Məhkəmə qərarları › İş №2(102)-3149/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3149/2023

29.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3149/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyünün yoxlanılmasına dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-1049/2023 saylı qərardadından üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2023-cü il ta rixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin Halları

1. Şabran bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışa əsasən, İddiaçı Şabran şəhəri, H.Əliyev küçəsinin sağ tərəfində, Mərkəzi Xəstəxananın qarşısında özünə məxsus kommersiya mağazasının qərb tərəfindən hər kv.metrinə görə Şabran bələdiyyəsinin hesabına 10 manat pul köçürməklə kommersiya mağazasının tikintisi üçün 70 kv.metr torpaq sahəsi satılmışdır. 2. “Torpaqların alqı-satqısına dair” Akta əsasən, İddiaçı kommersiya mağazasınin tikintisi üçün Şabran bələdiyyəsinin ərazisindən 70 kv.metr torpaq sahəsinin satılması barədə 30 mart 2007-ci il tarixli, 03 saylı qərar qəbul edilmişdir.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən veril miş 05 mart 2002-ci il tarixli, 506 saylı rəyə əsasən, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 70 kv.metr olmaqla Şabran şəhərinin yaşayış məntəqəsinin torpaq fonduna aiddir.

4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 000734 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Şabran bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə kommersiya mağazasının tikintisi üçün 70 kvm topaq sahəsi verilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinnin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, DTXK-nin Şabran rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən, torpaq sahəsinin cizgisi və yeri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə görə faktiki istifadə etdiyi torpaq sahəsindən fərqlidir. Məktubda daha sonra bildirirlir ki, faktiki istifadə edilən torpaq sahəsi Ərazi İdarəsinin xəritəsi üzərində digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür və buna görə də ərizənin icrasından imtina olunur.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəkil sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktuba əsasən, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı satılmış 70 kv.metr torpaq sahəsi faktiki istifadə vəziyyətinə işlənməmiş, həmin torpaq sahəsinin faktiki koordinatları xx.xx.2011-ci il tarixli Çı xarışa əsasən (xx.xx.2008-ci il tarixli, 001116 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnaməyə və xx.xx.2008-ci il tarixli, 003156 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnaməyə əsasən) Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) ilə kəsişir. Cavab məktubunda əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh2 yaşayış binasını (yarımçıq tikilini) Şabran rayon dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmiş və sonuncunun adına mülkiyyət hüququna dair xx.xx.2012-ci il tarixli Çıxarış verilmişdir.

7. Sumqayı t İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 60/2022 saylı qərarına əsasən, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) və həmin binanın altında yerləşən torpaq sahəsi faktiki koordinatları ilə Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı ayrılmış 70.kv.metr torpaq sahəsinin koordinatları arasında olan uyğunsuzluğun aradan qaldırılması və 70 kv.metr torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun İddiaçı adına işlənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İdd iaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan düzgün olmayan məlumatlar əsasında aparılmış xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh2 və həmin əmlakın Şabran rayon dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4G-283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək Cavabdeh1 adına aparılmış xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatlarının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarına əsasən, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dəvəçi rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli, 506 saylı və Şabran rayon İcra Hakimiyyətinin Tikinti v ə Memarlıq Şöbəsinin xx.xx.2007-ci il tarixli, 180/34 saylı rəyi nəzərə alınmaqla, İddiaçı Şabran şəhəri, H.Əliyev prospektinin sağ tərəfindən, Şabran rayon Mərkəzi Xəstəxanasının qarşısında özünə məxsus kommersiya mağazasının qərb hissəsindən hər bir kv.metrinə görə bələdiyyənin hesabına 10 manat pul vəsaiti köçürməklə 70 kv.metr torpaq sahəsi kommersiya mağazası tikmək üçün satılmışdır. Daha sonra, torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq, torpaq sahəsinin kadastr göstəriciləri dövlət qeydiyyatına alınmışdır. Şəxsi mülkiyyətə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə görə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti olmuşd ur. İdarənin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, DTXK-nin Şabran rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara əsasən torpaq sahəsinin cizgisi və yeri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən faktiki istifadə etdiyi torpaq sahəsindən fərqlidir. Məktubda daha sonra bildirilir ki, faktiki istifadə etdiyi torpaq sahəsi Ərazi İdarəsinin xəritəsi üzərində digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür və buna görə də ərizənin icrasından imtina olunur. Digər tərəfdən, bu vaxta qədər hər hansı mülkiyyətçi, onun torpaq sahəsindən istifadə etdiyinə görə ona öz iradını bildirməmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədəki yanlışlığa görə şəxsin qanunla qorunan hüquqları məhdudlaşdırıla bilməz. Tərəfindən onun şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsinin, digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarında yaranmış kəsişmənin aradan qaldırılması tələbinə dair cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciəti olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahələrindəki kəsişmə nöqtələrinin digər şəxsin mülkiyyətində olduğunu əsas gətirərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə r azılaşmır. Belə ki, həmin İdarə vəkil sorğusuna cavab olaraq göndərdiyi və Sumqayıt İnzibati Məhkəməsində tədqiq edilən xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı satılmış 70 kv.metr torpaq sahəsi faktiki istifadə vəziyyətinə işlənməmiş, həmin torpaq sahəsinin faktiki koordinatları xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən (xx.xx.2008-ci il tarixli, 001116 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməyə və xx.xx.2008-ci il tarixli, 003156 qeydiyyat nömrəli, dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasınadair şəhadətnaməyə əsasən) Cavabdeh2 məxsus ünvan 1 ü nvanda yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) ilə kəsişir. Cavab məktubunda əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh2 yuxarıda qeyd olunan qeyri yaşayış binasını (yarımçıq tikilini) Şabran rayon dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmiş və sonuncunun adına mülkiyyət hüququna dair xx.xx.2012-ci il tarixli Çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxivində 003156 və 001116 saylı Şəhadətnamələrdə göstərilən torpaq sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş təhkim aktı aşkar olunmamışdır. Onun şəxsi mü lkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsini, sonradan bazada olan məlumatlar yoxlanılmadan, eləcə də təhkim aktı tərtib edilmədən digər şəxsə (şəxslərə) satılmasını qeyri qanuni hesab edir və həmin şəxsin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 1635 nömrəli Sərəncamında ünvan 2 ünvanda yerləşən, 600 yerlik yarımçıq tikili- Mədəniyyət sarayının adı yox dur.

10. Şabran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(031)-1007/2022 nömrəli qətnaməsi ilə İddia təmin edilmiş, İddiaçı şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan düzgün olmayan məlumatlar əsasında aparılmış xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-06301 reyestr nömrəli Cavabdeh2 və həmin əmlakın Şabran rayon Dövlət notariat kontorunun 08.08ö2012-ci il tarixli, 4G-283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək Cavabdeh1 adına aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatları ləğv olunmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” xx.xx.2006-cı il tarixli 1635 nömrəli Sərəncamında Şabran (keçmiş Dəvəçi) şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili Mədəniyyət sarayının adı yoxdur.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 146.1 149.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə, habelə MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Şabran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(031)-1007/2022 nömrəli qət naməsindən X3 apellyasiya şikayəti vermişdir.

14. Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə X3 tərəfindən həmin məhkəmənin 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

15. X3 məhkəməyə ərizə verərək, qətnamənin maraqlarına toxunmasının nəzərə alınmasını xahiş etmişdir.

16. X1 ərizəsi təmin edilərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, X1 həmin məhkəmənin 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-1049/2023 saylı qərardadı ilə (hakimlə r X5 (sədrlik edən və məruzəçi), X7 və X2) X3 tərəfindən Şabran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır.

18. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2023cü il tarixli, 2(105)-1049/2023 saylı qərardadı ilə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iş üzrə Şabran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş və apellyasiya şikayəti MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsinin surəti üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron kabinetinə 29 dekabr 2022-ci il tarixdə yerləşdirilmiş, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən isə apellyasiya şikayəti 28 fevral 2023-cü il tarixdə verilmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsinə göndəril ərkən birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməmişdir. Bu baxımdan apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, habelə mülki prosessual hüquq normalarının tələbləri baxımından üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 360, 363.1.1, 364, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti (vəkili Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin “e-mehkeme.gov.az” saytında özünün elektron kabineti mövcud olsa da, birinci instansiya məhkəməsinin qətnaməsi onun elektron kabinetinə yerləşdirilməmişdir. Xidmət tərəfindən birinci instansiya məhkəməsi ilə şifahi qaydada əlaqə saxlandıqdan sonra, həmin qətnamənin surəti 31 yanvar 2023-cü il tarixdə Xidmətin elektron kabinetdə yerləşdirilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddət həmin tarixdən başlanmışdır. Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən apellyasiya şikayəti 28 fevral 2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmişdir ki, bununla da, prosessual müddət ötürülməmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamədən şikayət vermək hüququ olan üçüncü şəxsə qətnamənin hansı tari xdən rəsmi qaydada təqdim edildiyi araşdırılmamış, əsassız olaraq Xidmətin şikayəti qeyri-mümkün sayılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

26. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş s ənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

27. Maddə 128.1. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

28. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

29. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

30. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

31. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəm ə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

32. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

33. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya instansiyası məhkəməsini n aktı üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mülki prosessual hüquq normalarının tələbləri pozulduğundan kassasiya şikayəti təmin edilməlidir.

39. Əvvəla, işdən görünür ki, həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həm də onun 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia ərizəsində işdə iştirak edən şəxslər, yəni üçüncü şəxslər kimi göstərilib və birinci instansiya məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsinin surəti 29 dekabr 2022ci il tarixdə yalnız 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron kabinetində yerləşdirilib. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə poçtla göndərilmiş qətnamənin surəti isə səbəbi göstərilmədən məhkəməyə geri qaytarılıb.

40. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, bu hallara diqqət yetirməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə nə vaxt verildiyini aydınlaşdırmayıb, qətnamənin surətinin sonuncunun deyil, onun 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron kabinetində yerləşdirilməsini nəzərə almayıb. Halbuki, Mülki Prosessual Məcəllənin 46-cı maddəsinin mənasına görə tərəflər, ərizəçilər və maraqlı şəxslərlə yanaşı, üçüncü şəxslər də işdə işti rak edən şəxslərin tərkibinə daxildirlər.

41. Həmin Məcəllənin 357.1-ci maddəsində göstərilir ki, üçüncü şəxslər də birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malikdirlər.

42. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

43. Məcəllənin 134.1, 134.1.5-ci maddələrində isə göstərilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

44. İşdə isə, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi qaydada verilməsini özündə ehtiva e dən heç bir yazılı sənəd yoxdur.

45. Əksinə, kassasiya şikayətinin dəlillərindən görünür ki, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin “e-mehkeme.gov.az” saytında elektron kabineti mövcud olsa da, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti onun elektron kabinetinə yerləşdirilməyib və Xidmət tərəfindən birinci instansiya məhkəməsi ilə şifahi qaydada əlaqə saxlandıqdan sonra, həmin qətnamənin surəti 31 yanvar 2023-cü il tarixdə Xidmətin elektron kabinetində yerləşdirilib.

46. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

47. Həmin Məcəllənin 10-1.5-ci maddəsində göstərilir ki, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

48. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisəli məsələyə dair gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin üçüncü şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron kabinetində yerləşdirilməsi, həmin qətnamənin surətinin digər üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi qaydada verilmiş, çatdırılmış hesab edilə bilməz. Çünki, həmin qurumların hər biri ayrıca işdə iştirak edən şəxslər olmuşlar.

49. Digər tərəfdən, üçüncü şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi, digər üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin ayrıca ərazi idarəsi sayılsa da, bu halda qətnamənin surətinin sonuncunun elektron kabinetinə yerləşdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki, kassasiya şikayətinin dəlillərindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin özünün “e-mehkeme.gov.az” saytında elektron kabineti var və birinci instansiya məhkəməsinin qətnaməsinin surəti müraciətindən sonra 31 yanvar 2023-cü il tarixdə Xidmətin elektron kabinetində yerləşdirilib.

50. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməs i üçün Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində nəzərdə tutulan prosessual əsaslar olmayıb. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

51. Mülki prosessual qanunvericiliyə görə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olub-olmaması iki mərhələdə yoxlanılır: birincisi, apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən (MPM-nin 364-cü maddəsi). İkincisi, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu məhkəmə tərəfindən (MPM-in 366-cı maddəsi).

52. Sözügedən mülki prosessual normaların tələblərinə əsasən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, apell yasiya icraatı mərhələsində də qəbul olunmamış hesab edilə bilər. Burada apellyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir.

53. Apellyasiyanın mümkünlüyü üçün əsasların olmaması dedikdə - işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür.

54. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə Xidmətin Konstitusiyasının 60-cı maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarını pozub. Halbuki, həmin maddələrin mənasına görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və ağlabatan müddətdə açıq araşdırılması hüququna malikdir.

55. Avropa Məhkəməsinin çoxsaylı qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququna qoyulan istənilən məhdudiyyətlər yalnız o, halda 6-cı maddənin tələblərinə uyğun ola bilər ki, onlar: birincisi, qanuni məqsəd daşısın; ikincisi, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun.

56. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

57. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan mülki prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-1049/2023 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar