Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3124/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Kərimov Nasir Qüdrət oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı “borcun qaytarılması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-193/2024 nömrəli iş üzrə 26 avqust 2025-ci il tarixli qərardadından cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 45000 (qırx beş min) ABŞ dolları, Azərbaycan manatına ekvivalentdə 76500 (yetmiş altı min beş yüz) manat borc pulun və 320 (üç yüz iyirmi) manat dövlət rüsumunun alınıb İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Astara Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü i l tarixli 2(018)983/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Abdullayev sədrlik edən və məruzəçi, Z.Allahyarov, P.Əhmədov) 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-983/2023 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, cavabdeh X3 43000 (qırx üç min) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş anında məzənnəyə uyğun olaraq manatla) tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Qətnamə icraya yönəldilmiş, Astara rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlanılmışdır.
6. Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Müddətin bərpa edilməsinə dair ərizədə göstərmişdir ki, cavabdehin məhkəmə iclaslarından məlumatı olmamış, həmçinin, qətnaməni rəsmi olaraq əldə etməmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.02025-ci il tarixli qərardadı ilə müddətin bərpasına ərizə təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qətnaməsi “Elektron-məhkəmə” informasiya sistemində 05 fevral 2024-cü il tarixdə yerləşdirilmiş, həmçinin 06 fevral 2024-cü il tarixli qaimə ilə tərəflərin poçt ünvanlarına göndərilmişdir.
9. Bundan başqa Astara rayon İcra və Probasiya Şöbəsinin sorğuya cavab məktubundan görünür ki, sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq müvafiq icra tədbirlərinə başlanılmışdır. İcraat dövründə borclunun yeri məlum olmadığı üçün onun barəsində 02 iyul 2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Astara Rayon Polis idarəsinə göndərilmişdir. Axtarış tədbirləri nəticəsində borclu Cavabdeh polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhv il verilmişdir. Qanun tələbləri borcluya izah olunsa da, o izahat verməkdən imtina edərək bildirişdə qısa olaraq tələbkara borcu olmadığını, Ali məhkəməyə şikayət edəcəyini qeyd etmişdir. İnzibati xəta haqqında protokola əsasən Astara Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə borclu Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan başqa, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(018)-107/2024 saylı qərardadı ilə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra borclunun yerini yenidən müəyyən etmək mümkün olmadığından xx.xx.2025-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra üçün Astara Rayon Polis şöbə sinə göndərilmişdir. Borclu Cavabdeh hazırda axtarışdadır.
10. X1 məhkəmə qətnaməsinin könüllü icrası barədə bildiriş verilərkən, onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilən zaman, eləcə də inzibati qaydada həbs edilərkən onun Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qətnaməsindən məlumatı olmuş, həmin qətnamədən Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verməmişdir.
11. Bununla yanaşı, cavabdeh kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir.
12. Cavabdeh kassasiya şikayətini qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda verməmiş, bununla da onun tərəfin dən qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət buraxılmışdır.
13. Cavabdeh müddətin bərpa edilməsinə dair ərizəsində göstərmişdir ki, onun məhkəmə iclaslarından məlumatı olmamış, həmçinin, qətnaməni rəsmi olaraq əldə etməmişdir. Lakin icra işinin materiallarından, eləcə də cavabdehin barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə materiallardan, eləcə də iş üzrə cavabdeh (borclu) X8 inzibati qaydada həbs edilərkən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qətnaməsindən məlumatı olmuş, hansısa səbəbdən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh X4 nüma yəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)-193/2024 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş ötürülmüş prosessual müddəti bərpa etməməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələblərini pozmaqla qəbul etdiyi qanunsuz qərardadla onun məhkəmə müdafiəsi hüququnu pozmuşdur.
16. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:
22. Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələ binə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əs assızdır.
29. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
30. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzür lü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
31. Hazırkı işin materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qətnaməsi “Elektronməhkəmə” informasiya sistemində 05 fevral 2024-cü il tarixdə yerləşdirilmiş, həmçinin 06 fevral 2024-cü il tarixli qaimə ilə tərəflərin poçt ünvanlarına göndərilmişdir. Həmin qətnamə üzrə icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq müvafiq icra tədbirlərinə başlanılmışdır. İcraat dövründə borclunun yeri məlum olmadığı üçün onun barəsində 02 iyul 2024-cü il tarixdə borclunun axtarılm ası barədə qərar qəbul edilərək Astara Rayon Polis idarəsinə göndərilmişdir. Axtarış tədbirləri nəticəsində borclu Cavabdeh polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Qanun tələbləri borcluya izah olunsa da, o izahat verməkdən imtina edərək bildirişdə qısa olaraq tələbkara borcu olmadığını, Ali məhkəməyə şikayət edəcəyini qeyd etmişdir. İnzibati xəta haqqında protokola əsasən Astara Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə borclu Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan başqa, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(018)-107/2024 saylı qərardadı ilə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Dah a sonra borclunun yerini yenidən müəyyən etmək mümkün olmadığından xx.xx.2025-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra üçün Astara Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Cavabdeh hazırda axtarışdadır. Borclu Cavabdeh məhkəmə qətnaməsinin könüllü icrası barədə bildiriş verilərkən, onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilən zaman, eləcə də inzibati qaydada həbs edilərkən onun Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qətnaməsindən məlumatı olmuş, həmin qətnamədən Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verməmişdir. Cavabdeh kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir.
32. Cavabdeh tə rəf qətnamədən kassasiya şikayəti və müddətin bərpasına dair ərizəsi vermiş, lakin prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzürlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 33. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
34. Kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır. Beləliklə, məhkəmə kol legiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
35. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 4 19, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2025-ci il tarixli, 2(106)-193/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.