Məhkəmə qərarları › İş №2(102)-3132/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3132/2020

02.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3132/2020 02.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən İddiaçı və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh x ə qarşı iddia qaldıraraq, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən ona verilmiş 2004-cü il tarixli, x, xnömrəli torpağın mülkiyyətə ve rilməsinə dair şəhadətnamənin etibarsz hesab olunması və yeganə tam hüquqlu mülkiyyətçi kimi onun göstərildiyi torpağın mülkiyyətə verilməsinə dair yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) xx xxxx 2019-cu il tarixli, x saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Astara rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməs indən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edillərək kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, x, xolan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə görə Astara rayonun Pensər kəndinin ərazisində yerləşən 0,20 hektar torpaq sahəsi 6 nəfərin mülkiyyətinə verilmişdir. Torpaq islahatı keçirilənə kimi mülki işdə olan sübutlara əsasən həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Bunlar Astara rayon Dövlət Arxivinin 231 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışı ilə təsdiq olunur. Həmin arayışa görə Astara rayonun Pensər kənd inzibati ərazi idarəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təs ərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli şəxsi hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi olduğu təsdiqlənir. Astara rayon Dövlət Arxivinin 231 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışına görə Astara rayonun Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin Xcu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli şəxsi hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində X-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi olduğu təsdiqlənir. İddiaçının həmin torpağa istifadə və sahiblik hüququ vardır. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə verilməsi qanunsuz və əsassız olmuşdur. Bunlara əsasən 6 nəfərin adına ve rilmiş x, xolan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilməlidir. Buna baxmayaraq Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatında baxılmalı olmadığı üçün prosessual hüquq norması pozulmuşdur. Belə ki, İddiaçı tələbi, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin torpağın mülkiyyətə verilməsinə dair 2004-cü il tarixli, x, xnömrəli şəhadətnamənin etibarsız hesab olunması və torpaq sahəsinə yeganə tam hüquqlu mülkiyyətçi kimi onun göstərildiyi mülkiyyət şəhadətnaməsinin verilməsi öhdəliyinin DƏDRX-in 10 saylı Lənkaran Ərazi idarəsinin üzərinə qoyulması barədədir. Məlum olduğu kimi şəxsin daşınmaz əşya üzərindəki hüququnu dövlət reyestrində aparılmış qeydiyyat təsdiq edir. Mülkiyyət şəhadətnaməsi isə həmin qeydiyyatı əks etdirən sənəddir. Odur ki, mülkiyyət şəhadətnaməsinin etibarsız sayılması tələbi mahiyyət etibarilə daşınmaz əşyanın dövlət reyestrindəki qeydin mübahisələndirilməsidir. Belə işlərə baxılarkən birinci növbədə mübahisənin mahiyyəti təhlil edilərək işin məhkəmə aidiyyəti düzgün müəyyən olunmalıdır. Bunun üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə diqqət yetirilməklə iddianın hüquqi təbiəti aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli qərarının 17-ci bəndində vurğulamışdır ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı sözügedən şəhadətnaməni mübahisələndirərkən tələbinin faktiki əsası kimi Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarının qanunsuz olmasına istinad edir. Belə ki, o, həmin qərar ilə sözügedən şəhadətnamədə X4, X5 və X2 mülkiyyətçi kimi qeyd olunmalarını qeyri-qanuni və əsassız sayır. Eyni zamanda işdən məlum olur ki, mübahisə predmeti olan mülkiyyət şəhadətnaməsinə dair qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində mövcuddur. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Astara rayonu Pensər kəndi ərazisində yerləşən Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-745A nömrəli şə hadətnamə ilə bağlı müraciətinə baxılarkən həmin əmlaka dair arxiv və baza məlumatları araşdırılarkən məlum olmuşdur ki, həmin hüquq müəyyənedici sənəd barədə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında aidiyyəti hissədə qeydiyyat aparılmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi reyestr qeydiyyatı inzibati orqan sayılan Astara rayon Aqrar İslahat Komissiyasının inzibati aktı (qərarı) əsasında aparılmışdır. Odur ki, iddiaçı, əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla rayon və yerli X1 aktlarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə, həmin iddia uğurlu olarsa, qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdəki qeydin dəyişdirilməsini tələb edə, həmin orqanın hərəkətindən narazı qaldıqda isə inzibat i məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, İddiaçı iddiası hüquqi təbiətinə görə mülki mübahisə olmayıb, inzibati xarakterli tələbdir. Belə olan halda, hazırkı iş üzrə iddiaya mülki mühakimə icraatında baxılması ilə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddəyə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, normadakı “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir. A zərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun adı çəkilən qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə,...inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməli və iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə, kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx. 2019-cu il tarixli, xnömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, hüquqi marağına uyğun olaraq müvafiq inzibati aktı qəbul etmiş orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar