Məhkəmə qərarları › İş №2(102)-3088/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3088/2024

04.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3088/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, öhdəliyin icra edilməməsi, borcun etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2744/2023 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə əsasən mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cava bdeh tərəfindən imzalanmış xx.xx.2022-ci tarixli qəbzdə o, İddiaçı olan 9500 manat borcunu hissə-hissə ödəyəcəyini göstərmişdir.

2. İddiaçı ilə Cavabdeh arasında baş tutan “whatsapp” yazışmalarının surətindən görünür ki, cavabdeh iddiaçıdan onu lotereya oyununa qoşması üçün xahiş etmiş, iddiaçı lotereyadan yığılmış və cavabdehə ödədiyi pulun cavabdehdən geri qaytarılmasını xahiş etməsinə baxmayaraq, cavabdeh müxtəlif səbəblərdən qaytara bilmədiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9500 manat məbləğində əsas borc, 7125 manat faiz borcu, 5000 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 21.625 manat pulun tutulması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin normal münasibətləri olmuşdur. Cavabdeh 2022-ci ilin iyul ayının əvvəllərində iddiaçıya bildirmişdir ki, onun pula ehtiyacı var, 9-10 nəfərdən ibarət qrupla lotoreya oynasalar və birinci ay yığılan pul məbləğini ona versələr, problemi həll olar. Sonrakı aylarda isə cavabdeh pulu vaxtı-vaxtında ödəyəcəkdir. İddiaçı bu barədə yaxınlarına bildirmiş və onlar öz aralarında lotereya oynamaq qərarına gəlmişlər.Qaydalara görə hər kəs hər ay eyni miqdarda pul verməli və hər ay iştirakçılardan biri pulu götürməli idi. Birinci ay yığılan pulu iddiaçı xx.xx.2022-ci il tarixdə şəxsən cavabdehə vermişdir. İkinci ay bütün iştirakçılar ödəniş etmələrinə b axmayaraq, cavabdeh ödəniş etməkdən yayınmış və bir müddət onu tapa bilməmişlər. Sonradan, cavabdeh hər ay 1000 manat olmaqla 10 ay müddətinə onların pulu geri qaytaracağına söz vermiş, buna dair aralarında qəbz də imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli həmin qəbzdə qeyd etmişdir ki, İddiaçı olan 9500 manat lotereya borcunu hissə-hissə ödəyəcəkdir. Bundan başqa, cavabdeh «WhatsApp» vasitəsi ilə iddiaçıya olan borcunu etiraf etməsi barədə ona mesajlar göndərmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi bu günədək yerinə yetirməmişdir. Pulunu istədiyinə görə hətta cavabdeh iddiaçıdan Xətai RPİ-nin 36-cı polis bölməsinə guya iddiaçının ondan hədə-qorxu ilə pul tələb etməyi barədə şər-böhtan dolu şikayət ərizəsi yazaraq onu və ailə üzvlərini narahat etməyə başlamışdır. Eyni məzmunlu ərizə ilə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə də müraciət etmişdir. Lotereya oyununun digər iştirakçıları cavabdehi iddiaçıya görə tanıdıqlarına görə sonuncu onların qarşısında pis vəziyyətdə qalmış, mənəvi sarsıntı keçirmişdir. Cavabdehin etibardan sui-istifadə edərək aldatma yolu ilə onlara məxsus 9500 manat pul vəsaitini ələ keçirməsi faktında Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin əlamətləri olması barədə Səbail rayon prokurorluğuna ərizə ilə müraciət edilmiş, ərizə Səbail rayon prokurorluğu tərəfindən baxılması üçün həmin rayonun 39-cu PB-yə göndərilmişdir. Polis bölməsi tərəfindən ona ünvanlanmış məktubda müraciətdə göstərilən məsələ mülki xarakterli olduğu üçün bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

5. Şahid məhkəmə iclasında bildirmişdir ki, iddiaçını uzun illərdi tanıyır, lakin cavabdehi tanımır. Onlar 11 nəfərdən ibarət qrup ilə hər ay lotereya oynayırlar. Adambaşı hər ay 1000 manat ödəniş edirlər. İlhamənin xahişi ilə Sevincin də lotereyaya qoşulmasına razılıq vermişdirlər. Sevincin təcili xərcləri olduğu üçün birinci ay üçün yığılan pulun Sevincə verilməsi razılaşdırılmışdır. Bundan sonra İlhamə tərəfindən 9500 manat məbləğində pul Sevincə verilmişdir. Lakin sonradan İlhamə həmin pulu geri ala bilməmişdir. Keçən ilin mart ayında İlhamə xanımın əməliyyat olunması ilə əlaqədar onu ziyarət etmişdi. Həmin vaxt İlhamə Sevincə zəng etdi və sonuncu ona bildirdi ki, o pulu qaytarmayacaq və İlhaməni həbs etdirəcək.

6. Şahid X1 məhkəmə iclasında bildirmişdir ki, İlhaməni uzun illərdir tanıyır. İddiaçının təşkilatçılığı ilə o və ondan başqa şəxslər hər ay adambaşı 1000 manat ödəmək şərtilə lotereya oynamaq barədə razılaşmışdırlar. Sevincə təcili pul lazım olduğu üçün lotereyanın iştirakçılarının razılığı ilə birinci ay üçün yığılmış pul İlhamə tərəfindən Sevincə verilmişdir. Sevincə verilən pul 9500 manat məbləğində olmuşdur. Lakin sonradan İlhamə həmin pulu geri ala bilməmişdir.

7. Şahid X3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının təşkilatçılığı ilə lotereya oyunu oynanılırdı. O da iştirakçı idi. Hər ay 1000 manat ödəniş edirdi. Sevinci tanımır, lakin 1-ci ay üçün yığılmış pulun Sevincə verildiyini bilir.

8. Səbail Rayon Məhkəməsinin 2(009)-432/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 10.133 manat pulun alınıb iddiaçıya ödənilməsi qət edilmişdir (hakim İ lkin Rüstəmli).

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının təşkilatçılığı ilə lotereya oyunu oynanılmış, iştirakçılar hər ay 1000 manat ödəniş etməklə, hərəsi əvvəlcədən müəyyən edilmiş növbə üzrə yığılmış pulu almaq barədə razılaşmışdırlar. Cavabdeh iddiaçıdan onu da lotereyaya qoşması üçün xahiş etdikdən sonra iddiaçı digər iştirakçıların razılığı ilə onu da lotereyada iştirak edən şəxslərin sırasına daxil etmişdir. Cavabdeh təcili pula ehtiyacı olduğundan 1-ci ay üçün yığılan pulu götürmək üçün xahiş etmiş və lotereya iştirakçıları razılıq verdikdən sonra 2022-ci ilin iyul ayında İddiaçı yığılan 9500 manat pulu cavabdehə vermişdir. Bundan sonra növbəti ay üçün iddiaçı loteraya ödənişlərini yığmağa başlayarkən cavabdeh öhdəsinə düşən pulu ödəməmişdir. Növbəti aylarda iddiaçı cavabdehdən pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh pulu ödəməkdən yayınmışdır. Hazırkı vaxta kimi 9500 manat puldan cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir.

10. Məhkəmə iddia tələbinin 9500 manat əsas borcun tutulması hissəsinə münasibətdə qanunverciliyin əsassız varlanma ilə bağlı müddəalarına istinad etməklə bildirmişdir ki, cavabdeh özünə məxsus olmayan pul vəsaitini mənimsəməklə əsassız və heç bir hüquqi əsas olmadan varlanmışdır.

11. Məhkəmə iddia tələbinin 7125 manat borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2022-ci ilin avqust ayından) hazırkı vaxtadək 16 aylıq dövr üçün 9500 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 16 ay üçün 633 man at faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə iddiaçının mənəvi ziyana görə 5.000 manat pul tələb etməsinə münasibətdə bildirmişdir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1, 443.2, 445.7, 448.1, 449.1, 1091.1, 1091.2, 1093.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2022ci il tarixində danışıb razılığa gələrək ondan borcun hissə-hissə ödənilməsi ilə bağlı razılıq almışdır. Bu vaxt ərzində əsas borc olan 9500 manatdan hissə-hissə ödənişlər etmişdir. Qanunvericiliyin tələblərinə görə kreditordan alınan möhlətli müddət ərzində borclu tərəfindən borcun qaytarılması borcun gecikdirilməsi sayılmır və bu əsasla faiz hesablana bilməz. Borcun müəyyən müddət ödənilməsinə sübut olaraq işə mahiyyəti üzrə baxan məhkəməyə ödəniş qəbzlərini təqdim etmişdir. Buna görə də borca faiz hesablanmamalıdır. Lakin məhkəmə həmin qəbzləri yoxlanılmamışdır. Əlavə sübutların təqdimi üçün məhkəmədən müddət istəsə də, həmin müddət təmin edilməmişdir.

16. B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2744/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 10.133 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir (hakimlər: Fuad Babayev – sədrlik edən və məruzəçi, Günay Axundova, Cəmilə Musayeva)

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri əsassız varlanma kimi qiymətləndirməklə səhvə yol vermişdir. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu pulu ödəmədiyi halda əsassız varlanmış və varlanma hansısa əqdə əsaslanmamışdır.

18. Lakin iş materiallarında olan Cavabdeh adından yazılmış xx.xx.2022-ci tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı olan 9500 manat borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir.

19. Cavabdehin öz imzası ilə təsdiq etdiyi həmin qəbzin məzmunundan da göründüyü kimi tərəflər arasında borc münasibətləri olmuş, həmin münasibətlər yazılı borc müqaviləsi formasında təsdiqlənməmiş, lakin qeyd edilən qəbz Mülki Məcəllənin 882-ci maddəsi anlamında mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin əsasını təşkil etmişdir. Tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsi olmasa da, cavabdeh tərəfindən yazılmış qəbzlə 9500 manat məbləğin də borcun mövcudluğunun etiraf edilməsi həmin münasibətlərin, həqiqətən, var olduğuna və bu münasibətlərin mücərrəd borc müqaviləsi ilə təsdiqləndiyinə dəlalət etmişdir və hazırkı mülki işlə bağlı Mülki Məcəllənin qeyd edilən maddəsinə və həmin maddənin kökündə duran borc münasibətləri ilə bağlı normalarına istinad olunmalı, iddianın əsaslılığı həmin normaların tələblərinə uyğun olaraq yoxlanılmalıdır.

20. Məhkəmə kollegiyası iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığına münasibətdə qeyd etmişdir ki, iş materiallarından və şahid ifadələrindən də göründüyü kimi, cavabdehə 9500 AZN məbləğində pulun verilməsi iddiaçı tərəfindən həyata keçirilmiş, həmin lotoreyanın keçirilməsi və cavabdehin ora daxil edilməsi iddiaçının təşəbbüsü ilə olmuş və digə r iştirakçı şəxslər də məhz iddiaçını tanıyaraq pullarını ondan tələb etmişlər. Beləliklə, iddiaçı hazırda mübahisə predmeti olan 9500 AZN məbləğində pulu cavabdehdən tələb etməkdə subyektiv hüquqa malikdir.

21. İddia tələbinin mübahisələndirilən hissədə əsaslılığı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında baş tutan “whatsapp” yazışmalarının surətindən görünür ki, cavabdeh iddiaçıdan onu lotereya oyununa qoşması üçün xahiş etmişdir. İddiaçı lotereyadan yığılmış və cavabdehə ödədiyi pulun cavabdehdən geri qaytarılmasını xahiş etməsinə baxmayaraq, cavabdeh müxtəlif səbəblərdən qaytara bilmədiyini bildirir. Sözügedən yazışmalar hazırkı iş üzrə sübut qismində qiymətləndirilərək cavabdehin iddiaçıya, həqiqətən də, borc unun olmasını təsdiq edir. Həmin borcun məbləği ilə bağlı isə kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi iş materiallarında olan Cavabdeh adından yazılmış xx.xx.2022-ci tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı olan 9500 manat borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Bu halda tərəflər arasında bağlanılan və qeyd edilən mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn məbləğlə bağlı hansısa etirazın irəli sürülə bilməsi mümkün olmamış, belə bir etiraz da cavabdeh tərəfindən edilməmişdir.

22. Kollegiya cavabdehin həmin borcun bir hissəsinin qaytarılması və bununla bağlı qəbzlərin mövcudluğu, o cümlədən həmin qəbzlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq qəbul edilməməsi ilə bağlı şikayət və mülahizələrinə münasibətdə isə qeyd etmişdir ki, göstərilən halların həqiqiliyinin öyrənilməsi məqsədilə apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin iclas protokolları, o cümlədən iclasların keçirilməsi ilə bağlı aparılan audio-video müşahidə yazıları tədqiq edilmiş, lakin cavabdehin qeyd etdiyi hallar həmin yazılarda aşkarlanmamışdır. Beləliklə, cavabdeh onun tərəfindən qeyd edilən borc üzrə müəyyən ödənişlərin edildiyini bildirsə də, bu barədə sübutetmə yükü onun üzərinə düşdüyü halda hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir.

23. Bundan əlavə kollegiya birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sübutların əldə olunması ilə bağlı şərait yaradılmaması ilə bağlı isə qeyd etmişdir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə icla sında iştirakı üçün iclas bir neçə dəfə təxirə salınmış, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazını və bunu təsdiq edən sübutların təqdim edilməsi üçün məhkəmədən zaman istəmiş və məhkəmə tərəfindən də cavabdehin xahişi nəzərə alınaraq iclas təxirə salınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə kifayət qədər şərait yaradılsa da, məhkəmə prosesinin heç bir mərhələsində qeyd etdiyi sübutları məhkəməyə təqdim etməmiş, bununla da qanunvericiliklə ona verilmiş hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin təmin edilməsi və tərəflərin öz fikir və mülahizələrini ifadə etmələri üçün kifayət qədər şərait yaradılsa da, cavabdeh tərəfindən bu imkanlardan istifadə edilməmişdir.

24. Bundan əlavə kollegiya qeyd etmişdir ki, iddiaçının 9500 manat məbləğində borcun qaytarılması ilə bağlı tələbi əsaslı olduğundan və iddiaçının Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2022-ci ilin avqust ayından) qətnamə çıxarıldığı vaxtadək 16 aylıq dövr üçün 9500 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləğinin hesablanmasını tələb etmək hüququ olduğundan, birinci instansiya məhkəməsinin 16 ay üçün 633 manat faiz məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qənaəti də haqlı olmuşdur.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcə lləsinin 385.1, 442, 445.2, 445.7, 448, 449.1, 739, 882-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətinin ilkin dəlilinə görə, cavabdehin borcunu müəyyən hissələrlə tam şəkildə ödəməsi ilə bağlı qəbzlər təqdim edilsə də, bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır.

28. Şikayətin digər dəlilinə görə apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində də düzgün olma yan nəticəyə gəlmişdir. Belə ki, mövcud qanunvericiliyə görə kreditordan alınan möhlətli müddət ərzində borclunun borcu ödəməməsi gecikdirilmə hesab edilmir. Buna baxmayaraq işə baxan məhkəmələr faiz borcuna aid hissədə də iddia tələbini təmin etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazım ınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

33. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə

448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dai rəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

35. Maddə 739.1. Borc müqaviləsinə görə iştirak çılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edi lir.

37. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığ ı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, iddiaçının tələbi cavabdehin imzaladığı borcun etirafı sənədinə əsaslanır. Qanuna əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.

48. Cavabdeh borcu qaytardığını bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qanuna əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin faiz borcuna aid hissədə pulun tutulmalı olmaması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, apelyasiya instansiyası məhkəməsinin bununla bağlı qənaəti də haqlı olmuş, mövqeyini mövcud qanunvericiliyə istinad etməklə düzgün əsaslandırmışdır.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Kassasiy a şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassa siya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2744/2023 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar