Məhkəmə qərarları › İş №2(102)-309/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-309/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-309/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Oktay oğlunun Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı “mühafizə zolağının ayrılması, mühafizə hasarının tikilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5242/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsindəki 5 saylı binanın 2 nömrəli mənzili İddiaçı Oktay oğlunun mülkiyyətinə verilmiş, evə dair xx.xx.1994cü ildə texniki pasport, həmin əmlak üzərində mülkiyyət hüququna dair xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi tərtib olunmuşdur.

2. İddiaçı məxsus olan evin qonşuluğunda yerləşən, X3 mülkiyyətində olan Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsindəki 5 saylı binanın 2 nömrəli evi xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə keçmişdir. Mənzil üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövl ət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

3. Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə Cavabdeh Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsində yerləşən 5 saylı evin 2 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Oktay oğlu (bundan sonra - iddiaçı) cavabdeh X2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan ünvan 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi, cavabdehin Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2A ünvanındakı yeni tik ili ilə onun mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi, ona vurduğu maddi zərərin əvəzi olaraq 9680 manat, vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi “Balaxanıneft” NQCİ tərəfindən növbəlilik əsasında 1992-ci ildə ünvan 4 ünvanda fərdi yaşayış evi ilə təmin edilmişdir. Mənzili balaca olduğundan fəaliyyət göstərdiyi təşkilatın qərarı və vəsaiti hesabına mənzili təmir edilmiş və genişləndirilmişdir. İddiaç ıya yaşadığı mənzilə mülkiyyət hüququ verilməsinə dair 04 yanvar 1994-cü il tarixdə texniki pasport verilmişdir. O zaman evin iddiaçıya məxsus həyətinin kənarından arxada yaşayan qonşuya 90 sm piyada yolu ayrılmışdı. İddiaçının yaşadığı mənzilin yanından heç zaman maşın yolu olmamışdır. Cavabdeh X4 ünvan 3 ünvana ona qonşu köçdükdən sonra bütün qonşuluq qaydalarını və qanunvericiliyin tələbini pozaraq, onun şəxsi mənzilində yaşamağına maneçilik törədir. Cavabdeh iddiaçının və digər qonşunun istinad divarlarını qismən içəri çəkməsindən istifadə edərək, evinin divarının yaxınlığından yol salmış, özünə irihəcmli ev tikməyə başlamışdır. Hər dəfə irad bildirdikdə isə evin tikintisi başa çatdıqdan sonra həmin yerdən yol kimi istifadə etməyəcəyini, birgə evinin ətrafında mühafizə zolağı yaradaraq, mühafizə hasarını tikəcəyini bildirmişdir. Lakin cavabdeh ev tikib başa çatdırdıqda bu sözlərindən imtina etməklə qonşuluq hüquqlarını və qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh X1 qanunsuz tikinti aparması, maşın mexanizmlərin iddiaçıdan heç bir razılıq almadan yüksək səs-küylə evinin divarının dibində işləməsi, pompa qurğusunu onun divarının dibində quraraq evinin üstündən beton vurması, onu aldadaraq iki aydan artıq ara divarının tikintisinə və köhnə evinin sökülməsinə cəlb etməsi, pompa qurğusunun və digər maşın mexanizmlərin işləməsi nəticəsində evinin mətbəxinin və sanitar qovşağın yararsız hala düşməsi, onların bərpa edilməsi üçün xeyli fiziki güc və maddi vəsait sərf etməyi, bəzən gecələr də səsli-küylü vəziyyət yarandığından dövlət işində işləməyinə, iş günləri səhər saat 9-da işdə olmalı olduğu halda gecələr yata bilməməyi nəticəsində iddiaçı və ailə üzvləri xeyli mənəvi sarsıntıya və iztiraba məruz qalmışlar. Cavabdeh ona vurduğu mənəvi zərərin əvəzini də tam ödəməlidir. 6. 10.10.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfin vəsatətinə əsasən cavabdeh X4 əsl Cavabdeh ilə əvəz edilmişdir.

7. Məhkəmənin qərardadı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 10/8694 nömrəli rəyində göstərilr ki, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yeni tikilinin giriş-çıxış yolu ayrı ayrılıqda olduğu nəzərə alınaraq, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsinə hər hansı bir məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yeni tikilmiş fərdi yaşayış evinin (iki mərtəbəli fərdi yaşayış evi) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1. və 4.2. bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdehin mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, m 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yeni tikilmiş tikili ilə iddiaçının mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, m 2 ünvanında yerləşən fərdi yaşayış evi arasındakı məsafənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilir. xx.xx.2012-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 69-cu maddəsində tələblərinə əsasən sərhəd hasarı yaşayış evinin divar hündürlüyü 0,3 əmsalına vurulmaqla müəyyən olunan ara məsafədə inşa edilməlidir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 may 2023-cü il tarixli, 2(008)-504/2023 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmi n edilməmişdir.

9. Məhkəmə iddia tələbinin «cavabdehin ünvan 7 ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 5, mənzil 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi, cavabdehin Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2A ünvanındakı yeni tikili ilə onun mülkiyyətində olan Bakıxanov qəsəbəsi, H. Ağayev küçəsi, ev 5, mənzil 2 ünvandakı mənzil arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi» hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ev ilə qonşu olan cavabdehin mülkiyyətindəki evin həyətində yerləşən yeni tikilinin tikilməsi zamanı ara məsafəsi normalarının gözlənilmədiyini bildirsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən də görünür ki, cavabdeh tərəfindən inşa edilmiş yeni tikili ilə iddiaçının mülkiyyətindəki ev arasında saxlanılmalı olan ara məsafəsı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmişdir və bumna görə iddia tələbi bu hissədə təmin edilə bilməz.

10. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən inşa edilmiş yeni tikilinin tikintisi zamanı onun mülkiyyətində olan evə 9680 manat məbləğində maddi zərər vurulmuş olduğunu bildirsə də, bu halı təsdiq edəcək ilkin sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə iddia tələbi bu hissədə də təmin edilə b ilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən maddi ziyan vurulmasına dair əlavə edilmiş siyahı heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir.

11. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir.

12. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məc əlləsinin 152.1, 157.4, 146.1, 146.2, 170.2, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində ekspertin rəyində qeyd olunanlar tam əksini tapmayıb. Yaşadığı (mövcud vəziyyətdə yalnız ona məxsus olan) evin dam örtüyünün yuxarı hissəsindən İ.Mirzəyev tərəf hissəsi söküldüyündən həmin tərəfdə tikilmiş istinad divarının hündürlüyü 6 metr olmuşdur (tikinti normaları 1,8 m enində (hündürlüyün 0,3 hissəsi qədər) mühafizə zolağının zəruri olduğunu təsdiq edir). Yol tərəfdə isə orta hündürlük 4,5 metr olduğundan 1,4 metr mühafizə zolağı tələb olunur. Lakin ekspert rəyində (2(008)-5186/2022 saylı iş üzrə ekspertin 10/8694 saylı, xx.xx.2023cü il tarixli ekspertiza rəyi) evinin hündürlüyü 3 metr göstərilmişdir. Evinin texniki pasportunda döşəmə taxtasından tavana (alçıpana qədər) olan məsafənin 3 m olduğu yazılıb və ekspert tərəfindən 1,1 m enində mühafizə zolağı ayrılması (sərhəd divarına qədər 90 sm saxlanılmaqla, 20 sm və 2,2 m hündürlükdə divarın tikilməsi) təklifi verilib. Yola baxan pəncərəsini məcburiyyətdən tikib-bağladığı, istinad divarının dibi ilə qonşusu tərəfindən intensiv su axıdıldığı, darvazanın onun evinin fasad divarlarına nəzarət və lazım gəldikdə təmir işi görmək imkanından məhrum etdiyi barədə heç bir qeyd aparılmayıb. Məhkəmənin qərarında isə ekspertin hətta cavabdehin xeyrinə təhrif olunmuş rəyi də nəzərə alınmayıb. Bu cür yanaşma Mülki Məcəlləyə və tikinti normalarına ziddir. Ekspertin məhkəmə baxışında dindirilməsi barədə vəsatət qaldırılsa da, vəsatətləri əsassız olaraq təmin edilməmişdir. İşə baxan məhkəmə tam qanunsuz olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsini iş üzrə tətbiq etməmişdir. Əgər bu hüquq norması tətbiq edilsəydi işə baxan məhkəmə ara məsafəsinin müəyyən edilməsi və ara hasarının tikilməsi barədə iddia tələbini təmin edərdi. İşə baxan məhkəmə qərar qəbul edərkən qərarını çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. İddiaçı tərəf cavabdehin hərəkətlərinin qanunazidd olduğunu, bu hərəkətlərin nəticəsində iddiaçıya zərər vurulduğunu sübuta yetirsə də, cavabdeh tərəf buna etiraz etmiş, lakin fəaliyyətinin qanunauyğunluğunu sübuta yetirə bilməmişdir. İşə baxan məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə zamanı keçirilmiş ekspertiza rəyindən görünür ki, cavabdehin mənzilinin tikintisi qanunvericiliyə uyğun həyata keçirilməmişdir. Eyni zamanda iddiaçı cavabdehin onun evi tərəfindən yolunun olmadığını göstərsə də, işə baxan məhkəmə bu halları aydınlaşdırmamışdır. Ekspertiza rəyindən görünür ki, iddiaçının evi ilə cavabdehin evi arasında ara hasarının olması zəruridir və rəydə bunun normativ tələbləri göstərilmişdir. Lakin cavabdeh bu hasarın olmamasının və həmin hasarın olmaması nəticəsində iddiaçıya zərərin dəyməsinin səbəblərini göstərə bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının mənzili ilə cavabdehin mənzili arasında ara hasarının olmaması nəti cəsində, eyni zamanda cavabdehin evinin tikintisi zamanı iddiaçıya zərər dəydiyi müəyyən edilsə də, işə baxan məhkəmə ara hasarı və iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbini təmin etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5242/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ümumiyyətlə, əmlak hüquqlarına münasibətdə onun istifadə etdiyi yaşayış sahəsinin həcminə və onun səciyyələndirən digər xüsusiy yətlərinə dair eyni ünvanda (mənzildə) cavabdehin yerləşdiyi hüquq müəyyənedici sənədləri inzibati icraat qaydasında mübahisələndirməmiş, mərzlənmə və texniki sənədlərin tərtib edilməsinə məsul olan inzibati orqanlara müraciət etməmişdir.

18. Ümumiyyətlə, iddianın və mübahisənin əsasını inzibati hüquqi münasibətlər təşkil edir. Belə ki, tikinti-quraşdırma işlərinin aparılmasına nəzarət şəhərsalma məsələlərinə və daşınmaz əmlakın qeydiyyatı üzrə qanunvericiliklə tənzimlənən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. İddia tələbində cavabdehin ünvanı ünvan 8um olur ki, cavabdehin ünvanı ünvan 9ışdır. Təqdim edilmiş sənədlərdən tərəflərin torpaq üzərində hüquqlarının qeydiyyatı müəyyən edilmir. Ona görə, eyni ünvanda yerləşən tikililərin yerləşməsi, tikintisi və ayrılması tərəflər arasında mülki mühakimə predmetinə aid deyildir. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində araşdırma aparmalı və tərəflərin mübahisə etdikləri məsələləri ölçülər aparmaqla inzibati icraat qaydasında müvafiq qərarlar qəbul etməlidirlər.

19. Mübahisəli sahədə səlahiyyətlərin məcrası bir sıra inzibati orqanlara aiddir ki, bu orqanlar məhz torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi, tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar müvafiq hüquq və vəzifələrə malikdirlər. Pozuntunun mövcudluğ u qeyd edilən inzibati münasibətlər üzrə araşdırma predmeti olduğundan iddiaçının müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüquqları vardır. Tələbin digər hissələri məhz qeyd edilənlərlə bağlı olduğundan və sübuta yetirilmədiyindən onlara hazırkı mərhələdə müsbət qiymət verilməsi üçün əsaslar müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsinin, iddiaçının verdiyi yazılı və şifahi izahatlarına, habelə apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəm iyyəti olan bütün halları nəzərə almamış, nəticədə əsassız qətnamə çıxarmışdır. İddiaçının yaşadığı (mövcud vəziyyətdə yalnız ona məxsus olan) evin dam örtüyünün yuxarı hissəsindən İ.Mirzəyev tərəf hissəsi söküldüyündən həmin tərəfdə tikilmiş istinad divarının hündürlüyü 6 metr olmuşdur (Tikinti normaları 1,8 m enində (hündürlüyün 0,3 hissəsi qədər) mühafizə zolağının zəruri olduğunu təsdiq edir). Yol tərəfdə isə orta hündürlük 4,5 metr olduğundan 1,4 metr mühafizə zolağı tələb olunur. Lakin ekspert rəyində evin hündürlüyü 3 metr göstərilmişdir. Evin texniki pasportunda döşəmə taxtasından tavana qədər olan məsafənin 3 m olduğu yazılıb. Və ekspert tərəfindən 1,1 m enində mühafizə zolağı ayrılması (sərhəd divarına qədər 90 sm saxlanılmaqla, 20 sm və 2,2 m hündürlükdə divarın tikilməsi) təkli fi verilib. İstinad divarının dibində qonşu tərəfdən lək düzəldilməsi, yola baxan pəncərəni məcburiyyətdən tikib-bağladığı, istinad divarının dibi ilə qonşu tərəfindən intensiv su axıdıldığı, darvazanın iddiaçının evinin fasad divarlarına nəzarət və lazım gəldikdə təmir işi görmək imkanından məhrum etdiyi barədə heç bir qeyd aparılmayıb. Məhkəmənin qərarında isə ekspertin hətta cavabdehin xeyrinə təhrif olunmuş rəyi də nəzərə alınmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

23. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xü susi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qan unvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.... 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz ist ədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərə kətlərinin zəruriliyi əsaslı deyildir.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafeləri nə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.

33. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

34. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

35. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

36. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.

37. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qəd ər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

38. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələr i (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş) 39. 1.2. Mərzçəkmə işləri... Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həyata keçirilir 40. 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 41. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 42. 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 43. 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 44. 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı

45. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus o lan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə z ərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələns in və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Mə hkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi, iddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi, 5000 manat məbləğdə mənəvi zərərin ödənilməsi tələblərinin rədd olunması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Lakin tikilinin sökülməsi və daşınması üçün çəkilən xərclərin tutulması tələbinin rədd olunması h issəsində məhkəmə işin hallarını tam araşdırmamışdır. Buna görə də məhkəmənin qətnaməsi həmin hissədə ləğv olunmalı və yenidən baxılması üçün göndərilməlidir.

56. İddiaçının tələbləri aşağıdakılardan ibarətdir:

1. İddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin müəyyən edilməsi;

2. İddiaçının evi ilə cavabdehin evi arasında 4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissədə evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi;

3. İddiaçıya vurulmuş 9680 manat məbləğdə maddi zərərin ödənilməsi; 4. 5000 manat məbləğdə mənəvi zərərin ödənilməsi.

57. İddiaçının evi ilə cavabdehin evi arasında «4 metrlik ara məsafəsinin müəyyən edilməsi» tələbi üzrə araşdırma xüsusi bilik tələb etdiyinə görə məhkəmə tərəfindən ekspertiza təy in edilmiş və ekspertin rəyi əsasında müəyyən edilmişdir ki, cavabdehin inşa etdiyi evin hündürlüyü 7 metr olduğuna görə, ara məsafəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən 2,10 metr (7,0 x 3) olmalıdır. Tədqiq olunan (mövcud) vəziyyətdə evlərin arasında olan məsafə 3,80 metr təşkil edir. Buna görə də tərəflərin evləri arasında olan məsafə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğundur.

58. Göründüyü kimi məhkəmələr iddianın evlər arasında «4 metrlik ara məsafəsinin müəyyən edilməsi» tələbi üzrə düzgün nəticəyə gəlmişdir. Bu nəticənin əksini təsdiq edən hər hansı əsas müəyyən olunmur.

59. İddia tələbinin evlər arasında «4 metrlik ara məsafəsinin ortasında və cavabdehin qanunsuz olaraq yol kimi istifadə etdiyi hissə də evinin 1.4 metrlik məsafəsində ara hasarının tikilməsi» tələbi üzrə də apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə bu tələb üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərdən tərəflərin torpaq üzərində hüquqlarının qeydiyyatı müəyyən edilmir. Ona görə, eyni ünvanda tikililərin yerləşməsi, tikintisi və ayrılması tərəflər arasında mülki mühakimə predmetinə aid deyildir.

60. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Çünki bu tələbin təmin olunması üçün ilk növbədə həmin torpaq sahəsinə dair iddiaçının hüququnun olub-olmaması araşdırılmalıdır. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi m üvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

61. Lakin iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hüququnu təsdiq edən bu cür qərar və ya müqavilə təqdim olunmayıb.

62. Həmçinin qeyd olunmalıdır ki, qonşu torpaq sahibləri arasında mərzşəkmə və hasarlama Mülki Məcəllənin 176-cı maddəsinə uyğun həyata keçirilir. Lakin eyni zamanda diqqətdə saxlanmalıdır ki, «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, mərzçəkmə işləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

63. Eyni zamanda cavabdeh tərəfindən hər hansı hüquq pozuntusu törədilməsi müəyyən edilmədiyinə görə, mənəvi ziyanın ödənilməsi tələbini də təmin etməməkdə məhkəmələr haqlı olmuşdur.

64. İddiaçının 9680 manat məbləğdə maddi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu tələb aşağıdakı kimi əsaslandırlmışdır: «Arakəsmə divarının tikilməsini öz üzərimə götürmək qərarına gəldim. Qonşuma müraciət etdim və xahiş etdim ki, 4,3 kv.m sahəni güzəştə gedərsə və söküləcək otaqların yerində açılmış sahədə mənim otaqlarım üçün (yeni tikiləcək istinad divarı üçün) mühafizə zonasının saxlanmasına əməl edərsə, divarın tikintisini üzərimə götürmək istəyirəm. Bildirdi ki, əgər evin ona aid hissəsinin sökülüb daşınması xərclərini də mən edərəmsə, etiraz etmir. Yaranmış vəziyyətdən qurtulmaq üçün ağır şərtlə razılaşdım».

65. İddiaçı maddi ziyan kimi tələb etdiyi 9680 manat məbləğdə xərclərə dair özünün tərtib etdiyi siyahıda (səh. 11-12, 191-192) həmin vəsaiti: 1. divarın tikilməsi üçün; 2. köhnə tikilinin sökülüb daşınması üçün; 3. mətbəx və sanitar qovşağın təmiri üçün çəkilən xərclərə ayırmışdır.

66. İddiaçı mətbəx və sanitar qovşağın təmirinin cavabdehin gördüyü işlərlə bağlılığını təsdiq edən və bu təmir üçün çəkilən xərclərin cavabdeh tərəfindən ödənilməli olduğuna dair hər hansı sübut təqdim erməmişdir.

67. İddiaçının izah etdiyi vəziyyətdə divarın tikilməsinə görə çəkilən xərclərin tutulmasına dair iddia tələbi o halda təmin oluna bilər ki, cavabdehin bu şərtlər əsasında razılaşması sübut olunsun. Lakin cavavdeh bu cür razılığın olduğunu etiraf etməmişdir və məhkəmələr tərəfindən bu cür razılaşma müəyyən edilməmişdir. İddiaçının öz izahından aydın olur ki, qeyd olunan işləri öz təşəbbüsü ilə həyata keçirib. Cavabdehin bu işlərə görə iddiaçının qarşısında hər hansı öhdəlik götürməsi müəyyən olunmur.

68. Digər tərəfdən, iddiaçı ilə cavabdehin arasında razılaşma olub olmamasından asılı olmayaraq, divarın tikilməsi cavabdehin deyil, iddiaçının marağında olub. İşin bu vəziyyətində divarın tikilməsinə çəkilən xərclərin cavabdehdən tutulması mümkün deyildir.

69. Lakin qeyd olunmalıdır ki, cavabdeh yeni ev inşa etdikdən sonra köhnə evin damı və divarlarının sökülüb daşınması ilə bağlı cavabdehlə razılaşma olmayıbsa, bu işlərin görülməsinə çəkilən xərclərin tutulması barədə tələb, özgə işlərini tapşırıqsız aparmadan bəhs edən normalar əsasında təhlil olunmalı idi. Belə ki, Mülki Məcəllənin 1087.2-ci maddəsinə görə, işlərin t apşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

70. Qeyd olunmalıdır ki, cavabdehin köhnə evin damının sökülməsi və daşınması işlərini bəyənmədiyini göstərsə belə, məhkəmə bu işlərin cavavdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəldiyini araşdırmalıdır.

71. Çünki Mülki Məcəllənin 1090.1-ci maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

72. Bu baxımdan tərəflərin arasında binanın sökülməsi və daşınması barədə razılaşma olmadığı təqdirdə, cavabdehin bu işləri bəyəndiyi müəyyən edilməli idi və nəticəsinə uyğun olaraq qərar qəbul edilməli idi. Lakin məhkəmələr bu istiqamətdə araşdırma aparmayıblar.

73. Göründüyü kimi, iddianın cavabdeh yeni ev inşa etdikdən sonra köhnə evin damı və divarlarının sökülüb daşınması ilə bağlı iddiaçının çəkdiyi xərclərin tutulmasına aid hissəsi üzrə məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaran masına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

74. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovu n şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

75. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, iddianın cavabdeh yeni ev inşa etdikdən sonra köhnə evin damı və divarlarının sökülüb daşınması ilə bağlı çəkilən xərclərin tutulmasına aid hissədə işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

76. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzak irə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5242/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən - köhnə tikilinin sökülüb daşınması üçün çəkilən xərclərin tutulmasına aid hissədə ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar