Məhkəmə qərarları › İş №2(102)-3118/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3118/2019

06.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3118/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli 2(103)12757/2018 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 08.06.2018-c i il tarixli 2(006)-2796/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, A.Hüseyn, N.Cəfərov) 06.12.2018-ci il tarixli 2(103)-12757/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08.06.2018-ci il tarixli 2(006)-2796/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı xeyrinə 3180 ABŞ dolları pul, 45 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh MMC və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlə r. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 12.03.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən borc məbləğinin icra müddəti ərzində gecikdirilən hər gün üçün 0.5% miqdarında 178875 ABŞ dolları (məzənnəyə uyğun manatla) pulun tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4644/2014 nömrəli, 08.08.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış AZ ******* saylı, 26.12.20 07-ci il tarixli müqavilənin ləğv edilməsi və müqavilənin predmeti olan mağaza üçüncü şəxsə satıldıqdan sonra 36000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi, məhkəmə aktında pulun ödənilməsi müqavilə predmeti olan mağazanın üçüncü şəxsə satılmasından sonra göstərilmişdir. 04.03.2016-cı ildə “xxxx” MMC tərəfindən Abşeron rayon İcra şöbəsinin sifarişi əsasında hərrac təşkil edilmiş, Cavabdeh MMC-yə məxsus “Riyad” Ticarət Mərkəzində yerləşən “U” qeydiyyatlı binanın **** mərtəbəsində olan ***** nömrəli mağaza 8000 manat ilkin və son satış qiyməti ilə təkrarən alış qiymətini ödə məkdən azad edilməklə İddiaçı almış, bu barədə “xxxx” MMC tərəfindən müqavilə qüvvəsinə malik olan Hərracın yekunları barədə **** saylı protokol və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə bağlanmış, bundan sonra İddiaçı ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 08.06.2017-ci il tarixli Çıxarış verilmişdir. Bununla da İddiaçı bu cür qanunsuz hərəkətlər edərək dəyəri 54000 ABŞ dolları olan mağazanın sahibi olmuş, eyni zamanda 36000 ABŞ dollarından 8000 manat çıxılmaqla qalıq məbləğə tələb etmək hüququ yaranmışdır. Halbuki keçirilmiş hərracdan MMC-nin məlumatı olmamış və MMC-nin nümayəndəsi hərracda iştirak etməmişdir. Ona görə MMC 01.02.2018-ci il tarixdə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən keçirilmiş hərracın, onun yekunları barədə protokolun, 04.03.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında İddiaçı verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş hazırda məhkəmə icraatındadır və məhkəmə baxışı davam edir. Nəsimi rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-yə məxsus torpaq sahələri və mənzilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.02.2018-ci il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, öhdəliyin icra edilməməsi cavabdehin təqsirindən baş verməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi nin qətnaməsindən belə məlum olur ki, guya cavabdeh bu müddətdə qərəzli olaraq borcunu ödəməmişdir. Apellyasiya məhkəməsi qətnamənin icra edilmə vaxtının Abşeron rayon Məhkəməsində mübahisələndirildiyini təsdiq etmişdir. Belə olan halda isə, məhkəmə hazırda iddia ərizəsinə baxışı Abşeron rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək icraatı dayandırmalı idi. Belə ki, gələcəkdə 04.03.2016-cı il tarixdə həyata keçirilmiş hərracın nəticələri digər məhkəmə tərəfindən ləğv ediləcəyi təqdirdə qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsi, yəni tələbkara pulun ödənilməsi vəzifəsinin vaxtı dəyişmiş olacaqdır. Hazırki halda cavabdeh kimi Cavabdeh MMC-nin hərəkəti özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilm əsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, mağazanın iddiaçıya dəyərindən aşağı qiymətə satılması barədə hazırda cavabdehin sübutu yoxdur. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mağazanın dəyərinin 54000 ABŞ dolları olması faktı öz təsdiqini tapmışdır. Həmin məbləğdən də tələbkar 36000 ABŞ dolları ödəmişdir. Belə olan halda həmin əmlakın dəyəri necə ola bilər ki, hərracda ilkin və son satış qiyməti 8000 manat təşkil edə bilər. Qüvvədə olan məhkəmə qətnaməsi əsasında 19.01.2015-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, könüllü icra müddəti 09.02.2015-ci ildə bitmiş, 04.03.2016-cı ildə isə məlumat verilmədən gizli hərrac keçirilmiş və əmlak 8000 manata satılmışdır. Bundan sonra İddiaçı yerdə qalan, 31800 ABŞ dolları tələb etmək hüququ yaransa da, 04.03.2016-cı ildən sonra Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməmiş, qəbul edilmişsə də, həmin qərar Cavabdeh MMC-nə göndərilməmişdir. Buradan da görünür ki, 08.08.2014-cü il tarixli qanuni qüvvədə olan qətnamənin icra edilməsi vaxtı 04.03.2016-cı il tarixdən başlamır. Lakin məhkəmə bu kimi halı nəzərə almamış, yalnız iddiaçının formal mülahizələrinə və iş materiallarında qətnamənin icra edilməsi vaxtını dəqiqləşdirən sübut olmadan əsassız olaraq 04.03.2016-cı il tarixdə keçirilmiş hərracın vaxtına istinad edərək, gecikdirilmiş illik 5%-i hesablamışdır. Nəticədə apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(103)-12757/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, yaxud qismən ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun iza hatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2014-cü il tarixli, 2(103)-4644/2014 saylı qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 2(006)1713/ saylı qətnaməsi ilkin iddianın təmin edilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılma sı, ilkin iddia tələbinin qismən təmin olunması, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 26 dekabr 2007-ci il tarixli, AZ-******* saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan mağaza üçüncü şəxsə satıldıqdan sonra 36000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınıb ona verilməsi qət edilmişdir. Həmin qətnamə 08 avqust 2014cü il tarixdə qanuni qüvvəyə minmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2014-cü il tarixli, 2(103)-4644/2014 saylı qətnaməsi qismən icra edilərək “xxxx” MMC tərəfindən keçirilmiş hərracda 04 mart 2016-cı il tarixdə Cavabdeh MMC-yə məxsus “Riyad” Ticarət mərkəzində yerləşən “U” qeydiyyatlı binanın 1-ci mərtəbəsində olan 33 nömrəli mağaza 8000 manata İddiaçı özünə satılmış, mağazanın də yəri olaraq İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməli olan 8000 manat qətnamə əsasında qarşı tərəfin ona ödəməli olduğu 36000 ABŞ dolları məbləğində borcdan 4200 ABŞ dolları çıxılmaqla əvəzləşdirilmişdir. Qalan 31800 ABŞ dolları pulun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Apellyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 36000 ABŞ dolları məbləğində pulu ödəmək öhdəliyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2014-cü il tarixli, 2(103)-4644/2014 saylı qətnaməsi əsasında “Riyad” Ticarət mərkəzində yerləşən “****” qeydiyyatlı binanın **** mərtəbəsində olan **** nömrəli mağaza satıldığı tarixdən, yəni 04.03.2016-cı il tarixdən yaranmış, lakin cavabdeh tərəfindən həmin borcdan 31800 ABŞ dollarının ödənilməsi hal-hazıradək təmin edi lməmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçının tələbi cavabdehdən 04.03.2016-cı il tarixdən iddia qaldırıldığı 12.03.2018-ci il tarixədək 2 il üçün qətnamə əsasında ödənilməli olan 31800 ABŞ dolları məbləğinə illik 5% olmaqla, cəmi 3180 ABŞ dolları (31800/5 %=1590x2 il=3180) məbləğində faizin tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz ərizəsində İddiaçı hərrac vasitəsilə satılmış mağazanın bazar dəyərinin əslində 54.000 ABŞ dolları olduğunu, həmin hərracın qanunsuz keçirildiyini, iddiaçının cavabdehə məxsus olmuş əmlakı dəyərindən xeyli aşağı qiymətə əldə etdiyini, hərracın nəticələri “xxxx” MMC tərəfindən mübahisələndiri lərək Abşeron rayon Məhkəməsində iddia qaldırıldığını göstərmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab etmişdir ki, **** nömrəli mağazanın iddiaçıya dəyərindən aşağı qiymətə satılması barədə hal-hazırda cavabdehin sübutu yoxdur. Hətta bu hal sübut edilmiş olsa belə bu cavabdehi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2014cü il tarixli, 2(103)-4644/2014 saylı qanuni qüvvədə olan qətnaməsini icra etmək vəzifəsindən azad etmir. Belə ki, qətnaməyə əsasən həmin mağazanın hərracda hansı qiymətə satılmasından asılı olmayaraq mağazanın satışı baş verdikdən sonra cavabdehin 36000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəmək vəzifəsi yaranır. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iddiaçını n iddia tələbinin əsasını cavabdehin qərəzli olaraq məhkəmə qətnaməsini icra etməməsi ilə əlaqədar faiz borcunun tutulması təşkil etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apelyasiya instansiyası məhkəməsi qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4644/2014 nömrəli, 08.08.2014-cü il tarixli qətnaməsi üzrə müqavilənin predmeti olan mağaza üçüncü şəxsə satıldıqdan sonrakı, yəni 04.03.2016-cı ildən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi 2 il üçün hər ilə 5% olmaqla gecikdirmə faizi hesablamış və iddia tələbini qismən təmin etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi müqavilənin predmeti olan mağazanın 8000 manata iddiaçının özünə satıldığını, həmin mağazanın isə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4644/2014 nömrəli, 08.08.2014-cü il tarixli qə tnaməsi ilə dəyərinin 54000 ABŞ dolları göstərildiyini, həmin zaman mağazanın dəyərinin mübahisələndirilmədiyini, nəticə olaraq mağazanın mövcud olmuş və satılmış qiymətləri arasındakı ziddiyyətləri araşdırmamış, cavabdehin Abşeron rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən keçirilmiş hərracın, onun yekunları barədə protokolun, 04.03.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında İddiaçı verilmiş Çıxarışın ləğv edilməsini tələb etməsini, həmin tələb üzrə iddia ərizəsinin məhkəmə tərəfindən icraata götürüldüyünü nəzərə almamış, bununla əlaqədar icraatın dayandırılması barədə tədbir görməmişdir. Çünki qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4644/2014 nömrəli, 08.08.2014-cü il tarixli qətnaməsi üzrə qalıq borcun tutulması müqavilənin predmeti olan mağazanın üçüncü şəxsə satılmasından sonra mümkündür. “xxxx” MMC tərəfindən keçirilmiş hərracın, onun yekunları barədə protokolun, 04.03.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb təmin ediləcəyi təqdirdə müqavilə predmeti olan mağaza satılmamış olacaqdır və məhkəmə qətnaməsinin icrası başlanmamış vəziyyətdə olacaqdır. Bundan əlavə, cavabdehin məhkəmə qətnaməsi üzrə qalıq borcu gecikdirməsinin nədə ifadə olunmasını müəyyən etməmiş və məhkəmə qətnaməsini əsaslandırmamışdır. Halbuki iş materiallarından görünür ki, müqavilə predmeti olan mağaza satıldıqdan xeyli müddət sonra qalıq borcun ödənilməsinin təmin edilməsi üçün icra məmuru tərəfindən borclu Cavabdeh MMC-yə məxsus torpaq sahələri və mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdimatla məhkəməyə müraciət edilmiş, məhkəmənin 08.01.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi hərrac barədə məlumatları olmadığını bildirmiş, bundan sonra hərracın yekunlarını mübahisələndirmişlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.02.2018-ci il tarixli qərardadı ilə də dəyişdirilmədən saxlanmışdır. Buradan isə cavabdehin qalıq borcunu gecikdirməsi müəyyən olunmur. Kassasiya kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 259.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X1 qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli 2(103)-12757/2018 nömrəli qətnaməsi ləğv edi lsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar