Məhkəmə qərarları › İş №2(102)-3147/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3147/2023

18.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3147/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəki regional ASAN Xidmət Mərkəzi Notariat ofisinə qarşı ilk iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbulu, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-462/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qardaş və bacılardır.

2. Onların anası X2 22 fevral 2016-cı ildə, atası Salamov Müzəffər Məmməd oğlu 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. 3. ünvan 1 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi mərhum Salamov Müzəffər Məm məd oğlunun mülkiyyətində olmuşdur. Keçmiş mülkiyətçinin vəfatından sonra vərəsələr arasında həmin evə miras paylarının müəyyən edilməsi üzrə hazırki mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 aprel 2019-cu il tarixdə vəfat etmiş atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kv.m-lik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan tam miras payının müəyyən edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırıb ki, iddiaçının mərhum atası sağlığında onun həyat yold aşı X3 evin onun adına rəsmiləşdirilməsi üçün etibarnamə vermiş, həmin etibarnamə ilə həyat yoldaşı evin sənədlərini hazırlayaraq notariat ofisinə müraciət etmiş, alğı-satqı yolu ilə ev həyat yoldaşının adına rəsmiləşmişdir. Təxminən iki il sonra atası vəfat etmiş, daha 1 il sonra isə hazırki iş üzrə cavabdehlər məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsini tələb etmiş, məhkəmə tərəfindən həmin tələb təmin olunmuş, qətnamədən verilmiş apellyasiya şikayəti isə təmin edilməmişdir. Hazırda müqavilə etibarsız hesab edildiyindən evin mülkiyyətçisi mərhum atası Salamov Müzəffər Məmməd oğlu sayılır və vərəsəlik payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli evdə miras qoyanın oğlu olaraq iddiaç ı ailəsi ilə birlikdə yaşamış və miras əmlakı idarə etmişdir. Cavabdehlər yalnız atalarının yas mərasimində iştirak etmiş və bundan sonra bir dəfə də olsun miras əmlakda yaşamamışlar.

6. Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınması və hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçılar mübahisəli evdə doğulmuş və boya-başa ç atmışlar. Mərhum ataları İ qrup gözdən əlil olmuşdur. Ata və analarının sağlığında onlara tez-tez baş çəkmiş, zəruri dərmanları alıb gətirmişlər. Ataları öldükdən sonra, qarşılıqlı iddia üzrə iddiaçılar bütün yas mərasimlərini təşkil etmiş, dəfn xərclərini ödəmiş, mütəmadi olaraq həmin evə gedib-gəlmiş, əlaqəni kəsməmişlər. Bununla da, miras əmlakı faktiki olaraq qəbul etmişlər.

8. Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) ilk iddia qismən təmin olunmuş, İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kv.metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın 1/3 hissəsi nin onun payı kimi müəyyən edilməsi, İddiaçı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və həmin miras əmlakın 2/3 hissəsinin onların payları kimi tanınması, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin izahatları və dindirilmiş şahidlərin ifadələrindən göründüyü kimi, İddiaçı miras qalmış həmin evdə yaşayıb oradan istifadə etməklə, mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasiml ərində yaxından iştirak etməklə, Cavabdeh1 və Cavabdeh2 isə mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, mərhum Salamov Müzəffər Məmməd oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq, üzrlü hallarda onun qəbulu müddətinin uzadılması imkanı da nəzərdə tutulmuşdur. Tərəflərin birinci növbəli vərəsələr kimi öz atalarından qalmış mirası qəbul etmək hüquqları vardır. Onların mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq, qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamaları üzrlü haldır. Belə ki, İddiaçı miras evdən istifadə etmiş, mirası faktiki qəbul etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mir asa yiyələnmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 miras qoyanın vəfatından sonra miras əmlakın olduğu yerə gələrək, yas mərasimlərində, mərhumun yas mərasimlərinin keçirilməsi ilə bağlı xərclərdə yaxından iştirak edərək miras əmlakı faktiki olaraq qəbul etdiklərini nümayiş etdirmişlər. Beləliklə də, tərəflər notariat kontoruna müraciət etməyi zərurət hesab etməmişlər. Bununla da, onlar həmin mirası qəbul etmiş sayılsalar da, onlar həmin miras mülkün adlarına qeydə alınması ilə bağlı müddəti ötürmüşlər. Bu səbəbdən də, məhkəmə tərəflərin qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamalarını üzrlü hal kimi qəbul etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan əmlaka münasibətdə mirasın yalnız iddiaçı tərəfindən deyil, miras qoyanın hər üç vərəsəsi tərəfindən faktiki ola raq qəbul edilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçı bütünlükdə mirasın deyil, yalnız miras əmlakın 1/3 hissəsinin onun payı kimi müəyyən edilməsini tələb etməkdə haqlıdır. Həmçinin, cavabdehlər miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınmasını tələb etsələr də, Cavabdeh1 və Cavabdeh2 qəbul etdikləri 2/3 hissə miras əmlaka dair öz aralarında mübahisənin olmamasını, onlar tərəfindən qəbul edilmiş mirasda payın müəyyən edilməsi üçün notariat orqanına da müraciət etmək imkanlarının olmasını nəzərə alaraq, məhkəmə qarşılıqlı iddianın cavabdehlərdən hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsinə dair hissəsini əsaslı hesab etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı Salamov Müzəffər Məmməd oğlu apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası Salamov Müzəffər Məmməd oğlu rəhmətə getdikdən sonra ondan miras qalmış yaşayış evində oğlu olaraq o qalmışdır. Bu günə kimi həmin evdə vərəsə olaraq o və ailə üzvləri yaşayır və miras əmlakını idarə edir. Cavabdehlər atası öləndən sonra yalnız yasda iştirak etmiş və b undan sonra bir dəfə də olsun miras əmlakda yaşamamışlar. O, atası rəhmətə getdikdən sonra qalmış miras əmlakda faktiki yaşamaqla qəbul etmişdir. Cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişlər. Onlar atası rəhmətə gedəndən 1 il 3 ay sonra, yəni 2020-ci ilin iyun ayında mirasdan pay tələb etmək üçün notariat ofisinə müraciət etmiş, bununla da müddəti ötürmüşlər. Mirasın qəbulu müddəti 3 aydır. Göründüyü kimi, mirasın açıldığı gündən, yəni atası rəhmətə gedən gündən cavabdehlər 3 ay ərzində mirası qəbul etməli idi. Lakin nə üzrlü səbəb olmadan, nə də mirasa sahiblik etmədən mirası qəbul etməmişlər. Onlar müddəti ötürmələrini və mirası faktiki qə bul etmədiklərini alqı-satqının ləğv edilməsi barədə tələbə baxılarkən məhkəmədə bildirmişlər. İş üzrə iclas protokollarında bu öz əksini tapmışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 noyabr 2021-ci il tarixli, 2(107)2073/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədlinin və A.Mahmudovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, öz iddiasının təmin olunmuş və qarşılıqlı iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.

16. İddiaçının apellyasiya şikayətində atası rəhmətə getdikdən sonra qalmış miras əmlakında faktiki yaşamaqla mirası qəbul etməsi, cavabdehlərin isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmələri barədə göstərdiklərinə münasibət bildirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhz iddiaçı özü həmin iddia ərizəsində, həm də məhkəmə iclası zamanı verdiyi izahatlarında cavabdehlərin miras qoyan olan ataları Müzəffərin ölümündən dərhal sonra mirası qəbul etmələrini bildirdiyindən onun apellyasiya şikayətində göstərdik ləri əsaslı hesab edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

17. İddiaçı Salamov Müzəffər Məmməd oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, cavabdehlər ümumiyyətlə mübahisəli evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası, notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişlər. Mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürmüşlər. Həmçinin məhkəmə nəzərə almamışdır ki, yas məras imlərinin xərcləri atalarının sağlığında onun təqaüdündən toplanmış pullar hesabına həyata keçirilmişdir. Belə ki, atalarının təqaüd kartı müəyyən müddət Cavabdeh2, müəyyən müddət isə, iddiaçının həyat yoldaşı Gülzar Salamovada olmuşdur. Onlar onun təqaüdünü hissə-hissə yığmışdır. Cavabdeh2 1700 manat, Gülzar Salamova isə təxminən 1000 manat toplamışdır. Həmin məbləğlər hesabına mərhumun yas xərcləri qarşılanmışdır. Əgər məhkəmə yalnız yas xərclərinin qarşılanmasına əsasən miras payı müəyyən etmişdirsə, o halda Cavabdeh1 mirası hər hansı bir şəkildə qəbul etməmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(102)-1849/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Xəlilovun sədrliyi və məruzəsi ilə, hakimlər Mehparə Əhmədovanın və Ələsgər Əliy evin iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(107)-2073/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

20. Kassasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə miras əmlakın vərəsələr tərəfindən faktiki qəbulu ilə bağlıdır. Mirasın vərəsələr tərəfindən qanuni yolla - notariusa müraciət etmək yolu ilə qəbul edilməməsi işin mübahisəsiz hallarıdır. İddiaçı atasının vəfatından sonra miras evdə yaşamaqla ona sahiblik edir və mirası faktiki olaraq qəbul etmişdir. Bu hal işin sübuta yetirilmiş halıdır və qarşı tərəf bununla bağlı məhkəmə qətnaməsindən şikayət verməmişdir. Mübahisə mirasın digər vərəsələr Cavabdeh1 v ə Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilib-edilməməsi ilə bağlıdır.

21. Cavabdeh1 və Cavabdeh2 atalarından miras qalmış evi faktiki cəhətdən ələ keçirməklə ona sahib durmaları, evin saxlanması və normal təsərrüfatın aparılması ilə bağlı hərəkətlər etmələri sübuta yetirilməmiş qalmışdır. Apellyasiya məhkəməsi sübutetmə vəzifəsini düzgün bölüşdürməmiş, qarşı tərəfin mirası qəbul etməməsi halını sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mirası faktiki olaraq qəbul etdiklərini sübutetmə vəzifəsi Cavabdeh1 və Cavabdeh2 üzərinə düşür.

22. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçıların iddia tələbinə münasibətdə qeyd etmişdir ki, onlar mərhumun dəfn mərasimində və on un sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, mərhum Salamov Müzəffər Məmməd oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Nəzərə almaq lazımdır ki, cavabdehlərin mərhum atalarının yas mərasimlərində iştirak etmələri halının özü ayrıca götürüldükdə mirasın faktiki qəbulu kimi dəyərləndirilə bilməz. Mirasın faktiki qəbulu hər bir halda mirasa sahiblik, yiyələnmə və özününkü kimi idarə olunma ilə müşayiət olunan hərəkətlərdə ifadə olunmalıdır.

23. Mirasın qəbulu faktının müəyyən olunması miras payının müəyyən edilməsinə dair mübahisələrdə mühüm əhəmiyyət kəsb etməklə, konkret hərəkətlərdə öz təsdiqini tapmalıdır.

24. Hazırki iş üzrə qarşılıqlı iddiaçıların mirası qəbul etməsi konkret hərəkətlərdə öz təsdiqini tapmalıdır. Lakin qarşılıqlı iddiaçıların mirası qəbul etmə si konkret hərəkətlərdə müəyyən olunmur. Belə ki, mərhum Salamov Müzəffər Məmməd oğlunun sağlığında onun pensiya kartı qızında və gəlinində olmuş, həmin kartdan çıxarılan məbləğlər dəfn xərclərinin qarşılanması məqsədilə toplanmış, ataları vəfat etdikdən sonra müvafiq xərclərin qarşılanması üçün yas mərasiminin təşkilatçısına verilmişdir. Bu hal qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsində etiraf edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında şahid X7 izahatında yas mərasimlərinin təşkili üçün həmin pul məbləğlərinin ona verildiyini təsdiq etmişdir. Yəni, atalarının yas mərasimlərinin təşkili, həmin tədbirlərə atalarının pensiyasından yığılan pulun sərf edilməsi mirasın faktiki qəbulu kimi deyil, mərhum qarşısında mənəvi borcun y erinə yetirilməsi kimi dəyərləndirilə bilər. Məhkəmələr müəyyən etmişlər ki, cavabdeh vərəsələr miras qoyanın vəfatından uzun müddət əvvəl ailə quraraq yaşamaq üçün başqa ünvana köçmüş, mərhumun vəfatından sonra miras əmlaka sahiblik və onun idarə olunması İddiaçı tərəfindən həyata keçirilmişdir. Ona görə, məhkəməyə lazım gəlirdi ki, qarşılıqlı iddiaçıların mirası qəbul etmələri faktına onların təqdim etdikləri sübutlar əsasında və digər sübutlarla müqayisəli qaydada qiymət versin.

25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1146, 1151.1, 1243.1, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2(107)-844/2022 nömrəli qətnaməs i ilə (hakim R.Rəfiyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.Məlikovun və G.Cavadovanın iştirakı ilə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)- 1214/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum Salamov Müzəffər Məmməd oğlu vəfat etdikdən sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yalnız iddiaçının özü yaşamış, mirası faktiki olaraq qəbul etməklə idarə etmişdir. Mərhumun digər vərəsələri olan cavabdehlər isə mirası nə faktiki, nə də ki, notariat orqanına vaxtında ərizə verməməklə qəbul etməmiş, mirasa yiyələnməmiş və miras əmlakı idarə etməmişlər. Həmçinin, cavabdehlər mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Cavabdehlər ancaq yas mərasimində həmin evdə olmuş, yas mərasimi bitdikdən sonra isə həmin evdə qalmamışlar. Hazırki iş üzrə qarşılıqlı iddiaçıların mirası qəbul etməsi konkret hərəkətlərdə müəyyən olunmur. Belə ki, mərhum Salamov Müzəffər Məmməd oğlunun sağlığında onun pensiya kartı qızında və gəlinində olmuş, həmin kartdan çıxarılan məbləğlər dəfn xərclərinin qarşılanması məqsədilə toplanmış, ataları vəfat etdikdən sonra müvafiq xərclərin qarşılanması üçün yas mərasiminin təşkilatçısına verilmişdir. Bu hal qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsində etiraf edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin icla sında şahid X7 izahatında yas mərasimlərinin təşkili üçün həmin pul məbləğlərinin ona verildiyini təsdiq etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Müzəffər onunla qonşuluqda yerləşən evdə vəfat etmiş və Zakir də atası ilə eyni evdə yaşamışdır. O, bir qonşu kimi Müzəffərin müəyyən yas mərasimlərində iştirak etmiş və hər dəfə İddiaçı, Cavabdeh1 və Cumarova X1 yasının keçirildiyi evdə olmuşlar. Həmçinin, Müzəffər sağlığında xəstə olduğundan qızları Hacər və Mahizər də ona baş çəkmişlər. Lakin Müzəffərin yas mərasimindən sonra onun qızlarını həmin ünvanda görməsi yadında deyildir. Müzəffərin vəfatından sonra Müzəffərə məxsus olan evdə oğlu Zakir və onun ailə üzvləri yaşamaqdadırlar.

28. Apellyasiya kollegiyası qe yd etmişdir ki, atalarının yas mərasimlərinin təşkili, həmin tədbirlərə atalarının pensiyasından yığılan pulun sərf edilməsi mirasın faktiki qəbulu kimi deyil, mərhum qarşısında mənəvi borcun yerinə yetirilməsi kimi dəyərləndirilə bilər. Belə ki, mirasın faktiki qəbulu ilə bağlı hərəkətlər şəxsin mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Yəni, yerinə yetirilən hərəkətlər mirasın faktiki qəbuluna xidmət etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər izahatlarında da bildirdilər ki, atalarının sağlığında həmin evə gəlibgetsələr də, atalarının yas mərasiminin təşkilində iştirak etsələr də evin saxlanması və normal təsərrüfatın aparılması ilə bağlı hərəkətlər etməmişlər. Bundan başqa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müdd əti ötürmüşlər.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1146, 1151.1, 1243.1-1243-3, 1246-cı maddələri, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014cü il tarixli qərarı ilə əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

30. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 9.3, 1.2, 88, 217.1, 218.1-ci maddələrinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cü bəndinin tələbləri pozulmuşdur. Məhkəmə işin hallarını, iş üzrə tərəflər arasında miras əmlakla bağlı başqa məhkəmə mübahisəsinin olmasını, cavabdehlərin atalarına məxsus pensiya kartından 1500 manat çıxarmaqla mirası qəbul etmələrini nəzərə almamışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023cü il tarixli, 2(102)-434/2023 nömrəli qərarı ilə (hakim E.Şamayevin sədrliyi və məruzəsi ilə, hakim lər E.Vəliyeva və A.Abbasovun iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2(107)-844/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

33. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini tam icra etməmiş, işdə olan sübutları tam araşdırmamış, mübahisəli qətnamə qəbul edilərkən işin hallarını tam nəzərə almamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır.

34. Kollegiya qeyd etmişdir ki, məhkəmə aktları ilə Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması, iddiaya birinci instansiya məhkəməsində cavabdehin vəkili tərəfindən verilmiş etirazının əsasını isə iddia tərəfinin mirası qəbul etmələrini sübut etməli olması təşkil etmişdir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən qətnamələr hazırki iş üzrə MPM-in 82.3-cü maddəsinə görə preyudisial əhəmiyyətə malik olmasa da, iş üzrə digər sübutlarla yanaşı araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıların mirası qəbul edib-etməmələri məsələsinə hüquqi qiymət verilərkən göstərilən sənədlərə istinad etməmiş və nəzərə alınmamışdır.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırk i iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

37. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə, 129-cu maddənin İ hissəsinə, Mülki Məcəlləni 1133.1, 1145, 1243.1, 1243.2, 1243.3, 1246-cı maddələrinə istinadla əsaslabdırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

38. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(107)-462/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Şükürovun sədrliyi və məruzəsi, hakimlər A.Eyvazovun və X.Səmədovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

39. Məhkəmə kollegiyasının mövqey i ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edildiyi kimi artıq məhkəmə aktları ilə Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması, iddiaya birinci instansiya məhkəməsində cavabdehin vəkili tərəfindən verilmiş etirazının əsasını isə iddia tərəfinin mirası qəbul etmələrini sübut etməli olması təşkil etmişdir. Digər tərəfdən öyrənilən işdən görünür ki, mərhum Müzəffər Salamovun pensiya kartı faktiki olaraq cavabdehlərdə olmuş və bu kartda cavabdehlərin söylədiyinə görə 1500 manat pulu olmuş və həmin kartda olan pul üzərində sərəncam vermək cavabdehlərdə olmuşdur. H ansıki, faktiki olaraq bu pul da miras qoyanın miras əmlakının kütləsinə aid olmuş, həmçinin bu hal iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin mirasın qəbul edilməsi ilə bağlı qanunvericilkdə müəyyən edilmiş müddəti ötürmələri ilə bağlı dəlilini də dəyərləndirərək, bunu əsaslı bilməmişdir.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i

42. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Ali Məhkəmənin göstərişini araşdırmadan və alğı-satqı müqaviləsi üzrə əvvəlki məhkəmə mübahisələri üzrə qətnamələri tam-hərtərəfli öyrənmədən yanlış qərar çıxarmışdır. Kassator hesab etmişdir ki, şəxslər alğı-satqı müqaviləsinin iştirakçısı deyil və buna görədə mübahisələndirmək üçün subyektiv hüquqa malik deyillər. Lakin işə baxan məhkəmələr qətnamədə onların subyektiv hüquqa malik olub-olmamasına aid hissəni əsaslandırmadan, ümumiyyətlə onların mirası qəbul edib-etməməsi hissəsinə baxmadan hesab etmişlər ki, alğı-satqı müqavi ləsi etibarsızdır və buna görə də ləğv etmişdir. Həmin qətnamələrlə tanış olduqda görünür ki, işə baxan məhkəmələr yalnız alğı-satqı müqaviləsinin qanunun tələblərinə uyğun bağlanıb-bağlanmadığını araşdırıb. Bundan başqa indiki məhkəmə mübahisələri üzrə də bütün məhkəmə proseslərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atalarından qalmış fərdi yaşayış evi üzrə mirası qəbul etməsini sübut edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

45. Maddə 29, V hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

46. Maddə 129, İ hissə. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. M addə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

49. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

50. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

51. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır

52. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

53. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

54. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

55. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndiril diyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Belə ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə Mülki Məcəllənin qanun üzrə vərəsəliyi tənzimləyən normaları tətbiq olunmalıdır. İşə baxmış məhkəmələr də i şin hallarını bu normalar əsasında təhlil edərək, tərəflərin miras qalmış əmlakda paylarını bərabər müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

69. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

70. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin bəzi dəlilləri apelyasiya şikayətinin dəlilləri eyni məzmundadı r. Digər dəlillər isə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları təhlil olunmaqla qiymətləndirilmişdir. Buna görə də apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

71. Bununla belə, cavabdehlər tətəfindən mirasın qəbul edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Belə ki, həqiqətən də vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmano vanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

72. Baxılan iş üzrə cavabdehlərin mirası qəbul edib-etməməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, məhkəmə aktları ilə Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozu lması, iddiaya birinci instansiya məhkəməsində cavabdehin vəkili tərəfindən verilmiş etirazının əsasını isə iddia tərəfinin mirası qəbul etmələrini sübut etməli olması təşkil etmişdir.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

74. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlar ın dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-462/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar