Məhkəmə qərarları › İş №2(102)-3148/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3148/2020

04.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3148/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-212/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı fərdi yaşayış evinin əhatə olunduğu torpağın mülkiyyətə verilməsinə dair JN-038A kod 30500017 şəhadətnaməyə əsasən, Siyəzən rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 37 saylı qərarı ilə verilmiş 0,17 ha torpaq sahəsinin 1/7 hissəsi iddiaçının istifadəsində 0,0099 ha torpaq sahəsi nəzərə alınmaqla, naturada payının müəyyən edilməsi, iddaçının fərdi yaşayış evinin yerləşdiyi ərazidən paralel istiqamətdə qərb tərəfdən cavabdehlər Cavabdeh1, X3 ümumi paylı mülkiyyətlərində olan və faktiki istifadə etdikləri torpaq sahəsindən, qərb tərəfdən cavabdehlərin faktiki istifadələrində olan 0,1417 ha torpaq sahəsindən əhatə olunmaqla, eni dörd metr məsafədən az olmayaraq, İddiaçı piyada və avtomobil keçidi servitutu qaydasında məhdud istifadə hüququ verilməsi qət edilmişdir (hakim İ.M.Quliyev). Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən, məruzəçi), S.Qafari və F.Məmmədov, 2(105)3953/2019 saylı mülki iş) hazırki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-212/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdehlər X5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı torpağa paylı mülkiyyətdə payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Siyəzən rayonunun Gil-gilçay qəsəbəsində yerləşən ona və cavabdehlərə məxsus 0,17 ha ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxıldığı vaxt İddiaçı nümayəndəsi X11 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsin ə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan, iddiaçıya və cavabdehlərə xüsusi mülkiyyət hüququ ilə məxsus olan 0,17 ha torpaq sahəsindən torpaq payının naturada ayrılıb verilməsi, həmin torpaq sahəsinə gediş-gəliş üçün piyada və avtomobil keçidinin servitut qaydasında, yəni özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir., Kassasiya şikayəti onunla əsasla ndırılmışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-038 A kod 30500017 Şəhadətnaməyə əsasən iddiaçıya düşən 0,018 ha payı naturada ayrılıb ona verilməlidir, həmçinin ekspert rəyinə əsasən payların bölünməsi və ayrılması texniki cəhətdən mümkündür. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayət i ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-038A kod 30500017 şəhadətnaməyə əsasən Siyəzən rayonu, Gil-gilçay qəsəbə sakinləri X2 və onun ailə üzvlərinə - X6, X7, Cavabdeh3 XXX oğluna, İddiaçı XXX oğluna, Cavabdeh1 XXX oğluna, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Siyəzən rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 37 saylı qərarı ilə 0,17 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. XXX oğlu ilə X8 arasında xx.xx.1966-cı il tarixdə nikah bağlanmışdır. XXX oğlu xx xxxx 2007-ci il tarixdə Siyəzən rayonunun Gil-gilçay qəsəbəsində, X9 xx.xx.2015-ci il tarixdə Siyəzən şəhərində ölmüşdür. xx xxxxxxx 2014-cü il tarixdə Siyəzən rayon Zarat bələdiyyəsinin sədri tərəfindən imzalanmış X4 imzaları olan vəsiyyətnamə dən görünür ki, X9 xx.xx.1944-cü ildə Siyəzən rayonunun Gil-gilçay qəsəbəsində doğulmuşdur. 1959-cu ildə Dəvəçi rayonu, Qazbabalı kəndində anadan olmuş XXX oğlu ilə ailə qurmuşdur. Bu evlilikdən iki qızı və altı oğlu doğulmuşdur. Həyat yoldaşı XXX oğlu xx xxxx 2007-ci ildə vəfat etmişdir. Hazırda ən kiçik oğlu Cavabdeh1 ilə birlikdə yaşayır. Uşaqlarının hamısının özünə məxsus evi olduğu üçün öz evini, torpağını, mülkünü kiçik oğlu Cavabdeh1 vəsiyyət edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 2 saylı Layihə Tədqiqat İdarəsindən verilmiş xx xxxxxx 2017-ci il tarixli mütəxxəssis rəyindən görünür ki, hazırda İddiaçı istifadəsində 0,0099 ha torpaq sahəsi və cavabdehlə rin Cavabdeh1 yaşayış evi 0,0125 ha, X3 yaşayış evi 0,005 ha və cavabdehlərin istifadələrində olan torpaq sahəsi yaşayış evini çıxmaqla ümumilikdə 0,1417 ha təşkil edir. Torpağın mülkiyyətə verilməsinə dair JN-083 A kod 30500017 saylı şəhadətnamə üzrə 0,17 ha torpaq sahəsindən iddiaçı və cavabdehlər tərəfindən hansı hissələrdə və ölçülərdə istifadələri qoşmada göstərilmişdir. Gələcəkdə torpağın mülkiyyətə verilməsinə dair JN-083 A kod 30500017 saylı şəhadətnamə üzrə 0,17 ha torpaq sahəsi paylı mülkiyyət olduğundan ailə üzvlərinin razılığı əsasında naturada bərabər şəkildə bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əs asən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bərabər bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mü lkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Qanunvericiliyin tələblərinə görə naturada bölünmə institutu o vaxt işə düşür ki, artıq ümumi birgə mükiyyətdə bəlli paylar olmuş olsun. X1 və X4 vəfatından sonra onlardan miras qalmış paya dair vərəsəlik müəyyən olunmamış, miras əmlak bölünməmiş və vərəsələrin həmin əmlaka payları müəyən edilməmişdir. Ona görə olmayan payların naturada ayrılması tələbi təmin oluna bilməz. Ekspertin rəyi hazırkı işdə mübahisəni həll edəcək sübut kimi qəbul edilə bilməz. Çünki ekspert faktiki vəziyyətdə torpağın bölgüsünün mümkünlüyü məsələsini aydınlaşdırmışdır. Amma əslində paylar naturada bölünərkən hər kəsə düşən payların bölünməsinin mümkünlüyü yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar