Məhkəmə qərarları › İş №2(102)-3133/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3133/2022

25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3133/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “hüquqların bərpası, maddi və mənəvi ziyan üçün kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2(103)787/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının təsdiq edilməsini, SS534579327 AZ ştrix kodlu sifarişli xəbərnamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasına və ödədiyi 60 qəpik məbləğin ona qaytarılmasına, cavabdehdən maddi zərər üçün 20,76 manat dəbbə pulu məbləğinin, cavabdehdən subyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 416000 manat pul məbləğinin, cavabdehdən obyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 496000 manat pul məbləğinin, cavabdehdən sağlamlığının pozulması ilə bağlı mənəvi zərər üçün 8000 manat pul məbləğinin, şəxsi t oxunulmazlıq hüququnun pozulması ilə əlaqədar 16000 manat mənəvi ziyanın, təhlükəsiz yaşamaq hüququnun, əmək hüququnun, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun pozulması ilə bağlı 12000 manat mənəvi ziyanın, SS534579579 AZ ştrix kodlu sifarişli xəbərnamə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətin geri qaytarılmasını və ödədiyi 60 qəpik məbləğin ona qaytarılmasına, cavabdehdən maddi zərər üçün 21,42 manat dəbbə pulu məbləğinin, cavabdehdən xəbərnamənin itirilməsinə görə 6 manat pul məbləğinin, cavabdehdən subyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 512000 manat pul məbləğinin, cavabdehdən obyektiv hüquqlarının pozulması ilə bağlı mənəvi zərər üçün 496000 manat pul məbləğinin, cavabdehdən sağlamlığının pozulması ilə bağlı mənəvi zərər üçün 8000 manat pul məbləğini n, şəxsi toxunulmazlıq hüququnun pozulması ilə əlaqədar 16000 manat mənəvi ziyanın, təhlükəsiz yaşamaq hüququnun, əmək hüququnun, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun pozulması ilə bağlı 12000 manat mənəvi ziyanın, cavabdehdən hazırki iddia ərizəsinin hazırlanması ilə bağlı xərclərinin əvəzinin ödənilməsi üçün 57,30 manat pul məbləğinin və gələcəkdə məhkəməyə təqdim edəcəyi digər zəruri xərclər üzrə məbləğlərin onun xeyrinə tutulmasına dair, məhkəmə qaydasında tutulacaq pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün, onun xeyrinə dəbbə pulun tutulmasına dair qətnamə çıxarılmasını, kompensasiyaların hesablamalarını beynəlxalq ədalət mühakiməsi sistemində aparılan qaydalar əsasında həyata keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(007)308/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “hüquqların bərpası, maddi və mənəvi ziyan üçün kompensasiya” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(103)-787/2022 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(007)-308/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2022ci il tarixli, 2(103)-787/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi nə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrində n kassasiya şikayəti verilə bilər. Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ümumilikdə 64,50 manat maddi ziyanın, 42,18 manat ona hesablanmış dəbbə pulunun və ******* manat iddia olunan mənəvi ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Həmin tələbin birinci hissəsi - maddi ziyan və dəbbə pulu əmlak xarakterlidir. ******* manat mənəvi ziyanın tutulması isə qeyri-əmlak xarakterli tələb olmaqla, əmlak xarakterli tələbdən doğur və təmin olunması ilk nö vbədə birinci tələbin əsaslı olub-olmamasından asılıdır. Mənəvi ziyan tələbi müstəqil tələb olmadığı üçün hazırkı iş üzrə iddianın qiyməti əmlak xarakterli tələbin, yəni 64,50 manat məbləğində pul tələbinin və 42,18 manat dəbbə pulunun məbləğinə əsasən müəyyən edilməlidir. Həmin məbləğ isə MPM-in 402.1-ci maddəsində kassasiya şikayətlərinin verilməsi üçün müəyyən olunan həddən azdır. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407- ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4 08 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(103)-787/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar