Məhkəmə qərarları › İş №2(102)-3096/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3096/2023

03.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3096/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(106)-206/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı 05 sentyabr 20 16-cı ildən 17 oktyabr 2019-cu il tarixədək şəhərdaxili 9 saylı marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur, bu barədə Azərbaycan Respublikası Şirvan Nəqliyyat ASC tərəfindən 08 avqust 2022-ci il tarixli, 01/033 saylı arayış verilmişdir.

2. İddiaçı tərəfindən 01 yanvar 2018-ci ildən 31 dekabr 2018-ci il tarixədək olan dövr ərzində 163,80 manat və 01 yanvar 2019-cu ildən 01 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində 259,20 manat vəsait ödənilmişdir. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına nəzarət vergi orqanlarına 01 oktyabr 2018-ci ildən 31 dekabr 2018-ci il tarixədək olan dövr ərzində İddiaçı tərəfindən sosial sığorta haqları üzrə 41,60 manat, 01 yanvar 2019-cu ildən 01 oktyabr 2019-cu il tarixədək 235,20 manat vəsait ödənilmişdir.

3. İddiaçı məxs us olan “Mercedes Benz 410” mikroavtobus markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşın 17 oktyabr 2019-cu ildən hal-hazıradək Şirvan Şəhər Polis Şöbəsinin cərimə meydançasında saxlanılır.

4. Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(032)-01/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilmişdir.

5. İş materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 18 iyun 2021-ci il tarixli, 1(106)-501/2021 saylı qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(032)-01/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamış, Şirvan Şəhər Məhkəməsini n 26 aprel 2021-ci il tarixli, 1(032)-01/2021 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

6. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 1(102)-1657/2021 sayı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq vurulmuş maddi ziyana görə 28.122 manat, mənəvi ziyana görə 50.000 manat, cəmi 78.122 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 oktyabr 2019-cu il tarixdə, saat 15 radələrind ə özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz 410” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şirvan şəhəri, 1 May küçəsində yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı halda bunu etməyib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, özünə məxsus “Mercedes-Benz 410” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla şəhərin 1 May küçəsində Sabirabad rayonu istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən qarşı sol hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə 100-120 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X1 idarə etdiyi “VAZ-21114” markalı, **-BX*** dövlət qeydiyyat nişanlı avtomobillə, həmin avtomobilin hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21114” markalı avtomobilin sürücüsü Muradəli Cavadovun alın-gicgah sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə qansızma, burun sümüyünün qapalı sınığı, üz skleti sümüklərinin açıq sınıqları, sol bud sümüyünün qapalı sınığı, sağ diz qapağının açıq sınığı, sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları, alın vəqaşlararası nahiyyənin əzilmiş-cırılmış yaraları, sol əlin arxa səthinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin ön səthinin və sol bazunun sıyrıqları, hər iki ağ ciyərin orta paylarına qansızma, qabırğaların çoxsaylı sınıqları kimi dərəcəsinə g örə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, sonuncunun almış olduğu xəsarətlərlə səbəbli əlaqəli travmatik şok səbəbindən ölməsinə və “VAZ-21114” markalı avtomobilin bəzi detallarını zədələyərək zərərçəkmiş şəxs X2 6025 manat məbləğində əmlak ziyanının vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şirvan şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasia Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasi ya protesti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarın əsasən Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. O,qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, yolnəqliyyat hadisəsi 17 oktyabr 2019-cu il tarixdə baş verdiyi halda 26 aprel 2021-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinin hökmünə əsasən bəraət verilmişdir. İş materiallarından göründüyü kimi, o, 17 oktyabr 2019-cu il tarixdə saat 15 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 410” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şirvan şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyat olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, o, 01 yanvar 2019-cu ildən 01 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində 259,2 manat dövlət büdcəsinə vergi ödəmişdir. “X7” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən İddiaçı 18 oktyabr 2019-cu ildən 01 dekabr 2021-ci il tarixədək itirilmiş mənfəəti 25.822 manat olmuşdur. Eyni zamanda hüquqi yardım göstərilməsi ilə bağlı Abşeron rayon Vəkil Bürosu nun vəkilləri Vəkil və X5 ilə müqavilə bağlamış və hər birinə 500 manat olmaqla ümumilikdə 1.000 manat, “X7” MMC tərəfindən qiymətləndirmə hesabatının hazırlanmasına isə 300 manat pul ödəmişdir. Bundan başqa, dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada Şirvan Şəhər Məhkəməsində qaldırılmış iddia ilə bağlı hüquqlarının müdafiə olunmasına görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və müqaviləyə görə 1.000 manat xidmət haqqı ödəmişdir. İtirilmiş mənfəətə görə 25.822 manat, 2000 manat vəkilə ödənilmiş xidmət haqqı və qiymətləndirmə hesabatına görə 300 manat, cəmi 28.122 manat pulun, mənəvi ziyana görə 50.000 manat, cəmi 78.122 manat pulun cavabdehdən dövlət büdcəsinin vəsaiti hesabına tutularaq ona ödənilməsini xahiş etmişdir.

9. İddiaçı tərəfindən sübut növü k imi təqdim edilmiş 04 aprel 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, iddiaçı, Şirvan şəhərində sərnişin daşıyan 9 saylı mikroavtobusun sürücüsü olaraq, idarə etdiyi 9 saylı mikroavtobusun 17 oktyabr 2019-cu il tarixdə baş vermiş qəzadan 01 dekabr 2021-ci il tarixədək itirilmiş xalis mənfəətinin hesablanması üçün şirkətimizə müraciət etmişdir. Yuxarıda qeyd olunan tarixlər 3 hissəyə bölünərək hesablanmışdır. Karantin qaydalarından əvvəlki dövr, sərt karantin qaydalarının başlamasından 18 iyun 2021-ci il Şirvan Apelyasiya Məhkəməsinin qərarına kimi olan dövr və 18 iyun 2021-ci ildən 01 dekabr 2021-ci il Ali Məhkəmənin qərarına kimi olan dövr 9 saylı marşrut xətti Şirvan şəhərinin əsas sərnişin daşıma və şəhərdə ən uzun məsafəni qət edən marşrut xəttidir (12.5 km). Adi iş gü nlərində demək olar ki, hər reys 35-dən yuxarı sərnişin 9 saylı mikroavtobusdan istifadə edir. İddiaçının gündəlik gəlirləri (gəlirlər talama olaraq götürülmüşdür) və xərcləri hesablanaraq, ona gündəlik qalan itirilmiş xalis mənfəət müəyyən edilmişdir. Bütün göstərilənlər nəzərə alınmaqla apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, 18 oktyabr 2019-cu ildən 18 iyun 2021- ci il tarixədək itirilmiş xalis mənfəət (8.645 + 10.517 = 19.162 manat), 18 iyun 2021-ci ildən 01 dekabr 2021-ci il tarixədək itirilmiş xalis mənfəət (6.660 manat), 18 oktyabr 2019-cu ildən 01 dekabr 2021-ci tarixədək cəmi itirilmiş xalis mənfəət (8.645 + 10.517 + 6.660 = 25.822 manat) kimi hesablanmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022- ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş iş materiallarında mühasibat sənədlərinin öz əksini tapmadığı əsas götürülərək ekspert qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmamışdır. İş materiallarında öz əksini tapmış 04 aprel 2022-ci il tarixli qiymətləndirmə hesabatında göstərilən halların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə həmin hesabatda gəlinən nəticə qəbul oluna bilər.

11. Şirvan Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(032)-1038/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia qismən təmin edilərək, cavabdehdən maddi ziyana görə 2.000 manat, mənəvi ziyana görə 1.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edi lmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 26 aprel 2021-ci il tarixli hökmə əsasən bəraət almasına baxmayaraq, ümumilikdə - hadisə baş verdiyi vaxtdan yəni, 17 oktyabr 2019-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı qəbul edilənədək olan dövr ərzində heç bir təqsirinin olmadığı halda istintaq və məhkəmə orqanlarında araşdırmaya cəlb edilmiş, uzunsürən məhkəmə çəkişmələrində iştirak etmişdir. Təbii ki, bütün bu dövr ərzində az ağır cinayətdə ittiham olunan bir şəxs kimi iddiaçının mənəvi iztirab, sarsıntı keçirməməsi mümkün deyil. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mənəvi ziyanı qarşı tərəfdən tələb etməsində haqlıdır. Lakin, iddiasında 50.000 manat tələb et məsi ağlabatan olmadığından, həmçinin iddiaçının bütün ibtidai və məhkəmə istintaqı dövrü ərzində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsini, yəni “həbs”də olmamasını, azadlığının qismən məhdudlaşdırılmasını da nəzərə alaraq onun tələbinin bu hissədə qismən təmin edilməsini, cavabdehdən onun xeyrinə 1.000 manat mənəvi ziyanın tutulmasını mümkün hesab etmişdir.

13. İddianın digər hissəsinə gəldikdə isə yəni, iddiaçının barəsində gedən cinayət icraatı ilə əlaqədar məhkəmə araşdırmaları zamanı müdafiə xərcləri kimi ümumilikdə ödənilmiş 2.000 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə xahişi ilə də məhkəmə razılaşmışdır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 24 iyul 2020ci il tarixli müqavilədən və ona əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hüquqi xidmət haqqı kimi vəkil X3 500 manat, 24 iyul 2020-ci il tarixli müqavilədən və ona əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hüquqi xidmət haqqı kimi Vəkil 500 manat, 19 aprel 2022-ci il tarixli müqavilədən və ona əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hüquqi xidmət haqqı kimi Vəkil 1.000 manat ödəniş etmişdir.

14. Məhkəmə, iddiaçının irəli sürdüyü “itirilmiş mənfəət” kimi göstərdiyi 25.822 manat məbləğində maddi zərərin ödənilməsi ilə bağlı tələbinə dair qeyd etmişdir ki, qeyd olunan tələb mötəbər və kifayətedici sübutlarla təsdiq edilmədiyindən məhkəmə iddianın bu hissədə təmin edilməsini mümkün hesab etmir.

15. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096, 1097, 1101.1, 1101.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(106)-2056/2023 saylı qətnaməsi ilə (hakimlər Tofiq Heydərov sədrlik edən, məruzəçi, Samir Mayılov və İlham Əsədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 04 noyabr 2 022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslanma ilə razılaşmışdır və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sərnişindaşıma fəaliyyəti ilə məşğul olması işin mübahisələndirməyən halı olsa da, iddiaçı fəaliyyəti zamanı hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin bu fakt təyin edilən ekspert rəyi ilə də təsdiq olunmuş və iş materiallarında heç bir mühasibat sənədləri olmadığından iddia olunan “əldən çıxmış mənfəətin” də hesablanması və buna dair rəy verilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi “qiymətləndirm ə hesabatı”na gəldikdə hesabatın özündə də qeyd olunduğu kimi - əldə olunan nəticə operativ məlumatlardan, sərnişin daşımaya aid olan tələb və təkliflərdən, etibarlı mənbələrdən alındığı – göstərilsə də, mənbələrin konkret olaraq hansı sənədlərdən, hansı rəsmi məlumatlardan ibarət olması hesabata əlavə edilmədiyindən həmin mənbələrin nə dərəcədə etibarlı olması sual altında qalır. Belə olan vəziyyətdə isə tələbin təmini məhkəmənin sübutlara qiymət verərkən əsaslı şübhədən kənar standartları tətbiq etməsi prinsipinə zidd hesab oluna bilər.

20. Qeyd olunanlara ümumilikdə qiymət verərkən məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və mənəvi ziyanın müəyyən edərkən qanunvericiliyin tələblərini rəhbər tutmuş, bununla da, düzgün qətnamə qəbul etmişdir.

21. Məhkəmə ko llegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab etmiş və əlavə olaraq bildirmişdir ki, apellyasiya icraatı zamanı iddiaçı tərəfindən Dövlət Statistika Komitəsi tərəfindən sorğuya cavab məktubu kimi təqdim olunmuş məktub kserosurət olduğundan bu sənədə hər hansı bir qiymət verə bilməz.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sənədin əsli olsa belə, bu sənəd apellyasiya icraatı zamanı qəbul edilə bilməz. Çünki sənədin qəbul edilməsi apellyasiya icraatı zamanı sübutların toplanmasına yönəldiyindən mümkün deyil. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayə t qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsinə təqdim olunmalı olan sənədə hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan qəbul edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096, 1097.1, 1101.1, 1101.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil A]alar oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə təqdim edilmiş mütəxəssis rəyini nəzərə almamışdır. Halbuki, ekpert rəyi sübutların bir növü olmaqla, ekspert rəyinin mühakimə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, mütəxəssis rəyinə obyektiv qiymət verməyərək, qanunsuzluğa yol vermişdir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi iddiaçı dövlət büdcəsinə vergilər üzrə 01 yanvar 2018-ci ildən 31 dekabr 2018-ci il tarixədək dövr ərzində 163,8 manat, 01 yanvar 2019-cu ildən 01 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində 259,2 manat vəsait ödəmişdir. Ödənilmiş vergilərin dövriyyədən hesablanmış olmasını nəzərə alsaq iddiaçının 2018-ci i l tarixdə dövriyyəsi 8.190 manat, 2019-cu ilin 9 ayı ərzində isə 12.960 manat olması müəyyən edilir ki, mütəxəssisin müəyyən etdiyi əldən çıxmış fayda kifayət qədər əsaslı olmaqla həqiqəti əks etdirmişdir. Lakin, məhkəmə qeyd olunan məqamlara heç bir əhəmiyyət verməmişdir. Məhkəmə tərəfindən mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi və səbəb olduğu nəticələr lazımınca qiymətləndirilməmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçının barəsində olan cinayət işi 2 il müddətində davam etmiş, bu müddət ərzində o, ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntılar keçirmiş, onun nüfuzuna zərər gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Ona görə də məhkəmə tərəfindən qət olunmuş ziyanın məbləğini ağlabatan və ədalətli saymırıq. b)Kassasiya şikayətinə qarşı etirazın dəl illəri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 68, İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədəl ənməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

32. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa y erə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

33. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı

34. Bənd

2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınma qla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

35. Bənd

8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və z ərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlid ir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş zərəri bilavasitə Cavabdehndən tutmaqla, habelə ona dəymiş mənəvi zərərin məbləğini bütövlükdə 1.000 manat müəyyən etməklə maddi hüquq normalarının tələblərini p ozub və bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə almayıb.

46. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə iddiaçının təqsirliliyi Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən sübuta yetirilmədiyi üçün, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilib. Yəni iddiaçı, 26 aprel 2021-ci il tarixdən məhkəmənin hökmü ilə bəraət almasına baxmayaraq, ümumilikdə yol-nəqliyyat hadisəsi baş verdiyi 17 oktyabr 2019-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı qəbul edilənədək olan dövr ərzində heç bir təqsiri olmadığı halda, istintaq və məhkəmə orqanları tərəfindən araşdırmaya, uzunsürən məhkəmə çəkişm ələrinə cəlb edilib və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə onun azadlıq hüququ məhdudlaşdırılıb.

47. Əvvəla, apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərəri bilavasitə Cavabdehndən tutmaqla Mülki Məcəllənin 1101.1-ci maddəsinin tələblərini pozub.

48. Belə ki, sözügedən normanın mənasına görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Res publikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 49. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

50. Həmin Qanunun 6 -cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

51. Həmçinin, “Cavabdeh haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Cavabdeh Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiy yəti orqanıdır.

52. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir.

53. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır.

54. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət- “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Cavabdeh həyata keçirir.

55. Bu baxımdan kassasi ya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərəri bilavasitə Cavabdehndən tutmasını qanunsuz hesab edir və belə qənaətə gəlir ki, ibtidai istintaq orqanının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, iddiaçıya dəymiş zərərdə cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmalıdır.

56. Digər tərəfdən, ibtidai istintaq orqanının vəzifəli şəxslərinin təqsiri nəticəsində iddiaçının həqiqətən maddi və mənəvi zərərə məruz qalması işin mübahisə olunmayan hallarıdır. Cavabdehin qətnamə ilə razılaşaraq ondan kassasiya şikayəti verməməsi də qeyd olunan halları təsdiq edir.

57. Kassasiya instansiyası məhkəməsi həmçinin kassasiya şikayətinin dəlillərini a raşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş maddi zərərin məbləğini 2.000 manat miqdarında müəyyən edərkən, habelə iddianı “əldən çıxmış mənfəətə görə” 25.822 manat pul tələbinə aid hissədə rədd edərkən düzgün nəticəyə gəlib.

58. Belə ki, iddiaçının sərnişindaşıma fəaliyyəti ilə məşğul olması işin mübahisələndirməyən halı olsa da, iddiaçı fəaliyyəti zamanı hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməyib.

59. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin mənasına görə, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları tərəflər özləri sübut etməlidirlər.

60. İşdən görünür ki, bu faktı müəyyən etmək üçün təyin edilən ekspe rt rəyi ilə də təsdiq olunur ki, mülki iş materiallarında heç bir mühasibat sənədləri olmadığı üçün, iddia olunan “əldən çıxmış mənfəətin” hesablanması və buna dair rəyin verilməsi mümkün olmayıb.

61. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi “qiymətləndirmə hesabatı”na gəldikdə isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hesabatın özündə də əldə olunan nəticələrin- operativ məlumatlardan, sərnişin daşımaya aid olan tələb və təkliflərdən, etibarlı mənbələrdən alındığı göstərilsə də, mənbələrin konkret olaraq hansı sənədlərdən, hansı rəsmi məlumatlardan ibarət olması hesabata əlavə edilmədiyindən, həmin mənbələrin nə dərəcədə etibarlı olması faktı şübhə doğurur. Belə olan halda tələbin qeyd olunan hissələrdə təmini- məhkəmənin sübutlara qiymət verərkən əs aslı şübhədən kənar standartları tətbiq etməsi prinsipinə zidd hesab oluna bilər.

62. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara ümumilikdə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini- “əldən çıxmış mənfəətə görə” 25.822 manat pul tələbinə aid hissədə rədd edərkən, habelə maddi zərərin məbləğini bütövlükdə 2.000 manat müəyyən edərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib.

63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd olunan iddia tələbləri üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və həmin tələblər üzrə iddiaçının kassasiya şikayətinə əsasən əlavə araşdırma aparmağa lüzum görmür.

64. Lakin, kassasiya instansiyası məhkəməsi, mənəvi ziyan ın miqdarı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, 1.000 manat kompensasiya məbləği iddiaçının 18 ay müddət ərzində keçirdiyi mənəvi sarsıntı və iztirablara adekvat, habelə bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil.

65. İşin yuxarıda müəyyən edilmiş hallarına görə, ibtidai istintaq orqanı tərəfindən iddiaçı, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilərək, onun barəsində 17 oktyabr 2019-cu il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib və Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə həmin qətimkan tədbiri ləğv edilib.

66. Qeyd olunmalıdır ki, mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

67. Ümumiətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrı-ayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

68. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntus u (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

69. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.

70. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin maddi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qane edici olmaz.

71. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai ist intaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkən şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir.

72. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zə rərin miqdarı təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 500 manat, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir.

73. İşdən görünür ki, iddiaçı, yol-nəqliyyat hadisəsinin baş verdiyi 17 oktyabr 2019cu ildən 26 aprel 2021-ci il tarixədək ötən 18 ay müddət ərzində heç bir təqsiri olmadığı halda, istintaq və məhkəmə orqanları tərəfindən araşdırmaya, uzunsürən məhkəmə çəkişmələrinə cəlb edilib və bu müddət ərzində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə onun azadlıq hüququ məhdudlaşdırılıb.

74. İddiaçı, iddia ərizəsində ona dəymiş mənəvi zərərin miqdarını 50.000 manat məbləğində qiymətlə ndirsə də, kassasiya instansiyası məhkəməsi həmin məbləğlə razılaşmır və iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, ağırlığını, habelə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsini və işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin miqdarı (18 ay x 300 manat) 5.400 manat məbləğində müəyyən edilməlidir. Həmin məbləğ ağlabatan və ədalətli olmaqla mülki iş materiallarına uyğundur.

75. Ona görə də kassasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə qismən- cavabdehdən maddi ziyana görə 2.000 manat, mənəvi ziyana görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişiklik edilm əli, cavabdehin vasitəsilə dövlət büdcəsindən maddi zərərə görə 2.000 manat, mənəvi zərərə görə 5.400 manat tutulub iddiaçıya verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(106)-206/2023 saylı qətnaməsinə qismən - Cavabdehndən maddi zərərə görə 2.000 manat, mənəvi zərərə görə 1.000 manat pulun tutulub İddiaçı verilməsi hissəsində dəyişiklik edilsin. Cavabdeh vasitəsilə dövlət büdcəsindən maddi zərərə görə 2.000 manat, mənəvi zərə rə görə 5.400 manat pul tutulub İddiaçı verilsin və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar