Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3095/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3095/22 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Ələsgər Əliyev Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və İsmayıl Xəlilov Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11331/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnamə sindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan qanunsuz yolla əldə etdikləri 24500 manat əsas məbləğ, 3675 manat əsas məbləğə hesablanan faiz, ona vurduqları mənəvi zərərə görə 10000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 38205 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2018-ci ilin avqust ayınd a yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq istəmişdir, bu məqsədlə bir neçə alqı-satqı ofislərinə müraciət etmiş, sonunda Xətai rayonu ərazisində yerləşən alqı-satqı ofisində işləyən Əfqan adlı vasitəçi ona məktəbin yanında 0,15 ha torpaq sahəsi göstərərək 25000 manata satıldığını bildirmişdir, torpaq sahəsi ona uyğun olduğu üçün onu almaq qərarına gəlmiş, bununla əlaqədar vasitəçi Cavabdeh1 onu həmin torpağın sahibi Cavabdeh2la görüşdürmüşdür, Zöhrabla aralarında razılaşmışlar və həmin torpaq sahəsini 24.000 manata satacağını bildirmişdir, razılaşmalarını sənədləşdirmək üçün xx.xx.2018-ci il tarixdə şifahi müqavilə bağlamışlar, həmin müqaviləyə əsasən iddiaçı 24000 manat məbləğində pulu Cavabdeh2, 500 manatı isə Cavabdeh1 vermişdir, torpağın heç bir sənədi olmamışdır. İddiaçı bir müddət sonra həmin torpaq sahəsində tikintiyə başlamaq istəmiş, lakin Fövqəladə Hallar Nazirliyi ona tikintini davam etdirməyə icazə verməmişdir, o bu barədə cavabdehlərə məlumat verəndə, onlar narahatçılığa əsas olmadığını, məsələyə aydınlıq gətirəcəklərini bildirmişlər, lakin sonra cavabdehlər nə məsələni həll etmişlər, nə də 24.500 manat pulu qaytarmışlar, tərəfindən cavabdehlərdən hüquq-mühafizə orqanlarına şikayətlər etsə də, qeyd edilən məsələnin mülki xarakterli olduğu bildirilərək cinayət işinin başlanılması rədd edilmişdir, üç ilə yaxındır ki, cavabdehlər ona qarşı etdiyi hərəkətləri ilə ona mənəvi zərər vurublar, o, cavabdehlərin hərəkətləri nəticəsində əsəb, stres, mənəvi sarsıntı və iztirab keçirtmişdir, neçə müddət müalicə almı şdır, iddiaçı mənəvi zərəri 10000 manat məbləğində dəyərləndirir, həmçinin cavabdehlər 3 ildir ki, iddiaçının 24500 manat məbləğində pulunu əsassız olaraq özlərində saxlayıblar və həmin puldan istifadə edirlər, həmin pulun illik beş faizi 1225 manat pul edir, üç il üçün bu məbləğ 3675 manat təşkil edir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3648/2021 nömrəli iş üzrə 7 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 24000 (iyirmi dörd min) manat, Cavabdeh1 500 (beş yüz) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. Məhkəmə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İddiaçı (bundan sonra -iddiaçı) ünvanlanan xx.xx.2020-ci il tarixli 101-33999 saylı məktuba əsasən müəyyən etmişdir ki, Xətai RPİ-nin TŞ-də müraciəti əsasında toplanmış material AR CPM-in 39.1.7-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 5. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən araşdırma zamanı Cavabdeh2 izahatında sənədsiz torpaq alqı-satqısına görə iddiaçıdan 24000 manat pul aldığını, həmin torpaq sahəsində tikintiyə icazə verilmədiyindən iddiaçının ondan verdiyi pulu geri tələb etdiyini, o isə həmin pulu ehtiyacları üçün xərclədiyindən qaytara bilmədiyini bildirmişdir. Həmin Qərara əsasən iş üzrə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, 2018-ci il tarixdə bərbər işləməklə yanaşı alqı-satqı fəaliyyətini də həyat keçirmişdir, lakin İddiaçı mübahisəli torpaq sahəsini o satmamış, nə də onun vasitəsilə s atılmamışdır, həmin vaxt tərəflər öz aralarında razılığa gəlmiş və Hüsaməddinlə Zöhrab onun işlədiyi ofisə gələrək ondan aralarında bağlamaq üçün müqavilə istəmişdir, o yalnız müqavilədə onların dediklərini qeyd etmiş və təsdiqlətmək üçün notariusa aparmışdır, lakin torpağın rəsmi sənədi olmadığından notariusda müqaviləni təsdiqləməmişlər, buna baxmayaraq Hüsaməddin həmin torpaq sahəsini sənədsiz olduğu halda satın almışdır.
6. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli şifahi müqaviləyə əsasən sənədsiz torpağın satış qiyməti 24000 manat, alıcı tərəfindən verilən behin məbləği 500 manat təşkil edir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 və Ə.Abdullayevin hüquqi əsas olmadan torpağın alqı-satqısına görə iddiaçıdan 24500 manat pul almaları, onlar ə sassız varlanmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə cavabdehlərin məsuliyyəti məsələsinə münasibətdə hesab etmişdir ki, Cavabdeh2 24000 manat məbləğdə, Ə.Abdullayev isə 500 manat məbləğdə cavabdehlik daşıyır.
8. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 24000 manat, Cavabdeh1 500 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
9. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin d övlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1093.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11331/21 nömrəli iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər –Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Xətai Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1,340.1, 373.3, 337.5, 1092.1, Torpaq Məcəlləsinin 68, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğ v edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə yalan ifadə vermişdir. İddiaçı torpağın sənədsiz olmasını bilməklə əldə etmişdir. Həmçinin torpaq sahəsini başqa şəxsə sataraq pul əldə etmişdir. Bununla da iddiaçı öz mülki hüquqlarından sui istifadə edərək, cavabdehdən əsassız olaraq pul tələb edir, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Lakin məhkəmə qeyd olunan pozuntu hallarını, iddiaçı tərəfindən mülki hüquqlardan sui istifadə hallarını nəzərə almamışdır.
17. İddiaçı torpaq sahəsini sataraq pul əldə etmişdir. Odur ki, ona hazırda hər hansı maddi ziyan vurulmasından söhbət gedə bilməz. İddia ərizəsi üzrə cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli əməl indən söhbət gedə bilməz. İddiaçı torpağın sənədsiz olmasını bilməklə torpağı əldə etmiş və bu barədə ilkin müqavilə bağlanmışdır. İlkin müqavilədə torpaq sahəsinin sənədsiz olması qeyd edilmiş və həmin müqaviləyə İddiaçı imza etmişdir. Həmçinin torpaq sahəsini başqa şəxsə sataraq pul əldə etmişdir. Yuxarıda göstərilən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının və qanunvericiliyin aidiyyəti tələblərinin düzgün nəzərə almamasının açıq-aşkar göstəriciləridir.
18. Məhkəmə cavabdehin hüquqlarını qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki cavabdeh özünün haqlı olmasını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlill ərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə məhkəmə tərəflərin hüquq bərabərliyini prinsipini və cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış və yalnız öz fərziyyələrinə iddiaçının yalan məlumatları əsasında qərar qəbul etmişdir. Cavabdehin sübutlarını və vəsatətlərini isə nəzərə alınmamışdır.
19. Apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı cavabdehin haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə a lınmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, işin bütün hallarına diqqət yetirməmiş və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin əsaslı sübutlarını nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmiş, nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə və iddiaçının yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir.
20. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan f aktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Kassasiya şikayətinin İ hissəsində göstərildiyi kimi, iddiaçı məhkəmədə yalan ifadə vermişdir. İddiaçı torpağın sənədsiz olmasını bilməklə əldə etmişdir. Həmçinin torpaq sahəsini başqa şəxsə sataraq pul əldə etmişdir. Hazırda iddiaçı öz mülki hüquqlarından sui istifadə edərək, cavabdehdən əsassız olaraq pul tələb edir. Məhkəmə bu halları araşdırmadığı və nəzərə almadığı üçün qətnamədə göstərilən hallar iş materialları ilə uyğunluq təşkil etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək qeyd etmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətb iq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
23. Maddə 373.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakda n istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
25. Maddə 1092.1. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Torpaq Məcəlləsi
26. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Proses sual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasə n hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Şikayətin digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixl i Qərarı).
40. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11331/2021 nömrəli mülki iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.