Məhkəmə qərarları › İş №2(102)-3102/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3102/2020

01.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3102/2020 01.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, İddiaçıadından onun nümayəndəsi qismində X3tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı adından onun nümayəndəsi qismində X3 və vəkil İbrahimov Nizami Hafiz oğlu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2019-cu il tarixli, 2(105)-3574/2019 saylı qətnaməsindən kasasiya şikayəti vermişlər. Bundan sonra iddiaçı ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək göstərmişdir ki, kasasiya şikayəti onunla razılaşdırılmadan verilmiş, o, həmin şikayətlə tanış olmamış, şikayəti imzalamış nüm ayəndə X2 verdiyi etibarnamənin xitam olunması ilə bağlı notariat orqanına müraciət etmişdir. İddiaçı kasasiya şikayəti ilə tanış olub imzalaması üçün şikayətin ona göndərilməsini xahiş etmişdir. İddiaçının müraciətinə əsasən, kasasiya şikayəti ona göndərilmiş, lakin ötən iki aydan çox müddət ərzində məhkəməyə iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış kasasiya şikayəti daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kass asiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kasasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı adından onun nümayəndəsi qismində X1 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2019-cu il tarixli, 2(105) -3574/2019 saylı qətnaməsindən verdiyi kasasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar