Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3135/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolun ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (keçmiş adı Cavabdeh) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 (bundan sonra – iddiaçı) mülkiyyətində olan mübahisəli mənzilin Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 160500 manat olaraq müəyyən edilmiş və mübahisəli mənzil 160500 ma nat qiymətə X5 tərəfindən əldə olunmuşdur.
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6963/2021 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnaməsi ləğv edilmiş və iddiaçı X1 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsinə dair iddiası rədd edilmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, məhkəməyədək icraat və məhkəmə baxı şı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə İddiaçı1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir.
5. Dələduzluq cinayətini törətməyə görə məhkum edilmiş İddiaçı1 törətmiş olduğu cinayət əmələri nəticəsində zərərçəkənlərdən biri X2r. Mübahisəli mənzil təqsirli bilinərək məhkum edilmiş şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuşdur. Hazırkı işdə iddiaçılar İddiaçı1 və onun arvadı birgə iddiaçı kimi mənzilin onların birgə mülkiyyətindən qanunsuz çıxarılması ilə bağlı mübahisə başlatmışlar. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və X8 cavabdeh "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbi dəqiq ləşdirərək cavabdeh "xxxx" MMC (keçmiş adı "X4” MMC) tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, mənzil ər-arvadın birgə mülkiyyəti olmuş, əmlakın satış qiyməti əsassız olaraq 160500 manat müəyyən edilmişdir. mübahisəli mənzilin hərracda satılması barədə ona məlumat verilməmiş, həm Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi qəbul edilərkən, həm Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnamədən nə maraqlarına toxunan İddiaçı1 nə də birgə nikah dövründə əldə edilmiş əmlakda pa yı olan onun həyat yoldaşı iddiaçı2in məlumatları olmamışdır. İddiaçı1 həmin vaxt həbsdə olmuş (hazırda da həbsədir) və həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə heç bir məlumatları olmamışdır. Mübahisəli mənzilin real bazar qiyməti 300000 manatdan artıqdır. Necə olur ki, 300000 manat dəyərində olan mənzilin ilkin satış qiyməti 160500 manata müəyyən edilərək satılmışdır. Bu tamamilə qanunsuz və əsassızdır. Mənzilə qoyulmuş ilkin satış qiyməti açıq-aşkar real bazar qiymətinə tərs mütənasibdir. Cavabdeh "xxxx" MMC (keçmiş adı "X4” MMC) tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı1 hərrac keçirilən zaman istintaqa cəlb edilərək həbs edilmiş və hal-hazırda da həbsdədir. Həmin cinayət işində digər zərərçəkənlərlə yanaşı X6 da zərərçəkən kimi tanınmış və onun cinayət işindəki ifadəsi ilə Şəmkir Rayon Məhkəməsində qaldırdığı iddianın məzmunu tamamilə fərqlidir.
8. Cavabdeh "xxxx" MMC (keçmiş adı Cavabdeh MMC) məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Xətai rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən şirkət tərəfindən hərrac təşkil olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2716/2019 saylı icra vərəqəsinə əsasən tələbkar qismində X5, borclu qismində İddiaçı1 qeyd olunmuşdur. Hərracın keçirilmə vaxtı xx.xx.2020-ci il tarix göstərilməklə, xx.xx.2020-ci il tarixdə 85 nömrəli bildiriş borclu İddiaçı1 sifariş məktubunda qeyd olunan ünvanına göndərilmişdir. İddiaçı iddia tələbində ünvan mübahisəli mənzilin real bazar qiymətinin 30000 0 manatdan artıq olduğunu və mənzilin ilkin satış qiymətinin 160500 manata müəyyən edilərək satılmasının əsassız və qanunsuz olduğunu qeyd etmişdir. Hərrac təşkilatçısı olan hərrac şirkətinin hərrac predmetini qiymətləndirmə kimi səlahiyyəti yoxdur və bu səlahiyyət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq bu fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) tərəfindən həyata keçirilir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, həmin mənzil "xxxx" MMC tərəfindən 160500 manat məbləğində qiymətləndirilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Qiymətləndirmə hərrac təşkilatının deyil, qiymətləndirmə şirkətinin səlahiyyətinə aid olduğu üçün hərrac təşkilatı heç bir qanunsuzluğa yol verməmişdir. Hərrac prosesinin qalibi olan alıcı X5 hərrac yekunlaşdıqdan sonra hərrac predmeti olan mənzilə köçmüşdür. Necə ola bilər ki, iddiaçılar 1 ildən çoxdur ki, mənzildə başqa adamlar yaşadığı halda bundan xəbərsizdirlər? Tam 1 il 6 aydan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edib, bütün bu proseslərdən məlumatsız olduqlarını qeyd edirlər? Hərrac prosesinin qalibi olan alıcı X5 mənzilin mülkiyyətçisi olduğu halda cavabdeh və ya üçüncü şəxs qismində məhkəmə proseslərinə cəlb edilməmiş, onun konstitusion hüquqları pozulmuşdur. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 nömrəli mülki iş üzrə 25 ok tyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/71153021/2019-9 saylı sifariş məktubu əsasında "xxxx" MMC (Cavabdeh MMC) tərəfindən mübahisəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci tarixli Protokolun ləğv edilməsi və həmin hərracın nəticələrinin etibarsız hesab olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən "xxxx" MMC (keçmiş adı Cavabdeh MMC) hərrac təşkil etmişdir. Hərrac Təşkilatının 14 nömrəli xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən müvafiq mənzili 160500 manat qiymətə tələbkar X5 əldə etmişdir. Hərracın keçirilməsi vaxtı barədə bildirişlər maraqlı tərəflər olan İddiaçı1 ünvan 4 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Hərrac keçirilən zaman İddiaçı1 cəzaçəkmə müəssəsində olmuş, tələbkar X5 bundan məlumatlı olmuş, lakin hərracın vaxtı və yeri barədə bildiriş ünvan2 ünvanına göndərilmişdir. Cavabdeh "xxxx" MMC-nə məhkəmə sorğusu verilməsinə baxmayaraq hərraca dair bildirişlər, hərracla bağlı elanın yerləşdirilməsinə dair məlumatlar məhkəməyə təqdim edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, "xxxx" MMC hərracın təşkilatçısı kimi hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməsinə dair, habelə bildirişlərə dair sübutları məhkəməyə təqdim etməmişdir. Hərracın keçirilməsi vaxtı barədə bildirişlər maraqlı tərəflər olan İddiaçı1 ünvan 4 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Hərrac keçirilən zaman İddiaçı1 cəzaçəkmə müəssəsində olmuş, tələbkar (hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş) X5 bundan məlumatlı olmuş, lakin hərracın vaxtı və yeri barədə bildiriş ünvan2 ünvanına göndərilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Xətai rayon icra şöbəsinin sifarişi əsasında "xxxx" MMC (Cavabdeh MMC) tərəfindən mübahisəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci tarixli P rotokol ləğv edilməli və hərracın nəticələri etibarsız hesab olunmalıdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1, 41.2, 41.3, 41.4,41.5, 42, 44, 53.1, 53.2, 53.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM-nin) 269.1, 317.1, 319.1, 416, MPM-nin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onu sübularını təqdim etmək imkanından məhrum etməklə sübutsuz işə baxaraq iddiaçının əsassız iddiasını təmin etmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdə n də görünür ki, hərrac təşkilatı tərəfindən hərraca çıxarılan ev qanunvericiliyin bütün tələblərinə uyğun olaraq aparılmışdır. Belə ki, sənədlərdən də görünür ki, Xətai Rayon icra və Probasiya şöbəsi tərəfindən məktubla hərrac barədə tərəflərə məlumat verilmiş, əmlak "xxxx" MMC tərəfindən qiymətləndirilmiş, “Kaspi” qəzeti tərəfindən hərraca çıxarılacaq əmlak barədə elan verilmiş və eyni zamanda hərracın yekunları barədə müvafiq protokol və alqı-satqı müqaviləsi ilə əmlak ona satılmışdir. İddiaçı tərəfin istinad etdiyi məhkəmə qərarları hələ qanuni qüvvəsini almadığından (məhkəmə bu halı da arasdırmamışdır) və müvafiq olaraq məhkəmələrdə baxıldığından məhkəmə iş üzrə icraatı dayandırmalı olduğundan bunu etməmişdir.
16. Qətnamədən həmçinin cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şik ayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən məhkəməyə etiraz ərizəsi ilə müraciat edilərək, hərrac bildirişlərini göndərdikləri halda məhkəmə həmin hala əsaslanmamış, bildirişin məhkəməyə verilmədiyini qeyd etmişdir. Həmçinin, həmin evin çoxdan boş olması, hərracın qalibinin orada yaşadığı halda iddiaçının məlumatsız olmasına əsaslanmaq düzgün olmamışdır. Hərracın keçirilməsi barədə bildirişlər və elanlar məhkəməyə təqdim edilmişdir. Hərrac prosesi qanunvericiliklə onun üçün nəzərdə tutulmuş bütün prosessual qaydalara əməl edilməklə həyata keçirilmiş, elanlar verilmiş, bildirişlər göndərilmişdir, tərəflərin məlumatlandırılması ilə bağlı bütün prosessual hərəkətlər həyata keçirilmişdir. İddiaçı nın icra prosesləri barədə məlumatlı olması, icra hərəkətlərinin həyata keçirilməsi faktları yoxlanmamışdır. Həmçinin, icra şöbəsi tərəfindən icra sənədi üzrə tələb tam icra edildiyi üçün iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin məsələyə də məhkəmə tərəfindən münasibət bildirilməmişdir.
18. Apellyasiya icraatı zamanı üçüncü şəxs X5 məhkəməyə vəsatətlə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin icraatında olan 2(076)-2235/2021 nömrəli işə baxılıb qurtarıb, məhkəmə qərarının qanuni qüvvəyə minənədək işin icraatının dayandırılmasını xahiş etmiş, məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılmasını əsaslı hesab etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədr lik edən və məruzəçi), Vahid Sadıqov və Elnur Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdib ki, hazırki iş mübahisələndirilən hərracın keçirilməsi vaxtı barədə bildirişlər maraqlı tərəflər olan İddiaçı1 ünvan 4 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Hərrac keçirilən zaman İddiaçı1 cəzaçəkmə müəssəsində olmuş, tələbkar (hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş) X5 bundan məlumatlı olmuş, lakin hərracın vaxtı və yeri barədə bildiriş ünvan2 ünvanına göndərilmişdir. Maraqlı şəxs olan İddiaçı1 hərracın keçirilməsi barədə məlumatlandırılmaması hərracın yeku nlarının etibarsız sayılması üçün tutarlı əsas hesab edərək iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli hərracın keçirilməsi üçün əsas olmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin verildiyi Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2946/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi hərracın keçirilməsinə və icra sənədinə əsas olmuş qətnamə hazırki halda ləğv edilmişdir və mövcud deyil. Hazırki halda məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması üçün də əsas görmür. Çünki, Şəmkir Rayon Məhkəməsinin icraatında olan iş üzrə hələ hansı qərar qəbul olunması, hətta iddia tələbi təmin edildiyi təqdirdə hansı qaydada icra olunacağını (könüllü şəkildə, nağd və ya digər qaydada) müəyyən etmək mümkün deyil.
22. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-nin 415.2, 416-cı maddələri və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiya sı məhkəməsindəki icraat
23. Üçüncü şəxs X5 (vəkil X9) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.
25. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun olaraq əsaslandırılmışdır. d) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
27. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı g ündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilm əsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zam anı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya ba xışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, İddiaçı1 dələduzluq cinayət törətməsinə görə məhkum olunaraq 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin işdə zərərçəkənlərdən biri XXX olmuşdur. X14 Qarayevin barəsində cinayət təqibi üzrə icraat getdiyi dövrdə pul tələbi ilə məhkəməyə müraciət etmiş və qiyabi qətnamə ilə iddia təmin olunmuşdur. Qiyabi qətnamənin icrası ilə bağlı icra qurumları borclun un əmlakını aşkar edərək üzərinə həbs qoyulmasını təmin edərək tələbi həmin əmlaka yönəltmişlər. Mənzilin dəyəri 160.500 manata qiymətləndirilmiş, əmlak hərraca çıxarılmış və tələbkar həmin qiymətə mənzili almışdır. İşdə olan ekspertiza rəyinə görə mənzilin bazar dəyəri 320.000 manat, likvid dəyəri isə 310.000 manat təşkil edir. Eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borcun tutulması tələbi ilə bağlı çıxarılmış qiyabi qətnamə artıq ləğv edilmiş və həmin mübahisə məhkəmə baxışı mərhələlərindədir.
40. Məhkəmələr hərracın keçirilməsi ilə bağlı əmlakın mülkiyyətçisinə lazımi qaydada məlumat verilməməsi, həmin vaxt onun azadlıqdan məhrumetmə yerində cəza çəkməsi, tələbkarın bu barədə məlumatı olduğu təqdirdə məlumat verməməsi, eyni zamanda hərracın keçirilməsinin əsasını tə şkil edən icra vərəqəsinin artıq ləğv olunmasını (qiyabi qətnamənin ləğv edilməsi) əsas tutaraq iddianı təmin etmişlər.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan faktiki hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
42. Əvvəla, Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hərracın keçirilməsinə əsas olan icra sənədinin verilməsinin əsasını təşkil edən qiyabi qətnamə artıq mövcud deyil və gələcəkdə məhkəmələrin borc tələbi ilə bağlı hansı qərar qəbul edəcəyi və həmin qərarın hansı qaydada icra ediləcəyi məlum deyil. 43. Мəhkəmələr borc tələbinə dair işə baxılanadək icraatın dayandırılması barədə vəsatəti təmin etməməkdə də haqlı olmuşlar. Çünki borc tələbinə dair iddianın təmin olunması artıq qüvvədən düşmüş icra sənədinin icrasına əsas vermir. Bu halda yeni çıxarılmış məhkəmə qərarı əsasında icra sənədi icraya yönəldiləcəkdir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yenidən borcun tutulması qət edilmiş olsa belə, həmin qətnamənin hansı qaydada icra olunacağı məlum olmadığı üçün icraatın dayandırılmasına zərurət yoxdur. Ona görə kassasiya icraatında verilmiş analoji vəsatət əsaslı hesab oluna bilməz.
44. Kassasiya şikayətlərində qeyd edilmiş digər dəlillər, o cümlədən hərracın keçirilməsi ilə bağlı bildirişilərin göndərilməsi, borclunun həmin vaxt azadlıqdan məhrumetmə yerində olması, onun hərrac barədə məlumatlı olub-olmaması və.s əhəmiyyət kəsb edən məsələlərlə bağlı apelyasiya məhkəməsi hüquqi dəyərləndirmə aparmışdır və kollegiya həmin dəyərləndirmə ilə razılaşdığı üçün yenidən əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini