Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3090/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: X8, XXX və XXX İddia tələbi: alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2742/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 20 20-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər X8, XXX və XXXnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixdə XXXnda cavabdeh X8 ilə torpaq sahəsinə dair bağlanılmış 4 Ə-332 saylı alğı-satqı müqaviləsinin və onun əsasında xx.xx.2007-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********* olan reyestrdən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)329/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim K.Məmmədov) iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-2742/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakimlər F.Mehtiyev – sədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və N.Quliyev) iddiaçının iddiadan imtinası qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının iddiadan imtinasını qəbul edərkən hesab etmişdir ki, iddiadan imtina qanunun tələblərinə uyğundur, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçının nümayəndəsi X5 (vəkil X4) apelyasiya instansiyası məhkəməsinin qərardadınınkassasiya şikayəti verərək, qərardadın lə ğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh X8 onlara qeyd olunan torpağa görə kompensasiya verməyə hazır olduğunu bildirsə də, vədinə əməl etməmişdir. Eyni zamanda, iddiadan imtina olunan vaxtı iddiaçı tərəfin məhkəmədə iştirakı təmin olunmamış, ona iddiadan imtinanın nəticələri yanlış izah olunmuşdur. Kassasiya şikayətinə baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X10 məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğu ilə əlaqədar məhkəmə iclasında i ştirak edə bilmədiklərindən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər cavabdehlər X8 və XXXnun nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassa siya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı işin apelyasiya baxışı zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək təmsil etdiyi şəxsin iddia tələbindən imtina etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəməd ən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM ) əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir (maddə 52.1, 191.2, 261.0.4). İş üzrə apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasından imtinasını qəbul edib, birinci ins tansiya məhkəməsinin qətnaməsini ləğv edib, mülki işin icraatına xitam verərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyi müəyyən edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi iddiadan imtinanın nəticələrinin ona aydın olduğunu bildirmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı şikayətini apelyasiya instansiyası məhkəməsinin qərardadının qəbul edilməsindən sonra baş vermiş faktlarla əsaslandırmışdır. Halbuki, kassasiya icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya baxışının hədləri məhkəmə aktının qəbul edildiyi dövrdə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyinin yoxlanılması ilə məhdudlaşır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2742/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3090/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3090/2020
20.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver