Məhkəmə qərarları › İş №2(102)-3137/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3137/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3137/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:mülkiyyət hüququnun müdafiəsi 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-612/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışə əsasən, Zaqatala şəhərində (keçmiş Göyəm kənd ərazisi) yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsinin Cavabdeh hesabına bağlanması, Cavabdeh İddiaçı qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və cavabdehin öz torpaq sahəsinin hasarlaması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayo nu, Çökəkoba kəndində yerləşən Cavabdeh (bundan sonra- cavabdeh) mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin eyvanının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək, həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Zaqatala rayonu Çökəkoba kəndində xüsusi mülkiyyətində 0,0386 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində özünün yaşadığı evi vardır. Qonşuluğunda yerləşən torpaq sahəsində cavabdehin yaşadığı tikili vardır. Həmin tikilinin açıq eyvanı onun həyətinə baxdığı, həmin eyvandan həyətini maneəsiz müşahidə etdiyi, həmin eyvanda hər gü n müxtəlif tədbirlər keçirib onun həyətinə müxtəlif tullantı məhsulları atdığı üçün, həmçinin həmin eyvanda axşamlar ucadan səs-küy saldıqları üçün eyvanın onun həyətinə baxan hissəsinin cavabdehin hesabına bağlanılması tələbinə dair Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia təmin olunmuş, lakin iş icra mərhələsinə gəldikdəmülki iş onun istədiyi kimi icra olunmamışdır. Ona görə ki, həmin eyvanın nə ilə bağlanması onun iddiasında və məhkəmə qətnaməsində dəqiq göstərilməmişdir. Bu səbəbdən də o, yenidən sözügedən eyvanın cavabdehin hesabına dəmir barmaqlıq hissəsinin sökülməsi və həmin hissənin kubik (mişar daşı) və sementlə hörülməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Əvvəlki iddiası üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyində cavabdehin inşa e tdiyi və yaşadığı tikilinin inşası zamanı qanunvericilik normalarına əməl olunmaması və qanunvericiliyin tələblərinin pozulması qeyd olunmuşdur.

6. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-95/2024 nömrəli iş üzrə qəbul etdiyi 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (T.Həsənov) iddia təmin edilmiş, cavabdehin mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilinin eyvanının iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri, Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğunda olan dəmir barmaqlıqların sökülərək, həmin hissənin divarla eyni səviyyədə məsafə saxlanılmadan mişar daşı (kubik daş) və sementlə cavabdehin hesabına hörülməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Zaqatala R ayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə məhkəmə cavabdehin mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən və fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri, Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxması iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozulması kimi müəyyən etdiyindən və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirildiyindən, qeyd edilən halların sübut edilməsi zərurətini aradan qaldırmışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 10/6511 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan t orpaq sahəsi üzərində inşa edilmiş tikili torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilməklə yanaşı şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət edilmədən və icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidmətinin rəyi alınmadan inşa edilmişdir.

8. Məhkəmə bildirmişdir ki, cavabdehə məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməklə yanaşı, həmin tikilidən iddiaçıya məxsus Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru açılmış açıq eyvan iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dər əcədə hədsiz təsir kimi qiymətləndirilir.

9. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidir. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

10. Məhkəmə eyni zamanda, cavabdehin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, orada yaşayış evi tikilməsinin nəzərdə tutulmadığı barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,0386 hektar torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən, gözlənilən mülkiyyət hüququ o lan tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır. Həmin ev tikildiyi vaxtdan etibarən iddiaçı orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, iddiaçının ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi iddiaçının həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Bundan əlavə, iddiaçıya məxsus torpaq sahəsində baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdehə məxsus tikili onun öz mülkiyyətində olan torpaq sahəsi üzərində, cavabdehlə iddiaçıya məxsus torpaq sahələrinin tam sərhəddindətikilməsinə baxmayaraq, həmin tikilinin eyvanının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsinin hasarlanması üçün istifadə edilmiş barmaqlıqlar cavabdehin mülkiyyətində olan torpaq sahəsi nin sərhədini 30-39 santimetr həcmində keçmiş və həmin barmaqlıqlar faktiki olaraq iddiaçının mülkiyyətində olan 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilinə düşür.

11. Məhkəmə tərəfindən cavabdehin iddiaçıya məxsus 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qəsd kimi qiymətləndirilmiş və məhkəmə iddia tələbini ümumi dəyərləndirərək hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qəsdinin və hədsiz təsirinin qarşısının alınması məqsədi ilə cavabdehin mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilinin eyvanının iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri, Göyəm kənd ərazisində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğunda ola n dəmir barmaqlıqlar sökülərək, həmin hissə divarla eyni səviyyədə məsafə saxlanılmadan mişar daşı və sementlə cavabdehin hesabına hörülməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-ci maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 157.2, 170.1, 170.2, 171.1, 171.2, 172.2, 180.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 82.3, 88, 89, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, Torpaq Məcəlləsinin 13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan tikili inşa etmişdir. İddiaçı bilirdi ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi inşa etmək qanunla qadağandır. Bu səbəbdən də həmin torpaqda inşa edilmiş tikilini qanuni tikili kimi qəbul etmək olmaz. Əks təqdirdə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin digər mülkiyyətçiləri də, eyni əsasla, qonşu torpaq sahələrinin mülkiyyətçilərindən onun torpaq sahəsinə baxan hissənin bağlanılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.4, 171.1 və 171.2-ci maddələrinin tələblərini də pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, cavabdehə məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməklə yanaşı, həmin tikilidən iddiaçıya məxsus Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru açılmış açıq eyvan iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozur və bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilir. Lakin birinci instansiya məhkəməsi qətnamədə cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin eyvanının iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmasının nədə ifadə olunduğunu qeyd etməmiş və qətnaməni qeyri-müəyyən əsaslarla qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Eyni zamanda həmin Məcəllənin 171-ci maddəsini 2-ci bəndində qeyd edilir ki, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal tə sərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Mülki Məcəllənin “mülkiyyət hüququnun məhdudlaşdırılması” ilə bağlı 8-ci fəslində yer alan, qonşu təsirinə dözmək vəzifəsini müəyyən edən yuxarıda göstərilən maddələrin tələblərindən görünür ki, qonşu təsirləri o zaman qadağan edilə bilər ki, mülkiyyətçinin hüquqları əhəmiyyətli dərəcədə yəni öz mülkiyyətindən istifadəsinəmaneçilik yaradacaq dərəcədə pozulmalı, eyni zamanda həmin təsirlər qonşu hüquqlarını əhəmiyyətli dərəcədə pozsa belə həmin təsirlər daşınmaz əmlakın adi istifadəsindən törənməməlidir. Lakin qətnamədən görünür ki, iddiaçının iddia tələbində göstərdiyi təsirlər - yəni torpaq sahəsi üzərində inşa edilmiş tikilinin açıq eyvanı onun həyətinə baxması, həmin eyvandan həyətini ma neəsiz müşahidə edilməsi, həmin eyvanda hər gün müxtəlif tədbirlər keçirib onun həyətinə müxtəlif tullantı məhsulları atılması, həmçinin həmin eyvanda axşamlar ucadan səs-küy salınması daşınmaz əmlakın adi istifadəsindən törənən təsirlərdir və onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmur. Belə ki, hər kəs mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində eyvan nəzərdə tuta bilər və həmin eyvanlar hansısa qonşu torpaq sahəsinə baxa bilər. Əks təqdirdə böyük şəhərlərdə yaxın-yaxına tikilən çoxmərtəbəli binalarda eyvanlar nəzərdə tutulmazdı. İddiaçının iddiasında hər gün müxtəlif tədbirlər keçirilməsi ilə bağlı fikirləri absurddur, çünki həmin tikili cavabdehin yaşadığı evdir və orada həmin evdən yaşamaq üçün istifadə olunur, orada restoran fəaliyyəti göstərilmir. Yəni hər ev sahibəsi kimi cavabdehin evinə qonaqlar gəlir və yaranan səs-küy və digər təsirlər də daşınmaz əmlakdan adi istifadədən yaranan təsirlərdir. Digər bir məsələ isə birinci instansiya məhkəməsi qətnamədə cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikili qanunvericiliyin tələbləri pozulmaqla inşa edildiyini qeyd etmişdir. Halbuki məhkəmə iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığınıaraşdırmamışdır. Bununla da birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Mülki Məcəllənin 153.4-cü maddəsini nəzərə almamışdır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin Mülki Məcəllənin 152.1-ci maddəsində qeyd olunduğu kimi dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarını pozmuşdur. M ülki Məcəlləsinin 180-cı maddəsinin tələbləri polzulmuşdur. Zaqatala Rayon Məhkəməsi cavabdehin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin iddiaçı tərəfə olan hissəsini bağlamaqla cavabdeh tərəfindən inşa edilmiş tikilinin qanuni tikili olması qənaətinə gəlmişdir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçının inşa etdiyi tikili özbaşına tikilidir və cavabdeh də qanunla kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işi apara bilməz. Zaqatala Rayon Məhkəməsi isə qətnaməsi ilə cavabdehin üzərinə tikintisinə qanunla icazə verilməyən torpaq sahəsində tikinti işləri aparılması öhdəliyi qoymuşdur. Birinci instansiya məhkəməsi əvvəllər də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxaraq məhkəmə qətnaməsi qəbul etmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, birinci instansiya məhkəməsi qətnaməsindən görünür ki, məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğunu bildiyi halda, iş üzrə icraata xitam vermək əvəzinə işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı olan hazırki qətnaməni qəbul etmişdir. Halbuki, ZaqatalaRayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə edilən tikilinin açıq eyvanının cavabdehin hesabına bağlanmasını qət etmişdir. Hazırki qətnamə ilə məhkəmə eyvanın iddiada göstərilən materiallarla bağlanmasını qət edərək ikinci dəfə həm cavabdehin mülkiyyət hüquqlarını pozmaqla, həm də prosessual qaydaları pozmuşdur.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), X1 Kərimov) 2(107)-612/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli, e2(033)-95/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus Zaqatala rayonu ərazisində (keçmiş Göyəm kəndi ərazisi) yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru cavabdeh tərəfindən açılmış eyvanın açıq formada mövcudluğu iddiaçının hüquqlarının pozub-pozmamasının araşdırılmasına zərurət yoxdur. Çünki qeyd olunan hala qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehə aid tikilinin eyvanın ın iddiaçının həyətinə baxan hissəsinin açıq formada olması, sonuncunun hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin inşa edilmiş tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri davam edir və Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsinin qəbul edilməsi və icra edilməsi bu müdaxiləni aradan qaldırmaq üçün yetərli vasitə olmamışdır. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi iddiaçının tələb i əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından bu qətnamənin mövcudluğu müdaxilənin qarşısını almağa kifayət etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, ona məxsus torpaq sahəsinə cavabdehin göstərdiyi qəsdin və təsirin qarşısını almaq məqsədilə sonuncunun mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin eyvanının ona məxsus torpaq sahəsinə baxan hissəsindəki 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsini tələb etməkdə, birinci instansiya məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur. Cavabdehin həmin müdaxiləyə qonşu kimi iddiaçının dözümlülük göstərməsi barədə dəlil ləri əsassızdır.

19. Cavabdehin iddiaya və birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına qarşı apellyasiya şikayətində ifadə olunmuş digər dəlili isə ondan ibarət olmuşdur ki, onun inşa etdiyi tikili özbaşına tikilidir. Birinci instansiya məhkəməsi cavabdehin üzərinə tikintisinə qanunla icazə verilməyən torpaq sahəsində tikinti işləri aparılması öhdəliyi qoymuşdur ki, bununla da məhkəmə Mülki Məcəllənin 180-ci maddəsinin tələbləririnə zidd olaraq həmin özbaşına tikilinin qanuni tikili olması qənaətinə gəlmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, ki, cavabdeh inşa etdiyi tikilinin (evin) mülkiyyətçisi olmasa da, tikilinin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Odur ki, cavabdeh sadə prosedur qaydalarına riayət etməklə, qanuni əsaslarla mülkiyy ətində olan torpaq sahəsində inşa edilmiş tikilini (evi) öz adına dövlət qeydiyyatına aldıra bilər.

21. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin, ona məxsus torpaq sahəsində inşa etdiyi tikili (ev) üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, o, həmin tikiliyə münasibətdə “qanuni gözləntiyə” malik olan şəxsdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə aid tikilinin hazırki statusunun “özbaşına tikili” olması, həmin tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin kubik daşla (mişar daşı) və sementlə hörülməklə bağlanması barədə tələbin təmin edilməsinin qarşısını almır və bu tələbin təmin edilməsi tikili barəsində “qanuni gözləntiyə” malik olan cavabdehin hüquqlarını pozmur.

23. Apellyasiya inst ansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı hazırki iş üzrə qarşılıqlı və ya müstəqil tələb irəli sürülməmişdir. Bu səbəbdən də həmin tikilinin qanunvericiliyin tələblərinə uyğun inşa edilib-edilməməsi hazırki məhkəmə baxışı çərçivəsində araşdırma predmeti ola bilməz.

24. Cavabdeh bildirmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, hazırki iş üzrə icraata xitam verilməli olduğu halda, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi iddiaçının tələbi əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından bu qətnamənin mövcudluğu müdaxilənin qarşısını almağa kifayət etməmişdir. Cavabdehin inşa etdiyi eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri hazırda da davam edir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd etmişdir ki, ədalət mühakiməsini həyata keçirən birinci instansiya məhkəməsi iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq, iddiaçının pozulmuş hüquqlarını bərpa etməkdə haqlı olmuşdur.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 140, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 180.1, 180.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icra at Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr işin hallarını nəzərə almamış, cavabdehin üzərinə tikintisinə qanunla icazə verilməyən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparılması öhdəliyi qoymuş, cavabdehin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin iddiaçı tərəfə olan hissəsini bağlamaqla cavabdeh tərəfindən inşa edilmiş tikilinin qanuni tikili olması qənaətinə gəlmiş və nəticədə maddi və prosessual h üquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş eyvanının iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmasının nədə ifadə olunduğunu qeyd etməmiş və qətnaməni düzgün əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasındaözgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmi n hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.1.Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əm lak özbaşına tikinti sayılır.

37. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edi lmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh kassasiya şikayətində ape llyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya məxsus Zaqatala rayonu ərazisində (keçmiş Göyəm kəndi ərazisi) yerləşən 0,0386 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş və fərdi yaşayış evi kimi istifadə edilən tikiliyə doğru cavabdeh tərəfindən açılmış eyvanın açıq formada mövcudluğu iddiaçının hüquqlarının pozub-pozmamasının araşdırılmasına zərurət yoxdur. Çünki qeyd olunan hala qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)-21/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehə aid eyvanının iddiaçının həyətinə baxan hissəsinin açıq formada olması, sonuncunun hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Bu hal məhkəmə tərəfindən qonşunun mülkiyyətinə əhəmiyyətli dərəcədə hədsiz təsir kimi qiymətləndirilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin inşa edilmiş tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri davam edir və sözügedən qətnamənin qəbul edilməsi və icra edilməsi bu müdaxiləni aradan qaldırmaq üçün yetərli vasitə olmamışdır. Eyni zamand a qeyd olunan qətnamə iddiaçının tələbi əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından, bu qətnamənin mövcudluğu müdaxilənin qarşısını almağa kifayət etməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, ona məxsus torpaq sahəsinə cavabdehin göstərdiyi qəsdin və təsirin qarşısını almaq məqsədilə sonuncunun mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi eyvanının ona məxsus torpaq sahəsinə baxan hissəsində 5 metr uzunluğundakı dəmir barmaqlığın sökülərək həmin hissənin divarla eyni səviyyədə məsafə saxlamadan kubik daşla (mişar daşı) və sementlə cavabdehin hesabına hörülməsini tələb etməkdə, birinci instansiya məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur. Cavabdehin həmin müdaxiləyə qonşu kimi iddiaçının dözümlü lük göstərməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə aid tikilinin hazırki statusunun “özbaşına tikili” olması, həmin tikilinin eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin kubik daşla (mişar daşı) və sementlə hörülməklə bağlanması barədə tələbinin təmin edilməsinin qarşısını almır və bu tələbin təmin edilməsi tikili barəsində “qanuni gözləntiyə” malik olan cavabdehin hüquqlarını pozmur.

55. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, sözügedən qətnamə iddiaçının tələbi əsasında çıxarıldığından və həmin tələbdə eyvanın bağlanma üsulu ilə bağlı tələb yer almadığından, bu qətnamənin mövcudluğu müd axilənin qarşısını almağa kifayət etməmişdir. Cavabdehin inşa etdiyi eyvanının iddiaçıya məxsus torpaq sahəsinə baxan hissəsinin zəruri həddə bağlanmaması səbəbindən, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə hədsiz təsiri hazırda da davam edir.

56. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ədalət mühakiməsini həyata keçirən birinci instansiya məhkəməsi iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq, iddiaçının pozulmuş hüquqlarını bərpa etməkdə haqlı olmuşdur.

57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiy mət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(107)-612/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar