Məhkəmə qərarları › İş №2(102)-3148/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3148/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3148/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:öhdəliyin icra edilməməsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)263/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, 2-ci dalan, 0,02 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 226 kv.metr olan 7 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmış və Reyestr Xidməti tərəfindən bu barədə onun adına 13 oktyabr 2011-ci il tarixli Çıxarış verilimişdir.

2. Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, 2-ci dalan, 0,02 ha torpaq sahəsində yerləşən, 7 saylı fərdi yaşayış evində faktiki X2 bacısı İddiaçı yaşayır. 3. 02 oktyabr 2021-ci ildə İddiaçı ilə Cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanmış və razılaşmaya görə sonuncu İddiaçı sifarişi ilə Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, 2-ci dalan, 0,02 ha torpaq sahəsində yerləşən, 7 saylı fərdi yaşayış evində müvafiq təmir işlərini icra etməyi, İddiaçı isə Cavabdeh razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 9.362 manat; mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 150 manat olmaqla, cəmi 19.512 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan sözügedən evi təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta olan cavabdehi evdə təmir işləri aparması üçün dəvət etmiş və görüləsi işlərə dair ikitərəfli razlaşma əsasında cavabdeh evdə təmir işlərinə başlamışdır. O, həmin m üddətdə başqa evdə yaşamış və arabir təmir edilən evə gəlib-getmişdir. Bir müddət keçdikdən sonra cavabdehin gördüyü işləri qeyri-peşakar səviyyədə apardığını görmüş və aralarında narazılıqlar başlamışdır. O, dəfələrlə cavabdehə bildirmişdir ki, öz işində dönüş yaratsın, amma bu heç bir nəticə verməmişdir. Hal-hazırkı vaxtadək cavabdeh evdə işlərini başa çatdırmamış və sonradan onu tapa bilməmişdir. Həmin müddətə onun tərəfindən ayrı-ayrı vaxtlarda cavabdehə hovuzun tikilməsi üçün 1.025 manat, 16 oktyabr 2021-ci ildə 100 manat, 18 oktyabr 2021-ci ildə 200 manat, 24 oktyabr 2021-ci ildə 200 manat, 01 noyabr 2021-ci ildə 200 manat, 13 noyabr 2021-ci ildə 300 manat, 26 noyabr 2021-ci ildə 50 manat, 19 noyabr 2021-ci ildə 300 manat, 11 dekabr 2021-ci ildə 300 manat, 18 dekabr 2021-ci ildə 500 manat, 29 dekabr 2021-ci ildə 500 manat, 11 yanvar 2022-ci ildə 200 manat, 13 yanvar 2022-ci ildə 300 manat, 03 fevral 2022-ci ildə 50 manat olmaqla, cəmi 4.225 manat pul vermişdir. Bundan əlavə o, həmin evə 5.137 manat məbləğində malmateriallar almışdır. Göstərilən mal-materialları ayrı-ayrı vaxtlarda almışdır (qaimələr işə əlavə edilmişdir). Hazırda işi yarımçıq qalmış və onun aldığı materialların hamısı korlanmışdır. Cavabdehi çağıraraq bunun nə üçün belə olduğunu soruşmuş, o da işlərin korlanmasının onun təqsirindən olduğunu qəbul etməmişdir. Onun tələblərinə baxmayaraq cavabdeh dəymiş zərəri ödəməkdən imtina etmişdir. Digər ustaların verdiyi şifahi məlumata görə evdə olan qüsurların aradan qaldırılması üçün 9.500 manat vəsaiti tələb olunur. Cavabdehlə sözügedən evdə hovuzun tikilməs ini (su sisteminin də quraşdırılaraq işlək vəziyyətdə təhvil verilməsi üçün), hamamda kafel-metlax, tavan, santexnik işlərinin görülməsini, hovuzun üstündə olan yerə metlaxın vurulmasını, evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının ağlay daşı ilə çərçivəyə alınması işlərinin görülməsini razılaşdırmışlar. Lakin, qeyd olunan bütün işlər cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş və həmin işləri qəbul edilə bilən səviyyədə almamışdır. Cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş işlər aşağıdakılardan ibarət olmuşdur: hovuzun tikilməsi (15.7 kub.metr)- (tikinti işləri üçün 1 kubu 75 manat, suvaq işləri üçün 1 kv.m 4 manat) hovuz suyu saxlamamış, hovuzun suyu həyətə axmışdır. Bu barədə 8 nəfərin iştirakı ilə işin qüsurlu olması barədə akt tərtib olunmuşdur. Bundan sonra, hovu zun içi başqa usta tərəfindən hörülüb, suvanmış və altına beton qatı tökülmüşdür. Cavabdeh tərəfindən hovuzdan suyun çıxması üçün boru yerləri düzgün qoyulmamışdır. Həmin işləri başqa usta görmüşdür. Bundan başqa, hovuzun həyətə baxan hissəsində suvaq işlərinin görülməsi üçün cavabdeh tərəfindən pul alınsa da, həmin işlər görülməmişdir. Hovuzun üstündəki yerə metlax vurulması- yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, qapının qarşısında yığılaraq gölməçə yaradır. Beləliklə, həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hovuzun üstündəki 4.6 m x 3.7 m = 17.02 kv.m sahəyə metlax düzgün vurulmayıb və sökülüb yenidən vurulmalıdır. Hamamda kafel metlax, tavan işlərinin görülməsi- hamamın divarlarına vurulmuş kafell ərin birləşmə yerləri biri-biri ilə uyğun gəlməmiş və biribirlərindən hündürlük səviyyəsi baxımından aşağı və yuxarı olmuşdur. Hamamın giriş hissəsində olan otaqda yerdə suyun axması üçün hamam trapı qoyulmamışdır. Hamamın digər otağında yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, hamamın kənarında yığılaraq gölməçə yaradır. Beləliklə həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hamamın divarlarına vurulmuş kafellər düzgün istiqamətdə vurulmadığı üçün onların üstündə olan naxışlar birbirlərinə uyğun gəlməmişdir. Hamamın kafellərinin əyriliyini itirmə üçün iki kafel arasında nazik alüminium kantdan istifadə etmişdir. Hamamın tavanında aspirator (havalandırma) yeri açılsa da aspirator taxılmamışdır. Hamamın iki o tağının tavanının səviyyəsi biri-biri ilə uyğun götürülməmişdir. Tavan lüzumsuz şəkildə aşağı salınmışdır. Tavana vurulmuş lövhələr biri-birləri ilə, həmçinin beton tavan ilə düzgün birləşdirilməmişdir, nəticədə əl ilə toxunduqda tavanda silkələnmə olmuşdur. Daha sonra, hamamın döşəməsini isti polun səviyyəsindən çox yuxarı qaldırıb, nəticədə daha çox sement işlənib və döşəmənin isinməsi zəifləyib. 3.2 m x 4 m = 12.8 kv.m metlax yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 3.2 m x 4 m = 12.8 kv.m tavan yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 26.88 kv.m hamamın iç otağının, 24.48 kv.m. hamamın giriş otağının kafeli yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. Evin həyət hissəsində pəncərə lərin və qapıların kənarlarının aqlay daşı ilə çərçivəyə alınması - aqlay daşları divara möhkəm bərkidilməmiş, daşların divarda qalması üçün divara mismar vurularaq daşları məftil ilə həmin mismara bağlamışdır Vurulmuş aqlay daşlarının üstü cilalanmamışdır. Aqlay daşlarının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Evin həyət hissəsində olan iki ədəd pəncərənin aqlay çərçivələrinin hündürlüyü eyni səviyyədə olmamışdır. Pəncələrin aqlaylarının arxası beton ilə doldurulmamışdır. Divara vurulmuş 4 mert hündürlükdə sütun aqlay daşının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Bütün aqlay daşları sökülməli və yenidən vurulmalıdır. 7 ədəd pəncərənin və 2 ədəd qa pının ümumilikdə 60 metr uzunluğunda çərçivə aqlay daşları qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. 4 metr uzunluqda iki tərəfli aqlay sütun daşı qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır.

6. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli evin həyətində hovuzun tikintisi işini qüsursuz həyata keçirmiş, oraya su doldurmuş, axıntı olmadığını müəyyən etdikdən sonra həmin işi iddiaçıya təhvil vermişdir. Mübahisəli evin hamam otağında və dəhlizində kafel-metlaxın vurulması, tavanında və hamama bitişik balkonda kafel-metlax vurulması, divara suvaq çəkilməsi işlərini iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirmişdi, bu göstərişə uyğun həyata keçirəcəyi halda işlərin qüsurlu olacağını bildirsə də, həmin göstərişlər dəyişdirilməmişdir. Mübah isəli evin həyət hissəsindəki qapıpəncərələrin kənarına çərçivə formasında vurulmuş ağlayların dəmir tellərlə bərkidilməsi və kənarlarına kağızla doldurulması tikinti işlərinin görülməsindən irəli gələn zərurətdir. İddiaçıdan həmin işlərin görülməsinə görə cəmi 2.700 manat xidmət haqqı almışdır və iddiaçının dəftərində 250 manat borcunun olması barədə yazının altından o, imzalamışdır. Təxminən 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək mübahisəli evdə işləmişdir. Hazırda iddiaçıya borcu yoxdur və onu aldatdığı üçün dəftərə borcu olduğuna dair imza atmışdır.

7. Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli, 10/1562 saylı ekspert rəyindən görünür ki, mübahisəli evin həyətində olan hovuzun suvanması, həmin ev in hamam otağında, həmin hamama bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında vurulmuş aqlay işləri qüsurlu görülmüşdür. Tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7.027,0 manat müəyyən olunmuşdur.

8. Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(125)-377/2023 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi ziyana görə 7.277 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş ü zrə iddiaçı ona məxsus ünvanda görülməsini sifariş etdiyi işlərin qüsurlu həyata keçirilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin yaşayış sahəsində hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otağa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında ağlay vurulması işlərinin qüsurlu görülməsi iş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəylə təsdiq olunmuşdur. Həmin işlərin podratçı qismində cavabdeh tərəfindən görülməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, rəyin əsassız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh işlə rin qüsursuz həyata keçirildiyini bildirsə də, podratın nəticəsi adi istifadə üçün yararlı olmadığından, qüsurlardan azad sayıla bilməz. Cavabdehin işi qüsurlu icrası nəticəsində sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır və ekspert rəyinə əsasən, tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7027 manat müəyyən olunmuşdur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin məbləğin hesablanmasına dair hissədə də ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh eyni zamanda işlərin qüsurlu həyata keçirildiyini bildirir və bu halı iddiaçının qardaşının göstərişlərinə uyğun həya ta keçirməsi ilə əsaslandırmışdır. Cavabdeh işlərin həmin göstərişlərə uyğun həyata keçiriləcəyi halda qüsurlu nəticələr əldə ediləcəyinə dair xəbərdarlıq etdiyini bildirsə də, iddiaçı tərəfindən işlərin qardaşının göstərişlərinə uyğun həyata keçirilməsi barədə razılıq verilməsinə və (ya) iddiaçının qardaşının belə göstərişlər verməsinə və (ya) iddiaçıya göstərişlərə dair qüsurlu nəticə barədə xəbərdarlıq edilməsinə və (ya) işlərin qüsurlu nəticəsi ilə iddiaçı tərəfin razılaşmasına və (ya) işlərin görülməsindən imtina etməyə cavabdehə icazə, imkan verilməməsinə və (ya) işləri yerinə yetirməyə cavabdehin məcbur edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı qardaşının mübahisəli evdə yaşadığını və aparılan tikinti işlərinə nəzarəti ona tapşırmadığını, qardaşı nın görülən işlərlə bağlı cavabdehə hər hansı göstəriş vermədiyini bildirmişdir.

12. Cavabdeh işlərin qüsurlu görüldüyü halda iddiaçının imtina etmək hüququnun olduğunu, lakin bu hüquqdan istifadə etmədiyini, beləliklə görülən işlərlə razılaşdığını, lakin sonradan narazılıq etdiyini və ondan şikayət etdiyini bildirmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təmir-tikinti işlərinin davam etdiyi evdə muzdu ödəməklə sifariş etdiyi işlərin vicdanlı həyata keçirildiyini güman etmək hüququna malikdir və həmin evin istifadəyə verildiyi zaman mübahisələndirilən işlərin qüsurlu görüldüyü aşkara çıxmışdır. Belə ki, iddiaçının təmir-tikinti sahəsində xüsusi biliyə malik olduğunu təsdiqləyən sübutlar təqdim edilmədiyindən, istifadədən əvvəl işlərin qüsurlu görülməsini müəyyən etmək imkanı istisna ed ilir. Beləliklə, məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etməsini təsdiqləyən hər hansı sübut təqdim olunmadığından, iddiaçının məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran hal müəyyən olunmur.

14. Belə ki, mülki qanunvericilikdə binaya aid icranın qüsuru barəsində tələbin işin qəbul edildiyi gündən beş il ərzində irəli sürülə bilməsi imkanı nəzərdə tutulmuşdur və hazırkı iş üzrə icra hissə-hissə qəbul edildiyindən, işin tam qəbul olunduğu gündən başlayan qüsur barəsində tələb üzrə müddətin keçməsi üçün əsas müəyyən olunmur. Çünki hər iki tərəf mübahisələndirilən işlərin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək görüldüyünü təsdiqləyir. Bununla yanaşı, hərəkətin yaratdığı məsuliyyəti dərk edən tam fəaliyyət qabiliyy ətli cavabdehi işlərin vicdanlı yerinə yetirilməsi öhdəliyindən azad edən hal müəyyən olunmur. Cavabdeh vaxtında xəbərdar etməsinə baxmayaraq, iddiaçının işin yerinə yetirilməsi qaydaları haqqında verilən göstərişləri dəyişmədiyini və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmadığını bildirsə də, podratçının mülki qanunvericiliyə əsasən müqavilədən imtina etmək, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçı tərəfin işlərdən imtinaya icazə və (ya) imkan vermədi yini, işlərin görülməsinə onu məcbur etdiyini bildirsə də, bu halları təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı tərəf bu halı təkzib etmişdir. Belə ki, cavabdehin onu aldadaraq daha sonra qüsurları aradan qaldıracağını, hazırkı vəziyyətdə işin görülməsi qaydasının belə olduğunu bildirməsinə, bir iş icra edildikdən sonra müəyyən müddət keçməli olduğundan, həmin müddət ərzində cavabdeh digər işi icra etdiyindən, eyni zamanda bir neçə iş icra edildiyindən işlərin qüsurlu icra edildiyini bilmədiyinə dair izahat vermişdir. Sifarişçinin icradakı qüsurun aradan qaldırılması məqsədilə əlavə icra tələb etməsi və belə icradan imtina edildiyi üçün hüquq mühafizə orqanına müraciət edilməsi tərəflərin izahatı ilə təsdiqlənmişdir. Mülki qanunvericiliyə əsasən, bu halda sif arişçi xərclərin əvəzini tələb etməyə haqlı, podratçı isə onları ödəməyə borcludur. Ona görə də cavabdehdən 7.027 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, sifariş edilən işlərə görə iddiaçı tərəfindən hissə-hissə cəmi 2.700 manat muzdun ödənildiyi və iddiaçının sübut qismində təqdim etdiyi dəftərdə qeyd edilmiş 250 manat borcun olması barədə yazının altındakı imzanın cavabdeh tərəfindən icra edilməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya borcu olmadığını və aldadıldığı üçün borcu olduğuna dair qeydi imzasıyla təsdiqlədiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhrum olan iddiaçı əsassız varlanmış cavabdehdən verdiyi 250 manat pulu geri tələb etməkdə haqlıdır, buna görə cavabdehdən 250 man at pul tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə maddi ziyanın əvəzinin tutulmasına dair iddianın təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş və görülən işlərə çəkilən xərcləri təsdiqlədiyi bildirilən qəbzlər üzərindəki qeydlər aydın olmamaqla yanaşı mötəbər sübut hesab edilə bilməz.

17. Məhkəmə mənəvi ziyanın əvəzinin tutulmasına dair iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona qarşı törədilən hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və (ya) onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə əsaslanaraq ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malik idi. Həmin hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməs i, iddiaçının hər hansı başqa hüququnun məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması işin hallarından müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir.

18. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 752.1, 760.2, 762.1, 762.2, 765, 766, 767.2, 768.1, 768.2, 773, 775, 776.1, 776.2, 1092.1, 1092.2, 1092.3, 1093.2, 1096.1 və 1097.1-ci maddələrinə, habelə Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəicraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin l əğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsassızdır. Belə ki, sözügedən mübahisəli ev iddiaçının deyil, onun qardaşı X3 məxsusdur. Belə olan halda iddia qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa olmamışdır və onun hazırkı işdə iddiaçı kimi çıxış etməsi qanunaziddir. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd olunan halları nəzərə almamış və işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-263/2024 saylı qətnaməsi ilə (hakimlər- Ədil Məmmədov (məruzəçi və sədrlik edən), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şika yəti təmin edilərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(125)-377/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmuşdur.

22. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən tədqiq olunmuş sübutlara görə iddiaçı sözügedən evin mülkiyyətçisi deyil və həmin evdə yaşamır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının qardaşı X2 adına qeydə alınmışdır.

23. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 02 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan sözügedən evdə təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta olan cavabdehi öz evində təmir işlərinin aparı lması üçün dəvət etmiş və o, evdə görüləsi işlərə baxmışdır. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh onun evində təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşamış və arabir təmir edilən evə gəlib-getmişdir.

24. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş rəsmi sənədlərə istinadən qeyd etmişdir ki, cavabdeh tərəfindən təmir işləri aparılmış sözügedən ev cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçı həmin evi öz əmlakı kimi təqdim etməklə öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia rədd olunmalıdır.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, habelə Mülki Məcəllənin 21.1, 139.1, 139.2, 139.3, 152.1 və 152.5-ci m addələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gə lirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

34. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

35. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

36. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

37. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

38. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ni bütövlükdə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

49. Belə ki, işin mübahisə olunmayan hallarına görə, sözügedən ev iddiaçının qardaşı X2 mülkiyyətində, iddiaçının isə faktiki sahibliyində olub. Tərəflərin izahatlarına görə onlar arasında 02 oktyabr 2021-ci il tarixdə şifahi podrat müqaviləsi bağlanıb və razılaşmaya görə cavabdeh usta kimi iddiaçının sifa rişi ilə sözügedən evdə müvafiq təmir işlərini icra etməyi, iddiaçı isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürüb.

50. Hazırda iddiaçı, cavabdehlə aralarında 2021-ci ilin oktyabr ayında podrat münasibətlərinin yarandığını, 2022-ci ilin mart ayınadək cavabdehin onun sifarişinə əsasən sözügedən evdə təmir işləri apardığını, lakin görülmüş işlərin nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyini, işlərin qüsurlu görüldüyünü, qüsurların aradan qaldırılması üçün cavabdehdən əlavə icra tələb etsə də, qüsurları aradan qaldırmadığını, cavabdehə ayrı-ayrı vaxtlarda işlərin görülməsi üçün 4.225 manat pul ödədiyini, evdə təmir işlərinin aparılması üçün 5.137 manat dəyərində mal-material aldığını, işlərin yarımçıq qaldığını və nəticədə onun aldığı mal-materialın korlandığını, evd ə olan qüsurların aradan qaldırılması üçün hazırda 9.500 manat pul vəsaitinin tələb olunduğunu göstərib, həmin vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını iddia edir.

51. Cavabdeh isə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək sözügedən evdə razılaşdırılmış təmir işlərini qüsurlardan azad şəkildə icra etdiyini, həmin təmir işlərinin nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəldiyini, təmir işlərinin adi istifadə üçün yararlı olmaqla iddiaçı tərəfindən qəbul edildiyini, işlərin görülməsinə görə iddiaçının ona cəmi 2.700 manat xidmət haqqı ödədiyini, iddiaçının dəftərində 250 manat borcunun olmasına dair yazının altından imza etdiyini, hazırda iddiaçıya borcunun qalmadığını və onu aldatdığı üçün dəftərdə borcunun olmasına dair imza atdığını göstərib, iddiaya etiraz etmiş dir.

52. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin usta kimi təmir işləri apardığı evin iddiaçının deyil, onun qardaşı X2 mülkiyyətində olduğunu, iddiaçının həmin evdə yaşamadığını, belə olan halda iddiaçının həmin evi öz əmlakı kimi təqdim etməklə öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını və buna görə də iddianın rədd edilməli olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

53. Əvvəla, podrat münasibətləri Mülki Məcəllənin 39-cu fəslində nəzərdə tutulan normalarla tənzimlənir və həmin normalarda podrat müqaviləsində nəzərdə tutulan işin icra olunması üçün əmlakın sifarişçinin mülkiyyətində olması tələb olunmur və podrat müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsi üçün sifarişçinin müqavilədə nəzərdə tutulan işi icra etməyi podratçıya tapşırması, həvalə etməsi; sifarişçinin isə podrat müqaviləsində nəzərdə tutulan işi icra etdikdən sonra podratçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürməsi kifayətdir.

54. Hazırkı halda cavabdehin qüsurlu təmir işləri apardığı ev iddiaçının deyil, qardaşı X2 mülkiyyətində olsa da, podrat hüquq münasibətləri sonuncu ilə cavabeh arasında deyil, cavabdehlə məhz iddiaçı arasında yaranıb. Yəni cavabdehə podrat müqaviləsində nəzərdə tutulan işi icra etməyi bilavasitə iddiaçı sifariş edib və görülmüş işlərin dəyərini, habelə müqavilə üzrə razılaşdırılmış muzdu cavabdehə məhz iddiaçı ödəyib.

55. Bundan başqa, işin mübahisə olunmayan digər hallarına görə, sözügedən ev iddiaçının faktiki sahibliyindədir, həmin evdə təmir işlərinin aparılmasını cavabdehə b ilavasitə iddiaçı sifariş edib, təmirlə bağlı mal-materialların dəyərini iddiaçı ödəyib və həmin mal-materialları cavabdehə evdə təmir işləri aparmaq üçün iddiaçı təhvil verib.

56. Həmçinin işdən görünür ki, iddiaçı ilə evin mülkiyyətçisi X4 arasında cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi ilə bağlı fikir ayrılığı, başqa mübahisə yoxdur.

57. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar, iddiaçının sifarişçi kimi cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürməyə müvafiq subyektiv hüququnun olmaması nəticəsinə gəlməyə əsas vermir.

58. Əksinə, işin hallarına, habelə Mülki Məcəllənin 765-ci maddəsinin mənasına görə, cavabdehin evdə gördüyü işlərin qüsuru nəticəsində şifahi bağlanmış podrat müqaviləsindən imtina etmək hüququ iddiaçıya məxsus olub, o da bu hüququndan istifadə edərək cava bdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. Belə olan halda podratçı kimi cavabdeh sözügedən müqavilə ilə bağlı xərclərin əvəzini məhz sifarişçiyə, yəni iddiaçıya ödəməyə borcludur. Çünki qeyd olunan normanın tələbinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, məhz sifarişçinin müqavilədən imtina etmək hüququ əmələ gəlmiş olur.

59. İşdən, ekspertin rəyindən görünür ki, sözügedən evin həyətində olan hovuzun suvanması, evin hamam otağında, habelə ona bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkona metlaxın vurulması, pəncərə və qapının kənarlarına çərçivə formasında aqlay daşlarının vurulması, başqa sözlə evdə aparılmış təmir işlər inin qüsurlarının aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq hazırkı dəyəri təqribən 7.027,0 manat təşkil edir. 60. “İ.Şabanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamadığını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

61. Bu baxımdan, hər bir kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və mü vafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız, belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

62. Nəzərə alınmalıdır ki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, qanuni hesab edilə bilməz.

63. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehə qarşı öz adın dan hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığı qənaətinə gələrkən, gəldiyi nəticəni yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından təhlil etməyib, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Bu isə MPM-in 418.1 və 418.2-ci maddələrinin tələblərinə görə, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

64. Kassasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-263/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar