Məhkəmə qərarları › İş №2(102)-3131/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3131/2020

04.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3131/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdehlər X2 və Cavabdeh qarşı “mülkiyyət hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, sahədən çıxarılma, ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı oğlunun və vəkili xxx, Cavabdeh X1 və vəkili xxxnun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020 -ci il tarixli, 2(106)-276/2020 nömrəli qətnaməsindən İddiaçı oğlu və vəkili xxx, habelə cavabdeh X5 və vəkili xxx tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 üzərində yerləşən ümumi sahəsi 347,2 kv.m.-dən ibarət qeyri-yaşayış binasından cavabdehlərin əmlakları ilə birlikdə çıxarılmaları, qeyri-yaşayış binasının boşaldılması və həmin qeyri-yaşayış binasından istifadəsinə maneəçilik törədən bütün halların cavabdehlərə qadağan olunması, əldən çıxmış mənfəət kimi 2015-ci ilin iyun ayından keçən 49 ay ərzində ona məxsus obyektin kirayə haqqı gəlirlərini təşkil edən 49000 manatın, iddia verildiyi vaxtdan köçürdüyü məhkəmə xərclərinin, hüquqlarının müdafiəsi üçün vəkillərə verdiyi xidmət haqlarının və məhkəmə iclaslarına gediş-gəliş üçün çəkdiyi xərclər olaraq ağlabatan miqdarda, yəni 4500 manatın, ötən dövr ərzində ona qarşı olmuş haqsızlıqların dəyəri kimi 50000 manat mənəvi ziyanın, ümumilikdə 108500 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(071)-365/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.N.Əzizov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X1 Seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı oğlunun mülkiyyətində olan ünvan 1 üzərində yerləşən ümumi sahəsi 347,2 kv.m.-dən ibarət qeyriyaşayış binasından əmlakları ilə birlikdə öz vəsaitləri hesabına çıxarılmaları, qeyri-yaşayış binasının boşaldılması və həmin qeyri-yaşayış binasından iddiaçının istifadəsinə maneəçilik törədən bütün halların cavabdehlərə qadağan olunması qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il 2(106)276/2020 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi, hakimlər Z.B.Babayevdən və Q.B.Kərimovdan ibarət tərkibdə) İddiaçı oğlunun və cavabdeh X1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Hacıqabul Rayo n Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(071)-365/2019 nömrəli qətnaməsi deyişdirilmədən saxlanılmışdır. İddiaçı oğlu və vəkili xxx kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-276/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbini tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin cavabdeh X5 və vəkili xxx kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(106)-276/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçı oğlunun kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamış, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşqdırılmamışdır. Məhkəmə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə bağlı düzgün nəticəyə gəlsə də, ziyanla bağlı təqdim olunmuş sübutları ümumiyyətlə şərh etməmiş, cavabdehlərin xx xxxx 2015-ci ildən mağazadan istifadə etdiklərini nəzərə almamışdır. Belə ki, işdə olan sənədlərə əsasən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin kirayə qiyməti təxminən ***-**** manat təşkil edə bilər, iddiaçı tərəfindən 4 saylı Vəkil Bürosuna 110 manat xidmət haqqı ödənilmiş, həmçinin iddiaçıya məxsus obyektin işlətdiyi elektr ik enerjisinə görə “xxxx” ASC-yə xx xxxxxxxx 2019-cu il tarixə 547,90 manat borcu vardır. Cavabdeh X5 işin faktiki hallarına istinad edərək, kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə işin bütün hallarını hərtərəfli araşdırmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisələndirilən torpaq sahəsi Hacıqabul rayon İcra Hakimiyyətinin xx xxxxxx 1996-cı il tarixli sərəncamı ilə Cavabdeh istifadəsinə verilmiş və həmin torpaq sahəsində qeyriyaşayış sahəsi X5 tərəfindən öz vəsaiti hesabına inşa edilmişdir. Məhkəmə iclasında İddiaçı oğlu və vəkili xxx iddiaçı tərəfin kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya ş ikayətinin dəlillərinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X5 və vəkili xxx cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçının kassasiya şikayətinə isə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M ƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk olaraq kassasiyanın hədlərini müəyyən edərkən qeyd edir ki, iddiaçı aşağı instansiya məhkəmələrinin qətnamələrini iddianın təmin olunmamış hissəsində, cavabdeh təmin olunmuş hissəsində mübahisələndirmişlər. Cavabdehlərdən Cavabdeh isə kassasiya şikayəti verməmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmasının tam, lakin kassatorlara münasibətdə yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Hacıqabul rayon Muğan Bələdiyəsinin xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyənin mülkiyyətində olan ehtiyat fond torpaqlarına aid və alqı-satq ı predmeti olan 525 kv.m torpaq sahəsi ayrılaraq satılmış, “Torpaqların alqı-satqısına dair akt” tərtib olunmuş, Hacıqabul rayon Torpaq şöbəsində müvafiq qeydiyyat aparılmışdır. Bundan sonra xxx X3 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Muğan Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmış torpaq sahəsində tikinti işləri aparılmasına icazə verilməsi ilə bağlı sərəncam verilməsini xahiş etmiş, müvafiq eskiz layihə tərtib edildikdən sonra Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2011-ci il tarixli 49 №-li Sərəncamına əsasən Muğan Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmiş və bununla bağlı “Tikintinin aparılmasına icazə vəsiqəsi” verilmiş, DT və XK-nin Hacıqabul rayon şöbəsi tərəfindən A № 323073 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş və bu akt X6 kitabında xx xxxxx 2011-ci ildə 53 nömrə ilə uçota alınmışdır. ünvan 1 üzərində yerləşən ümumi sahəsi 347,2 kv.m-dən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* №-li Çıxarışla rəsmişəldirilmiş və texniki pasport sənədi tərtib edilmişdir. İlk olaraq iddianın təmin olunmuş hissəsinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüququ normalarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunu n 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisələndirilən əmlakın iddiaçının mülkiyyətində olması nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, o, həmin mülkiyyətinin cavabdehlərin q anunsuz sahibliyindən geri almaq tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmuş və məhkəmələr həmin tələbi təmin etməklə düzgün nəticəyə gəlmişlər. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağın Cavabdeh ayrılması, həmin torpağın üzərində isə tikilinin X1 vəsaiti hesabına tikilməsi ilə bağlı iddianın rədd edilməli olmasına dair cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq bu hallarla bağlı Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə istinad etmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Cavabdehlər İddiaçı oğluna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə və ƏMDK yanında DƏK və ÜRX Kadastr və Yerquluşu Layihə-Təqdiqat Mərkəzinin 13 Saylı Şirvan Layihə Tədqiqat İ darəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işdə İddiaçı oğlu qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına xx xxxxxx 2005-ci il tarixdə verilmiş JN-65xx xxx 91000001 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və xx xxxxxx 2004-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(071)-304/2018 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2 (106)-3130/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2930/2019 nömrəli qərarı ilə hər iki tərəfin apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qanuni qüvvədə olan həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Cavabdeh Hacıqabul rayon İHB-nın xx xxxxxx 1996-cı il tarixli 183 saylı sərəncamı və xx xxxxxx 2004-cü il tarixli 12 saylı icarə müqaviləsi ilə Hacıqabul rayonu Muğan qəsəbəsində Bakı-Tbilisi avtomobil yolunun kənarındakı torpaq sahəsindən sahibkarlığın inkişafı üçün 99 il müddətinə 0,40 hektar torpaq sahəsi istifadə üçün verilmiş, xx xxxxxx 2016-cı ildə Hacıqabul rayon Muğan qəsəbəsində 0,0525 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 347,2 kv.m-dən ibarət qeyri-yaşayış binası xüs usi mülkiyyət hüququ ilə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh adına verilmiş çıxarış və xx xxxxxx 2005-ci il tarixli JN-65xx xxx 91000001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”də göstərilmiş torpaq sənədlərinin ayrı-ayrı konturlarda yerləşməsi hallarının olduğu və torpaq sənədlərinin hüdudlarının üst-üstə düşmə halının olmadığı ekspert rəyi ilə müəyyən edilmişdir. Tərəflərə mülkiyyət və istifadə hüququ ilə məxsus olan torpaq sahələri üst-üstə düşmədiyindən, həmin mübahisələndirilən torpaq sahələrinə dair hüquqların qeydə alınmasına dair hüquq müəyyənedici sənədlərin mövcudluğu tərəflərin hər hansı hüquqlarına müdaxilə etməməklə, onların subyetkiv hüququnu da pozmur. Bununla da, hazırki işdə İddiaçı oğlunun mülkiyyətində olan sahəyə cavabdeh lər Cavabdeh və X1 hər hansı hüquqlarının olmaması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni fakti ki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi əsaslı olaraq iddiaçı tərəfindən cavabdehlərin hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilmədiyi qənaətinə gəlmiş və bununla bağlı prosessual hüquq nomaları pozulmamışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə ə sasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci ma ddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı ya lnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq zərərin ödənilməsinə dair iddia o halda təmin oluna bilər ki, iddiaçının ziyan çəkməsi, bunların cavabdehi n qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ötən müddət ərzində cavabdehlərin sahibliyində olması nəticəsində ziyanın mövcudluğu iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutlarla təsdiq olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan obyektin kirayəhaqqının dəyəri ilə bağlı “Daşınmaz Əmlakın Rieltor Mərkəzinin” xx xxxx 2019-cu il tarixli rəyini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM -in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı 4 saylı Vəkil Bürosuna pul ödədiyini bildirsə də, bununla bağlı sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə, ticarət obyektinin “xxxx” ASC-yə olan borcun cavabdehlərdən tutulmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı yuxarıda qeyd olunanlarla yanaşı qeyd olunmalıdır ki, iddiada mübahisəli obyektin kommunal xərclərinin cavabdehl ərdən tutulması tələbi irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəhayət qeyd olunmalıdır ki, həm iddiaçı, həm də cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işin bütün faktiki hallarının araşdırmamasına və sübutlara düzgün hüquqi qiymət verilməməsinə istinad etsələr də, Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Beləliklə də, məhkəmə kollegiyası, apellyasiya instansiyası m əhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə müəyyən olunan işin faktiki hallarına uyğun olaraq tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı oğlu və vəkili xxx, habelə cavabdeh X5 və vəkili xxx tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-276/2020 nömrəli qətnaməsi verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar