Məhkəmə qərarları › İş №2(102)-3132/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3132/2019

08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3132/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, 2(010)1785/2018 saylı qətnaməsi ilə (hakim G.İmanova) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “xxxx”MMC-dən 2615 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 04 dekabr 2018-ci il tarixli, 2(103)12600/2018 saylı qətnaməsi ilə (hakimlər: R.Qurbanov, E.Nəbiyev və A.Hüseynova) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1785/2018 saylı, 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “xxxx” MMC-yə qarşı cavabdehlərdən 2615 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı Sığorta Şirkəti ASCkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 04 dekabr 2018-ci il tarixli, 2(103)-12600/2018 saylı qətnaməsinin lə ğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “xxxx” MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və “xxxx”MMC-dən 2615 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.02.2017-ci il tarixli PAX**********6 saylı sığorta müqaviləsinə əsasən “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır. 30 noyabr 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisə si nəticəsində Cavabdeh1 idarə etdiyi “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi saxlamadığı üçün X1 idarə etdiyi «Hyundai Sonata» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş və nəticədə sonuncu avtomobil zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar İddiaçı Sığorta Şirkəti ASC sığortalıya 2615 manat məbləğində icbari sığorta ödənişi vermişdir. İnzibati xəta haqqında iş üzrə qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Sığorta Şirkəti ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 04 dekabr 2018-ci il tarixli, 2(103)-12600/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin d əlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi iddiaçı icbari sığorta müqaviləsi üzrə ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında ödənilməsi tələbini irəli sürmüşdür. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində göstərilmişdir. İddiaçının istinad etdiyi hallardan (Cavabdeh1 sürücülük hüququ olmadan avtobusu idarə etməsi) müəyyən olunur ki, o, subroqasiya hüququnun yaranmasını həmin Qanunun 25.1.3-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddənin tələblərinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istism ar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə bu əsaslar mövcud deyildir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.04.2013-cü il tarixdən “xxxx” MMC-nin mülkiyyətindədir. İcarəyə verən “xxxx” MMC ilə icarəçi Cavabdeh3 arasında 01 avqust 2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən sərnişin daşımalarını həyata k eçirmək üçün icarəçiyə 4 il müddətinə 9 ədəd dövlət nömrə nişanlı avtobusları, o cümlədən hazırkı mübahisənin predmetini təşkil edən “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusu icarəyə vermişdir. Fərdi sahibkar Cavabdeh3 (Vöen **********) ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi arasında 31.08.2017-ci il tarixli 006/17 saylı avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən sifarişçi tərəfindən müvəqqəti istismara verilmiş 175 nömrəli marşrutda (və ya marşrutun reysində) sərnişin daşımaları üzrə nəqliyyat xidmətlərinin daşıyıcı tərəfindən təşkili və göstərilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqaviləyə 175 nömrəli marşrutda işləyəcək avt obusların, ehtiyatda olanlar da daxil olmaqla siyahısı əlavə olunmuş və həmin siyahıda hazırkı mübahisənin predmetini təşkil edən “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobus da qeyd olunmuşdur. Həmçinin Cavabdeh3 öz işçisi Cavabdeh1 sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edilməsini təsdiq edən və 01.11.2017-ci il – 30.11.2017-ci il tarixləri əhatə edən yol vərəqəsi vermişdir. Cavabdeh1 adına olan AD seriyalı 066379 saylı sürücülük vəsiqəsinin sürətindən isə görünür ki, həmin vəsiqə 28.07.2016-cı il tarixdə verilmiş və 28.07.2026-cı il tarixədək etibarlıdır. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh3 “xxxx” MMC ilə bağlanmış icarə müqaviləsi və Bakı Nəqliyyat Agentl iyi ilə bağlanmış avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusu istifadə etmək və sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün marşrut xəttinə buraxmaq hüququ olmuşdur. Eyni zamanda Cavabdeh3 istifadəsində olan həmin avtobusu idarə etmək üçün yol vərəqəsi əsasında sürücülük vəsiqəsi olan Cavabdeh1 vermişdir. Göründüyü kimi 30 noyabr 2017-ci il tarixdə nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh1 “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə və idarə etməyə hüququ olmuşdur. Yəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsindən göstərilən hallar mövcud olmamışdır. Bu baxımdan məhkəmə kollegiyas ı hesab edir ki, iddiaçının ümumiyyətlə subroqasiya hüququ yaranmamışdır. Belə ki, əvvəla qanunvericilikdə bir fiziki şəxsin digər bir fiziki şəxsə avtomobili idarə etmək hüququnu yalnız etibarnamə əsasında verməsi ilə bağlı hər hansı bir imperativ norma mövcud deyildir. İkincisi, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh3 fərdi sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsdir (Vöen **********) və buna görə də, onun öz işçisi Cavabdeh1 sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün yol vərəqəsi vermək hüququ, sürücü olan Cavabdeh1 isə nəqliyyat vasitəsini həmin yol vərəqəsi əsasında idarə etmək hüququ olmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun “Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri” adlı 37-ci maddəsinin 1-ci bəndində göstərilmişdir k i, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasi təsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin(şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Bundan başqa baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki o, “Yol hərəkəti haqqında” Qanununun 50.3-cü maddəsinin tələbini pozmaql a yanaşı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etsəydi, o zaman Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunardı. Bu hal isə bir daha təsdiq edir ki, onun “DAEWOO BS 090” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etməyə hüququ olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar