Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3100/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Premium Bank” Acıq Səhimdar Cəmiyyəti (“X4” Acıq Səhimdar Cəmiyyəti), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Banka və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komissiyası yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka yüklülüyünə xitam verilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər C avabdeh3 ASC (X4 ASC), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Bankına və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2099/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Aqana Servis” MMC ilə İddiaçı arasında 15 yanvar 2010-cu ildə “tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alğı-satqısı haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "Aqana Servis” MMC, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr. 558566-cı məhəllə, L.İmanov-5 ünvanda tikilən yaşayış binasının birinci mərtəbəsində yerləşən 864 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsini sifarişçi İddiaçı verməyi, İddiaçı icə qeyri-yaşayış sahəsinin dəyəri olaraq 4.500.000 manat pulu "Aqana Servis” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "Aqana Servis” MMC, qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-yə maliyyə borcu olmadığı barədə 31 mart 2011-ci il tarixli maliyyə arayışı vermişdir. Müqaviləni "Aqana Servis” MMC-nin adından direktor Cavabdeh1 imzalamışdır.
2. Həmin qeyri-yaşayış sahəsində dair "xxxx" MMC ilə Cavabdeh1 arasında 02 dekabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləni "xxxx" MMC-nin adından Cavabdeh1 özü imza etmişdir.
3. Cavabdeh1 həmin müqaviləyə əsaslanaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə ünva n 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv.metr olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2 (82)-2370/2013 saylı qərarı ilə iddia tələbi təmin olunmuşdur. Həmin qərar icraya yönəldilmiş və sözügedən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli şıxarışla rəsmiləşdirilmişdir.
4. Bundan sonra Cavabdeh1 mülkiyyət h üququ ilə onun adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X2 küçəsi, 5 ünvanında yerləşən 835,7 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini 07 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini təmin etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü etmiş və ipoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci il tarixli, 2-1(103)-2688/2018 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarış ın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə İddiaçı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 3cü şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)-2370/2013 saylı qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilərək, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 mat 2019-cu il tarixli, 2-1(81)2011/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) qarşı ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sahəsi 864 kv.metr olan qey ri-yaşayış sahəsinə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(81)-2011/2019 saylı işi üzrə icraata xitam verilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2-1 (81)2011 /2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013cü il tarixli 2in(82)-2370/2013 saylı qərarının icrasına geriyə dönüş edilməsi və ünvan 2 ünvanında yerləşən, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki sahəsi 864 kv metr olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv edilmişdir.
8. ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 18 iyul 2019-cu il tarixli məktubunda göstərilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsin ə dair Cavabdeh1 adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sözügedən əmlak 25 oktyabr 2013-cü il tarixdə "X5” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2370/2013 saylı, 15 avqust 2013-cü il tarixli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına olan mülkiyyət hüququna 17 iyul 2019-cu ildə xitam verilmişdir.
9. ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli məktubda göstərilir ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 5 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və "X5 ” ASCnin (hazırkı Premium Bank) 24 oktyabr 20136-cü il tarixli mü raciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir.
10. ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli məktubda qeyd olunur ki, reyestr kitabına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2- 1(81)2011/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2370/20136 saylı 15 avqust 2013-cü il tarixli qərarın icrasına geriyə dönüş edilmişdir. Sözügedən ünvanın üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatı (çıxarış) ləğv edlmişdir.
11. Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alqı-satqısına dair müqavilə etibarsız h esab edilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 150/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı hazırki iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində 25 oktyabr 2013-cü il tarixdə "X5” ASC-nin xeyrinə yüklü edilmiş ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi belə əsaslandırılıb ki, o, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə bağladığı alqı-satqı müqaviləsi əsasında ünvan 6 ünvanı nda yerləşən 5 nömrəli binanın 1ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini ******* manat müqabilində həmin şirkətdən satın almışdır. Müqavilənin dəyərini hissə-hissə olmaqla xx.xx.2011-ci il tarixədək ödəmiş və bundan sonra həmin əmlaka görə şirkətə hər hansı borcunun olmaması barədə "xxxx" MMC tərəfindən ona 02/04 nömrəli maliyyə arayışı verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə əlaqədar bütün danışıqlar "xxxx" MMC-nin direktoru olan Cavabdeh1 ilə aparılmış, sənədləşmə işləri onun tərəfindən həyata keçirilmiş, müqaviləni və maliyyə arayışını Cavabdeh1 imzalayaraq ödənişləri qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi qeyri- yaşayış sahəsi onun sahibliyində olmuşdur və qeyri-yaşayış sahəsini tam təmirsiz vəziyyətdə almışdır. 2016-cı ilin yay aylarından həmin qeyri-yaşa yış sahəsində təmir işləri aparmağa başlamış, təmir işləri 2017-ci ilin dekabr ayında başa çatmışdır. Obyektin təmirinə külli miqdarda vəsait xərcləmişdir. Obyekt istifadəyə verildiyi gündən bu günə kimi restoran kimi fəaliyyət göstərir. Satıcı şirkətlə onun arasında olan razılaşmalara əsasən qeyri-yaşayış sahəsinin sənədləşmə işləri "xxxx" MMC tərəfindən həyata keçirilməli, bina istismara qəbul edildikdən sonra bu barədə ona müvafiq sənədlər təqdim edilməli və bundan sonra o, DƏDRX-ə müraciət edib çıxarış almalı idi. Bununla əlaqədar olaraq Cavabdeh1lə dəfələrlə əlaqə saxlasa da o, kifayət qədər pul olmadığına görə binanın istismara qəbul edilməsinin hələki mümkün olmadığını bildirmiş, lakin tezliklə bu məsələni həll edəcəyinə dair vədlər versə də, sənədləşmə işi hələ də həll edilməmişdir. 2018-ci ilin aprel ayında "xxxx" ASC-nin (əvvəlki adı “X4” ASC) əməkdaşları sözügedən qeyri-yaşayış sahəsinə gələrək obyektə baxış keçirmək istədiklərini bildirmişdir. O isə əmlakın ona məxsus olduğunu demiş və buna görə də obyektə baxış keçirilməsinə etiraz etmişdir. Həmin şəxslər ona bildirmişdir ki, onların əlində olan sənədlərə əsasən bu əmlak ona yox, Cavabdeh1 adlı şəxsə məxsusdur, Cavabdeh1 tərəfindən bu əmlak Bankda ipoteka ilə yüklü edilmişdir. Bundan sonra dərhal bu məsələyə aydınlıq gətirmək üçün "xxxx" MMC-nin direktoru Cavabdeh1lə əlaqə saxlayaraq onunla görüşmüşdür. Həmin vaxt Cavabdeh1 hər şeyi ona etiraf edərək göstərmişdir ki, onun yüksək məbləğdə pula ehtiyacı olub. Təminatsız heç bir bank ona pul vermədiyinə görə məcbur qalıb "xxxx" MMC ilə sözügedən qeyri-yaşayış sahə sinə dair formal olaraq müqavilə bağlamış və sonra məhkəmə qərarı əsasında həmin əmlaka çıxarış almış, yenidən banka müraciət edərək və həmin obyekti adıçəkilən bankda ipoteka ilə yüklü edərək yüksək məbləğdə kredit götürməyə nail olmuşdur. Bankın əməkdaşları da bu məqsədlə girovda olan əmlaka baxış keçirməyə gəlmişdir. Bu danışıqların sonunda isə Cavabdeh1 ona söz vermişdir ki, qısa müddət ərzində krediti ödəyib borcu bağlayacaq, obyekti girovdan çıxarıb onun adına keçirəcəkdir. Lakin 2018-ci ilin noyabr ayında yenidən qiymətləndirmə şirkətinin əməkdaşları obyektə gələrək əmlaka baxış keçirmək istəmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh1 hələ də banka olan kreditini ödəməmiş, hətta bank buna görə məhkəməyə də müraciət etmişdir. Cavabdeh1 tərəfindən bu qanunsuzluqlar aradan qald ırılmadığına görə o, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alğı-satqısına dair müqavilə etibarsız əqddir. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa "Aqana Servis” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil tikintisi və alğı-satqısına dair müqavilənin etibarsız əqd olmasını təsdiq edən hallardan biri də həmin müqaviləni formal olaraq hər iki tərəfdən eyni şəxsin (Cavabdeh1) imzalaması və real bazar dəyəri ******* manat olan əmlakın qiymətinin mübahisələndirilən müqavilədə 367000 manat göstərilməsidir. Yəni MMC-nin direktoru olan Cavabdeh1 hər iki tərəfdən müqaviləni imzalamaqla daha ə vvəl satılmış və dəyəri ******* manat olan əmlakı 367000 manata yenidən öz adına sənədləşdirmişdir.
15. Cavabdeh3 ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək iddianın rədd olunması barədə qətrnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixli, KBO13-1545 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən ASC-yə 718 gün müddətinə, illik 5,25 faiz ödəməklə ******* (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun xx.xx.2015-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2016-cı il tarixədək uzadılmış, kreditdən i stifadəyə görə illik faiz 3,7 faiz müəyyən edilmiş, kredit üzrə əsas borcun 2016-cı ilin aprel ayının sonundan başlayaraq hər ay bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X2 küçəsi 5 ünvanında yerləşən qeyriyaşayış sahəsi barəsində xx.xx.2013-cü il tarixli, İBO13-1545/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqavilələri qanunvericiliyə müvafiq qaydada notarius tərəfindən təsdiq edilmiş və ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır (İpoteka yüklülüyünə dair Çıxarış: Seriya RX, N° 0268630). Həmin əmlak üzrə iddiaçı Bankda da ipoteka saxlayan olduğundan cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə əsas borcu n, hesablanmış faizlərin qaytarılması, tutmanın sonrakı ipoteka predmetlərinə yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılmaşı” tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, Mərkəzi Bank isə ipoteka predmetləri barədə ilkin ipoteka saxlayan olduğundan müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmuşdur. İş hazırda həmin məhkəmənin icraatındadır.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və ASC-nin xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi q ət edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə «Aqana Servis” MMC arasında bağlanmış 15 yanvar 2010-cu il tarixli müqaviləyə əsasən «Aqana Servis” MMC iddiaçıya müqaviləyə əsasən ünvan 6 ünvanında inşa edilən, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 864 kv metr qeyri - yaşayış sahəsi “Sifarişçi”-yə verməyi, “Sifarişçi” isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 558.566-cı məhəllə L.İmanov 5 ünvanında inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 864 kv.metr olan qeyriyaşayış sahəsinə görə İddiaçı "xxxx" MMC-yə maliyyə borcu yoxdur.
19. Məhkəmə araşdırması zamanı mü əyyən edilmişdir ki, "xxxx" MMCnin direktoru Cavabdeh1 qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə xx.xx.2010-cu il tarixdə müqavilə bağladıqdan və şərtləşdirilmiş məbləği tam aldıqdan sonra, həmin qeyri-yaşayış sahəsinin satılması ilə bağlı 02 dekabr 2011-ci il tarixdə yeni müqavilə bağlamışdır. Eyni zamanda müqavilə formal olaraq hər iki tərəfdən eyni şəxs (Cavabdeh1) tərəfindən imzalanmışdır. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(006)-1950/2019 saylı qətnaməsi ilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli mənzil tikintisi və alğı-satqısına dair müqavilə etibarsız hesab edilmişdir.
20. Məhkəmə qeyd edib ki, ipoteka müqaviləsi etibarsız hesab olunan xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında bağlanmışdır. A lğı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə, maddə 337.4.). Həmin ipoteka müqavilələri xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin nəticəsi kimi çıxış edir. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə onun heç bir qanuni nəticələri ola bilməz. Bundan başqa iş materiallarında qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur ki, iddiaçının tələbi tam aydın, əsaslı və qanuna müvafiqdir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 337.2, 337.4, 339.3, 331.1, 405,1, 406.3 və 407.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindək i birinci icraat
22. Cavabdeh3 ASC (X4 ASC) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilmiş xx.xx.2016-cı il tarixli monitorinq aktına sübut qismində istinad verməmişdir. İpoteka saxlayan kimi Cavabdeh3 ASC ilə hazırki iş üzrə tərəf olmayan X1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 161/MB-KM0013 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 6.25%-lə, 24 ay müddətinə, 2.500.000 manat məbləğində kredit verilmiş, təminatı olaraq xx.xx.2013-cü il tarixli, 161/MB-SİM1-0013 saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus olan və ünvan 9 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835.7 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi bank tərəfindən yüklü edilməmişdən əvvəl xx.xx.2013-cü il tarixli, İBO13-1545/2 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Öhdəliklər lazimi qaydada icra edilmədiyinə görə Azad Nağıyevdən borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılması tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin işə Yasamal Rayon Məhkəməsində baxılan zaman xx.xx.2016-cı il tarixli monitorinq aktı təqdim edilmiş və iddiaçının yuxarıda göstərilən əqdin mübahisələndirilməsi hüququnun həmin andan tanınması və Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin hesablanmasını məhkəmədən xahiş etmişdir. Aparılmış monitorinqdən, foto çəkilişlərdən iddiaçının məlumatsız olması inandırıcı deyil. Buna görə də hesab edilməlidir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən iddia etdiyi hüquqların pozulmasından məlumatlı olmuş, lakin uzun müddət məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi əqdlərin etibarsızlığı barədə bir illik iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyini əsaslandırmaq üçün bildirmişdir ki, iddiaçı həmin əmlakı aldığı zaman təmirsiz olduğu üçün bankın əməkdaşları həmin obyektə monitorinq aparılması üçün gələn zaman təmir işləri görülməsi səbəbindən iddiaçının monitorinqdən guya xəbəri olmamışdır. Məlumdur ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinə 2011-ci ildə sahib olmuşdur. Həmin vaxtdan 2016-cı ilə qədər 5 ildən artıq vaxt keçmişdir ki, bu uzun müddət ərz ində kiçik həcmli obyekt üçün təmir işlərinin görülməməsi heç inandırıcı deyildir. İpoteka müqaviləsi imzalanarkən “İpoteka haqqında” Qanunun tələblərinə müvafiq olaraq ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, ipoteka ilə yüklü edilən qeyri-yaşayış sahəsinin qeydiyyat sənədlərinin notarius tərəfindən yoxlanılması nəticəsində mülkiyyətçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən yoxlanıldığı məlumdur. Buna görə də, qeyd edilən qeyri-yaşayış sahəsinin başqa şəxsə satılmasından bank əməkdaşlarının xəbəri olmamışdır və bu məlumatı əldə etmək belə imkanı ola bilməzdi.
24. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
25. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mərkəzi Bankın ipoteka predmetinə münasibətdə vicdanlı ipoteka saxlayan olduğunu araşdırmamışdır. Məhkəmə araşdırmamışdır ki, Mərkəzi Bank əmlak ipoteka ilə yüklü edilərkən hər hansı üçüncü şəxsin bu əmlaka dair mübahiəsəsinin olacağını bilmirdi, ola bilməsini ehtimal edə bilməzdi. Dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdalı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Məhkəmə bu hala qiymət verməmişdir. Əşya üzərində mülkiyyət, habelə ipoteka və.s kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə da ir qeyd reystrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Məhkəmə bu hala qiymət verməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadiqov) apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinin əsasını təşkil edən sübutlar və dəlillər hazırki işə mülki qaydada baxılıb mahiyyəti üzrə həll edilməsi üçün hüquqi əsas təşkil etmir. İddiaçı A zərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini ilk dəfə iddia ərizəsi ilə cavabdeh qismində, sonradan üçüncü şəxs qismində cəlb etsə də, işdən görünür ki, məhz iddiaçının müraciətlərinə cavab olaraq ƏMDK yanında DƏDRX tərəfindən hazırki mübahisə predmetinin ipoteka ilə yüklü edildiyi müəyyən edilmişdir. İşdən görünür ki, əvvəlki məhkəmə mübahisələri ilə qeyri-yaşayış sahəsinə verilmiş çıxarış ləğv edilmişdir. Yəni, ipoteka ilə yüklü edilmiş əmlakın çıxarışı ləğv edilsə də, reyestrdə əmlak üzərində ipoteka yüklülüyü qalmışdır. ƏMDK yanında DƏDRX-in iddiaçının vəkilinə ünvanladığı Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 5 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Mər kəzi Bankının xx.xx.2013-cü il tarixli və “X4” ASC-nin (hazırki Premium Bank”) xx.xx.2013-cü il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Əmlakların reyestri ilə bağlı hərəkətləri həyata keçirən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı müraciət olunmalı, müraciətin icrasından imtina edildiyi təqdirdə isə həmin orqanın hərəkətləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 2.2.3 və 2.2.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1, 25, 31.1 və 261.0.1-ci maddələrinə maddələrinə istinad edərək əsaslandırmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 421, 423-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 1, 4, 10 və 48-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassaiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin icraatına mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsasına görə xitam verərkən, gəldiyi nəticəni də kifayət qədər əsaslandırmamış, nəyə görə ipotekaya xitam tələbi barədə müraciətlə məhkəməyə deyil, məhz inzibati orqana müraciət edilməli olmasını açıqlamamış, konkret hüquq normalarına istina d etməmişdir. Bu tələbə inzibati qaydada o halda baxıla bilərdi ki, ya ipoteka yüklülüyünə dair qeydiyyat inzibati qərar əsasında aparılsın (mübahisələndirmə iddiası), ya da ki “İpoteka haqqında" Qanunun 32.3-cü maddəsində göstərilən hallar mövcud olduqda ipotekaya xitam verilməsi vəzifəsi qanunla müvafiq inzibati orqana həvalə edilmiş olsun (öhdəliyin icrası iddiası). Hazırkı işdən isə göründüyü kimi, ipoteka yüklülüyü inzibati qərar əsasında aparılmamış və qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanına ipotekaya xitam vermək səlahiyyəti (32.3-cü maddədə göstərilən hallarda) verilməmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(102)-5575/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-4372/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
33. Kassasiya instansiyasının mövqeyinə görə daşınmaz əmlaka ipotekaqoyan Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsini (çıxarışın ləğvi) ipotekaya da xitam verilməsi üçün əsas hesab edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ipotekanın qeydə alınması üçün əsas daşınmaz əmlakın ipotekaqoyan Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatına alınması deyil, ipotekaqoyan Cavabdeh1lə Azərbaycan Respublikası Mərkəzi Bankı və "X5” ASC arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli İBO13-1545\2 nömrəli və 11 oktyabr 2013-cü il tarixli 161/MB-SİM1-0013 nömrəli ipoteka müqavilələri olmuşdur. Ona görə d ə ipotekaya xitam verilməsi üçün əsasların olub olmadığını müəyyən etmək üçün DƏDRX-nin bu sahədə fəaliyyətinə deyil, ipotekanın qeydə alınması üçün əsas olmuş müqavilələrin etibarlılığına qiymət verilməlidir. İpotekaya xitam verilməsi barədə məhkəmə qərarı verilidikdən ipoteka qeydiyyatının ləğvi dövlət reyestri xidmətinin fəaliyyətinə aid məsələdir. Bundan sonra əmələ gələn münasibətlərlə bağlı mübahisənin həlli inzibati məhkəmələrə aiddir. Bu baxımdan da hazırkı iş üzrə mübahisə tərəfləri (subyektlər), tərəflər arasındakı münasibətlər (xüsusi) və mübahisə predmeti ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyildir. Ona görə də hazırkı işə baxılmasının inzibati məhkəməyə aidiyyatı yoxdur, işə mülki məhkəmələrdə baxılmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icr aat
34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2099/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-A.N.İmanov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və F.Ş.Talışınski) cavabdehlər Cavabdeh3 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(006)-152/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə (“X4” ASC), Cavabdeh1, Azərbaycan Respublikası Mərkəzi Banka və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin ü zərində qeydə alınmış ipoteka yüklülüyünə xitam verilməsinə dair tələbi təmin edilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən iş üzrə lazımi araşdırma aparmamış, "X5” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka saxlayan kimi "X5” ASC-nin vicdanlı olub-olmamasına ümumiyyətlə münasibət bildirməmişdir.
36. Məhkəmə kollegiyası Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipinə istinadla qeyd etmişdir ki, dövlət reyestrinin məzmununun həqi qiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inana raq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).
38. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, ünvan 12 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində 25 oktyabr 2013-cü il tarixdə "X5” ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsinə hər hansı əsas yoxdur.
39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülkin Məcəlləsinin 140, 182.1, 271.1, 337.2, 337.4, 337.5, 339.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.6, 1.0.7, 11.2, 32.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.6, 384.0.2, 385, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. İşdən göründüyü kimi, əslində ona məxsus olmadığı halda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi cinayət yolu ilə Cavabdeh1 adına sənədləşdirilərək onun adına çıxarış alınmış və ipoteka ilə yüklü edilmişdir. Cinayət faktı aşkar edildikdən sonra 1 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə icrada dönüş edilərək qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv olunmuşdur. Yəni, əslində mülkiyətçisi İddiaçı olduğuna görə ipoteka predmeti olan əşya məhkəmə qərarı ilə ipoteka qoyandan alınmışdır. Göründüyü kimi, hazırkı işdə mövcud olan mübahisəli hüquq münasibəti ilə “İpoteka haqqında” Qanunun 32.3-cü maddəsinin dispozisiya şərtləri tam uzlaşır. Belə olan halda, apellyasiya məhkəməsi məhz həmin maddəyə əsasən iddianı təmin edərək ipotekaya xitam vermək əvəzinə, iddianırədd etmiş və iddiaçının istinad etdiyi “İpoteka haqqında” Qanunun 32.3-cü maddəsini nəyə görə mübahisəyə tətbiq etmədiyini isə öz qətnaməsində açıqlamamışdır. Məhkəmə qətnamədə öz mövqeyini ancaq cavabdeh bankların v icdanlı əldə edən olması ilə əsaslanmışdır. Çünki, şəxsin vicdanlı olması onun hüquqlar əldə etdiyi əqdə münasibətdə nəzərə alınır və hüquqları qorunur (əqd etibarlı hesab edilir). Hazırki işdə isə iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə deyildir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə baxılarkən bankın əqdə münasibətdə vicdanlı olub-olmaması nəzərə alına bilərdi. Baxılan işdə isə iddia tələbi ipotekaya xitam verilməsidir (ipoteka müqaviləsi mübahisələndirilmədən) və iddia tələbi irəli sürmək hüququ “İpoteka haqqında” Qanunun 32.3-cü maddəsində müəyyən olunan göstərişdən irəli gəlmişdir. Həmin maddə məhz etibarlı əqd əsasında qeydiyyatı aparılmış mövcud ipotekanın xitamını nəzərdə tutur. Yəni, əqd etibarlı olsa da onun nəticəsinə xitam verilir. Q anunda nəzərdə tutulan ipotekaya xitam üçün əsaslar ipotekanın qeydiyyatınadək yaranmış hüquq münasibətləri ilə bağlı olmayıb, hüququn qeydiyyatından sonra ortaya çıxan faktlarla əlaqədardardır. Məsələn, ipoteka predmetinin məhv edilməsi, ipoteka predmetinin ipoteka qoyandan alınması və s. Bundan əlavə, sözügedən maddədə ipotekaya xitam verilməsi ipoteka saxlayanın vicdanlı əldə edən olub-olmaması ilə də şərtləndirilməmişdir. Bu isə o deməkdir ki, həmin maddədə göstərilən halın baş verməsi ipotekaya xitam verilməsi üçün əsasdır və bu halda ipoteka saxlayanın vicdanlı olubolmaması heç bir əhəmiyyət daşımır. Daha dəqiq ifadə ilə, ipotekanın xitamı üçün qanunda nəzərdə tutulan hər hansı əsas, o cümlədən 32.3-cü maddədə qeyd olunan əsas olduqda ipoteka saxlayanın bağladığı əqdə münasibətdə vic danlılığı və ya digər hər hansı səbəb nəzərə alınmadan ipotekaya xitam verilir. Apellyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərarında müzakirə edilən işin halları ilə hazırkı işin halları eyni deyildir və analoji iş hesab edilə bilməz. Həmin işdə iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə olduğundan, Konstitusiya Məhkəməsi bankın əqdə münasibətdə vicdanlı olub-olmamasının yoxlanılmasını zəruri hesab etmişdir. Nəzərə almaq lazımdır ki, qüvvədə olan məhkəmə qərarı əsa sında həqiqiliyinə və tamlığına istinad edilən daşınmaz əmlakın dövlət qeydiyyatı ləğv edildiyi üçün hazırki vəziyyətdə tamlıq və həqiqilik prezumpsiyasına istinad edilməsi də öz əhəmiyyətini itirmişdir. Çünki, hazırkı iddia təmin edilməsə belə, bankın borc tələbi (tutma) mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilə bilməz. Bankın pul tələbi kredit və ya ipoteka müqaviləsinin tərəfi olmayan İddiaçı əmlakı hesabına ödənilə və ona qarşı tələb təmin edilə bilməz. Tutmanın qeyri-yaşayış sahəsinə yönəldiməsi qeyri-mümkün olduğu halda, hazırda daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi ilə bağlı formal ipoteka qeydiyyatının qalması qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçının öz mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneçilik törə dir. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh3 ASC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
44. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...
45. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
46. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vic danlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
47. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Qanun
48. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
49. Maddə 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
50. Maddə 2.1. İpoteka ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
51. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
52. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
53. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
54. Maddə 32.3. İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsin də ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. İşin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1-12-ci paraqraflarında qeyd olunub.
65. Baxılan mübahisənin mahiyyəti üzrə həlli üçün müəyyən olunmuş işin faktiki halı ondan ibarətdir ki, Cavabdeh1 mülkiyyətində olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli şıxarışla rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, X2 küçəsi, 5 ünvanında yerləşən 835,7 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmiş, ipoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alına raq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, ipoteka predmeti olan əşyanın mülkiyyətçisi əslində Cavabdeh1 deyil, İddiaçıdur.
66. İddiaçı işin bu halına istinad edərək, ipotekaya xitam verilməsini tələb edir və tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 32.3-cü maddəsinə əsaslanır.
67. Həmin normaya görə ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir.
68. Lakin işə baxmış məhkəmə kollegiyası Mülki Məcəllənin 140 və 182.1-ci maddələrinə istinadla iddianı rədd etmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə əqdin həqiqi sayılm ası üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırkı iş üzrə isə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(82)-2370/2013 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, mübahisəli daşınmaz əmlak üzərində xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ***** ***** nömrə ilə qeydiyyat aparılmışdır. 10 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanarkən Cavabdeh1 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmiş və ipoteka saxlayan şəxs "X5” ASC bu qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilmək imkanında olmamışdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr).
19. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan h üquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.).
20. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.
21. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
22. Əmlakı bu və ya digər əsasla başqa şəxslərdən əldə edən hər b ir şəxsdə əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı əldə edən qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
23. Əmlak dövriyyəsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulma sı halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət ed irsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.
24. Nəzərə alınmalıdır ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır və mülki dövriyyənin sabitliyini təmin edən mühüm haquqi vasitələrdən biridir. “İpoteka haqqında” Qanunun 32.3-cü maddəsində, ipoteka predmeti olan əşyanın əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda, vicdanlı ipoteka saxlayanın hüquqları ilə bağlı hər hansı tənzimləmə yoxdur. Lakin Mülki Məcəllənin 271.1-ci maddəsində mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri tənzimlənib. 25. “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
26. Buna görə də apelyasiya instansiyası məhkəməsinin işə baxarkən dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası və onunla bağlı vicdanlı sahibliklə əlaqədar mülki qanunvericiliyin müddəalarından çıxış etməklə iddianı rədd etməsi, qanunvericiliyin reyestrin həqiqiliyi və vicdanlı əldə edənin hüquqları ilə bağlı yuxarıda göstərilən müddəalarının məzmununa və legitim məqsədinə uyğun olmuşdur. Əks yanaşma ipoteka saxlayanın qanuni əs aslarla yaranmış mülkiyyət hüququnun əhəmiyyətsiz edilməsinə səbəb ola bilər, bu isə ipoteka saxlayanın Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrində təsbit olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.
27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tər əflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2099/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.