Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3140/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər:pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əİi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbi” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8345/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən veril miş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Sahil-D Kompani’ MMC-nin direktoru X4 (satıcı) ilə (X2 ilə bağlanmış əvvəlki müqavilə özünün razılıq ərizəsinə əsasən ləğv edilərək) X7 (alıcı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 194 saylı müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasınını 15-ci mərtəbəsində, tikinti sahəsi 101,5 m² -dən ibarət 2 otaqlı 73 nömrəli mənzil alıcıya təhvil verilir, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı Cavabdeh tərəfindən əvvəlki payçı M.Məmmədova ödənilmişdir. Müqavilə MMCnin direktoru və yeni payçı tərəfindən imzalanmışdır. MMC tərəfindən verilmiş həmin tarixli maliyyə arayışına əsasən, mənzilin pay dəyəri yeni payçı t ərəfindən tam ödənilmişdir, onun MMC-yə borcu yoxdur. 2. “Sahil-D Kompani’ MMC-nin direktoru X4 (satıcı) ilə (Cavabdeh Rafik oğlu ilə xx.xx.2011-ci il tarixdə bağlanmış əvvəlki müqavilə özünün razılıq ərizəsi əsasən ləğv edilərək) İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 194 saylı müqaviləyə əsasən, qeyd olunan mənzil alıcıya təhvil verilir, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı Cavabdeh ödənilmişdir. Müqavilə MMC-nin direktoru və yeni payçı tərəfindən imzalanmışdır. MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, mənzilin pay dəyəri yeni payçı tərəfindən tam ödənilmişdir, onun MMC-yə borcu yoxdur. 3. “Sahil-D Kompani’ MMC-nin direktoru X4 (satıcı) ilə (İddiaçı ilə bağlanmış müqavilə özünün razılıq ərizəsi əsasən ləğv edilərək) X5 (alıcı) arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 233 saylı müqaviləyə əsasən, sözügedən mənzil alıcıya təhvil verilir, mənzilin ümumi dəyəri 81200 manat təşkil edir və yeni payçı Leyla Tağıyeva tərəfindən əvvəlki payçı Yeiər Musabalıyevaya ödənilmişdir. Müqavilə MMC-nin direktoru və yeni payçı tərəfindən imzalanmışdır. MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, mənzilin pay dəyəri yeni payçı tərəfindən tam ödənilmişdir, onun MMC-yə borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 60000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əs aslandırılmışdır ki, “Sahil-D Kompani’ MMC (MMC), İddiaçı və Cavabdeh arasında bağlanmış 08 sentyabr 2012-ci il tarixli, 194 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 73-cü mənzilinin ona təhvil verilməsi razılaşdırılmışdır. Müqaviləyə əsasən, bunun qarşılığında onun tərəfindən cavabdehə 81200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra, MMC, X5 və onun arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 233 nömrəli müqaviləyə əsasən, o, mənzilə dair pay hüququnu X1. Lakin MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzili X3 təhvil verməmişdir. Bundan sonra, X5 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin təhvil verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mənzil MMC tərəfindən hələ xx.xx.2011-ci il tarixində başqa bir müqavilənin icra edilməsi üçün “Həsrət“ KM-in direktoru olan M.Məmmədov adlı şəxsə verilmiş, lakin M.Məmmədov həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. M.Məmmədov mənzilə görə hər hansı ödəniş etməmiş, sonradan Mənzili Elnur Yusifov adlı bir şəxsə, həmin şəxs cavabdehə, cavabdeh ona, o isə X1. Yəni alıcılar tərəfindən ödənişlər MMC-yə deyil, əvvəlki alıcılara ödənilmişdir. Əslində isə, mənzil MMC tərəfindən xx.xx.2007-ci il tarixində Kemal Denizli adlı bir şəxsə satılmışdır və hazırda da mənzildə Kemal Denizli yaşayır. Buna görə də, məhkəmə tərəfindən 06 sentyabr 2013-cü il tarixli, 233 nömrəli müqavilə formal olaraq, M.Məmmədov ilə MMC arasında b ağlanmış əqdi pərdələmək niyyəti ilə, görünüş üçün bağlandığından etibarsız hesab edilmiş və həmin müqavilə əsasında X5 tərəfindən MMC-yə qarşı irəli sürülən iddia tələbi təmin edilməmişdir. Bundan sonra X5 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üçün ödədiyi məbləğin tutularaq geri qaytarılmasını xahiş etmiş, iddia təmin edilmişdir. Belə ki, məhkəmə tərəfindən hesab edilmişdir ki, 06 sentyabr 2013-cü il tarixli, 233 nömrəli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında X5 tərəfindən ona ödənilmiş məbləğ geri qaytarılmalıdır. İddiaçı hesab edir ki, məhkəmələrin yuxarıda qeyd olunan mövqeyi hazırki münasibətlərə də tətbiq edilməlidir. Yəni mənzilə görə MMC-yə hər hansı ödənişin edilmiş olmaması, M.Məmmədov ilə MMC arasında bağlanmış əqdi pərdələmək niyy əti ilə bağlanmış olması, onun tərəfindən cavabdehə mənzilin dəyəri ödənilsə də, qarşılığında mənzilə dair hər hansı hüquq əldə etmiş olmaması nəzərə alınaraq, müqavilə etibarsız hesab edilməli və buna görə də, cavabdeh əsassız varlanmış şəxs hesab edilməli, müqaviləyə əsasən tərəfindən cavabdehə ödənilmiş məbləğ geri qaytarılmalıdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 03 may 2021-ci il tarixli, 2(003)- 438/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur.
7. Məhkəmə hesab etmişdir ki,iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 60000 manat məbləğində pul vəsaiti tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646, 442 və 337-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cav abdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş. Talışinski) xx.xx.2021-ci il tarixli, 2(103)-8345/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(003)-438/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(003)- 438/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin olunması, Cavabdeh 40000 (qırx min) manat alınaraq İddiaçı verilməsi və iddi anın qalan hissədə rədd olunması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında sözügedən mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsız olduğundan iddiaçı həmin əqdin etibarsızlığı ilə bağlı nəticələrin tətbiq olunmasını tələb etməkdə haqlıdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin dəyərini cavabdehə ödəmiş, lakin mənzil ona təhvil verilməmişdir. Belə olan halda, mənzilin dəyəri kimi ödədiyi məbləğin qaytarılması vəzifəsini də icranı qəbul etmiş cavabdeh daşıyır.
13. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər arasındakı münasibətlərin xarakteri də nəzərə alındıqda cavabdehin mənzilə görə ona ödənildiyini etiraf etdiy i məbləğ mənzilin satış qiymətinin müəyyən edilməsi baxımından ağlabatandır. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası mübahisəli mənzilin satış qiyməti kimi 40000 manat pulu qəbul edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin baxılması zamanı pulun məhz Cavabdeh verilməsinə dair sübutların olmamasını iddia tərəfi məhkəmədə etiraf etmişdir. Buna baxmayaraq məhkəmə bu halları araşdırmamış, tədqiq etməmiş, pulun verilməsi zama nı iştirak edən şəxslərin iş üzrə şahid qismində dindirilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən ta m mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
20. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
21. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan is tifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 2
5. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
32. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətində qeyd edilən dəlillər iş materialları ilə öz təsdiqini tapmır, mülahizə xarakterli olmaqla formal əsaslara söykənmişdir, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya məhkəməsi tərəfindən tam, hərətərfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
35. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plen umunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət ver ərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)8345/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.