Məhkəmə qərarları › İş №2(102)-3135/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3135/2024

12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3135/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassatorların mənafeyi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadından X2 və Hacıyev Mətləb Hacı oğlunun kassasiya şikayətinin mümkünlüyünə 12 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardad ı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə Füzuli rayonu, Yağlıvənd kəndində cavabdehin adına olan torpaq sahəsinin üzərində birgə tikdiyi evə xərclənmiş 60.000 manat pulun yarısı olan 30.000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Füzuli Rayon Məhkəməsinin 2(064)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə birgə nikah dövründə əldə edilmiş vəsaitə görə 17.757 manat pulun tutulması qət edilmişdir.

3. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsi iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tofiq Heydərov)

5. X2 və Hacıyev X4 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər.

6. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadı ilə T.Hacıyeva və M.Hacıyevin kassasiya şikayəti geri qaytarılmış, həmin şəxslərə MPM-in 403.2-ci maddəsinin tələbləri izah edilmişdir.

7. X2 və Hacıyev X4 A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişlər.

8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Tofiq Heydərov)

9. Eyni zamanda X2 və Hacıyev Mətləb Hacı oğlu ərizə ilə Ali Məhkəməyə müraciət edərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(106)-140/2024 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin baxılması üçün Ali Məhkəmənin Mülki kollegiyasına göndərilməsini xahiş etmişlər.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 i yul 2024-cü il tarixli, 2(102)-2265/2024 saylı qərardadı ilə işdə iştirak etməyə cəlb olunmayan ərizəçilər Hacıyev Mətləb Hacı oğlu və X1 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2(106)-140/2024 saylı qətnaməsindən birgə verdikləri ərizəsi rədd edilmiş, əsas kimi həmin qətnamənin kassasiya şikayəti verən şəxslərin maraqlarına toxunmaması göstərilmişdir.

11. Bütün bunlardan sonra X2 və Hacıyev Mətləb Hacı oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi həmin şikayəti kassasiya instansiyasına göndərmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1. Bu Məcəllənin 402- ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Prosessual qanunvericiliyə görə tərəflər, üçüncü şəxslər, xüsusi icraat iş ləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda kassasiya şikayəti verə bilərlər.

13. İşdən görünür ki, kassasiya şikayəti verən şəxslər Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aid deyillər, həmçinin barəsində şikayət verilən qərardad ilə onların hüquq və mənafeyinə zidd hər hansı məsələ də həll edilməyib.

14. Üstəlik, həmin şəxslərin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün maraqlarına toxunan şəxs kimi Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə uyğun olaraq verdikləri ərizə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(102)-2265/2024 saylı qərardadı ilə rədd edilmiş, əsas kimi də qətnamənin kassasiya şikayəti verən şəxslərin maraq larına toxunmaması göstərilmişdir.

15. Göründüyü kimi, hazırki işdə kassasiya şikayəti verən şəxslərin hər hansı hüquq və mənafeyinə toxunmaması artıq müəyyən edilib. Başqa sözlə, kassasiya şikayəti verən şəxslərin hazırki işə heç bir aidiyyəti yoxdur. Bir halda ki, işi mahiyyəti üzrə həll edən yekun məhkəmə aktı olan qətnamə şikayət verən şəxslərin marağına toxunmur, belə olan halda, onların həmin qətnamədən verilən şikayətin geri qaytarılması barədə qərardaddan şikayət vermək hüquqlarının olmaması, ümumiyyətlə, müzakirə predmeti ola bilməz.

16. Bu baxımdan, həmin şəxslərin bu iş üzrə hər hansı məhkəmə aktından, o cümlədən kassasiya şikayətinin geri qaytarılması barədə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadından kassa siya şikayəti vermək hüquqları yoxdur.

17. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X2 və Hacıyev Mətləb Hacı oğlunun kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır.

18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 və Hacıyev Mətləb Hacı oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-140/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadından verdikləri kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar