edilməsi barədə məhkəmə qərarından sonra, apellyasiya məhkəməsi tərəfindən qərarın qəbul edilməsinə 9 gün qalmış yenidən saxta Ümumi Yığıncaq keçirmiş və həmin yığıncaqda saxta qərarlar qəbul etmişdir. Hesab edirlər ki, X45 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasın da qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilməli və iclasın nəticələri ləğv edilməlidir. Belə ki, İddiaçı1 2012-ci ildən İctimai Birliyinin üzvüdür, lakin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə adlı siyahı göndərilmiş və həmin siyahıda onun adı qeyd edilməmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda qəbul edilmiş qərarda və həmin qərara əlavə edilmiş adlı siyahıda Birliyin üzvü kimi adı qeyd edilmişdir. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 4.11-ci bəndinə əsasən Birliyin üzvünə aşağıdakı hallarda xitam verilir: Könüllü olaraq Birliyin üzvlüyündən çıxanda, Birliyin üzvlüyündən çıxarıldıqda və 4.12-ci bəndinə əsasən Birliyin üzvü aşağıdak ı hallarda üzvlükdən xaric edilir: Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda. 4.14-cü bəndinə əsasən Birliyin üzvlüyündən xaric edilmə barədə qərar üzvlüyə qəbulu həyata keçirən orqanlar tərəfindən qəbul edilir. Onun üzvlükdən çıxması ilə bağlı hər hansı ərizə mövcud deyil, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Başqa sözlə, onun İctimai Birliyin üzvlüyündən çıxarılması tam əsassız və qanunsuzdur. Bundan əlavə heç bir məlumat və səbəb bildirilmədən 116 nəfər Birliyin üzvlüyündən xaric edilmişdir. Qeyd olunan məqam sorğu əsasında əldə edilmiş sənədlərdə öz əksini tapır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncağın tarixi, yeri və vaxtı barədə heç kəsə məlumat verilməmişdir. Be lə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.3-cü bəndinə əsasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaq kimi tərəfindən çağırılması barədə də heç kəsin məlumatı olmamışdır. Yeganə təsisçi İddiaçı2 X46 barədə ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.2-ci bəndinə əsasən X50 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

16. İddiaçı1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, eyni zamanda X42 Heyətini də cavabdeh qismində işə cəlb edərək, göstərmişdir ki, İctimai X35 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə o, Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə İctimai Birliyinin üzvlüyündən azad edilmişdir. Onun üzvlükdən azad olunmasına dair qəbul edilmiş qərar onun ümumilikdə İctimai X27 protokolunu və qəbul edilmiş qərarları mübahisələndirməsini məhdudlaşdırır. Bu səbəbdən iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Qəbul edilmiş qərar barədə onun ümumiyyətlə xəbəri olmamış və həmin qərar İctimai Birliyi tərəfindən ona göndərilməmişdir. Məlumatı olmamasını əks etdirən əsas məqam ondan ibarətdir ki, İddiaçı1 tərəfindən X45 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin məhkəmə prosesində iştirak edən Cavabdeh1 bir dəfə olsun bu barədə məhkəməyə məlumat verməmiş və ya təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, ümumiyyətlə həmin İdarə Heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin İdarə Heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. Bundan başqa, İctimai Birliyin üzvü Nizamnamənin 4.12-ci bəndinə əsasən üzvlükdən azad oluna bilər. Həmin əsaslar Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə və mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırmaqdan ibarətdir. Lakin onun tərəfindən belə hallara yol verilməmiş, əksinə o, Birliyin işlərində fəal iştirak etməyə çalışmış, buna sübut olaraq isə qanunsuz keçirilmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirilməsini göstərmək olar. Göstərilənlərə əsasən, İctimai X27 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi və İctimai X47 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə onun Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə İctimai Birliyin üzvlüyündən azad edilməsi barədə qərarın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Cavabdeh Samir Mehti-zadə iddia tələbinə qarşı yazılı etiraz və bundan sonra etiraza əlavə təqdim edərək, göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onları n arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, saxta sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə İctimai Birliyi ələ keçirməyə cəhd etmişlər. Lakin tərəflərindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin saxta iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır (xx.xx.2021-ci il tarixli qətnamə). Aşağıdakı faktlara əsasən iddia tələbi təmin edilməməlidir.Belə ki, ərizədə istinad edilən apellyasiya instansiya məhkəməsinin 2(103)- 1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ona hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamə dən kassasiya şikayəti verə bilməmiş və həmin qətnamə qanuni qüvvəsini almadığına görə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X27 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl, xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur). Lakin son 9 ildə Birliyin t əşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir (İdarə Heyətinin qərarından Çıxarış təqdim edilir). Birliyin digər üzvü İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur), xx.xx.2022-ci il tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərin iştira kı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X47 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (əlavə olunur). Bundan əlavə, İddiaçı1 İctimai X47 xx.xx.2021-ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilmişdir. Bu səbəbdən onun prosesdə iddiaçı qismində iştirak etməyə subyektiv hüququ yoxdur. Bu fakt nəzərə alınmalıdır. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli X66 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliy in Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-2057/2022 nömrəli 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilmiş, “Təhsil Şurası” X45 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi, “Təhsil Şurası” İctimai X35 xx.xx.2021-ci il tari xli, 4 nömrəli qərarının İddiaçı1 “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsi qət olunmuşdur.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixdə İctimai X46 keçirilmiş və həmin yığıncaqda bir sıra qərarlar qəbul edilmişdir. Lakin Birliyin xx.xx.2022-ci il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtı barədə birliyin üzvlərinə məlumat verilməmiş, Birliyin yeganə təsisçisi olan İddiaçı2 isə Ümumi Yığıncaq barədə ümumiyyətlə məlumatı olmamışdır. Yuxarıda qeyd olunan hallarla bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

20. Məhkəmə hesab etmişdir ki, iddia tələbi İctimai X27 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, İctimai X47 1 nömrəli, xx.xx.2021-ci il tarixli iclas protokolu ilə İctimai Birliyinin 40 nəfər üzvünün, o cümlədən də İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə İctimai Birliyin üzvlüyündən xaric edilmələri qərara alınmışdır. Lakin həmin qərar barədə İddiaçı1 məlumatı olmamış və qərar İctimai Birlik tərəfindən ona göndərilməmişdir. Eyni zamanda, İddiaçı1 tərəfindən İctimai X27 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin iddiaya baxılan zaman məhkəmə prosesi ndə iştirak edən Cavabdeh1 iddiaçının üzvlükdən azad olunduğu barədə məhkəməyə məlumat verməmiş və həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin, ümumiyyətlə həmin İdarə heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin idarə heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. İddiaçı1 Birliyin işlərində fəal iştirak etməyə çalışmış, qanunsuz keçirilmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, İctimai X47 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsinə dair iddia tələbi də əsaslıdır və təmin edilmə lidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Cavabdeh “Təhsil Şurası” İctimai Birliyi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, qanunsuz sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə İctimai Bir liyi ələ keçirməyə cəhd etmişlər. Lakin tərəflərindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin qanunsuz iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Aşağıdakı faktlara əsasən, iddia tələbi təmin edilməməli idi. Belə ki, ərizədə istinad edilən apellyasiya instansiya məhkəməsinin 2(103)1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi onlara hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamədən kassasiya şikayəti verə bilməmişlər və həmin qətnamə qanuni qüvvəsini almadığına görə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X27 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021- ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl – xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir. Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir. Birliyin digər üz vü – İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir. xx.xx.2022-ci tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərinin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X47 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı1 İctimai X47 xx.x x.2021ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilib. Bu səbəbdən İddiaçı1 prosesdə iddiaçı qismində iştirak etməyə subyektiv hüququ yoxdur. Bi faktı məhkəmə nəzərə almamışdır. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyi nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli X66 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən, “Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur”. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin l əğv edilməsi üçün əsas ola bilməz.

24. İddiaçı1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İctimai X47 formalaşdırılması barədə Ümumi Yığıncağın protokolunun və qərarının etibarsız hesab edilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh1 həmin qərardan apellyasiya şikayəti verərək, qərarı mübahisələndirmişdir. Lakin onun apellyasiya şikayəti təmin edilməmişdir. Həmin mülki iş üzrə məhkəmə prosesi davam edərkən səlahiyyəti olmayan İdarə Heyəti tərəfindən yenidən Ümumi Yığıncaq təşkil edilərək, saxta qərarlar qəbul edilmişdir. Həmin iş üzrə məhkəmə prosesin də qarşı tərəf köhnə tarixlə Ümumi Yığıncağın iclas protokolunu və qərarını gətirərək, guya mübahisələndirdikləri iclasa qədər İddiaçı1 üzvlükdən xaric edildiyini bildirmişdir. Onlar isə iddia tələbinin həcmini artıraraq onu da mübahisələndirmişlər.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Təhsil Şurası” İctimai Birliyi tərəfinən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, İctimai Birlik xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və birliyin müxt əlif dövrlərdə, o cümlədən xx.xx.2013-cü il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş Ümumi Yığıncağında qəbul edilmiş qərarlara əsasən X63 formalaşdırılmış (üzvləri seçilmişdir). Lakin sonradan xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş iclasların nəticələri məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə həmin iclasların protokolları və onların əsasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edilmiş və iclasların nəticələri ləğv edilmişdir.

27. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, X27 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, “ZOOM” platforması vəsitəsi ilə keçirilmişdir. Tə rtib edilmiş protokol üzrə qəbul edilmiş qərarlara əsasən Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri Cavabdeh1, İdarə Heyətinin sədr müavini X30, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X48, X28, X38 və X31 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişlər.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X27 xx.xx.2022-ci il tarixli iclasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X27 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir). Lakin X27 xx.xx.2021-ci il tarixli protokolu, onun əsasında qəbul edilmiş yekun qərarlar iddiaçılar tərəfindən məhkəmə q aydasında mübahisələndirilmiş və nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməklə, həmin iclasın nəticələri ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh İctimai X47 sədri Cavabdeh1 apellyasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 2(103)- 1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır. Bu qətnamələrin qanuni qüvvəsini almaması barədə dəlillərlə bağlı qeyd olunmuşdur ki, hazırkı iddia Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 05 sentyabr 2022-ci il tarixdə verilmiş və qeyd edilən məhkəmə qətnamələri iş materiallarına əlavə edilməklə, iddiada bu aktlara istinad edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə haz ırlıq iclasında iddiaçılarla yanaşı, həmçinin Cavabdeh1 də iştirak etmiş və iddia barədə məlumatlı olmuşdur. Eyni zamanda, iş materialları da onun üçün əlçatımlı olmuşdur. Hazırda da həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılır. Məhkəmə kollegiyası həm bu, həm də digər halları nəzərə alıb, bu qətnamələrin qanuni qüvvəyə minməməsi barədə dəlilləri əsassız hesab etmişdir.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, idarə heyəti həmin iclası çağırmağa səlahiyyətli olsa belə, bu iclasın 4 nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilməlidir. Belə ki, Birliyin nizamnaməsində üzvlükdən çıxarılması qaydası və proseduru təsbit edilmiş və bu məsələyə X47 iclasında baxılması müəyyən edilmişdir. Prosedura uyğun olaraq Birliyin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxslər (üzvlər) b u məsələnin müzakirəyə çıxarıldığı İdarə Heyətinin iclası barədə məlumatlandırılmalı, bu şəxsin arzusundan asılı olaraq məsələ ilə bağlı onun öz fikirlərinin İdarə Heyətinin iclasında bildirmək hüququ təmin edilməlidir. Bundan əlavə üzvlükdən çıxarılması üçün əsas olan halları təsdiq edən zəruri sənədlər təqdim edilməlidir. Nəticədə qəbul edilmiş qərar üzvlüyünə xitam verilmiş şəxsə təqdim olunur və bu şəxsin qərardan narazı qaldığı halda məhkəməyə şikayət etmək hüququ vardır. Lakin buna baxmayaraq, iddiaçının üzvlükdən çıxarılması prosedurana riayət edilməmiş və məhkəmənin qənaətinə görə iddiaçının üzvlüyünə hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan, həqiqətdə X47 sədri ilə yaranmış şəxsi prinsipial münasibətin nəticəsi olaraq xitam verilmişdir. Belə ki, tərəflər arasında münasib ətlər gərgindir. Hazırkı mübahisə onların arasında yaranmış yeganə məhkəmə mübahisə deyil. Digər tərəfdən xx.xx.2021-ci il tarixli protokol üzrə qəbul edilmiş 4-cü qərarda iddiaçının birliyin nizamnaməsinin 4.9-cu bəndinin tələblərini (birliyin tədbirlərində iştirak etmək, birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduğu göstərilir. Lakin iddiaçının hər hansı iclasa dəvət edilməsini, onun birliyin işində iştirak etməkdən boyun qaçırmasını təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut, o cümlədən birliyə və ya iclasa dəvət məktubunu təqdim edə bilmir. Yalnız iddiaçının xx.xx.2021-ci il tarixli iclasa dəvət edilməsi barədə (iclasa 8 gün qalmış) bildiriş təqdim edilir ki, bu da onun üzvlüyünə xitam verilməsi üçün əsas ola bilməz. Əksinə iddiaçıların X27 qərarlarını məh kəmə qaydasında mübahisələndirməsi də onların Birliyin fəaliyyəti ilə maraqlanması və onun fəaliyyətində iştirak etmək niyyətində olması kimi qiymətləndirilməlidir..

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 11.5, 17.1-ci, Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 10.2, 13.1, 25.2, 25.3, 25.6, 25.7, 26.1- ci, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Cavabdeh “Təhsil Şurası” X42 Heyəti (vəkil Nümayəndə) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası nın 2(102)213/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə (X58 (məruzəçi), X15 və X16 ibarət tərkibdə ) cavabdeh “Təhsil Şurası” X42 Heyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1471/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ““Təhsil Şurası” X45 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi” hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1471/2023 nömrəli, 16 iyun 2023cü il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən sa xlanılmışdır.

33. Məhkəmə kollegiyası İctimai X47 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması barədə ikinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab etmişdir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilən hissədə kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası mə hkəməsi, İctimai X47 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnamsəini dəyişdirmədən saxlayarkən, tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, İctimai X47 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 İctimai Birliyin üzvlüyündən azad edilməsi hissəsində iddianın təmin edilməsinə münasibətdə ikinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırki qərarın 31-32-ci paraqraflarında göstərilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən qeyd olunan hissəyə münasibətdə ikinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.

36. Məhkəmə kollegiyası həmçinin ikinci cavabdehin kassasiya şikayətinin İctimai X27 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə münasibətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsassız olması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, ikinci cavabde h eyni məzmunlu dəlilini apellyasiya şikayətində də vurğulamış, apellyasiya instansiya məhkəməsi isə qətnamədə həmin dəlilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, “ZOOM” platforması vəsitəsi ilə keçirilmiş, Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri Cavabdeh1, İdarə Heyətinin sədr müavini X30, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X48, X28, X38 və X31 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişlər. X27 xx.xx.2022-ci il tarixli ic lasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X27 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir). Lakin X27 xx.xx.2021-ci il tarixli protokolu, onun əsasında qəbul edilmiş yekun qərarlar iddiaçılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)2268/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməklə, həmin iclasın nəticələri ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh İctimai X47 sədri Cavabdeh1 apellyasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır.

37. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, X27 xx.xx.2021 -ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edildiyindən, iclasın nəticələri isə ləğv olunduğundan, həmin iclasda seçilmiş İdarə Heyəti fəaliyyət göstərə, o cümlədən Ümumi Yığıncaq çağıra bilməzdi. Hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli iclas nəinki buna hər hansı səlahiyyəti olmayan, ümumiyyətlə mövcud olmayan İdarə Heyəti tərəfindən çağırılmışdır. Bu səbəbdən X62 Yığıncağın çağırılması, o cümlədən bu barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilməsi ilə bağlı hərəkətləri birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun hesab edilə bilməz. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və həmin iclasın nəticələrinin ləğv edilməsini şərtləndir ir. Apellyasiya instansiya məhkəməsinin X27 xx.xx.2022-ci il tarixli iclasının nəticələrinin ləğv edilməsinə dair qətnaməsinin xx.xx.2022-ci il tarixdə, yəni iclas keçirildikdən 9 gün sonra qəbul edilməsi isə bu iclası və iclasda qəbul edilmiş qərarları etibarlı hala gətirmiş olmur. Qeyd edilən məhkəmə aktları həmin İdarə Heyətinin seçildiyi, yəni xx.xx.2021-ci il tarixdən hər hansı, xüsusilə də Ümumi Yığıncağın iclasını çağırmaq və yeni İdarə Heyəti formalaşdırmaq səlahiyyətlərinə malik olmadığını müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunanlara istinad edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materiallarına uyğun yoxlayaraq apellyasiya instansiya məhkəməsinin qeyd oluna n hissə ilə bağlı gəldiyi nəticəsi ilə razılaşmamışdır.

39. Belə ki, X27 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların iddiaçılar tərəfindən mübahisələndirilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli qətnaməsi 29 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən qətnamə qanuni qüvvəyə minməmiş, həmin qətnamə yalnız apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanıldıqdan sonra, sonuncu tarixdə qanuni qüvvəyə minmiş, bununla da birliyin icra orqanı olan İdarə Heyətinin - X37 çağırılması barədə qərar qəbul etdiyi xx.xx.2021-ci il tarixdə, habelə iclasın keşirildiyi xx.xx.2022-ci il t arixdə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir.

40. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi X27 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş yekun qərarların məhkəmə qaydasında etibarsız hesab edilməsi, iclasın nəticələrinin isə ləğv olunması, habelə həmin iclasda seçilmiş İdarə Heyətinin fəaliyyət göstərə, o cümlədən Ümumi Yığıncaq çağıra bilməməsi barədə qanunsuz nəticəyə gəlmişdir.

41. Göründüyü kimi, X27 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların iddiaçılar tərəfindən mübahisələndirilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 nömrəli qətnaməsinin 29 sentyabr 2021-ci il tarixdə qəbul edilməsinə, həmin qətnamədən cavabdeh tərəfindən veri lmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya instansiya məhkəməsinin 2(103)-1028/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmasına, bununla da X27 iclasının çağırıldığı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin hələ qanuni qüvvəyə minməməsinə, həmin qətnamənin dərhal icra olunmalı qətnamələrə aid olmadığına, hazırki işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, qüvvəyə münməmiş məhkəmə aktının hər hansı hüquqi nəticə yaratmamasına diqqət yetirilməmişdir.

42. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsinin qəbul edildiyi gündən 1 ay keçməsi yalnız o halda onun qanuni qüvv əyə minməsi üçün əsasdır ki, qətnamədən apellyasiya şikayəti verilməsin. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdirsə və bu şikayət əsasında qətnamə ləğv olunmamışdırsa, yəni apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, şikayəti isə təmin etmədən saxlamışdırsa, apellyasiya instansiyası məhkəməsinin bu barədə müvafiq qərar qəbul etdiyi andan deyil birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin sona çatması ilə qüvvəyə minir.

43. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli X57 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmasının Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun olub -olmamasını araşdıraraq düzgün hüquqi qiymət verməmişdir.

44. Bununla da apellyasiya instansiyası məhkəməsi İctimai X27 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

45. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan halları araşdırmadan və hüquqi qiymət vermədən apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tam və əsaslı deyildir.

46. Məhkəmə kollegiya belə qənaətə gəlmişdir ki, ikinci cavabdehin kassasiya şikayətində mübahisələndirilən İctimai X2 7 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində iddia tələbinin təmin edilməsinə münasibətdə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

47. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2476/2024 nömrəli 2024-cü il 30 aprel tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Rüstəm Məmmədli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2022 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan - “Təhsil Ş urası” X45 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Təhsil Şurası” İctimai Birliyi (bundan sonra Birlik) xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və birliyin müxtəlif dövrlərdə, o cümlədən xx.xx.2013-cü il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş Ümumi Yığıncağında qəbul edilmiş qərarlara əsasən X63 formalaşdırılmışdır (üzvləri seçilmişdir).

49. X27 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, ZOO M platforması vəsitəsi ilə keçirilmişdir. Tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarlara əsasən Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri X21, İdarə Heyətinin sədr müavini X30, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X48, X28, X38 və X31 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişdilər.

50. X27 xx.xx.2022-ci il tarixli iclasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X27 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir).

51. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən «Təhsil Şurası» X45 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə tələb irəli sürülmüş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, «Təhsil Şurası» X45 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1028/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)2268/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

52. Göründüyü kimi birliyin icra orqanı olan İdarə Heyətinin - X27 çağırıl ması barədə qərar qəbul etdiyi xx.xx.2021-ci il tarixdə, habelə iclasın keçirildiyi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir.

53. Odur ki, hazırki iddia tələbi üzrə nəticəyə gələrkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsinə istinad edilməsi əsaslı deyildir.

54. Bununla belə “Təhsil Şurası” X10 5.2-ci bəndinə əsasən X50 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

55. Birliyin Nizamnaməsinin 5.3-cü bəndinə əasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

56. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Birliyinin xx.xx.2022-c i il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtı barədə birliyin üzvlərinə məlumat verilməmişdir, cavabdeh “Təhsil Şurası” İctimai Birliyi nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı iclasın çağırılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

57. Belə olan halda aydın olur ki, həmin iclas formal təşkil edilmiş, birliyin üzvlərinə məlumat verilməmişdir, ona görə hazırki iddia tələbi haqlı olmuşdur. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, iddia tələbi “Təhsil Şurası” X45 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır.

58. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 11.5, 17.1-ci maddələrinə, “Azərbaycan Respublikası Qeyr i-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunu. 10.2, 13.1, 25.2, 25.3, 25.6, 25.7, 26.1-ci maddələrinə, MPM-in 14.2,77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

59. Cavabdeh “Təhsil Şurası” İctimai Birliyini (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-2476/2024, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsuni xahiş etmişdir.

60. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, şə baxan hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-213/2024 nömrəli 29 yanvar 2024-cü il tarixli qərarında qeyd etdiyi mö vqeyini və göstərişlərini yerinə yetirməmişlər.

61. Məhkəmə işi hərtərəfli, obyektiv araşdırmamış, 5-10 dəqiqənin içərisində məhkəmə baxışını yekunlaşdırmışdır. Məhkəmənin diqqətinə çatdırıram ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, qanunsuz sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə “Təhsil Şurası” İctimai Birliyini ələ keçirməyə cəhd etmişlər. Lakin tərəfimizdən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarlarıetibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir (müvafiq məhkəmə qərar və qətnamələri əlavə olunur). Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia ed ən qrup üzvlərinin qanunsuz iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır (xx.xx.2021-ci il tarixli qətnamə işə əlavə olunmuşdur). X27 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, “ZOOM” platforması vəsitəsiilə keçirilmişdir. Tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarlara əsasən Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri Cavabdeh1, İdarə Heyətinin sədr müavini X30, İdarə Heyətinin katibi X9 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Samir Mehdizadə 5 il müddətinə İdarə Heyətinin sədri, X48, X28, X38 və Mi rzəyevaTəranə Mirzə qızı isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişlər. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (işə əlavə olunmuşdur). 62. xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl – xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur). Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. H əmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir (İdarə Heyətinin qərarından Çıxarış təqdim edilmişdir). Birliyin digər üzvü – İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur). xx.xx.2022-ci tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X22 üzvlərinin sayı 25 nəfərə çatdırılmı şdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (işə əlavə olunmuşdur). xx.xx.2022-ciil tarixli X66 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur; ÜmumiYığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən, “Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur”. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz. Hesab edirəm ki, məhkəmənin əsaslandırmadan gəldiyi mövqeyi yəni, “Birliyin xx.xx.2022-ci il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtıbarədə birliyin üzvlərinə məlumat verilməmişdir, cavabdeh “Təhsil Şurası” İctimai Birliyi nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı iclasın çağırılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda aydın olur ki, həmin iclas formal birliyin üzvlərinə məlumat verilməmişdir, ona görə hazırki iddia tələbi haqlı olmuşdur.” fikrini bildirməsi işdə olan sənədlərlə uyğunsuzluq təşkil edir. Çünki, X27 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və bütün üzvlərə məlumat verilmiş və pandemiya səbəbindən iclas internet üzərindən, “ZOOM” platforması vəsitəsi ilə keçirilmişdir. Tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarlara əsasən Birliyin 138 üzvündən 90 üzvü iştirak etmişdir. Əgər birliyin üzlərinə məlumat verilməmişdisə onda nəyə görə iclasa üzvlərdən 90 nəfər qoşulmuşdur.? Bu fakt onu göstərir ki, iclas tam şəffaf keçirilmişdir. Əgər birliyin 138 nəfər üzvünə məlumat verilməmişdirsə onda nəyə görə gəlməyən üzvlərdən 1 nəfər də olsun (iddaçılardan başqa) məhkəməyə şikayət verməmişdir.? Əgər hər hansı bir üzvün iclasa qoşulmamağından şikayət verməmişdirsə, susmuşdursa onda o, iclasın qərarı ilə razıdır. Bu məhkəmə birliyin üzvləri ilə onun arasında olan mübahisə deyil, İddiaçı2la aralarında olan mübahisədir, birliyin üzvlərinin bu işə aidiyyatı yoxdur, birliyin digər üzvlərinin heç bir hüququ pozulmamışdır, məhkəmənin isə onları haqsız olaraq müdafiə etməsi, həmin üzvlərin iclasda iştirak etməməsinə, çağırılmamasına istinad e tməsi qanuna ziddir, çünki onlar məhkəmədə bu barədə iddia tələbi qaldırmamışlar. Əgər söhbət İddiaçı2 gedirsə ona poçt vasitəsilə rəsmi məlumat verilmişdir. Buna dair sübutu - poçt qəbzini məhkəməyə təqdim etmişlər. Digər iddiaçı isə üzvlükdən xaric olunmuşdur, həmin zaman o birliyin üzvü olmamışdır. Ümumiyyətlə, iddiaçılar belə bir iddia tələbi qaldırmayıblar ki, iclasın keçirilməsi barədə onlara məlumat verilməyib, halbuki bütün üzvlərə məlumat vermişlər. Bu tələb məhkəmənin predmeti deyildir, bu məsələ digər üzvlər tərəfindən mübahisələndirilmir, məhkəmə bu işə baxa bilməz, verilən tələb üzrə işə baxmalıdır. Məhkəmənin bu səbəbə görə apellyasiya şikayətini rədd etməsi absurddur, qanuna ziddir. Ədliyyə Nazirliyi tərəfindən iclasın protokolu təsdiq olunmuş və çıxarış verilmişdir, həmin ç ıxarış bu gün də qüvvəsindədir. Beləliklə hesab edir ki,apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, iddiaçıların irəli sürdüyü faktiki hallara uyğun gəlməyən tələbin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, bu səbəblə də qətnaməni düzgün əsaslandıra bilməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab edirəm ki, apellyasiya məhkəməsinin əsaslandırmadan, tələm tələsik çıxardığı qətnamə qanunvericiliyin tələblərinə cavab vermir, həmin qətnamə ləğv olunmalıdır

63. Hesab edir ki, işə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə Azərbaycan Respublikasının MPM-in 22, 77, 88, 217, 218-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və pros essual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir

64. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, Azərbaycan Respublikasının MPM-in 9, 14, 77, 88-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

66. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

67. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməs inə əsas verə bilməz.

68. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunu.

69. Maddə 10.2. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.

70. Maddə 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi ye r, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.

71. Maddə 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.

72. Maddə 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bi lər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

73. Maddə 25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.

74. Maddə 26.1. Birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Ma ddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

79. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

80. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

83. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

84. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün ə sasdır. [617]

85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

86. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

87. Hazırkıkassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

89. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəllə r kassasiya qaydasında baxmış məhkəmə kollegiyasının göstərişləri icra edilməklə apellyasiya baxışının predmeti üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

90. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Təhsil-Şurası” İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(103)2476/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar