Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3098/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qızına qarşı “pul və əmlak tələbinə” dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-318/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh qızının kassasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh qızı (bundan sonra – cavabdeh) 1997-ci il tarixdən faktiki, 05 yanvar 2007-ci il tarixdən rəsmi nikahda olmuşlar. Nikahdan 4 uşaq doğulmuşdur.
2. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan, yetkinlik yaşına çatmayan uşaqların- 01 iyul 2009-cu il təvəllüdlü X3, 03 yanvar 2007-ci il təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilmiş, uşaqlara alimentin tutulması qət edilmiş, eləcə də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 15, 52 saylı mənzilə dair X4 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir.
3. Birgə nikahdan doğulmuş 01 oktyabr 2001-ci il təvəllüdlü X5 05 oktyabr 2021-ci il tarixdə 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 17500 manat pulun və nənəsindən miras qalmış gümüş kəmərin cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, birgə nikahdan doğulmuş 01 oktyabr 2001-ci il təvəllüdlü X5 05 oktyabr 2021-ci il tarixdə 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Şəhid oğlunun dəfn və yas xərclərinin qarşılanması, eləcə də, ailəyə maddi kömək məqsədilə cavabdehlə birgə nikah dövründə, yəni şəhidin “3 günü” mərasimində “X13” tərəfindən 10000 (on min) manat məbləğində, şəhidin “Birinci cümə günü” və “40 günü” mərasimlərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şabran Rayon Şöbəsi tərəfi ndən ("xxxx" ASC və "Xalq Bank” ASC vasitəsilə) 14000 (on dörd min) manat məbləğində, digər imkanlı şəxslər və şirkətlər -“Qayalı” Market tərəfindən 1000 (min) manat məbləğində, “Bağçalı” Otel tərəfindən 1000 (min) manat məbləğində, xaricdə yaşayan azərbaycanlı şəxs X6 tərəfindən 1000 (min) manat məbləğində, “X14” tərəfindən 1000 (min) manat məbləğində, eləcə də, tanıdığı və tanımadığı şəxslər tərəfindən müxtəlif məbləğlərdə, ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pul verilmişdir. Müəyyən ailədaxili səbəblərə görə 03 iyun 2021-ci il tarixdə cavabdeh, azyaşlı uşaqları Reyhan və Billur ilə birlikdə yaşadığı evi tərk etmiş, evi tərk edərkən 35000 (otuz beş min) manat məbləğində pulu və nənəsindən miras qalmış dəyəri 20000 (iyirmi min) manat məbləğində olan əntiq əşya sayılan gümüş k əməri də özü ilə aparmışdır. O, bu barədə Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Şabran Rayon Polis X7 təhqiqatçısı tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 avqust 2021-ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı cavabdeh izahatında bildirmişdir ki, şəhid övladları X1 dəfn və yas xərclərinin qarşılanması, eləcə də, ailələrinə maddi kömək məqsədilə birgə nikah dövründə verilmiş 35000 (otuz beş min) manat məbləğində puldan 20000 (iyirmi min) manat məbləğində pulu "xxxx" ASC-də depozit hesaba qoymuşdur.
6. İddiaçının tələbinə görə, şəhid övladı X1 dəfn və yas xərclərinin qarşılanması, eləcə də, ailələrinə maddi kömək məqsədilə birgə nikah dövründə verilmiş 35000 (otuz beş min) manat məbləğində pu lun ½ hissəsi, yəni 17500 (on yeddi min beş yüz) manat məbləğində pul və nənəsindən miras qalmış dəyəri 20000 (iyirmi min) manat məbləğində olan əntiq əşya sayılan gümüş kəmər cavabdehdən alınıb ona verilməlidir.
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz vermiş, etirazında iddianı qəbul etməmiş, göstərmişdir ki, birgə nikah dövründə aidiyyəti orqanlar, şirkətlər və müxtəlif şəxslər tərəfindən ailəyə 35000 (otuz beş min) manat məbləğində maddi yardım edilmiş, həmin pulun 15000 manatını iddiaçı xərcləmişdir. Cavabdehin bildirdiyinə görə, 15000 manat da onun (cavabdehin) payına düşür, qalan 5000 manatın 2500 manatını iddiaçı tələb edə bilər. Lakin bu məbləği də ödəməyə razı deyil, çünki onun yanında 3 övladı var, özü isə kirayədə yaşayır. Gümüş kəmərə dair hissədə isə iddianı qəbul etmir, belə ki, o, kəməri götürməmişdir.
8. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 25 oktyabr 2022-ci il tarixli, 2(072)-543/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, tərəflər məhz birgə nikah dövründə əldə edilərək, birgə nikah dövründə ər-arvad kimi birgə təsərrüfat aparılmaqla əldə edilmiş pul vəsaiti hesabına ailənin və tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların ümumi ehtiyacları qarşılandığı üçün mübahisə predmeti olan pul məbləğinin tərəflər arasında hər hansı paya uyğun bölgüsünün həyata keçirilməsinin heç bir hüquqi əsası yoxdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı”iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam həmin edilməsini xahiş etmişdir.
12. İddiaçının apellya siya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birgə nikah dövründə ailəyə verilmiş maddi yardım olan 35000 manat onların ümumi birgə mülkiyyətindədir. Bu məbləğdə pulun əldə edilməsi hazırkı iş üzrə, işin mübahisəsiz halı kimi qiymətləndirilsə də, məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi ilə o, ümumi mülkiyyətində olan paydan məhrum olmuşdur. Şikayətə görə, ailəyə verilən 35000 manat məbləğində pulun birgə nikah dövründə və hansı istiqamətdə xərclənməsi araşdırılmamış, eyni zamanda ona miras qalmış əşya ilə bağlı şahidlər dinlənilməmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-318/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və T.Heydərov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(072)-543/2022 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, cavabdehdən 12.050 (on iki min əlli) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələb etdiyi əşyanın mövcudluğunu, həmin əmlak üzərində mülkiyyət hüququnun olmasını, faktiki sahibliyinin onun iradəsi əleyhinə itirilməsini, tələb edilən əşyanın fərdi-müəyyən əlamətlərini, əşyanın cavabdehin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Ona görə də gümüş kəmərə dair hissədə idd ia sübuta yetirilmədiyindən təmin edilə bilməz.
15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin birgə nikahı dövründə ailəyə pul şəklində edilən yardımın bölünməsinə dair hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan həmin hissədə qətnamə ləğv edilməli və pul vəsaiti tərəflər arasında bərabər bölünməlidir.
16. Apellyasiya instansiyas məhkəməsinin mövqeyinə görə izahatlar və təqdim edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında nikah münasibətləri faktiki pozulduqdan sonra Cavabdeh qızı iddia edilən pul vəsaitindən, özünün qismən etiraf etdiyi məbləği- 24.100 manat vəsaiti Azərbaycan Beynəlxalq Bankında Cavabdeh qızının adına "xxxx" ASC-nin Siyəzən filialında yerləşdirmiş və sonra oradan götürmüşdür. Həmin vəsai t tərəflərin birgə əmlakı hesab edilməli və tərəflər arasında bölünməlidir.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.1,157.2, 225-ci, Ailə Məcəlləsinin 32.2, 32.2.1, 32.2.2, 37.1-ci, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək, Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq və təfsir etməmiş dir. Belə ki, iddiaçı onun keçmiş həyat yoldaşımdır. O, iddia ərizəsində qeyd edib ki, şəhid ailəsi kimi ailəyə 35000 manat məbləğində köməklik olunmuşdur. İddiaçı həmin məbləğin 15000 manatını özü xərcəyib. Ona görə də o, məcbur olub qalan 20000 manatı banka qoymuşdur ki, iddiaçı pulu dağıtmasın. Hazırda o, 35000 manat pulun yarısını tələb edir. Hesab edir ki, bu qanunsuzdur. İddiaçı ən yaxşı halda ondan 5000 manat pulun yarısını tələb edə bilərdi. Çünki özü etiraf edib ki, ailəyə 35000 manat maddi köməklik olunub. 35000 manat pulun 15000 manatını isə iddiaçı özü xərcləyib. Belə olan halda 15000 manatı o, xərclədiyi üçün 15000 manat da onun payına düşür. Yerdə 5000 manat pul qalır. Bu halda iddiaçı yalnız 2500 manat tələb edə bilər. O, heç 2500 manat pulu da ödəməyə razı deyil. Çünki hima yəsində 3 övladıı var və hazırda kirayədə qalır. Şəhid ailəsi kimi ailəyə verilən ev isə iddiaçının istifadəsindədir və iddiaçı həmin evi kirayə verib və gəlir əldə edir. Həmin pul vəsaitini ailənin məsrəfləri üçün xərcləmişdir. Ümumiyyətlə həmin pul vəsaiti onların birgə vəsaiti hesab oluna bilməz. Çünki iddiaçının da qeyd etdiyi kimi həmin pul vəsaiti şəhid ailəsi kimi oğlunun dəfn və yas xərclərinin qarşılanması, eləcə də, ailəyə maddi yardım kimi verilibdir. Bu isə birgə əmlak sayıla bilməz və bölünə bilməz. Hesab edir ki, məhkəmə Mülki Məcəllənin 157.2, 225, Ailə Məcəlləsinin 32, 37-ci maddələrinə əsaslanmaqla maddi hüquq normalarını pozmuşdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şəhidin dəfn və yas mə rasimi üçün verilmiş pul vəsaiti iddiaçının mülkiyyəti hesab oluna və geri tələb oluna bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməməsi, Apellyasiya instansiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
23. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə
32. Nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
25. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
26. Maddə 32.2.1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
27. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təş kilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
28. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlə rin tətbiqi qaydaları”nın 2-ci bəndinə əsasən: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edilsə də, dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin məhkəmə aktı iddianın təmin olunan hissəsində yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, m übahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iddia tələbinin əsasında duran halları, tərəflərin izahatları və digər sübutlar əsasında araşdıraraq, iddianı yuxarıda göstərilən məzmunda qismən təmin etmişlər.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının dəlillərini araşdırarkən mübahisələndirilən pul məbləğinin ailənin ümumi büdcəsinə daxil olması, onun bir hissəsini tərəflərin realizə etməsi, qalan məbləğin banka depozitə qoyularaq sonradan cavabdeh tərəfindən çıxarılması nəticəsinə gələrək cavabdeh də qalan hissənin bərabər bölgüsünün mümkün olması nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğundur.
43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-318/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.