Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3141/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(103)-2547/2019 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(006)5910/2018 saylı qə rardadı ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı cavabdehlər Cavabdeh1 ASC və digərlərinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və sair tələblərinə dair mülki iş üzrə işin icraatına xitam verilmişdir. Qərardaddan iddiaçı şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(103)-2547/2019 saylı qərardadı ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil qərardaddan kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 ASC, “xxxx” MMC, Binəqədi rayon İ cra Şöbəsi və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Binəqədi rayon İcra Şöbəsinin sifarişinə əsasən keçirilmiş hərracın nəticəsi kimi “xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış hərracın nəticələri haqqında 19 dekabr 2011-ci il tarixli protokolun etibarsız hesab edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 13 saylı evin 100-cü mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 ASC adına verilmiş mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahziş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə icraata xitam verilməsinə dair düzgün olmayan qərardad qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 ASC-nin nümayəndəsi X1 və vəkili X5 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehlər “xxxx” MMC, Binəqədi rayon İcra Şöbəsi və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respub likası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən, şikayəti təmin edilmədən saxlayarkən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə icraata xitam verərkən düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” MMC, Binəqədi rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasınd a, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Maddənin mənasına görə, qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu, iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fi ziki və hüquqi şəxslər iddiaçı hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər isə cavabdeh hesab olunurlar (Azərbaycan Respublikası MPM-nin 50.1, 50.2, 50.3-cü maddələri). Bundan başqa iddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. Sadalanan prosessual normaların mənasına görə iddianın faktiki əsası dedikdə, iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddianın hüquqi əsası dedikdə isə iddiaçının cavabdehə qa rşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı olan tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ hüquqi aktlarla tənzimlənir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə icraata xitam verilməsi, işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə, prosesin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, işin apellyasiya instansiyası mə hkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, hazırkı iş üzrə icraata xitam vermiş birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən, şikayəti təmin edilmədən saxlayarkən, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan prosessual normaların tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb, kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsas ən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(103)-2547/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-3141/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3141/2019
14.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver