Məhkəmə qərarları › İş №2(102)-3151/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3151/2020

01.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3151/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X7 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X6 və vəkili X8, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)147/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron rayon məhkəməsinin (hakim Şövkət Nəcəfova) 2(012)-34/2019 saylı xx xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən çəkilmiş məftil hasar və zəbt olunmuş torpaq sahəsində olan tikilinin onun hesabına sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Lətifə Məmmədova) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh apelyasiya şikayəti təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı küçə çıxış yolunun boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Mehdiabad bələdiyyəsinin xx.xx.2014-ci il tarixli, 05 saylı və xx.xx.2014-cü il tarixli, 97 saylı Qərarları ilə həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,053 ha torpaq sahəsinin A.Ələsgər küçəsinə çıxışını təmin edən eni 5 metr dalan yol qismində olan torpaq zolağının boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Mehdiabad bələdiyyəsinin xx.xx.2014-ci il tarixli, 05 saylı və xx.xx.2014-cü il tarixli, 97 saylı Qərarları ilə ona Mehdiabad qəsəbəsi, Aşıq Ələsgər küçəsində yerləşən sahədə 0,053 ha torpaq sahəsi ayrı lmışdır. Qanuni şəkildə ayrılan 0,053 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu torpaq sahəsi iki tərəfdən qonşu sahibkarların torpaq sahələri ilə qapanmış vəziyyətdə olduğundan ümumi ictimai yol hesab olunan A.Ələsgər küçəsinə çıxışını təmin etmək üçün, dalan yol qismində, cavabdehin tikilisinin arxa hissəsindən qapısınadək eni, 5 metr zolaq qoyulmuşdur. Eni 5 metr olan bu dalan qismində zolaq yalnız onun torpağının çıxış yolunu təmin etmək üçün nəzərdə tutulmuş, amma tikilisinin arxası bu dalan küçəyə düşən cavabdeh hesab edir ki, qanunlardakı qadağalar ona şamil edilmir və bu əsasla çı xış yolunu təmin edən dalan küçəni dəmir trubalarla tutaraq orada toyuq-cücəsinə saxlanc düzəltmişdir. Artıq xeyli zamandır cavabdehdən çıxış yolunu təmin edən dalan küçənin boşaltmasını tələb etsə də, qanuni tələbinə əhəmiyyət vermir. Bununla əlaqədər, qəsəbə bələdiyyə sədrinə, icra nümayəndəliyinə və sair idarələrə şikayət etmiş, lakin nəticəsi olmamışdır. Cavabdehin qanunsuz əməli nəticəsində hal-hazırki vaxtadək çıxış yolu qapanaraq zəbt edilmiş vəziyyətində qalmaqdadır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli protokoldan görünür ki, X3 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mülki işdə eyni məsələ ilə bağlı iki rəy vardır. Birinci rəy birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və mülki işdə olan cavabdehə məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən təqdim edilmiş ilkin və mötəbər texniki pasportu əsasında aparılmış ekspertiza üzrə verilmiş rəydir. Həmin rəyə görə cavabdeh tərəfindən sonradan mübahisəli dalan (keçid) yolunda olmaqla inşa edilmiş tikilinin cavabdehə məxsus torpaq sahəsindən kənarda, yəni ümumi istifadədə olan dalan (keçid) yolunda qanunsuz olaraq və texniki pasportdan kənar tikildiyi müəyyən e dilmişdir. Məhz həmin rəy və mülki işdə toplanmış sübutlar (xx.xx.2016-cı il tarixli texniki pasport da daxil olmaqla) əsasında birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.İkinci rəy apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edlmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası əsasında verilmiş rəydir. Həmin rəy mülki işdə toplanmış digər sübutlarla yanaşı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmədən (birinci instansiya məhkəməsinə təqdim edilə də bilməzdi, çünki birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2019-cu il tarixdə qəbul olunduğu halda, sözügedən ikinci texniki pasport xx.xx.2019-cu il tarixdə tərtib olunmuşdur) birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixdə tərtib olunmuş texniki pasport əsasında ap arılmış ekspertiza üzrə verilmiş rəydir. Mülki işdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən müvafiq dəyişikliklərin etdirilərək alınıb apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun mülki iş materiallarından xaric edilməsini xahiş etmişdir. Mülki işdən görünür ki, həmin vəsatət təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsi məhz xx.xx.2019-cu il tarixli texniki pasportu və həmin texniki pasport əsasında aparılmış ekspertiza tədqiqatı üzrə verilmiş rəyi əsas götürərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. xx.xx.2019-cu il tarixli texniki pasportun cavabdeh tərəfindən b irinci instansiya məhkəməsinə təqdim edilməsi, işə birinci instansiya məhkəməsində baxılarkən həmin texniki pasportun sadəcə mövcud olmadığından mümkün olmamışdır. Yəni, işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2019-cu il tarixli texniki pasport deyə bir sübut olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mülki işə birinci instansiya məhkəməsində baxılarkən mövcud olmayan, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tərtib edilmiş sübut - texniki pasport əsasında baxaraq mübahisəni məhz həmin sübutu - texniki pasportu əsas götürərək həll etməsi qanunsuz olmuşdur. Tərəflərin izahatları: İddiaçı, iddiaçının nümayəndəsi X6 və vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh və onun vək ili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0535 torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədli yyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin xx xxx 2018-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlatan Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi un tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X1 adına qeydiyyatdan keçmiş xx.xx.2016-cı il tarixli, **********83-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,0174 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 72.9 kvadrat metr olan evinin texniki pasportu iş materiallarında təqdim olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi ida rəsinə verilən sorğuya əsasən cavabdeh X1 mülkiyyətinə verilmiş evin yerləşdiyi torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtəsinin koordinatları yerində (naturada) öz koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi un tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə verilən sorğuya əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X1 adına qeydiyyatdan keçmiş xx.xx.2016-cı il tarixli, **********83- 10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,0174 ha torpaq sahəsinin dön gə nöqtələrinin koordinatlarından əlavə olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən A.Ələsgər küçəsinə çıxan dalandan 21,00 kvadrat metr torpaq sahəsindən faktiki istifadə edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LayihəTədqiqat İdarəsinin mühəndisi un tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətdə olan 0,0535 ha torpaq sahəsinin plan və ölçüsü (döngə nöqtələrinin koordinatları) yerində (naturada) öz koordina tları daxilində yerləşir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.2, 164, 165.1-ci və Torpaq Məcəlləsinin 103, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab etməyərək qeyd etmişdir ki, iddiaçı onun adına qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,053 ha torpaq sahəsinin A.Ələsgər küçəsinə çıxışını təmin edən eni 5 metr dalan yol qismində olan torpaq zolağının boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən çəkilmiş məftil hasarın və zəbt olunmuş torpaq sahəsində olan tikilinin onun hesabına sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edərək iddia tələbindən kənara çıxmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinin araşdırılması üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 17258 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən tərt ib olunmuş 17 sentyabr xx xxxxxxx 2019-cu il tarixli **********58 nömrəli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0535 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına əsasən faktiki vəziyyətə uyğun olaraq 0,0498 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0535 ha torpaq sahəsin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına əsasən 37 kvadrat metr hissəsin in faktiki istifadə vəziyyətindən kənarda yerləşdiyi müəyyən edilmişdir (torpaq sahəsinin plan və ölçülərinə uyğun sərhədləri tərtib edilmiş sxemdə göstərilmişdir). Eyni zamanda qeyd olunur ki, tədqiq olunan torpaq sahəsinə və yaşayış evinə baxış zamanı müəyyən edilmiş məlumatlarla, yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, cavabdehə məxsus yaşayış evinin faktiki vəziyyətdə planlı yerləşməsinin texniki pasporta uyğun olduğu və torpaq sahələri arasındakı keçid yolunda (dalanda) texniki pasportdan kənar tikililərin inşa edilmədiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X1 adına qeydiyyatdan keçm iş xx.xx.2016-ci il tarixli, **********83-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,0174 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 72,9 kv.m olan evinin texniki pasportu iş materiallarında təqdim olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə verilən sorğuya əsasən DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən təqdim olunmuş cavabdeh X1 mülkiyyətinə verilmiş 0,0174 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına əsasən faktiki vəziyyətə uyğun olaraq 0,0149 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə verilən sorğuya əsasən DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş cav abdeh X1 mülkiyyətinə verilmiş 0,0174 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına əsasən 25 kvadrat metr hissəsinin faktiki istifadə vəziyyətindən kənarda yerləşdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 34 nömrəli xx xxx 2019-cu il tarixli məktubundan görünür ki, həmin mübahisəli əraziyə Mehdiabad Bələdiyyəsinin əməkdaşları yerində baxış keçirmişdilər. Baxış zamanı məlum olmuşdur ki, X2 məxsus evin A.Ələsgər küçəsinə baxan hissəsində toyuq hini tikilmişdir. Toyuq hini tikilən ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin reystr №-**********83-10301 ilə verilən sənəd əsasında X2 məxsusdur. X2 məxsus köməkçi hi ssə (toyuq hini) İddiaçı Ələsgər küçəsinə giriş və çıxışı üçün heç bir mane törətmir. A.Ələsgər küçəsinə gedən istiqamət mübahisəli ərazinin şimal tərəfində уerləşir cənub tərəfində isə (tupik yerdir) və ona fərdi yaşayış üçün torpaq sahəsidir. Bu səbəbdən İddiaçı iddia qaldırdığı ərazi cənub tərəfə yox, yalnız şimal tərəfdən A.Ələsgər küçəsinə çıxışı ola bilər. İddiaçı iddia etdiyi sahədə yolun eni cənub tərəfdən 4,50 sm-dən başlayır və şimal tərəfə qədər getdikcə yol enli olduğu üçün 5.mdir. İddiaçı A.Ələsgər küçəsinə olan giriş və çıxışına heç bir maneçilik törədilmir. Ekspert rəyindən müəyyən olunur ki, cavabdehya məxsus yaşayış evinin faktiki vəziyyətdə planlı yerləşməsi texniki pasporta uyğundur və torpaq sahələri arasındakı keçid yolunda (dalanda) texniki pasportdan kənar tikililər inşa edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən tikili cavabdehnın istifadəsində olan torpaq sahəsinin hüdudlarında yerləşir və iddiaçının A.Ələsgər küçəsinə girişinə və çıxışına maneə törətmir. Bu hal həm iş üzrə təkrar keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi, həm də iş üzrə tədqiq olunmuş digər sübutarla təsdiq olunmuşdur. Ona görə də, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki iddia tələbin rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli texniki pasportun apelyasiya instansiyası məhkəməsinə təqdim edilməsi və həmin texniki pasport əsasında ekspertiza keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 371-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını ə saslandırsın. İşdən göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş texniki pasport cavabdehlərdən asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə ki, həmin texniki pasport birinci instansiya məhkəməsi tərəfindən işə baxılandan sonra, yəni xx.xx.2019-cu il tarixdə verilmiş, bu səbəbdən həmin texniki pasportun birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa kasasiya şikayətində İddiaçı cavabdehin həyətyanı torpaq sahəsinə, orada yerləşən yaşayış evinə və digər tikililərə dair işlənmiş texniki pasportların göstəricilərində hər hansı əhəmiyyətli fərqin olmasını da göstərə bilməmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılma lı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-147/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar