Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-31/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh «xxxx» ASC-nin vəkili X5 oğlunun iştirakı ilə, iddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər «xxxx» ASC, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2423/2019 saylı, 14 avqust 2019cu il tarixli qətna məsindən cavabdehlər «xxxx» ASC və Cavabdeh2 MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(075)-353/2019 saylı qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər «xxxx» ASC, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi barədə iddiаsı təmin edilərək, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 12 oktyabr 2017-ci il tarixli, 49 nömrəli protokolu və həmin protokol əsasında Cavabdeh2 MMC ilə «xxxx» ASC arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar «xxxx» ASC-nin adına verilmiş 13 mart 2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2423/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.F.Quliyev və M.A.Əsədli), Şəki Rayon Məhkəməsinin 24 may 2019-cu il tаrixli qətnaməsi cavabdehlər «xxxx» ASC və Cavabdeh2 MMC-yə münаsibətdə dəyişdirilmədən, оnların apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmışdır. İşin halları: İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər «xxxx» ASC, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək iddialarını onunla əsaslandırmışlar ki, iddiaçı Cavabdeh1 ASC ilə X3 arasında bağlanmış 17 iyun 2010-cu il tarixli, 768/EBRR/YF saylı kredit müqaviləsinin şərtlərinə əsasən ona illik 20 faiz olmaqla, 36 ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bir neçə əmlak, həmçinin İddiaçı2 ilə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi çıxış etmişdir. Həmin müqavilənin şərtləri yerinə yetirilmədiyindən sözügedən daşınmaz əmlaka Şəki Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli, 2(075)-8/2015 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Cavabdeh2 MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə protokola əsasən «xxxx » ASC əmlak üzərində qalib elan edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş 13 mart 2018-cı il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********19-10301), RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlara əsasən əmlak mülkiyyət hüququ ilə «xxxx» ASC-yə keçmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş 13 mart 2018-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********1910301), RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış tam əsassız və qanunsuz verilmişdir. Hərrac protokolu onlara qanunla nəzərdə tutulmuş qaydada və müddətdə xəbərdar edilm ədən keçirilmiş, hərracın nəticəsi etibarsız olduğundan həmin protokol etibarsız hesab edilməlidir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər «xxxx» ASC və Cavabdeh2 MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdehlər «xxxx» ASCvə Cavabdeh2 MMCkassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məh kəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh «xxxx» ASC-nin vəkili X5 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiаçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh3 nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş lər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh «xxxx» ASC-nin vəkili X5 oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər «xxxx» ASC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reye stri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 07 avqust 2008-ci il tarixdə verilmiş ********* qeydiyyat, **********19-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi üzrə İddiaçı2 mülkiyyətindədir. İşdə olan Şəki Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli, 2(075)-8/2015 saylı icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, X1 17 iyun 2010-cu il tarixli, 768/EBRR/YF saylı kredit müqaviləsi üzrə 35461.48 manat əsas, 2822.14 dəbbə borcunun tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 40.000 manat olmaqla satılması, onun satışından əldə olu nmuş pul vəsaiti hesabına X2 17 iyun 2010-cu il tarixli, 768/EBRR/YF saylı kredit müqaviləsi üzrə «xxxx» ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İcra vərəqəsi 16 fevral 2017-ci il tarixdə verilmişdir. İş materiallarında olan 07 iyun 2017-ci il tarixli, 14420/5 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə açıq hərracda satılmasına dair Şəki Rayon Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli, 2(075)-8/2015 saylı icra vərəqəsi Cavabdeh2 MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin 20 iyun 2017-ci il tarixli, 108 (3859) saylı buraxılışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi nin açıq hərracdan satışının 20 iyul 2017-ci il tarixdə, saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən məhkəməyə göndərilmiş «xxxx» ASC-yə və İddiaçı2 ünvanlanmış 20 iyun 2017-ci il tarixli açıq hərracın keçirilməsi ilə bağlı 06/17 nömrəli bildirişdən görünür ki, həmin bildirişdə «xxxx» ASC və İddiaçı2 20 iyul 2017ci il tarixli hərracın keçirilməsi ilə bağlı xəbərdar edilməsi göstərilsə də, iş materiallarında həmin bildirişlərin borclu və tələbkara çatması ilə bağlı hər hansı sübut öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin 01 avqust 2017-ci il tarixli, 135 (3885) saylı buraxılışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satışının 31 avqust 2017-ci il tarixdə saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən məhkəməyə göndərilmiş «xxxx» ASC-yə və İddiaçı2 ünvanlanmış 01 avqust 2017-ci il tarixli açıq hərracın keçirilməsi ilə bağlı 06/17-2 nömrəli bildirişdən görünür ki, həmin bildirişdə «xxxx» ASC və İddiaçı2 31 avqust 2017-ci il tarixli hərracın keçirilməsi ilə bağlı xəbərdar edilməsi göstərilsə də, iş materiallarında həmin bildirişlərin borclu və tələbkara çatması ilə bağlı hər hansı sübut öz əksini tapmamışdır. İş materiallarında olan 12 oktyabr 2017-ci il tarixli, 49 nömrəli hərracın yekunları barədə protokolun və hərracın yekunları haqqında alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 man at müəyyən olunmuş, hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan edilərək 25% endirimlə 25.500 manata «xxxx» ASC-yə satılmışdır. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 41-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. İş materiallarından görünür ki, Cavabdeh3 07 iyun 2017-ci il tarixli, 14420/5 nömrəli məktubu ilə İddiaçı2 mülkiyyət ində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə açıq hərracda satılmasına dair ixtisaslaşdırılmış təşkilata, yəni – Cavabdeh2 MMC-yə sifariş verilmişdir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun: -42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənil məsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. -43.1-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. -43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. -43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqv im günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. -43.7-ci maddəsinə görə “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İş materiallarından görünür ki, hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuş, əmlak 25% endirimlə, yəni 25500 manatla banka təklif olunmuş və əmlak «xxxx» ASC tərəfindən alınmışdır. Bu barədə Cavabdeh2 MMC tərəfindən hərracın yekunları barədə 12 oktyabr 2017-ci il tarixli, 49 nömrəli protokol tərtib olunmuş, həmin protokol əsasında Cavabdeh2 MMC ilə «xxxx» ASC arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya birinci və ikinci hərracla əlaqədar elan və bildirişin göndərilməsi ilə bağlı iş materiallarında hər hansı sübut – xəbərnamələr aşkar olunmamış, Cavabdeh2 MMC də məhkəməyə ünvanladığı etiraz ərizəsində hərrac bildirişlərinin ünvan sahiblərinə çatması barədə məlumat almaq məqsədilə poçta sorğu verdiklərini, lakin göndərmələrin 2017-ci ilə məxsus olduğunu əsas gətirərək h ələ də cavab ala bilmədiklərini, bununla əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də məktubla müraciət etdiklərini qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız o lan əqddir. -337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İş materiallarından görünür ki, İddiaçı2 hərracların keçirilmə yerləri və vaxtları barədə lazımınca xəbərdar edilməmiş, Cavabdeh2 MMC tərəfindən “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu” ilə müəyyən edilmiş qaydaları pozmaqla 20 iyul 2017-ci il və 31 avqust 2017-ci il tarixlərdə hərraclar keçirilmişdir. Apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 MMC tərəfindən keçirilən hərraclar etibarsız sayıldığından Cavabdeh2 MMC tərəfindən hərracın yekunları barədə 12 oktyabr 2017-ci il tarixli, 49 nömrəli protokol və həmin protokol əsasında Cavabdeh2 MMC ilə «xxxx» ASC arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü madəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatları daşınmaz əmlak üzərində h üquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 13 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” «xxxx» ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsan hüquqlarının və əsas azadlıqlar ının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MMC tərəfindən hərracın yekunları barədə 12 oktyabr 2017-ci il tarixli, 49 nömrəli protokol və həmin protokol əsasında Cavabdeh2 MMC ilə «xxxx» ASC arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edildiyindən, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olduğundan həmin müqavilə əsasında cavabdeh «xxxx» ASC-nin adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi hаqlı оlаrаq qeyd etmişdir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 12 oktyabr 2017-ci il tarixli, 49 nömrəli protokolu və həmin protokol əsasında Cavabdeh2 MMC ilə «xxxx» ASC arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar «xxxx» ASC-nin ad ına verilmiş 13 mart 2018-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd e dir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər «xxxx» ASC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2423/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-31/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-31/2020
10.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver