Məhkəmə qərarları › İş №2(102)-3111/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3111/2024

26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3111/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: Mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” tələbinə dair id dia üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2024-cü il tarixli, 2(103)-90/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia etmişdir ki, qeyd olunan torpaq sahəsi onun tərəfindən hasarlanmış, bundan sonra cavabdeh tərəfindən həmin hasar sökülərək öz torpağına gediş-gəliş məqsədilə istifadə olunmağa başlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi il ə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu ərazisindəki Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi ayrılmış, torpağın naturada yeri müəyyən edilməklə verilən sahə daş hasarla əhatəyə alınaraq sərhədləri müəyyən edilmişdir. Həm bu torpaq sahəsinin, həm də qonşuların yolu yerləşmə cizgisi və torpaq sahəsinin plan ölçüsündə öz əksini tapmışdır. Qonşu torpağın sahibi Cavabdeh mülkiyyət hüququnu 26 yanvar 2022-ci il tarixdə qeydiyyata aldırmışdır. Lakin o, faktiki yolu olduğu halda iddiaçıya məxsus mişar daşdan olan hasarı uçurmuş, ona maddi ziyan vurmuş, torpağını zəbt edərək özünə yeni yol çəkmişdir. Özbaşına zəbt etdiyi özgə torpağından çəkdiyi yolla mütəmadi tikinti materialları daşımaqla geniş tikinti işləri aparır.

4. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh bildirmişdir ki, özünə məxsus olan torpaq sahəsində tikinti aparır. Onun tərəfindən heç bir hasar sökülməmişdir. İddiaçının təqdim etdiyi 1999-cu il sərəncamında həmin torpaq sahəsi iki il müddətində fərdi evin tikintisi ü çün verilmiş və qeyd edilmişdir ki, qeyd edilən müddət ərzində tikinti olmazsa, torpaq sahəsi vətəndaşın əlindən alınsın. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 2170 trapesiya şəklindədir. İddiaçı iddia edir ki, torpaq sahəsinə çıxış sonradan qoyulmuşdur, amma buna aid hər hansı sübutu yoxdur. İddaçının mübahisə etdiyi torpaq sahəsinin ona məxsus olması barədə heç bir sübutu yoxdur. H.Sabirin qeyd etdiyi 1999-cu il sənədlə iddia etdiyi topaq sahəsi arasında heç bir əlaqə yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsindəki icraatda şahid X2 bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. X4rdaşının qonşusudur. H.Sabiri bu mübahisə ilə əlaqədar tanıyır. Mövcud torpaq sahəsindəki hasarın sökülməsini H.Sabirə o demişdir. O, torpaq sa həsini kimin alıb satdığını bilmir. Sadəcə hasarın sökülməsini bilir. Qabaq girişdə olan hasarın hündürlüyü 2 metrdən çox idi. Hasarın iki hissəsi sökülmüşdür. Yer orada trapesiya şəklindədir. Hasarın bir hissəsi hündür yerdə olduğu üçün o biri tərəfindən fərqlənir. Hasarın giriş və girişdən sağ tərəfdə yerləşən hissəsinin söküldüyünü bildirmişdir.

6. Birinci instansiya məhkəməsindəki icraatda şahid X3 bildirmişdir ki, o torpaq sahəsini internetdə yerləşən elan vasitəsilə Şəhriyar adlı şəxsdən almışdır. 53 saylı Notariat Ofisində alğı-satqı müqaviləsi ilə öz adına alıb. 6 sot torpaq sahəsi hər biri 3 sot olmaqla iki yerə bölünmüşdür. Həmin ərazidən yuxarı küçəyə 2 çıxış vardır. İddiaçının qeyd etdiyi ərazidə kanalizasiya xətti var. Torpaq sahəsini alanda orada daşlar yox idi. Orada yolu bir yerdə çəkiblər. Həmin ərazidə yerləşən tikili iddiaçıya məxsusdur. Oradakı üçbucaq yerdə elektrik xətti vardır. Qeyd edilən ərazidə yerləşən torpaqların əksəriyyəti H.Sabirin adınadır. Həmin torpaqları müxtəlif insanlara satıb pul qazanır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1450/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, məhkəmə tərəfindən iddia tələbində qeyd edilən sökülmüş hasarın yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması müəyyən olunmadığından, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır və təmin edilməməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən sök üldüyünü iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

10. Məhkəmə bildirmişdir ki, İddiaçı torpaq sahəsinin ona məxsus olması və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellya siya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmədə dindirilən və qətnamədə ifadəsi sübut kimi qəbul edilən X1 torpaq sahsinin qapısı iddiaçının torpaq sahəsinin xaricindədir. Bu baxış zamanı və video yazıda öz əksini tapmışdır. Onun özü də iddiaçının torpaq sahəsindən yol açması iddiasındadır. Onun qeyd etdiyi yolun çəkilməsi həmin ərazidən təxminən 300 metr kənarda olmuşdur. Faktın təsdiqi üçün yenidən baxış keçirilərsə bu hal təsdiq olunar. Bu şəxs iddiada tərəf deyil. Hazırkı iddiaya heç bir aidiyyəti də yoxdur. Bəlli deyil ki, məhkəmə onu nə üçün dindirmiş və ifadəsini sübut kimi götürmüşdür. Halbuki işdə sübutlara söykənən obyektiv ifadə verməyə hazır olan və bu məqsədlə məhkəməyə gələn icra məmurunu iddiaçının israrlı tələblərinə baxmayaraq məhkəmə “ifadənə ehtiyac yoxdur” bəhanəsi ilə dindirməmişdir. Məhkəmə qətnamədə “iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təstiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməsini” qeyd etsə də, bu fakt izahatlardan əlavə, baxışla və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə tam təsqiq olunur. 2 metr hündürlüyündəki mişar daşdan inşa edilmiş hasarın sökülməsi hələ məhkəmədən öncə bələdiyyə və icra nümayəndəliyinin birgə baxış sənədləri ilə də təsdiq olunur. Həm də hasarı özünə 2-ci yol açmaq üçün cavabdehin sökməsinə kifayət qədər fakt mövcuddur. İzahatda deyilənlər sözügedən əraziyə aid olmayan tamamilə uzaq sahədə baş vermişdir. Cavabdehə yol iddiaçının hesabına verilə bilməz. Mülki qanunvericiliyin tələbləri baxımından ona yol üçün yeri torpağı satan adam verməlidir. Bundan əlavə, iddiaçıya torpaq sahəsi veriləndə orada işıq xətti olmamışdır. Sonradan çəkilmişdir ki, buda mülkiyyət hüququnu pozur. İddiaçı bununla bağlı maneənin aradan qaldırılması üçün tədbirlər görür. Belə vəziyyətin yaranması onun mülkiyyət hüququnu məhdudlaşdırmır. Məhkəmənin qətnamədə iddiaçının sahəsinin trapesiya formasında yox, yerli baxışda göstərdiyi torpaq sahəsinin üçbucaq formasında olduğunun müəyyən edilməsini göstərməsi də əsassızdır. Orada üçbucaq formasında yer yoxdur. Hər tərəfin torpağının sxemi, eskiz yerləşmə cizgisi var. Məhkəmə təsdiq olunan rəsmi sənədlərə yox, subyektiv mülahizəyə istinad etmişdir. Sərəncamda heç trapesiya forması sözü də yoxdur. Məhkəmə bu fikri nəyə əsasən göstərməsi işdən bəlli deyil. Digər tərəfdən yerin hansı formada olmasından asılı olmayaraq müdaxiləni qanun qadağan edir. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Ekspertizanın aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri də cəlb edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dö vlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən mübahisəli ərazinin faktiki sahəsi 685.0 kv.metr təşkil edir. Cavabdeh xüsusi mülkiyyətində olan 0.025 ha torpaq sahəsi və həmin sahənin qərb-sərhəd qonşuluğunda olan 0.0255 ha torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 0.0505 ha olmaqla dövlət qeydiyyatına alınmışdır. Həmin sahənin arxivi əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Faktiki vəziyyəti üzrə Cavabdeh məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli sərəncamı ilə İ ddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

16. Daha sonra məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunub-olunmadığı, cavabdehə mülkiyyət sənədlərinə əsasən hansı istiqamətlərdən yol verildiyi, yolun bağlandığı təqdirdə cavabdehin torpaq sahəsindən istifadə üçün başqa yolunun olub-olmamasının müəyyən edilməsi zəruri olduğundan iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Yekunda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksper tizası Mərkəzinə həvalə olunmuşdur. Ekspertizanın aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri də cəlb edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmiş və qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 685.0 kv.metr təşkil edir. Sahənin daxilindən bir hissə (235.0 kv.metr olan sahə) faktiki yol kimi mübahisələndirilən sahədir. Bundan əlavə cavabdehin göstərdiyi 250.0 kv.metr sahə üzərində bir mərtəbəli yarımçıq tikili mövcuddur, digər sahə ilə bir sərhəd daxilindədir. Sahənin sərhədləri iki tərəfdən şərti olmaqla çıxarışda qeyd olunmuş ölçülərə uyğundur. Göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdehin faktiki göstərdiyi və sənədlə sahəsi iki tərəfdən fiziki sərhəd olmadığından (şərti olduğundan) zəbt etmə halının olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mülkiyyət sənədlərinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi və həmin sahənin qərbsərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 505.0 kv.metr olmaqla dövlət qeydiyyatına alınmışdır. Sahənin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXK-nin kadastr planında keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. İddiaçı tərəfindən göstərilən faktiki sahə 685.0 kv.metr təşkil etməklə bir hissəsi (235.0 kv.metr) faktiki yol kimi mübahisələndirilən hissədir. Bundan əlavə, İddiaçı ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumat yoxdur. Cavabdeh xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi bölünəndən əvvəl həmin sahənin qərb sərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə 505.0 kv.metr olmaqla qeydiyyata alınmış torpaq sahəsinin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi ve keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Bölünmə zamanı (505 kv.metr sahənin bölgüsü zamanı) tərəflər arasında imzaları ilə razılaşdırılaraq notarial qaydada tesdiqlənmiş bölgü sxemində sənədlə sahənin cənub tərəf hissəsindən dalan göstərilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlham Cəfərov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) 24 may 2024-cü il tarixli 2(103)-90/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, aparılmış ekspertizalar iddiaçının faktiki qaydada, yəni sənəd üzrə müəyyən edilmiş koordinatlar əsasında yox, şərti olaraq göstərdiyi torpaq sahəsində aparılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı da bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

20. Apellyasiya insta nsiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının iddiasını təkzib etmiş, tələb üzrə sübutetmə yükü iddiaçının üzərinə düşmüş, lakin o, nə sərəncam üzrə ona ayrılmış torpaq sahəsinin həqiqətəndə hazırda mübahisələndirdiyi torpaq sahəsi olmasını, nə də ki, torpaq sahəsindəki hasarın məhz cavabdeh tərəfindən sökülməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisənin dəqiq araşıdırılması üçün ekspertizalar təyin edilsə də, həmin ekspertizalar da faktiki olaraq göstərilən torpaq sahəsi üzrə şərti olaraq aparıldığından (iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatın olmaması səbəbindən) iş üçün həlledici əhəmiyyət kəsb etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mülki i şdə birinci instansiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuş, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, torpaq sahəsinin ona məxsus olduğunu, habelə torpaq sahəsi üzərindəki hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir.

22. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dinidirilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuş və ondan bu barədə iltizam alınmışdır. Lakin o, bilə-bilə yalan ifadə vermiş olsa belə, bu hal hazırkı mərhələdə qətnamənin ləğvi üçün əsas ola bilməz.

23. Torpaq sahəsinin hansı formada (trapesiya və ya üçbucaqlı) olması və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin çizgisi sənədində həmin torpaq sahəsi trapesiya formasında göstərilmişdir. Birinci instansiya məhkəməsi isə xx.xx.2022-ci il tarixində hər iki tərəfin göstərdiyi torpaq sahəsinə yerli baxış keçirərkən, iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üçkünc formada olduğunu və torpaq sahəsinin tam yaxınlığında işıq dirəyinin yerləşdiyini müəyyən etmiş, bunları xx.xx.202 2-ci il tarixli protokolla rəsmiləşdirmişdir. Həmçinin əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilərkən də müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı izah etmişdir ki, hansı formada olması və ya yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşib-yerləşməməsindən asılı olmayaraq əmlak üzərində mülkiyyət hüququ toxunulmazdır, lakin nəzərə almaq lazımdır ki, hazırda iddiaçının göstərdiyi torpaq sahəsinin onun qanuni sahibliyinə verilmiş torpaq sahəsi olması işin müabahisəli halıdır və iddia edilən torpaq sahəsinin cizgisində göstərilən formanın yerli baxış zamanı göstərilən torpaq sahəsinin formasına uyğun gəlməməsi, habelə yüksək gərginlikli el ektrik xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin sərəncam əsasında ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməməsi şübhələrini artırır. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar qətnamə çıxarılarkən haqlı olaraq nəzərə alınmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin ikinici yol açmaq üçün hasarı sökməsinə dair kifayət qədər faktın mövcud olduğunu qeyd etmiş və bu faktların izahatlardan əlavə, baxışla və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə tam təsdiq olunduğunu bildirmişdir. Lakin həmin videoda sadəcə sökülmüş hasar qeydə alınmışdır və hasarın kim tərəfindən sökülməsini özündə əks etdirmir. Bu səbəbdən iş materiallarında olan həmin v ideoyazı da hasarın həqiqətəndə cavabdeh tərəfindən söküldüyünü sübut etmir.

25. Məhkəmə gəldiyi nəticəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə öz mövqeyini qanuna və sübutlara uyğun əsaslandırmamış, işin hallarını təhrif etmişdir. Məhkəmə nəzərə almamışdır ki, hasarın sök ülməsi cavabdehdən başqa kimsəyə lazım deyil. Ya özü söküb yada pul verib fəhlələr sökdürüb. Hər iki halda o söküb. Məhz qonşudakı 5,5 sot bir yerin bölünərək 3 nəfərə satılması ilə bağlı yaranan səbəbdən cavabdehin aldığı sahənin yolunun olmaması onu bu işə təhrik etmişdir. İstər cavabdehdən əvvəlki mülkiyyətçinin istərsə də onun yeri məhz səlahiyyətli dövlət qurumlarının sərəncamına əsasən verdiyi yerləşmə cizgisi əsasında müəyyən edilmiş,həmin cizgi ilə mülkiyyətçinin hüquqları qeydə alınmışdır. Hasarda məhz bu sənədlərə görə çəkilmişdir. Yerlərin üst-üstə düşməsi də məhkəmənin istinad etdiyi ekspertizaların rəyi ilə təsdiq olunur. Bu da yerinə müdaxiləni təsdiq edən etibarlı sübutlardan biridir. İzahatlardan əlavə baxış və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə, nümayəndəliklə birl ikdə tərtib edilmiş baxış sənədi ilə də təsdiq olunur ki, orada 2 metr hündürlüyündə hasarı olub. Məhkəmə cavabdehə yer satan ilkin mülkiyyətçinin yolunun haradan olmasına aydınlıq gətirsə idi mübahisəyə son qoyulardı. İddia tələbində əvvəlki yol dedikdə məhz qonşuya məxsus olan yol nəzərdə tutulur.Belə vəziyyətdə məhkəmə eyni hüquqa malik yerləşmə cizgilərinə istinad etməli idi. Məhkəmə ona verilmiş sərəncamı və cizgini qanuni hesab etdiyi halda cavabdehə sərəncamdan 23 il sonra verilmiş şübhəli cizgini əsas götürməklədə yanlışlığa yol vermişdir. Hər iki məhkəmə instansiyasında video çəkiliş aparan bələdiyyə nümayəndəsi və məhkəmə icraçısı dindirilməmiş, onlar qapıdan geri qaytarılmış, onların dindirilməsi barədəki vəsatətlərinə məhəl qoyulmamışdır. Tövsiyyə və təsvir xarakterli ekspert r əyinə üstünlük vermişdir. Yerinin hesabına əvvəlki mülkiyyətçinin 5,5 sotluq sahədə yolu da olan bir yerinin 3 nəfərə satması halında alıcılara onun hesabına ayrı-ayrı yol verilməsi qanunda nəzərdə tutulmamışdır. Bu məsələ ilkin mülkiyyətçi ilə 3 yeni mülkiyyətçi arasında həll olunmalı bir işdir. Ona aidiyyəti yoxdur. (hər iki yerin yerləşmə cizgiləri əlavə olunur) Onun Səbail Rayon İcra Hakimiyyətinin 12 may 1999-cu il tarixli,648 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpağı hesabına cavabdehə yol verilməsi mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməli idi. Apellyasiya şikayətində göstərmişlər ki, yerində yenidən baxış keçirilməlidir ki, mübahisəyə naturada aydınlıq gətirilsin. Məhkəmə şikayətinin bu dəlilinədə qiymət verməmiş, baxı ş keçirməmişdir. Şikayətlərində göstərmişlər ki, məhkəmənin yerinin “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi Qaydalarının 5-ci bəndinə əsasən 25 metr mühafizə zonasına düşməsi səbəbindən qeydiyyat ləngiyib, bu istiqamətdə iş aparılır. Onlara torpaq sahəsi veriləndə orada işıq xətti olmamışdır. Sonradan çəkilmişdir ki, bu da mülkiyyət hüquqlarını pozur. Hazırda cavabdehin tikilisi də xəttin təsir dairəsinə düşür. Belə vəziyyətin yaranması onun mülkiyyət hüququnu məhdudlaşdırmır. Qanuni istifadəsində olan torpağa dair sənədlərin ləğvi gündəlikdə deyil. "xxxx" ASC-nin əməli hüquqa zidd olmaqla bir başa mənə ziyan vurması ilə nəticələnmişdir. O xətti çəkərkən yerin kimin mülkiyyəti olmasının fərqinə belə varmamış, məqsədli şəkildə mülkiyyət hüququna müdaxilə etmişdir. T orpaqdan istifadə hüququ olan şəxs öz hüquqlarını istənilən şəxsdən, o cümlədən mülkiyyətçinin özündən də müdafiə etməyə ixtiyarı var. Göründüyü kimi mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da qanunla qorunur və mulki qanunvericilikdə belə hüquq sahibinin hazirki iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna edilməmişdir. Göründüyü kimi məhkəmə qətnamədə qanunlara və obyektiv dəlillərə yox subyektiv mülahizələrə əsaslanmışdır. Apellyasiya instansiyası göstərdiyi bu dəlillərə də qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi işin vəziyyətinə görə mübahisənin aradan qalxması üçün hər iki yerin ilkin yerləşmə cizgilərini tərtib edənləri, məhkəmədən öncə mübahisəyə görə yerə baxış keçirib video çəkən səlahiyyətli şəxsləri işə cəlb etməklə, əraziyə yenidən baxış keçirməkl ə obyektiv araşdırma aparmalı idi. İşin faktiki halları ilə istinad etdiyi maddələrin tələblərinin pozulması təstiq olunduğu halda məhkəmə qətnaməsində göstərilmiş nəticələrə uyğun gəlmir. Apellyasiya instansiyasında göstərdiyi kimi ev tikilərkən mütləq şəkildə qonşuların yazılı şəkildə razılığı alınmalıdır. Belə razılıq yoxdur. Cavabdehin cizgi sənədinin qanuniliyi də yoxlanmamışdır.

28. Hesab edirlər ki, iş materiallarında olan sübutlara düzgün qiymət verilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır Məhkəmə məhkəmə sübutları, eləcə də tərəflərin izahatlarını Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə əsasən təhlil edib şikayətin təmin edilməməsi hissəsində düzgün qiymətləndirməmişdir.Xüsusən hasarın cavabdehin sökməməsi, yerin ona aid olmaması hissəsində sübutlara düzgün qiymət verməmişdir. Cavabdehin hərəkətlərinə münasibətdə məhkəmənin mövqeyi prosessual qanunvericiliyin tələblərinə ziddir, çünki yol üçün sökdüyü hasar ona nə rəsmi nə də qeyri rəsmi satılmamışdır. Hasarı naturada yerləşdiyi ərazinin cavabdehə məxsus olmasını təstiq edən heç bir sübut yoxdur. Ekspert rəyi yerin ona məxsusluğunu yox ümumi təsviri özündə ehtiva edir. MPM-nin 9-cu maddəsinin tələblərinə əməl edilməyərək tərəflərin bərabərliyinə, faktlara əməl edilməmiş və bizim verdiyimiz təstiq olunan izahatımız sübut kimi götürülməmişdir. Mübahisələndirilən yerin və yolun cavabdehə məxsus olmasına heç bir sübut təqdim etməmişdir. Bundan başqa MPM-in 76cımaddəsinin tələbləri pozulmuş, məhkəmə tərəfindən əsassız olaraq izahat, rəy, video görüntü və başqa sübutları mötəbər sübut kimi qəbul edilməmişdir. İddiaçı izahatları ilə, təqdim etdiyi rəsmi yerləşmə cizgiləri ilə, ekspert rəyi ilə, mütəxəssis rəyi ilə, yerində baxış protokolu ilə, video çəkilişlə sübut edir ki, hasar və altındakı torpaq ona məxsusdur. Cavabdehin isə mübahisələndirilən yerin ona məxsus olmasını sübut edəcək heç bir faktı yoxdur.

29. Məhkəmə iddia ərizəsinin əsaslı olduğunu, mülkiyyət hüququna müdaxilənin fakt olmasını nəzərə almamışdır.

30. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 125,129, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1, 152.1, 152.5, 152.6, 158.1.2, 158.4, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1, 76 Azərbaycan Respublikasının MPM-in 9,14, 76, 77, 88, 97,102, 217-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz versə də etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verə rək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, aparılmış ekspertizalar iddiaçının faktiki qaydada, yəni sənəd üzrə müəyyən edilmiş koordinatlar əsasında yox, şərti olaraq göstərdiyi torpaq sahəsində aparılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı da bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə r azılaşmır. Belə ki iş materiallarında (iş v. 6 və 7) əsli ilə düzgünlüyü notariat orqanında təsdiqlənmiş İddiaçı fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Səbail rayon İH başçısının 12 may 1999-cu il tarixli 648 nömrəli sərəncamının və Səbail rayon İH başçısının 12 may 1999-cu il tarixli 648 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin (3 yaşayış massivi, 2170 nömrəli) cizgisinin surəti mövcuddur. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmaması barədəki mövqeyini kifayət qədər əsaslandırmamışdır.Elektron bazada müvafiq məlumatların olmaması iş materiallarında olan sübutların araşdırılmasını və araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməsini istisna etmir.İş materialları ilə təsdiq edilir ki, apellyasiya instansiyası məhkəməsi “iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığı” barədə mövqeyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli rəyinə əsasən qeyd etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

48. Apellyasiya instansiyası məhkəməsinin müvafi q qərardadına əsasən müvafiq ekspertiza keçirilərək təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, faktiki vəziyyəti üzrə Cavabdeh məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 39-cu bəndində torpaq sahəsinin hansı formada (trapesiya və ya üçbucaqlı) olması və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədində həmin torpaq sahəsi trapesiya formasında göstərilmişdir. Birinci instansiya məhkəməsi isə xx.xx.2022-ci il tarixində hər iki tərəfin göstərdiyi torpaq sahəsinə yerli baxış keçirərkən, iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üçkünc formada olduğunu və torpaq sahəsinin tam yaxınlığında işıq dirəyinin yerləşdiyini müəyyən etmiş, bunları xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirmişdir.

50. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi torpaq sahəsinin cizgisi sənədindəki torpaq sahəsi ilə iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini, yəni iddiaçının göstərdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədində göstərilən sərhədlər d axilində olubolmamasını araşdırıb hüquqi qiymət verməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədi üzrə də araşdırma apararaq sübutlara məcmu şəklində Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməli idi.Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

52. Yuxarıda göstərilən istiqamətli araşdırma və hüquqi qiymətləndirmə aparılaraq iddia olunan torpaq sahəsinin iddiaçıya məxsusluğu müəyyən olunduqdan sonra söküldüyü iddia olunan hasarın iddiaçıya aid olub-olmadığı və onun cavabdeh tərəfindən sökülüb-sökülməməsi məsələlərinə hüquqi qiymət verilməlidir.

53. Məhkəmə kollegiyası qeyd ed ilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması və sübutlara hüquqi qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 14 və 88-ci maddələrinin tələblərinə cavab vermir və şərh edilən pozuntular apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas verir.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarının qətnamədə göstərilmiş nəticələrə uyğun gəlmədiyi barədə dəlillərinə hüquqi qiymət vermir. Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.

55. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

57. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsəl ələrə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

58. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh e dilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

59. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2024-cü il tarixli 2(103)90/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar