Məhkəmə qərarları › İş №2(102)-3091/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3091/2023

03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3091/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh "xxxx" MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3091/2023 (Açar sözlər:hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)1766/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi kassasiya şikayəti üzrə işə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı2, İddiaçı1 və X2 qarşı iddiası qismən təmin olunaraq "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin dəyişdirilməsinə dair bağlanan xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli sazişlərin ləğv edilməsi, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli razılaşmanın ləğv edilməsi, X4, İddiaçı1, İddiaçı2 müştərək qaydada əsas borca görə 212052,63 manat, faiz borcuna görə 119438,07 manat, dəbbə puluna görə 1000 manat olmaqla, cəmi 332490,7 manat borcun, sığorta haqqına görə 721 manat, ödənilmiş dövlət rüsumlara görə 90 manat olmaqla cəmi 333.301,7 manat "xxxx" MMCnin xeyrinə tutulması, tutmanın İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 125.000 manat, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torapq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 120.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin birgə borcluların qətnamə ilə müəyyən olunan borclarının, məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, ünvan 3 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanı nda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılması, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X1 evdən çıxarılması qət edilmişdir.

2. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və qətnamə icraya yönəldilmişdir.

3. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə icra vərəqəsi göndərilmişdir.

4. Abşeron rayon İcra və Probasiya Şöbəsi xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişlə "xxxx" MMC-yə müraciət etmişdir. 5. "xxxx" MMC xx.xx.2022-ci ildə 16 mart 2022-ci il tarixə hərrac təyin etmiş, bu barədə “Market” qəzetində elan dərc etdirmiş və ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş teleqramlardan görünür ki, hərrac barədə bildiriş ipoteka qoyanlar (hazırkı iş üzrə iddiaçılar) tərəfindən alınmışdır. 7. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə dair 11(36) nömrəsində ipoteka əmlaklarının 16 mart 2022-ci il tarixində keçirilən ilkin hərracının baş tutmaması və təkrar hərracın 04 aprel 2022-ci il tarixində keçiriləcəyi barədə elan dərc edilmişdir.

8. Təkrar hərrac barədə bildiriş ipoteka qoyan İddia çı1 göndərilsə də, poçt tərəfindən İddiaçı1 qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Digər ipoteka qoyan İddiaçı2 isə bildiriş göndərilməmişdir.

9. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci iltarixdə göndərilmiş icra vərəqəsində ipoteka qoyanların əlaqə nömrələri qeyd edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən ipoteka qoyanlara həmin nömrələr vasitəsi ilə məlumat verilməmişdir. 10. “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərinə dair 13(38) nömrəsində ipoteka əmlaklarının 04 aprel 2022-ci il tarixində keçirilən təkrar hərracının baş tutmaması barədə elan dərc edilmişdir.

11. İlkin və təkrar hərracların keçirilməsinə dair özünün rəsmi intern et saytında elan dərc etdirməsinə dair "xxxx" MMC tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. 12. "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli, 095/1/22 saylı protokola və eyni tarixli müqaviləyə əsasən ipoteka qoyan İddiaçı1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. 13. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli, 095/2/22 saylı protokola əsasən ipoteka qoyan İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyran batan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeniməhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolların e tibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. İddiaçılar işin yuxarda göstərilən hallarına istinad edərək movgeylərini belə əsaslandırmişdırlar ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

16. Daha sonra, iddiaçıların məlumatı olmadan ipoteka predmetləri Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və ipoteka qoyanlara məlumat verilmədən və onların iştirakı olmadan keçirilmiş hərracda ipoteka predmetləri ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmışdır. İddiaçılar hesab edirlər ki, hərrac qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyindən e tibarsız hesab edilməlidir.

17. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) (hakim T.C.Xəlilova) 2(004)-4344/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və İddiaçı1 mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx"MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilmiş, həmçinin İddiaçı1 mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üz ərində yerləşən 8 saylı fərdi yaşayış evinin ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli, 095/1/22 saylı protokol və 11 aprel 2022-ci il tarixli müqavilə etibarsız hesab edilmiş və İddiaçı2 mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ipoteka saxlayan "xxxx" MMC tərəfindən alınmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 11 aprel 2022-ci il tarixli, 095/2/22 saylı protokol etibarsız hesab edilmiş və ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin "xxxx" MMCnin adına özəlləşdirilməsinin ləğv edilməsi və həmin əmlakların İddiaçı1 mülkiyyətinə geri qaytarılması qət edilmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin və təkrar hərracların keçirilməsinə dair özünün rəsmi internet saytında elan dərc etdirməsinə dair "xxxx" MMC tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinin pozuntusu ilə həyata keçirilmiş, ipoteka qoyanlar İddiaçı1 və İddiaçı2 təkrar hərracın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Hərrac etibarsız hesab edildiyindən və qanunla nəzərdə tutulduğundan iddia tələblərindən kənara çıxılmaqla hər racın nəticəsi olaraq mübahisəli əmlakların cavabdeh "xxxx" MMC-nin adına özəlləşdirilməsi ləğv edilməli və həmin əmlaklar iddiaçıların mülkiyyətinə geri qaytarılmalıdır.

20. Məhkəmə öz hüquqi mövqeyini “İpoteka haqqında” Qanunun 41, 41.1, 41.2, 41.3, 41.5, 42, 42.1, 42.3, 42.6, 42.8, 43, 43.1, 43.1.1, 43.1.2, 41.1.3, 41.1.4, 43.2, 43.3, 43.4, 43.5, 44-cü maddələrinə, Mülki Məcəllənin 337.5, 415.5, 416.1, 416.2-ci maddələrinə, habelə MPM-in 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

21. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev) xx.xx.2023-cü il tarixli, 2(103)-1766/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC və "xxxx" MMCyə qarşı İddiaçı1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolla rın etibarsız hesab edilməsi barədə iddiasının rədd olunması gət edilmişdir.

23. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmişdır ki, "xxxx" MMC tərəfindən əmlakın satılması ilə bağlı 16 mart 2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hərraclar keçirilmişdir. Qanunvericiliyin tələbinə əsasən hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). "xxxx" MMC tərəfindən 16 mart 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 25 fevral 2022-ci il tarixli bildiriş İddiaçı2 ünvan 8 ünvanına göndərilmiş, bildiriş 28 fevral 2022-ci il tarixdə “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən 16 mart 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 25 f evral 2022-ci il tarixli bildiriş İddiaçı1 ünvan 10 ünvanına göndərilmiş və xx.xx.2022-ci i tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmış, İddiaçı1 ünvan 11 ünvanına göndərilmiş bildiriş isə 27 fevral 2022-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bununla yanaşı "xxxx" MMC tərəfindən 04 aprel 2022-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı 18 mart 2022-ci il tarixli bildiriş İddiaçı2 ünvan 8 ünvanına göndərilmiş bildiriş 19 mart 2022-ci il tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən 04 aprel 2022-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı 18 mart 2022-ci il tarixli bildiriş İddiaçı1 ünvan 10 ünvanına göndərilmiş və xx.xx.2022-ci i tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmış, İddiaçı1 ünvan 11 ünvanına göndə rilmiş bildiriş isə 22 mart 2022-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Hərrac Mərkəzi” MMC tərəfindən “elot.az” saytında 25 fevral 2022-ci il tarixdə elan yerləşdirilərək ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı olaraq 16 mart 2022-ci il tarixdə saat 11:00-da açıq hərracın keçiriləcəyi qeyd edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən “e-lot.az” saytında 18 mart 2022-ci il tarixdə elan yerləşdirilərək 16 mart 2022-ci il tarixdə saat 11:00-da keçiriləcək ilkin hərracın baş tutmaması və növbəti hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir. Həmçinin “e-lot.az” saytında "xxxx" MMC tərəfindən 08 aprel 2022-ci il tarixdə elan yerləşdirilmiş, elanda qeyd edilmişdir ki, 04 aprel 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş hərrac baş tutmamışdır. "xxxx" MMC tərəfindən “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022- ci il tarixli aralığı üçün olan 08(33) nömrəli sayında açıq hərracın 16 mart 2022-ci il tarixdə saat 11:00 keçiriləcəyi barədə elan qeyd edilmişdir. Həmçinin “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli aralığı üçün olan 11(36) nömrəli sayında 16 mart 2022- ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın baş tutmaması və növbəti açıq hərracın 04 aprel 2022-ci il tarixdə saat 11:00-a keçiriləcəyi barədə elan qeyd edilmişdir. Bununla yanaşı “Market” qəzetinin xx.xx.2022xx.xx.2022-ci il tarixli aralığı üçün olan 13(38) nömrəli sayında elan yerləşdirilərək xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması qeyd edilmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki iş materiallarında olan teleqramlardan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı1 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə çatdırılmış, İddiaçı2 xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş isə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə X2 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə, İddiaçı2 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlarına hərracl a bağlı bildiriş və teleqram göndərilmiş, “elot.az” saytında 3 dəfə elan yerləşdirilmiş, “Market” qəzetində 3 dəfə məlumat dərc edilmişdir.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 415.2, 415.4, 415.5, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42, 42.1, 42.2, 42.3, 42.4, 42.5, 42.6, 42.7,42.8, 43.1, 43.3, 43.4, 43.5, 43.6, 43.7.1, 43.8, 43.9, 44, 47-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçılar (onların vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar verilməsini və ya mümkün olmad ığı təqdirdə işin yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməsi ilə bağlı qərar verilməsini xahiş etmişdirlər.

27. Şikayət onunla əsaslandırılmışdır ki, təkrar hərrac barədə bildiriş ipoteka qoyan İddiaçı1 göndərilsə də, poçt tərəfindən İddiaçı1 qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Digər ipoteka qoyan İddiaçı2 isə bildiriş göndərilməmişdir. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-417/2019 saylı qətnaməsinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə göndərilmiş icra vərəqəsindəipoteka qoyanların əlaqə nömrələri qeyd edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən ipoteka qoyanlara həmin nömrələr vasitəsi ilə məlumat verilməmişdir. İpoteka qoyanlar həm ilkin, həm də təkrar hərraclarbarədə məlumatsız olmuşlar, hərrac təşkilatı nə məktub vasitəsilə, nə də telefon nömrələri vasitəsilə hərraclar barədə ipoteka qoyanlara məlumat verməmişlər. Bakı Apellyasiya Məhkəməsinə birinci instansiya məhkəməsinə təqdim edilməmiş məktub göndərişi cavabdeh tərəfindən təqdim edilsə də, həmin göndəriş lərdən də bildirişlərin ipoteka qoyanlaraçatdırılmadığı müəyyən edilmişdir. Lakin yuxarıda qeydolunanlar Bakı ApellyasiyaMəhkəməsi tərəfindən nəzərə alınmamış, Yasamalrayon Məhkəməsinin qanuni və əsaslı qətnaməsi ləğvedilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. Hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyi birinci instansiya məhkəməsində sübutedilsə dəhəmin hallar Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən nəzərəalınma mışdır. Prosessual pozuntulara gəldikdə, cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən birinciinstansiya məhkəməsinin 4 hazırlıq, 1 baxış iclasındatəqdim edilməmiş məktub göndərişləri sübut kimi təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən həminsübutlar MPM-nin 361.4 və 372.2-ci maddəsinə ziddolaraq sübut kimi qiymətləndirilmişdir.

28. Kassator şikayyətinin hüquqi əsası kimi İpoteka haqqında Qanunun 42.1, 44cü maddələrinə, Mülki Məcəllənin 416-cı maddəsinə, habelə MPM-nin 361.4, 372.2-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 415.2 qanunvericilikdə ayrı qayda nəzərdətutulmayıbsa, tə şkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmışbildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası,o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi,habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digərməlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakıhərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

31. Maddə 415.4Hərracın iştirakçılarıhərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada behverirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onuudmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onunverdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir.

32. Maddə 415.5 Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqatməbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

33. Maddə 416.1 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

34. Maddə 416.2 Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb o lur. “İpoteka haqqında” Qanun

35. Maddə 41.1ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

36. Maddə 41.2 məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsiproseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununauyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlırazılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərənixtisaslaşdırılmıştəşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsibarədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

37. Maddə 41.3 hərracın təşkilatçısınasifariş “İcra haqqında” Azərbaycan RespublikasıQanununa müvafiq qaydada tərtib olunurvə hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətiniəks etdirir. Tərəflərin notariatqaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutmayönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur.

38. Maddə 41.4 Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.

39. Maddə 41.5 Hərrac açıq auksion formasında keçirilir.

40. Maddə 42.1 Hərracın təşkilatçısı icra məmurundansifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özününrəsmi internet saytında elan dərc etd irir və bu barədə ipoteka saxlayana və ipotekaqoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracınkeçirilməsinə ən geci 20 təqvim günü qalmışverilir(göndərilir). Hərrac sifarişin alındığıgündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı,yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkinsatış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3faizindən artıq olmamaqla), hərracdaiştirak üçün behin məbləği, onun ödənilməsi müddətivə qaydası, hərracda iştirakhüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddətivə qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkinsatış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

41. Maddə 42.2 hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətindəgeri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alışqiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsindənəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayanşəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.

42. Maddə 42.3 istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipotekaqoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun vəhərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirənşəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.

43. Maddə 42.4 Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipotekasaxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

44. Maddə 42.5 Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.

45. Maddə 42.6 Hərracı udmuşşəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqındamüqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtinaedilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

46. Maddə 42.7 hərracı udmuş şəxs hərrac qurtardıqdansonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxm aqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzindəödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həminqiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır.

47. Maddə 42.8 Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəbolur. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekayaxitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

48. Maddə 43.1 hərracın təşkilatçısı aşağıdakıhallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dairelanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısıolmadıqda; hərracı udmuş iştirakçı hərracınnəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı buQanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Bu Qanunun 43.1.1 - 43.1.4-cümaddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

49. Maddə 43.3 hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasınd a ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

50. Maddə 43.4 İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

51. Maddə 43.5 Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısıolmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faizaşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifay ət qədər olsun.

52. Maddə 43.6 Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

53. Maddə 43.7.1 bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdəipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz azolmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azıhüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipotekasaxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayətqədər olsun.

54. Maddə 43.8 İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

55. Maddə 43.9 İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.

56. Maddə 44 bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

67. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, "xxxx" MMC tərəfindən əmlakların satılması ilə bağlı 16 mart 2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hərraclar keçirilmişdir. Qanunvericiliyin tələbin ə əsasən hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). "xxxx" MMC tərəfindən 16 mart 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 25 fevral 2022-ci il tarixli bildiriş İddiaçı2 ünvan 8 ünvanına göndərilmiş, bildiriş 28 fevral 2022-ci il tarixdə “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən 16 mart 2022-ci il tarixində hərracın keçirilməsi ilə bağlı 25 fevral 2022-ci il tarixli bildiriş İddiaçı1 ünvan 10 ünvanına göndərilmiş və xx.xx.2022-ci i tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmış, İddiaçı1 ünvan 11 ünvanına göndərilmiş bildiriş isə 27 fevral 2022-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bununla yanaşı "xxxx" MMC tərəfindən 04 aprel 2022-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı 18 mart 2022-ci il tarixli bildiriş İddiaçı2 ünvan 8 ünvanına göndərilmiş bildiriş 19 mart 2022-ci il tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin "xxxx" MMC tərəfindən 04 aprel 2022-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı 18 mart 2022-ci il tarixli bildiriş İddiaçı1 ünvan 10 ünvanına göndərilmiş və xx.xx.2022-ci i tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmış, İddiaçı1 ünvan 11 ünvanına göndərilmiş bildiriş isə 22 mart 2022-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.

68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan iddi a tələbləri ilə razılaşmayıb qeyd etmişdir ki, Bakı Hərrac Mərkəzi” MMC tərəfindən “e-lot.az” saytında 25 fevral 2022-ci il tarixdə elan yerləşdirilərək ünvan 5 ünvanında yerləşən 0,05916 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 8 saylı yaşayış evinin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı olaraq 16 mart 2022-ci il tarixdə saat 11:00-da açıq hərracın keçiriləcəyi qeyd edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən “e-lot.az” saytında 18 mart 2022-ci il tarixdə elan yerləşdirilərək 16 mart 2022-ci il tarixdə saat 11:00-da keçiriləcək ilkin hərracın baş tutmaması və növbəti hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçiri ləcəyi qeyd edilmişdir. Həmçinin “elot.az” saytında "xxxx" MMC tərəfindən 08 aprel 2022-ci il tarixdə elan yerləşdirilmiş, elanda qeyd edilmişdir ki, 04 aprel 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş hərrac baş tutmamışdır. "xxxx" MMC tərəfindən “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022- ci il tarixli aralığı üçün olan 08(33) nömrəli sayında açıq hərracın 16 mart 2022-ci il tarixdə saat 11:00 keçiriləcəyi barədə elan qeyd edilmişdir. Həmçinin “Market” qəzetinin xx.xx.2022xx.xx.2022-ci il tarixli aralığı üçün olan 11(36) nömrəli sayında 16 mart 2022- ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracın baş tutmaması və növbəti açıq hərracın 04 aprel 2022-ci il tarixdə saat 11:00-a keçiriləcəyi barədə elan qeyd edilmişdir. Bununla yanaşı “Market” qəzetinin xx.xx.2022-xx.xx.2022-ci il tarixl i aralığı üçün olan 13(38) nömrəli sayında elan yerləşdirilərək xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması qeyd edilmişdir.

69. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, mülki iş materiallarında olan teleqramlardan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı1 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə çatdırılmış, İddiaçı2 xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş isə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə X2 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə, İddiaçı2 göndərilmiş göndəriş xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlarına hərracla bağlı bildiriş və teleqram göndərilmiş, “elot.az” saytı nda 3 dəfə elan yerləşdirilmiş, “Market” qəzetində 3 dəfə məlumat dərc edilmişdir. Ona görə də iddia tələbləri rədd edilməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)-1766/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar