Məhkəmə qərarları › İş №2(102)-3126/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3126/2022

07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3126/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3126/2022 (Açar sözlər: maddi və mənəvi ziyan, sübutetmə) Bakı şəhəri 07 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızından (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-727/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassas iya şikayətinə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)8156/2014 saylı qətnaməsi ilə “X17” QSC-nin iddiasının qismən təmin edilməsi, İddiaçı xx.xx.2013cü il tarixli 213/003 saylı kredit müqaviləsi üzrə 41400,64 ABŞ dolları əsas borc 4773,87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374,51 ABŞ dollar pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabının, 8 manat poçt xidməti xərcinin və 30 manat dövlət rüsumunun “X17” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes BenzGL550” markalı, 90 -VE125 dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc “X17” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(011)8156/2014 saylı qərardadı ilə İddiaçı məxsus “Mercedes Benz-GL 550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.

3. Elektron notariat sistemindən çıxarışına əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair səlahiyyətlərini X4 etibar etmişdir. 25 dekabr 2014-cü il tarixə etibarnaməyə xitam verilmişdir.

4. Elektron notariat sistemindən çıxarışına əsasən X8 mülkiyyətçi İddiaçı tərəfindən ona verilmiş etibarnamə əsa sında müəyyən səlahiyyətlərin icrasını xx.xx.2014-cü il tarixdə X5, X9 müəyyən səlahiyyətlərin icrasını X2, həmçinin 01 avqust 2014-cü il tarixli, ƏN-İ 460041 nömrəli etibarnamənin surətinə əsasən X9 müəyyən səlahiyyətlərin icrasını X6 etibar etmiş, 22 avqust 2014-cü il tarixli, ƏN-İ 463452 nömrəli etibarnamənin surətinə əsasən X10 tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir.

5. Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 iyul 2015-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan nəqliyyat vasitəsi saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək, Bakı şəhərinin küçələrində quraşdırılan nəzarət kameralarında Bakı şəhəri DYPİ-nin X11 Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq izlənmiş, lakin göstərilən avtomobilin Bakı şəhərində olması müəyyən edilməmişdir. “Mersedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə, yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. 4. "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli müşaiyət məktubunun və ona əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, mübahisə predmeti olan avtomobil üzrə qiymətləndirilmə aparılmış, avtomobilin dəyəri 35000 manat müəyyənləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 5.

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 60932,95 manat maddi zərərin, 20000 manat mənəvi zərərin, cavadeh Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X17 Azərbaycan” QSC ilə aralarında bağlanmış 30 yanvar 2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsinə əsasən 2009-cu il buraxılış ili olan, 4jGBF86E99A506633 ban nömrəli, 90VE-125 dövlət qeydiyyat nişanlı, ağ rəngli “Mercedes Benz-GL 550” markalı nəqliyyat vasitəsini ipoteka ilə yüklü edilməsi şərti ilə illik 16% olmaqla, 51386 ABŞ dolları məbləğində kredit götürülməsi barədə razılığa gəlmişlər. İddiaçı kreditlə əlaqədar ödə nişləri vaxtlı-vaxtında ödəmişdir. Lakin gözlənilməz hal kimi iş yerindəki ixtisarlarla bağlı işini itirdiyindən və yeni iş tapa bilmədiyindən ödənişləri edə bilməmişdir və avtomobili sataraq banka olan borcu ödəmək qərarına gəlmişdir. Buna görə də, Bakı şəhər Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən avtosalonun işçisi olan Elçinin köməyi ilə müştəri tapılmışdır. X1 bütün öhdəlikləri üzərinə götürərək, banka olan borcu qəbul etməklə nəqliyyat vasitəsini müvafiq qaydada rəsmiləşdirilməsi üçün bütün səlahiyyətləri etibarnamə ilə ona verilməsini istədiyindən iddiaçı razılaşaraq, Bakı şəhəri 14 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixli etibarnamə vermişdir. Bir müddət sonra bank tərəfindən iddiaçıya borcun ödənilmədiyi bildirilmişdir. Nəqliyyat vasitəsini alanlar borc məbləğindən heç bir ödəniş etməmişlər. İddiaçı xx.xx.2014-cü il tarixdə ərizə yazaraq, həmin etibarnaməni ləğv etdirəndə məlum olmuşdur ki, sərəncam vermək hüququ da daxil olmaqla maşın etibarnamə ilə başqa şəxslərə verilmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası DİN-nə, Baş Dövlət Yol Polis İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılması istiqamətində sorğular göndərmişdir. Lakin sorğulara verilən cavablarda maşının axtarışa verildiyi bildirilir. “Mersedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə, yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Xətai rayon İcra şöbəsi tərəfi ndən bankın xeyrinə çıxarılmış məhkəmə aktının icrası olaraq hərraca çıxarılması üçün Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidmətinə göndərmiş və Xidmət tərəfindən “Mercedes Benz GL 550” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil 35000 manata qiymətləndirilmişdir. İddiaçının etibarnaməni xx.xx.2014-cü il tarixdə ləğv etməsinə baxmayaraq, eləcə də Cavabdeh1 verilmiş etibarnamə xx.xx.2015-ci il tarixdə ləğv edilməsinə baxmayaraq cavabdeh nəqliyyat vasitəsini qaytarmadan istismar etmiş, avtomobili xx.xx.2014-cü il tarixdən istismar edən Cavabdeh1 bankın öhdəliklərini təmin etmədən, avtomobili polisdən gizli istismar etməsi iddiaçıya külli miqdarda zərər vurmuşdur. Göründüyü kimi, cavabdehin hüquqdan suiistifadəsi nəticəsində külli miqdarda ziyan vurmuşdur. Belə k i, Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə avtomobilin satılaraq 46374,51 ABŞ dolları vəsaitin banka, qalan məbləğin isə iddiaçıya ödənilməsi qət edilmişdir. Avtomobilə 30 yanvar 2013-cü il tarixdə Bankın qiymətləndiriciləri tərəfindən 70000 ABŞ dolları qiymət qoyularaq 40000 ABŞ dolları kredit verilmişdir. Göründüyü kimi 70000 ABŞ dolları dəyərində olan avtomobil saz vəziyyətdə xx.xx.2014-cü il tarixdə, yəni 1 il 8 ay sonra cavabdehə verilmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan adlardan yalnız Vüsalı tanıyır. Vüsal avto-salonun sahibi olmuşdur. Cavabdeh isə onun işçisi olmuşdur. Orada 3 nəfər adam olmuşdur. Onları n adına etibarnamə olmuşdur. Həmin maşınları aparıb-gətirmiş, alıcıya göstərmiş, lazım olduqda notariusda etibarnamə vermişlər. Onun bu etibarnamədən xəbəri olmamışdır. Bu məsələnin bu dərəcəyə gəlməsinin səbəbkarı birinci Ziya özü olmuşdur. Çünki, ipoteka yüklü avtomobili kiməsə satmaq mümkün deyil. İddia ərizəsində göstərilmişdir ki, müvafiq sənədləşmə əsasında Kamala satmış və Kamal öhdəçilik götürmüşdür. Əgər Kamal öhdəçilik götürübsə, onların kredit borcunu ödəyəcək Kamala qarşı iddia qaldırılmalıdır. Maşın almamış, heç bir öhdəçilik götürməmişdir. Maşından xəbəri yoxdur.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(004)4746/2021nömrəli qətnaməsi ilə(hakim K.B.Xudayev) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan iba rət olmuşdur ki, iddiaçı Cavabdeh1 60932,95 manat maddi zərərin, 20000 manat mənəvi zərərin, cavadeh Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq ona ödənilməsini tələb etsə də, iddia ərizəsinə əlavə edilmiş sübutlarla tərəflər arasında müqavilənin olması, iddiaçı tərəfindən cavabdehə birbaşa etibarnamə verilməsi öz təsdiqini tapmır. Eyni zamanda, sübutlarla da müəyyən edilir ki, avtomobilin Cavabdeh1 istifadəsində olub-olmaması mübahisəli məsələdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh avtomobili etibarnamə əsasında əldə etmiş, iddiaçı ilə və ya digər tərəflərlə arasında alqı-satqı müqaviləsi olmamışdır. Cavabdeh bank qarşısında rəsmi qaydada heç bir öhdəlik götürməmişdir. Cavabdehin mübahisə predmetini əldə edərkən əmlaka qanunsuz sahibləndiyi bildiyini sübut e dən materiallar iddiaçı tərəfindən işin sübutlarına əlavə edilməmişdir.

12. Məhkəmə tərəfindən həmçinin qeyd edilmişdir ki, iddiaçı iddia tələbində Bakı şəhəri 32 saylı notariat ofisindən 20000 manat zərərin tutularaq ona ödənilməsini tələb etsə də, iş materiallarına bu barədə mötəbər sübutlar əlavə etməmişdir.

13. Eyni zamanda, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 181.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4,-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-727/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və N.Ş.Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(004)4746/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansi ya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı 30 yanvar 2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsi üzrə “X17 Azərbaycan” QSC-yə olan kredit borcunu ödəyə bilmədiyi üçün “Mercedes Benz-GL 550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq banka olan borcu ödəmək qərarına gəlmiş və bu məqsədlə X3 adına etibarnamə vermişdir.

18. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisi tərəfindən ona maddi və mənəvi zərər yetirməsini təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.

19. Məhkəmə öz mövqeyini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 sa ylı qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin izahatına əsasən ona etibarnamə verən X7 cavabdeh qismində işə cəlb edilməsi barədə vəsatəti qəbul etməmiş, apellyasiya instansiyası məhkəməsi isə işin bu halına qiymət verməmişdir. tərəfindən sübutlar düzgün qiymətl əndirilməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin hakiminə etiraz vermək hüququnu pozulması barədə apellyasiya şikayətində qeyd edilsə də məhkəmə bu fakta da hüquqi qiymət verməmişdir. Notariusa qarşı tələb də düzgün araşdırılmamışdır.

22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 366.2, 366.3, 1096.1, 1096.2, 1096.4, 1097.1, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanun 11-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzin in tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

30. Maddə 4.1 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini ya lnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 36.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 37.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 39.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdi r ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bi lər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

42. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

43. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

44. İşin f aktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Azərbaycan Respublikası Müki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 46.İddiaçının mülkiyyətində olan və banka ipoteka qoyulmuş avtomobil iddiaçı hazırki iş üzrə cavabdehə verməmiş və onunla hər hansı razılaşması olmamışdır. 47.Məhkəmələr bununla bağlı müəyyən etmişdir ki, iddiaçı öz mülkiyyətində olan avtomobili X3 istifadəsinə versə də, sonradan həmin avtomobilə dair başqa şəxslərin adına etibarnamələr verilmişdir. İş üzrə avtomobilin faktiki olaraq cavabdehin istifadəsinə verilməsi və avtomobil tapılıb icra məmuruna təhvil verilənədək cavabdehin istifadəsində olması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. 48.Həmçinin iddiaçı cavabdehə verilmiş etibarnamənin vaxtında ləğv edilməməsinə görə notarius tərəfindən ona vurulmuş ziyan tələbini əsaslandıra bilməmişdir. 49.Kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçının etibarnamə verdiyi digər şəxslərin cavabdeh qismind ə işə cəlb edilməməsi barədə vəsatətin təmin edilməməsi iddiaçının həmin şəxslərə qarş müstəqil qaydada iddia qaldırmaq hüquqlarını məhdudlaşdırmır.

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 51.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 52.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-727/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar