Məhkəmə qərarları › İş №2(102)-3124/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3124/2022

06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3124/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və “X6” Publik Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3124/2022 (açar sözlər: delikt öhdəliyi, maddi və mənəvi zərərin ödənilməsi, ekspert rəyi Bakı şəhəri, 06 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X6” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il ta rixli, 2(103)-9888/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə dair X4 etibarnamə əsasında 10 il müddətinə sərəncam hüquqi ilə bərabər idarə etmək hüququ vermişdir. 2. “X7 416 CDİ“Xüsusi Təyinatlı markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil “X6” Publik Hüquqi şəxsinə (bundan sonra “cavabdeh” və ya “Publik şəxs”) məxsusdur. Həmin avtomobil xx.xx.2020-xx.xx.2021-ci il tarixləri əhatə edən dövr ərzində idarə olunması üçün “Publik Hüquqi şəxs tərəfindən Cavabdeh1 (bundan sonra “cavabdeh”) verilmişdir.

3. Cavabdeh xx.xx.2020-ci il tarix də saat 16:35 radələrində Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində 3 saylı TTYS-na məxsus olan “Mercedes” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə hərəkət edərkən iddiaçının oğlu 1998-ci il təvəllüdlü Rəhim Həsənovun idarə etdiyi, iddiaçıya məxsus “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

4. Səbail RPİ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

5. Avtoqəza nəticəsində iddiaçının avtomobili əzilmiş, iddiaçıya maddi zərər dəymişdir.

6. Mübahisə zərərin ödənilməsi ilə bağlı yaranıb. a) B irinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat və “Medi Club“ hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılıb ki, yuxarıda göstərilən hadisə nəticəsində iddiaçının avtomobilinə ciddi ziyan dəyib.

9. Həmçinin həmin vaxt iddiaçının oğlunun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş X2 xəsarət alıb. Həmin şəxs “Medi Club” hospitalına aparılıb, onun müalicə və konsultasiyası üçün 119 manat pul ödəniş etmişdir. 10. "xxxx" MMC-nin qiymətləndirmə aktına əsasən iddiaçıya 22947 manat zərər dəymişdir. “Paşa sığorta” şirkəti tərəfindən iddiaçıya cəmi 2902 manat pul ödənilmişdir.

11. Buna görə də, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır.

12. İddiaçı tələbinin hüquqi əsası kimi İXM-in 36.5-ci maddəsinə istinad etmişdir.

13. Dəymiş zərərin miqdarı ilə bağlı avtoqəza üzrə aparılmış təhqiqat materiallarında ekspert rəyi, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli və “X9” MMC-nin xx.xx.2021-ci tarixli tarixli qüsur akt ları vardır.

14. Cavabdehlər zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatət vermişlər.

15. Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğinin qeyd edilən qüsur aktları ilə müqayisəli şəkildə araşdırılıb müəyyən edilməsi üçün 19 mart 2021-ci il tarixli qərardadla ekspertiza təyin etmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1954 nömrəli, 13 mart 2021-ci il tarixli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 1 0800 (18000 m-40%) manat müəyyən edilir. Nəzəri hesablanma yolu ilə, “X9” MMC-nin xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5919,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4619,00 manat, təmir-bərpa işlərinin qiyməti - 1300,00 manat təşkil edir.

17. İş üzrə rəy vermiş ekspert birinci instansiya məhkəməsində də dindirilib və göstərmişdir ki, “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə dair əmtəəşünaslıq ekspertizasını verilmiş iki qüsur aktı əsasında müqayisəli tədqiqat metodu ilə keçirmişdir. Ümumiyyətlə, əmtəşünaslıq ek spertizası yalnız verilmiş ehtiyat hissələrinin qiymətləndirilməsini həyata keçirir. Birinci qüsur aktı üzrə ehtiyat hissələrinin adları 40% salamat qalan hissələrin adlarıdır. 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı avtomobilin bazar qiyməti 18000 manatdır. 40% çıxıldıqda alınan ehtiyat hissələrin bazar qiymətləridir. Ehtiyat hissələrinin orta bazar qiyməti “Toyota Əhmədli” filialının qiymətləri ilə üst-üstə düşür. Ekspert hansı hissələrin zədələnib-zədələnmədiyini müəyyən etmir, ehtiyat hissələrinin qiymətləri ilə bağlı rəy verir. “Toyota Bakı” Mərkəzinin verdiyi rəydə 3500 manat ƏDV də göstərilmiş qiymətə daxil edilmişdir ki, bu düzgün deyil, şişirdilmiş qiymətlərdir

18. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edib. Etirazın dəlilləri: - iddiaçıya məxsus avtomobilə ziyan d əymişdir. Lakin qeyd olunan avtomobilin Azərbaycan bazarında həmin il istehsal olunan işlənmiş variantının qiyməti 19.000 manat təşkil edir. Nəzərə alınsa ki, bu qiymətin üzərinə müvafiq vergilər, avtomobili Azərbaycana gətirmə xərcləri və gömrük rüsumları gəlir. Avtomobilin Gürcüstan bazarında həmin il və ondan sonrakı illərdə qiyməti 6000-8000 ABŞ dolları arası dəyişir. İddiaçı özü Gürcüstan dövlətinə məxsus avtomobil elanları saytında sözügedən avtomobili 6300 ABŞ dolları qiymətinə satışa çıxarmışdır. Təhqiqat materiallarında olan ekspert isə avtomobilin təmir xərcini 12638,00 manat və 10946,00 manat aralığında qiymətləndirmişdir ki, bu da özlüyündə reallığı əks etdirmir. Ondan belə qənaətə gəlmək olur ki, adıçəkilən avtomobil hadisə nəticəsində yararsız vəziyyətə düşmüşdür. Şəkillərə d iqqətlə baxdıqda isə, bunun belə olmadığını əyani şəkildə görmək mümkündür; - mülki iş üzrə təyin edilmiş ekspert rəyi ilə, eyni zamanda ekspertin ifadəsi ilə də müəyyən olundu ki, avtomobilin əksər hissələrinin dəyişilməsi ilə əsaslı təmiri rentabelli hesab olunmur. “X9” MMC-nin 12 mart 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən verilmiş rəyi bazar qiymətlərinə tam uyğundur. "xxxx" MMC-nin çıxarmış olduğu qüsur aktındakı məbləğ maşının öz qiymətindən də yüksəkdir, bu həmin qüsur aktının şişirdilmiş qiymətlərlə hesablandığını göstərir; - eyni zamanda hüquqi yardıma görə tələb olunan 800 manat çox yüksəkdir. Belə ki, iddiaçı istənilən Vəkil qurumu ilə yüksək məbləğdə müqavilə bağlaya bilər, lakin bu ağlabatan məbləğ olmalıdır; - iddia tələbinin mənəvi ziyan hissəsi isə əsassızd ır.

19. Publik Hüquqi şəxs iddiaya yazılı etiraz verib. Etirazın dəlilləri: - Publik Hüquqi şəxs “X7” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobilinin sahibi olaraq avtonəqliyyatın istismar qaydalarını pozmayıb. Həmin avtomobil xx.xx.2020-ci il tarixdə saz vəziyyətdə xəttə buraxılmışdır. Sürücü tibbi müayinədən keçərək, sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında təcili yardım avtomobilini təyinatı üzrə idarə etmişdir; - iddia ərizəsində 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı avtomobilin bazar qiyməti avtomobil saytlarında olan məlumata əsasən bu rəqəmdən xeyli aşağıdır. Maddi ziyan məbləği ciddi olaraq şişirdilmişdir, qüsur aktında göstərilmiş bəzi hissələr artıq yazılmışdır. (misal üçün arxa qranat, arxa kəmər və s.), ehtiyat hissələrinin dəyərinə 2008ci il b uraxılışlı avtomobilə uyğun amortizasiya hesablanmamışdır.

20. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manatın Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. (hakim Gülnar Babazadə)

21. Birinci instans iya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, “X7 416 CDİ“ markalı **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobili Publik Hüquqi şəxsinə məxsusdur. Publik Hüquqi şəxs cavabdehə 01 noyabr 2021-ci ildən 15 noyabr 2021-ci il tarixədək yol vərəqəsi əsasında həmin avtomobili idarə etmək hüququ vermişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 16:35 radələrində Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində qəza törətmiş, X3 idarə etdiyi iddiaçıya məxsus “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olmuş X2 xəsarət almışdır, eyni zam anda “Lexus İS 250” markalı avtomobilə maddi ziyan dəymişdir. Cavabdehin təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur.

22. Birinci instansiya məhkəməsi iddianın Publik Hüquqi şəxsə münasibətdə olan hissəsinə hüquqi qiymət verərək hesab edib ki, iddia tələbinə cavab verməli olan tərəf avtomobili qanuni əsasla idarə edən cavabdeh oldugundan, iddianın Publik Hüquqi şəxsə aidiyyatı olmadıgından sonuncuya münasibətdə iddia rədd olunmalıdır. Bununla belə, cavabdehin törətmiş olduğu inzibati xəta nəticəsində iddiaçının mülkiyyətində olan “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulmas ı müəyyən edildiyindən, cavabdeh bu halda mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini ödəməlidir.

23. Vurulmuş zərərin məbləğinə dair hissədə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmlakına vurulmuş maddi zərərin məbləği ilə bağlı mülki iş üzrə təyin edilmiş ekspert rəyində müəyyən edilmiş məbləğ əsas götürülməli, həmin rəylə müəyyən edilmiş 5919 (beş min doqquz yüz on doqquz) manat vəsaitdən araşdırma zamanı müəyyən edilmiş və iddiaçı şəxsin özünün də müvafiq iddia ərizəsində qeyd etdiyi-sığorta şirkəti tərəfindən ödənilmiş 2902,95 (iki min doqquz yüz iki manat doxsan beş qəpik) manat məbləği çıxılmalı, qalan 3016,05 (üç min on altı manat beş qəpik) manat (59192902,95=3016,05) vəsait iddiaçının xeyrinə tutulmalıdır.

24. Birinci instansiya məhkəməsi avtomobilə aid zərərlə bağlı qeyd edib ki, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyi, ekspertin məhkəmə iclasında vermiş olduğu ifadəyə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı sözügedən avtomobilə dəymiş zərərin qiyməti (ehtiyat hissələri və təmir xərcləri) hadisə baş verən dövr üzrə orta bazar qiymətlərindən, hətta həmin avtomobilin orta bazar qiymətindən də yüksəkdir. Belə olan halda avtomobilə dəymiş maddi ziyanın məbləğinin mülki iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 9/1954 nömrəli, 13 mart 2021-ci il tarixli rəyi ilə müəyyən edilən 5919 (beş min doqquz yüz on doqquz) manat olması ağlabatandlr.

25. Birinci instansiya məhkəməsinin mövqeyinə görə “Lexus İS 250” markalı avtomobildə olan sərnişin X1 xəsarət alması və müalicəsi üçün 191,51 (bir yüz doxsan bir manat əlli bir qəpik) manat, iddiaçının hüquqi xidmətə görə vəkilə 800 manat ödəniş etməsi iş materiallarında olan sənədlərlə sübut olunduğundan iddia tələbi həmin hissələrdə də əsaslıdır və təmin edilməlidir.

26. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsi bunu iddiaçıya hər hansı mənəvi zərərin yetirilməsinin sübut olunmaması ilə əsdaslandırmışdır. sübut olunmur nın onunla əsaslandırıb “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmam alıdır.

27. Birinci instansiya gəldiyi məhkəməsi nəticəni Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini müəyyənləşdirərkən öz qətnaməsini onunla əsaslandırmışdır ki. avtomobil satış elanlarının paylaşıldığı “Autopapa.ge” internet saytında eyni buraxılış ili ol an, eyni model avtomobillərin satış qiyməti, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş iddiaçının mülkiyyətində olan avtomobilin təmiri üçün hesablanmış məbləğdən aşağı olduğundan, iş üzrə sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin vermiş olduğu qüsur aktında göstərilmiş məbləğ şişirdilmiş məbləğdir; - əvvəla, birinci instansiya məhkəməsinin internet saytlarında olan məlumatları sübut qismində qəbul etməsi əsassızdır. Belə ki, həmin internet saytlarında avtomobillərin qiymətləri müəyyən olunmuş hansısa qayda və qanun əsasında deyil, avtomobil satıcılarının öz şəxsi mülahizələri əsasında müəyyən olunur; - digər tərəfdən, qeyd edilən internet saytı Azərbaycan Respublikasında deyil. Gürcüstan Respublikasında fəaliyyət göstərən internet domenidir və məhz Gürcüstan Resp ublikası ərazisində satılan avtomobillər barədə elanlar həmin saytda paylaşılır. Həmçinin avtomobilin qiyməti müəyyən edilərkən, onun sadəcə vizual görünüşü deyil, eyni zamanda malik olduğu texniki xarakteristikaları, yürüşü, mühərrikinin, digər hərəkət hissələrinin xüsusiyyətləri və malik olduğu xüsusi opsiyalar da nəzərə alınır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş hər hansı bir internet saytından götürülmüş məlumatı iş üzrə mötəbər sübut kimi qəbul etməsi əsassızdır. Həmin sənədin sübut kimi mötəbərliyi əsaslı şübhələr doğurur; - bu sübutların mötəbərliliyinin şübhə altında olması, iş üzrə verilmiş ekspert rəyinin də mötəbərliyini şübhə altına alır. Belə ki, ekspert də rəy verərkən birinci instansiya məhkəməsi tərəfindən istinad olunmuş hallara və sənədə istinad edərək, hansısa məlum olmayan səbəbdən iş materiallarında olan mötəbər sənəd olan Azərbaycan Respublikasında “Toyota” və “Lexus” markalı avtomobillərin satışı, servisi və təmiri üzrə ixtisaslaşmış, həmçinin əsas distribyüter olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktını qəbul etməmişdir; - qətnamənin qismən ləğv edilməsi üçün digər bir əsas odur ki, birinci instansiya məhkəməsi iddiaçının haqlı vəsatətlərini rədd edərək, onları ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir. Belə ki, sonuncu məhkəmə iclasında ekspert rəyi ilə tanış olarkən və rəy vermiş ekspert məhkəmə iclasında dindirilərkən, ekspert rəyinin mötəbər sənədlər əsasında deyil, mötəbərliyi şübhə altında olan sənədlər, məlumatlar və mülahizələr əsasında verildiyini bildir ərək, ekspert tərəfindən verilmiş rəylə razı olmadıqlarını bildirmişlər. Bundan sonra, tərəflərindən şifahi qaydada iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi onların bu haqlı vəsatətlərini təmin etməmiş və dərhal iş üzrə qətnamə qəbul etmişdir. Bu hərəkəti ilə də birinci instansiya məhkəməsi, onların məhkəmədə müdafiə hüquqlarını və ədalətli məhkəmə araşdırması hüquqlarını pozmuşdur ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır; - qətnamənin ləğv edilməsi üçün üçüncü əsas odur ki, birinci instansiya məhkəməsi heç bir əsas olmadan, yalnız cavabdehin formal mülahizələrinə istinad edərək, iş üzrə digər cavabdeh olan “X6” Publik Hüquqi şəxsini vurulmuş zərərin ödənilməsinə görə məsuliyyətdən a zad edərək, iddianı ona münasibətdə təmin etməmişdir. Bu, Mülki Məcəllənin tələblərinə ziddir. Mülki qanunvericilik yüksək təhlükə mənbəyinin sahibinin həmin yüksək təhlükə mənbəyinin vurmuş olduğu zərərə görə məsuliyyətini birbaşa müəyyən etmişdir. Bundan əlavə, “X6” Publik Hüquqi şəxsi vurulmuş zərərin ödənilməsinə görə digər bir əsasla da məsuliyyət daşıyır ki, bu da işəgötürənin öz işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətidir; - qətnamənin ləğv edilməsi üçün digər əsas, birinci instansiya məhkəməsinin iddianın vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin etməməsidir. Belə ki, birinci instansiya məhkəməsi, öz qətnaməsini bu hissədə onunla əsaslandırmışdır ki, iş materiallarına iddiaçı tərəfindən, baş vermiş hadisə nəticəsində ona mənəvi zərər dəyməsi barədə sübutlar əlavə edilməmiş, bununla da mənəvi zərərin vurulması müəyyən edilməmişdir.

30. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin 800 manat vəkil xərci və 191 manat konsultasiya xərci hissəsində ləğv edərək, yeni qətnamə qəbul edilməini xahiş etmişdir.

31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, hüquqi xidmət haqqı üçün nəzərdə tutulmuş 800 manat ağlabatan məbləğ deyildir. Bu məntiqlə tərəf vəkillə daha yüksək məbləğdə müqavilə bağlaya, tutulmasını tələb edə bilərdi. Eyni zamanda konsultasiya xidmətinə görə pulun tutulması absurddur, bunun yol nəqliyyat hadisəsi ilə heç bir bağlılığı yoxdur.

32. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-9888/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edil miş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi “vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulub İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) man at, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “X6” Publik Hüquqi şəxsdən tutulub İddiaçı ödənilməsi qət edilmiş, ekspertiza xərcinin “X6” Publik Hüquqi şəxsdən tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Qürbət Əsgərov)

33. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, “X7 416 CDİ“ markalı **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobili “X6” Publik Hüquqi şəxsinə məxsusdur. “X6” Publik Hüquqi şəxsi “X7 416 CDİ“ markalı 99- JG-036 dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 nəqliyyat vasitəsini 01 noyabr 202 0-ci ildən 15 noyabr 2020-ci il tarixədək yol vərəqəsi əsasında idarə etmək hüququ vermişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə saat 16:35 radələrində Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində qəza törətmiş, X3 idarə etdiyi iddiaçıya məxsus “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmuşdur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olmuş X2 xəsarət almışdır, eyni zamanda “Lexus İS 250” markalı avtomobilə maddi ziyan dəymişdir.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin zərərin cavabdehdən tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, Publik Hüquqi şəxs ca vabdehə “X7 416 CDİ“ markalı 99- JG-036 dövlət qeydiyyat nişanlı avtomobili 01 noyabr 2020-ci ildən 15 noyabr 2020-ci il tarixədək yol vərəqəsi əsasında idarə etmək hüququ vermişdir. İş materialları ilə də müəyyən edilir ki, işçi müvafiq hüquqi şəxsin tapşırığı ilə fəaliyyəy göstərmişdir (avtomobili idarə etmişdir). Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbi baxımındanhüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.

35. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh1 “X6” Publik Hüquqi şəxsin işçisi olmaqla sonucu tərəfindən verilmiş yol vərəqəsi əsasında “X7 416 CDİ“ markalı 99- JG-036 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən “X6” Publik Hüquqi şəxs olaraq öz işçisinin tör ətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda iddiaçı vurulmuş maddi zərərin əvəzi kimi hadisəsinin törətməkdə təqsirli olan cavabdehdən tələb etməkdə haqlı olmasa da, cavabdeh olan Publik Hüquqi şəxsə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Hazırki iş üzrə cavabdeh olan Publik Hüquqi şəxsin qətnamə ilə müəyyən edilmiş məbləğ ödənildikdən sonra cavabdehən ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

36. Apellyasya instansiyası vurulmuş zərərin məbləği hissəsində hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləğini mülki iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən, ekspertin məhkəmə iclasında vermi ş olduğu ifadədən də müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı sözügedən avtomobilə dəymiş zərərin qiyməti (ehtiyat hissələri və təmir xərcləri) hadisə baş verən dövr üzrə orta bazar qiymətlərindən, hətta həmin avtomobilin orta bazar qiymətindən də yüksəkdir. Belə olan halda avtomobilə dəymiş maddi ziyanın məbləğinin mülki iş üzrə təyin edilmiş 9/1954 nömrəli, 13 mart 2021-ci il tarixli rəyinə əsasən 5919 (beş min doqquz yüz on doqquz) manat olması ağlabatan hesab edilməlidir.

37. Həmçinin “Lexus İS 250” markalı avtomobildə olan sərnişin X1 xəsarət alması və müalicəsi üçün 191,51 (bir yüz doxsan bir manat əlli bir qəpik) manat ödəniş edildiyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan iddia tələbi həmin hissədə də əsaslı olub və bu hissədə də qət namə düzgündür.

38. Apellyasiya instansiyası iddiaçı mənəvi zərər tələbi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayıb. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (vəkili Vəkil3) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödənilmiş 800 manat və “Medi Club” hospitala ödənilmiş 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdeh X6 Publik Hüquqi şəxsindən tutulub ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri: - rəsmi və əsaslı sübutları qiymətləndirməməklə və rəsmi rəyə əs asən göstərilmiş 22947 manat məbləğində zərəri “şişirdilmiş” hesab etməklə apellyasiya instansiyası məhkəməsi qanuna zidd, əsassız və qeyri-obyektiv yanaşma tətbiq etmiş, həmçinin qanunun tələblərini tətbiq etməmişdir; - apellyasiya instansiyası məhkəməsinin öz qərarında istinad etdiyi və zərər məbləğinin müəyyən edilməsi üçün əsas hesab etdiyi ekspert rəyindəki 5919 manat məbləğ ekspertin şəxsi mülahizələrinə və qeyri-mötəbər satış saytlarına əsaslanmışdır; - apellyasiya instansiyası məhkəməsinin vurulmuş zərərin əvəzi kimi müəyyən etdiyi məbləğ nəinki Mülki Məcəllənin 21 və 1097-ci maddələrinin tələblərinə uyğun olaraq vurulmuş zərəri tam qarşılamır, iddiaçının çəkməli olduğu xərclərin 1/3-ni belə əhatə etmir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

41. Kassasiya şikay ətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hü quqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışını n hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız Publiki hüquqi şəxsdən avtomobillə bağlı tutulan zərərin məbləği və mənəvi zərər tələbinin təmin edilməyən hissəsini mübahisələndirib. Bu baxımdan kollegiya həmin hissələri yoxlay ır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. İddia tələbi delikt nəticəsində dəymiş maddi və mənəvi zərərin tutulması barədədir. Maddi zərərlə bağlı kassasiya baxışının predmeti yalnız avtomobilin əzilməsi nəticəsində iddiaçıya dəymiş zərərin miqdarıdır. İddiaçı zərərin 22947 manat olması, 2902 manat sığorta ödənişi alması, nəticədə avtomobilin əzilməsi nəticəsində 20045 manat zərər çəkməsini bildirir və həmin hissədə "xxxx" MMC-nin qüsur aktına istinad edir. Dəymiş zərərin miqdarına etiraz kimi qarşı tərəf “X9”in qüsur aktına istinad edib.

47. İşdən görünür ki, iddiaçının avtomobillə bağlı düşdüyü zərərin miqdarını müəyyən etmək üçün ekspertiza təyin edilmiş, ekspertiza tədqiqatına hər iki tərəfin istinad etdiyi "xxxx" MMC-nin və “X9”in qüsur aktları təqdim edilmiş, hər iki qüsur aktının müqayisəli təhlili nəticəsində ekspert rəy vermiş, tutulan zərər məbləği də sığorta ödənişi çıxılmaqla həmin rəy əsasında müəyyən edilmişdir.

48. İddiaçı həmin rəylə razı olmasa da, birinci instansiya məhkəməsi rəyi verən eksperti dindirmiş, ekspert rəyi ilə bağlı halları araşdıraraq həmin rəyi əsas götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. (bax623-24 və 36-cı bəndlər) Bu da göstərir ki, hər iki məhkəmə instansiyası ekspert rəyini MPM-in 88 və 103.1-ci maddəsinə uyğun qiymətləndirmişdir.

49. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının avtomobillə bağlı maddi zərərin məbləği hissəsində kassasiya şikayətinin dəlillərini qəbul etmir.

50. Məhkəmə kollegiyası həmçinin mənəvi zərərlə bağlı iddianın sübut təqdim olunmaması əsası ilə təmin edilməməsi barədə gəlinən nəticəni də əsaslı və qanuni sayır. İşdən görünür ki, iddiaçı mənəvi zərərlə bağl ı iddiasını işə mahiyyəti üzrə baxan və sübutları qiymətləndirən məhkəmələrdə sübuta yetirə bilməyib. Halbuki MPM-in 77.1-ci maddəsinə görə iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyıb.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9888/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar