Məhkəmə qərarları › İş №2(102)-3137/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3137/2019

10.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3137/2019 10.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, üçüncü şəxs X3in vəkili Muradov Altay Oqtay oğlu, üçüncü şəxs X6, onun nümayəndəsi X4, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) vəkili Məlikov Balabəy Ağamməd oğlunun iştirakları ilə, X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏ YYƏN ETDİ: X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaq) qarşı “qərarın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, iş № 2(009)-2065/2017) iddia təmin edilmiş, Azərittifaqın idarə heyətinin 17 iyul 2013-cü il tarixli, 55 saylı qərarının “Azərittifaqın idarə heyətinin Cəlilabad rayon kooperativlər cəmiyyətinin yeməkxana binasının satılmasına razılıq verilməsi haqqında 11 aprel 2013-cü il tarixli, 24 saylı qərarı və alıcı ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-11950/2018) üçüncü şəxslər X6 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: X3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Üçüncü şəxs X3 vəkili Muradov Altay Oqtay oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya insta nsiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) vəkili Məlikov Balabəy Ağamməd oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq üçüncü şəxs X2 və onun nümayəndəsi X1 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolun mamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kooperativ cəm iyyətinin tərkibində olan ictimai iaşə müəssisələr birliyinin balansındakı qeyri-yaşayış binasının İddiaçı satılmasına razılıq vermişdir. Eyni zamanda cavabdehin 17 iyul 2013-cü il tarixli 55 saylı qərarı ilə “Cəlilabad rayon kooperativ cəmiyyətinin yeməkxana binasının satılmasına razılıq verilməsi haqqında 11 aprel 2013-cü il tarixli 24 saylı qərarı və alıcı ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 421.2-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqları nı və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. X3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət ver məməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 20 06-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının 17 iyul 2013-cü il tarixli 55 saylı qərarının 2-ci hissəsinə əsasən Cəlilabad rayon kooperativlər cəmiyyətinin idarə heyətinin “Sahil” yeməkxana binasının X5 bağışlanması ləğv edilmişdir. Həmin xüsusatla əlaqədar iddiaçı Əsədova İlhamə Xeyrulla qızı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərittifaqın 17 iyul 2013-cü il tarixli 55 saylı qərarının 2-ci hissəsinin - Cəlilabad rayon kooperativlər Cəmiyyəti idarə heyətinin “Sahil” yeməkxana binasının məhrum X5 bağışlanmasına dair 12 yanvar 1999-cu il tarixli qərarının etibarsız hesab edilməsi hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Elman Rəhimov) 22.02.2018-ci il tarixli 2(009)-677/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İs mayıl Xəlilov, İlham Kərimli) 28.11.2018-ci il tarixli 2(103)10506/2018 nömrəli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.02.2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev, iş № 2(102)-1850/2019) iddiaçı X3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə X3 və X2 yalnız yeməkxana binası ataları X5 bağışlandığı halda həmin yeməkxanaya, o cümlədən hazırki işdə mübahisələndirilən qərara münasibətd ə subyektiv hüquqa malik ola bilərdilər. Yeməkxananın X5 bağışlanması barədə qərar ləğv edilmiş, həmin qərar məhkəmədə mübahisələndirilsə də hazırki işdə üçüncü şəxslərin iddiaları təmin olunmamışdır. Beləliklə üçüncü şəxslər “Sahil” yeməkxanasına və Azərittifaqın qərarına münasibətdə subyektiv hüquqlarını itirmişlər. Ona görə də kassasiya şikayətinin dəlilləri əsaslı hesab oluna bilməz və rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və pro sessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar