Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3113/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Qubadlı RİH, Sumqayıt Regional Ədliyyə İdarəsi və Qaçqınların və X1 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Qubadlı RİH, Su mqayıt Regional Ədliyyə İdarəsi və Qaçqınların və X1 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(103)-2885/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-3307/2017 nömrəli qətnaməsi ilə X2, X5, X6, X3 və X4 Sumqayıt şəhəri, 12-ci mkr., ev 7A, 35 saylı (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 559, M9, m 1) mənzildən çıxarılmaları, İddiaçı Sumqay ıt şəhəri, 12-ci mkr, ev 7A, 35 saylı (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi. 559, M9, m 1) mənzilə köçürülməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, xx/xx-9678 saylı məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Əkbər Əliyev və qeyriləri Sumqayıt şəhəri, 12-cı mikrorayon, ev 7A, 35 saylı mənzildən çıxarılmalı, İddiaçı həmin mənzilə köçürülməlidir. İcra sənədi əsasında Sumqayıt Şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Qubadlı rayonundan məcburi köçkün düşmüş və qeyd olunan ünvanda məskunlaşmış ailənin yaşamağa başqa yerləri olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək, eləcə də «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxş ılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli sərəncamının müddəaları nəzərə alınmaqla onların yaşayış sahəsi ilə təmin edilməsi üçün yerli icra qurumu tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət olunsa da, hazıradək müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, 06/140 saylı məktubunda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08.05 2017-cl il tarixli, 2(060)-3307 saylı icra sənədinə əsasən X2 və digərləri Sumqayıt şəhəri, 12-d evin 35 saylı mənzildən çıxarılmalı və si z həmin mənzilə köçürülməlisiniz. İcra tədbirləri zamanı aidiyyəti qurumlara göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir, X2 və onun ailə üzvləri məcburi köçkünlərin vahid elektron informasiya sistemində başqalarına məxsus mənzillərdə müvəqqəti qeydiyyatda olmaqla, onların adları məcburi köçkünlərin adlı siyahısında mövcuddur. Gələcəkdə həmin problemlər həll olunduqdan sonra sizin tələbkar olduğunuz icra sənədi müsbət yönümdə həll olunacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dövlət büdcəsi hesabına onun xeyrinə vurulmuş maddi ziyana görə 108.200 manat, mənəvi zərərin əvəzi olaraq 100.000 manat kompensasiya olmaqla, cəmi 208.200 manat pulun və 498,95 mana t dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 05 yanvar 2017-ci il tarixli RX seriyalı ******* saylı Qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7a, mənzil 35 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzil qeyd edilən sənədin əldə edilməsindən də uzun müddət əvvəl onun istifadəsinə verilmişdir. 1993-cü ildə Qubadlı rayonundan olan artıq keçmiş məcburi köçkün ailəsi bu mənzildə yerləşdirilərək məskunlaşmış, həmin dövrdə işğal nəticəsində öz evini tərk etməyə məcbur qalmış vətəndaşların düşdüyü vəziyyəti nəzərə alaraq, bu ailənin müəyyən müddətə qədər həmin mənzildə yerləşməsinə və yaşamasına etiraz etməmişdir. 20 ilə yaxın bir müddətdən so nra qeyd edilən mənzildə məskunlaşmış şəxslərin başqa yaşayış yeri əldə etməsi, bu mənzili hətta kirayə verməsi ilə bağlı məlumatlar əldə etdikdən sonra həmin şəxslərin xüsusi mülkiyyətində olan mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3307/2017 saylı 08 may 2017-ci il tarixli qətnaməsi ilə verilmiş iddia ərizəsi təmin olunmuş, məskunlaşmış şəxslərin mənzildən çıxarılması və onun mənzilə köçürülməsi qət edilmişdir. Bu qətnamədən qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə şikayət verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Nəticədə qətnamənin icra olunması məqsədilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-3307/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi verilmişdir. İcra sənədinə əsasən, mənzildə məskulaşmış şəxslərin çıxarılması və onun həmin mənzilə köçürülməsi təmin edilməli olsa da, bu indiyədək baş verməmişdir. Onun və ailə üzvlərinin çoxsaylı müraciətlərinə baxmayaraq məhkəmə qətnaməsi icra edilmədən qalmaqdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş 06/384 saylı, 29 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, respublika ərazisində məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdə boş mənzil fondu olmadığından, yuxarıda qeyd edilən məcburi köçkün ailəsinin yaşayış sahəsi ilə təmin etmək mümkün olmamışdır. Onların yeni yaşayış sahəsi ilə təmin olunmasına baxılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş 11 avqust 2022-ci il tarixli, N04/11- 9678 saylı məktubla bildiri lmişdir ki, icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Qubadlı rayonundan məcburi köçkün düşmüş və qeyd olunan ünvanda məskunlaşmış ailənin yaşamağa başqa yerləri olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılır. 07 yanvar 2023-cü il tarixdə qətnamənin icra edilməsinin təmin olunması barədə ərizə ilə yenidən müraciət etmişdir. Müraciətə cavab olaraq Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina edilmişdir. Göründüyü kimi Sumqayıt şəhəri üzrə İcra İdarəsi məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina etməkdədir. Bu hərəkətsizlik nəticəsində dövlət orqanı olan Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi və bu iş üzrə icraata başlamış icra məmuru onun ölkə Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş mülkiyyət hüququnu, habelə ədalətli məhkəmə hüququnu və onun təminatlarını pozmuş, bununla da ona maddi ziyan və mənəvi zərər vurmuşdur. "xxxx" MMC-dən əldə edilmiş ƏEM/İ 28-376/23 saylı, 25 iyun 2023- cü il tarixli ‘Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə" Hesabatdan görünür ki, onun xüsusi mülkiyyətində olan mənzilin bazar satış dəyəri 83.000,00 manat, kirayə dəyəri isə 350,0 manat təşkil edir. Ona vurulmuş maddi ziyanın əvəzi olaraq real zərər komponenti üzrə 83.000,00 manat, əldə çıxmış fayda komponenti üzrə isə 25.200 manat (icra sənədini icra edilməsi üçün nəzərdə tutulm uş tarix - xx.xx.2017-ci ildən qiymətləndirmənin aparıldığı tarixə - xx.xx.2023-cü ilə qədər olan dövrü hesabladıqda 72 ay edir, 72*350=25,200) olmaqla cəmi 108.200 manat (83.000+25.200=108.200) kompensasiya tələb edir. Ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat kompensasiya tələb edir. Uzun illərdən sonra əldə edib xüsusi mülkiyyəti olan mənzilində yaşaya bilməmiş, uzun illər ərzində əri və 2 övladı ilə birlikdə kirayə evlərdə yaşamış, qeyd edilən mübahisə ilə bağlı onun əri xəstəlik tapıb vəfat etmişdir. Xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra edilməməsi istiqamətində hərəkətsizlik onda uzun müddətli qeyri-müəyyənlik, acizlik, məyusluq, ədalətsizlik hissi yaşatmaqla ona davamlı mənəvi iztirablar vermişdir. 6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/İ 28-376/23 saylı Daşı nmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7a, mənzil 35 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 83000 manat, kirayə dəyəri 350 manat/1 ay təşkil etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Anar İbadzadə) 16 yanvar 2024cü il tarixli 2(006)-536/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının tələb etdiyi zərərlə bağlı mübahisə iddiaçı ilə cavabdeh arasında deyil, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-3307/2017 nömrəli qətnaməsinin hə min iş üzrə cavabdehlər tərəfindən icra edilməməsi, icra məmuru tərəfindən isə cavabdehlər məcburi köçkün olduğundan və həmin şəxslərin mənzil problemləri həll olunmadığına görə icra edilə bilməməsi nəticəsində yaranmış mübahisə olmaqla, cavabdeh həmin münasibətlər üzrə tərəf deyildir və cavabdehə hər hansı aidiyyəti yoxdur. Bundan başqa, iddiaçının iddia etdiyi məhkəmə qətnaməsini icra etməyən Sumqayıt şəhər İcra İdarəsinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilə bilər, eyni zamanda Sumqayıt şəhər İcra İdarəsi inzibati orqan olmaqla, onun qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 43. 3, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10. iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) 14 may 2024-cü il tarixli 2(103)-2885/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-536/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı hazırki tələbində cavabdeh qismində Maliyyə Nazirliyini cəlb etməklə qanuni qüvvəsini almış qətnamənin icra edilməməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərər tələb edir. Yəni hazırki mübahisə iddiaçı ilə cavabdeh arasında deyildir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı iddia etdiyi məhkəmə qətnaməsini icra etməyən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilə bilər, eyni zamanda Sumqayıt şəhər İcra İdarəsi inzibati orqan olmaqla, onun qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciə t edə bilər.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qətnamənin icra edilməməsi nəticəsində ona vurulmuş zərəri Maliyyə Nazirliyindən tələb etməsi əsassızdır, cavabdeh həmin münasibətlər üzrə tərəf deyildir və cavabdehə hər hansı aidiyyəti yoxdur. Cavabdeh tərəfindən iddiaçıya hər hansı ziyan vurulması halı müəyyən edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının narazılığı icra orqanı tərəfindən qətnamənin icra olunmamsındandır. İcra sənədinin icrası ilə bağlı münasibətlər, o cümlədən icra zamanı icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlərin verilməsi isə “İcra haqqında” Qanunla tənzimlənir və hazırki halda icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz olması barədə məhkəmə aktı mövcud deyil.
16. Apellyasi ya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1100-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tamamilə yalnış qənaətə gələrək o mövqedən çıxış etmişdir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Halbuki, iddia ərizəsind ən və ona əlavə edilmiş sənədlərdən açıq-aydın görünür ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qoyulması ilk növbədə ondan irəli gəlir ki, iddiaçı ona zərərin vurulmasını dövlət orqanı və onun vəzifəli şəxsi olan dövlət qulluqçunun hərəkətsizliyi ilə əlaqələndirir və belə olan halda cavabdeh subyekt kimi mülki hüquq münasibətlərində öz orqanları vasitəsilə çıxış edən dövlət çıxış edir. Birinci instansiya, sonradan isə apellyasiya instansiyası məhkəmələri istinad edilən normaların tələblərini pozmuş, iş üzrə tamamilə əsassız və qanunsuz nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxarkən düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi, sonradan isə apellyasiya instansiyası m əhkəməsi yanlış olaraq o nəticəyə gəlmişlər ki, iddia tələbinin qanuni əsası mövcud deyil, yəni mülki hüquq pozuntusu (delikt) olmamışdır. İstinad edilən hüquq normalarının dispozisiyasından görünür ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqazidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məcburi icra edilməli olan məhkəmə aktı dövlət qurumunun və onun vəzifəli şəxsinin hərəkətsizliyi nəticəsində icra edilmir və bu hərəkətsizlik delikti yaratmış olur. Nəticə etibarilə iddiaçı özünün xüsusi mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə bilmir, onun üzərində sərəncam vermək hüququndan məhrum edilmişdir. Faktiki olaraq iddiaçının mülkiyyət hüququ davamlı şəkildə pozulur. Məhz bu d a iddiaçıya maddi ziyanla yanaşı mənəvi zərər də vurur ki, həmin ziyanın həcmini göstərən sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Mənəvi zərərlə də bağlı iddiaçı öz tələblərini əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), ha belə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 2
6. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 40.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. 41.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(103)2885/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir