Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3120/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun və vəkili Hüseynov Altay Xəlil oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(006)3159/2 018 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddianın təmin edilməsi, 12.154,32 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçı x1na ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 dekabr 2018-ci il tarixli, 2(103)12633/2018 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev, R.Qurbanov və A.Hüseyn) Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(006)-3159/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondukassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 dekabr 2018-ci il tari xli, 2(103)-12633/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.12.2015-ci ildə x2 LD********** №-li “Qarant” depozit müqaviləsi ilə qoyduğu əmanətin qaytarılmamış hissəsinin, yəni 12154,32 ABŞ dollarının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10.12.2015-ci ildə x2 LD********** №-li qarant depozit müqaviləsinə əsasən 28.000 ABŞ dolları məbləğində illik 12% şərti ilə əmanət qoymuşdur. Əmanətin həcmi 1 ABŞ dollarının həmin günə manata ol an məzənnəsinə görə 1.0492 manat, 29.377,6 manat ekvivalentində olduğuna görə müqavilənin 8.2-ci bəndində əmanətinin 100% həcmində sığortalanması qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu kompensasiya məbləğini 1 ABŞ dollarının sığorta hadisəsinin baş verdiyi 04.10.2016-cı il tarixinə məzənnəsi 1.6138 manat ilə hesablayaraq, 22.11.2016-cı ildə ona yalnız əmanətin bir qismini, yəni 18.599 ABŞ dolları məbləğini kompensasiya etmişdir, əmanətin qalan 12.154,32 ABŞ dolları hissəsini isə ödəməkdən imtina etmişdir. Onun Fonda yazdığı ərizələrə də 30.11.2016-cı ildə imtina cavabı verilmişdir. O, kompensasiya məbləğinin belə hesablanmasını aşağıdakı əsaslara görə qanuna zidd hesab edir. Belə ki, əmanət müqaviləsi 10.12.2015-ci ildə bağlandığına görə tərəfləri n öhdəlikləri həmin tarixə olan məzənnəyə uyğun olaraq müəyyən edilir. Əmanətin həcmi və faizi Əmanətlərin Sığortalanması Fondunun tam sığortalama şərtlərinə zidd olmadığı üçün müqavilənin 8.2ci bəndində əmanətin qismən deyil, tam həcmdə sığortalanması qeyd edilmişdir. Yəni həmin gün bank və onunla müvafiq müqaviləsi olan Əmanətlərin Sığortalanması Fondu vahid tərəf kimi onun qarşısında əmanətin tam həcmdə kompensasiya olunması öhdəliyini üzərlərinə götürmüşlər. Mərkəzi Bankın 04.10.2016-cı il məzənnəsi barədə qərarında isə onun geriyə qüvvəsi, yəni 10.12.2015-ci il tarixinə olan müqavilələrə tətbiq edilməsi barədə heç bir istisna yoxdur. Bu o deməkdir ki, onun əmanət müqaviləsinə 10.12.2015-ci il tarixinə olan hüquqi akt - Mərkəzi Bankın məzənnə qərarı aid edilməlidir. Mərkəzi Bankın valy uta məzənnələrini müəyyən etmək barədə qərarı da mülki qanunvericilik müddəalarına aiddir. Buna görə də 04.10.2016-cı il tarixinə olan məzənnə qərarı elan edildiyindən əvvəlki mülki münasibətlərə aid edilməməlidir. Bu qərar onun əmlak hüquqlarının vəziyyətini pisləşdirərək, ona ziyan vurduğuna görə onun əmanət müqaviləsi üzrə kompensasiyanın hesablanmasına şamil edilə bilməz. Fondun qaydalarına görə banklara xarici valyutada 02.03.2016-cı il tarixinə qədər ən çoxu 12%-lə, 02.03.2016-cı ildən sonra isə ən çoxu 3 %-lə qoyulmuş əmanətlər tam həcmdə sığortalanır. Onun əmanəti banka 10.12.2015-ci ildə, yəni 02.03.2016-cı il tarixindın əvvəl qoyulmuş və həmin günə qüvvədə olan qaydaya uyğun olaraq tam həcmdə sığortalanmışdır. 02.03.2016-cı il tarixindən sonraya aid olan 3 % qaydası isə ondan əvv əlki tarixli əmanət müqavilələrinə şamil oluna bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 dekabr 2018-ci il tarixli, 2(103)-12633/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya ş ikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı x1 və vəkili Hüseynov Altay Xəlil oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan x1 ilə x2 arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli LD********** nömrəli qarant depozit müqaviləsindən görünür k i, bank əmanətçidən 28.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 8.2-ci bəndinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. İş materiallarında olan x2 tərəfindən verilmiş 10 dekabr 2015-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, x1 28.000 ABŞ dolları məbləğində pulu yeni əmanət müqaviləsinin açılması üzrə cari hesaba mədaxil etmiş dir. İş materiallarında olan 22.11.2016-cı il tarixli x2 əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, əmanətçi x1nun kompensasiya məbləği 18.599 ABŞ dolları təşkil edir. Kompensasiya olunmayan məbləğ isə 12.154,32 ABŞ dollarıdır. İş materiallarında olan Ləğv prosesində olan x2 22.11.2016-cı il tarixli qəbzindən görünür ki, kreditor x1nun ləğv prosesində olan x2 qarşısında 12.154 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı x1 ilə x2 arasında 10 dekabr 2015-ci il tarixli qarant depozit müqaviləsi bağlanmış, bank əmanətçidən 28.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra x2 lisenziyası ləğv edilmiş, Ləğv prosesində olan x2 ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeyd olunan əmanət məbləğindən 18.599 ABŞ dolları hissəsi kompensasiya olunaraq iddiaçıya ödənilmişdir. Əmanətin qalan 12.154,32 ABŞ dolları həcmində olan hissəsi isə kompensasiya olunmamış və bu günə kimi iddiaçıya ödənilməmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əma nət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna-uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyə n etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən əmanət qoyulmuş məbləğ 28.000 ABŞ dolları əmanətin qoyulduğu tarixə (10.12.2015-ci il) manatın ABŞ dollarına məzənnəsinə uyğun olaraq 30.000 manat məbləğindən artıq olmamışdır (1 ABŞ dolları 1,0492 manat). Tərəflər arasında imzalanmış Depozit müqaviləsinin 8.2-ci bəndinə əsasən isə Fondun sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30000 manatdan çox olmayaraq kompensasiya ödəməli olması müəyyən edilmişdir. Göründüyü kimi, sığorta hadisəsi baş verdikdə ödənilməli olan kompensasiya məbləği müqavilə imzalanan tarixdə müəyyənləşdirilmiş və bu məbləğ əmanət məbləğini tam əhatə etmişdir. Belə olan halda məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əmanət məbləğinin tam şəkildə qaytarılmaqla, qalıq qalmış 12.154,32 ABŞ dollarının cavabdehdən alınaraq iddiaçıya ödənilməli olması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalı olduğundan, Azərbaycan Respublikasının pul vahidi manat olduğundan, hazırki iddia tələbi xarici valyuta ilə göstərilərsə də, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu tələblərə riayət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Resp ublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün Fondun Himayəçilik Şurasına və ya məhkəməyə müraciət edə bilər lər. İş materiallarından göründüyü kimi ləğv prosesində olan x2 22.11.2016-cı il tarixli qəbzindən görünür ki, kreditor x1nun ləğv prosesində olan x2 qarşısında 12.154 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, hazırki iddianın predmeti banka qarşı kreditor tələbi olmadığından, sığorta edilmiş əmanətin kompensasiyası olunmalı məbləğin Əmanətlərin Sığortalanması Fondu tərəfindən səhv hesablanması olduğundan, yəni kompensasiya ödənilməsi ilə əlaqədar yaranmış mübahisədən doğmuş tələb olduğundan, iddiaçı tələbini haqlı olaraq Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürmüşdür. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.06.2017-ci il tarixli qərarı əmanətçi ilə iflas ol muş bank arasında olan mübahisələrə aiddir. Yuxarıda göstərildiyi kimi hazırki mülki iş isə “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə müvafiq olaraq əmanətçi ilə Əmanətlərin Sığortalanması Fondu arasında kompensasiyanın səhv hesablanması və ödənilməsi ilə əlaqədar mübahisəyə aiddir. Göründüyü kimi hazırki iş üzrə icraata xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilməd iyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3120/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3120/2019
08.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver