Məhkəmə qərarları › İş №2(102)-3151/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3151/2022

13.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3151/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3151/22 (açar sözlər: itlərin yaşayış təyinatlı ərazidən köçürülməsi) Bakı şəhəri, 13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “heyvanların yaşayış təyinatlı ərazidən köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-7010/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz kənarı küçəsi adlanan sıx əhalinin yerləşdiyi yaşayış massivində bir-biri ilə qonşuluqda fərdi evlərdə yaşayırlar.

2. Cavabdeh (bundan sonra “cavabdeh”) da 2016-cı ildən Dənizkənarı küçəsi, ev 10 “a“ünvanına, iddiaçılarla qonşu sahəyə köçüb və orada çoxlu sayda it saxlayır.

3. Mübahisə cavabdehin it saxlaması ilə bağlı yaranıb a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin topladığı heyvanların cavabdehdə n alınaraq, heyvanların qonşu ərazidən heyvanat sığınacaqlardan birinin qayğısına həvalə edilərək köçürülməsi və cavabdehə bir daha belə vəziyyətə səbəb olmaması üçün bundan sonra heyvan saxlamaqla məşğul olmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh faktiki başqa ünvanda yaşasa da, sahibi olduğu ərazini təyinatına uyğun yaşayış ərazisi kimi deyil, saysız küçə heyvanların saxlanma mərkəzinə çevirərək, bir çox normaları pozmuşdur. Cavabdeh həmin yaşayış sahəsinin mülkiyyətində olmasını əsas gətirir. İtlər kütlə halında toplanmış ərazidə gün ərzində bir birlərini parçalayır, heyvanlar arasında yaşamaq uğrunda mübarizə gedir.

6. Gecələr isə sayı 50-dən artıq olan itlərin boğuşmaları, aramsız hürməsi daha aktivləşir. Sakinlər isə bu dəhşətləri istirahət bilmədən gündüz və gecə dinləməli, onların havasını qoxulamalı, havada uçan it tüklərini nəfəslərinə, ciyərlərinə çəkməli olurlar. Qonşuların bəzilərinin evində səhhətində müxtəlif ağır problemlər olan xəstələri vardır. Son zamanlar isə sahibsiz, ac itlərin gecə-gündüz ulaşması, bir-birlərini acından didməsi, zingiltili səs-küyü, qoxusu xəstələrin durumunu daha da ağırlaşdırmışdır, bu da onları çox narahat edir və əziyyət çəkirlər.

7. Cavabdehin qərəzli olaraq iddiaçılara və qonşulara olan qanuna zidd hərəkəti heç bir qanuna sığmır. Cavabdehin qanuna zidd hərəkəti iddiaçıların insan kimi sağlam ətraf mühitdə yaşamaq hüququnu, sağlamlığın qorunması hüquqlarını, istirahət hüququnu, bərabərlik hüququnu, təhlükəsiz yaşamaq hüququnu, mülkiyyət hüququnu və s. digər kostitusion hüquqlarını kobud qaydada pozur və pozmaqda hələ də çox davam edə bilər.

8. İddiaçılar cavabdehin heyvanlarla da mərhəmətsiz yanaşmasının dəfələrlə şahidi olmuşlar. Cavabdehin əraziyə saysız heyvanlar daşıması davam etsə də, nadir halda, xüsusən də axşam vaxtları gəldiyi bəllidir, itlərə mənşəyi bilinməyən, ətrafa həddindən artıq dözülməz ağır qoxu yayan qida verir.

9. Cavabdehin heyvanlara zalım səslərlə çığırtıları, heyvanların isə zədələnmə işarəsi olan zingildəməsi səsləri məhəlləni başına götürür. Cavabdehin saysız itləri qapalı əraziyə toplayaraq, pis, baxımsızlıq və digər səbəbsiz işgəncə verməsi və bunlardan həzz alması faktları da diqqəti çəkmişdir. Heyvanlara mərhəməti olmayan cavabdehin bu cür hərəkətinin əsas məqsədi başqadır.

10. Cavabdeh yalnız şəxsi ma ddi maraqları naminə özünü guya ki, küçə itlərinə mərhəmət göstərən heyvan sevər olmasına inandırmaq üçün bloqerlik etdiyi “Youtube” kanalı vasitəsilə hər gün itlərin çox sayda olduğunu və çox maddi xərc tələb olduğunu inandırmaq üçün yayımlayır, mərhəmətli insanların ürəyinə yol taparaq, bu itlərin yemlənməsi, saxlanması adı ilə sosial saytlardan ianə toplayır.

11. Lakin heyvanlara gərəksiz qida, şiddətli davranışları səbəbindəndir ki, ərazidən cavabdehin dəfələrlə ölü itlərin kisələrə yığılaraq çıxarılmasının şahidi olmuşlar. Qonşular da cavabdehin qalmaqallı davranışı səbəbindən aqressiv davranışlarından zərər çəkmiş, müvafiq hüquq müdafiə qurumlarına müraciət etmişlər. Qanuna zidd əməllərindən əziyyət çəkdikləri barədə iddiaçılar ilk öncə cavabdehin özü ilə danışmağa, cəhd etmək istəsə lər də, buna nail ola bilməmişlər.

12. Cavabdeh hər dəfə söhbəti milliyyətlərinin təhqiri həddinə keçirir, həm də səsküyünə toplaşmış qonşulara tərbiyəsiz, nalayiq əl və bədən ifadələri göstərir.

13. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 170.2, 171.3, 560.1-ci, “Baytarlıq haqqında” qanunun 5.2, 20.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında” 38 saylı, 09 mart 2019-cu il tarixli Qərarına istinad etmişlər.

14. Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazında göstərib ki, özünə məxsus torpaq sahəsində itlər saxlayır, lakin itlərin baxımı ilə vaxtında məşğul olur. İtləri həmin əraziyə gətirərkən iddiaçılardan İddiaçı3 və İddiaçı1 da razılığını alıb.

15. Bakı şəhə ri Suraxanı Rayon Məhkəməsinin 2(010)-782/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanların (itlər) həmin ərazidən köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Tural Məmmədov)

16. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçılar bir-biriləri ilə qonşudurlar, cavabdehin isə onların qonşuluğunda torpaq sahəsi vardır və cavabdeh həmin sahədə çox miqdarda sahibsiz itlər saxlayır. Mübahisə predmetini həmin itlərin orada cavabdeh tərəfindən saxlanılması təşkil edir.

17. Birinci instansiya məhkəməsi hesab edib ki, hazırkı mübahisə fərdi və ictimai maraql arın bir-birinə mütənasibliyi kontekstində yanaşılmaqla həll edilməlidir.

18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 31, 39, 41, 60-cı, Mülki Məcəllənin 6.3, 170.2 və 560.1-ci maddələrinə istinad edərək göstərib ki, Konstitusiya və ona əsaslanan mülki qanunvericilik hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmalıdır

19. Bu hüquqi yanaşmanı hazırkı mübahisəyə tətbiq edərək birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehin özünə məxsus ərazidə ev heyvanları saxlamaq hüququ h əmin ərazidə yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Digər tərəfdən, cavabdeh bu hüququndan sui-istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Belə ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli qərarının 1.2-ci maddəsinə əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.

20. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh ev heyvanlarının, eləcə də itlərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməmiş, həmçinin heyvanların saxla nılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli qərarı ilə müəyyən edilmiş say limitini də keçmişdir.

21. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, hazırkı iddia qismən, yəni cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanların (itlər) həmin ərazidən köçürülməsi şəklində təmin edilməlidir. Çünki itlərin həmin ərazidə saxlanılması iddiaçıların yuxarıda qeyd edilən hüquqlarının pozulmasına səbəb olur. Heyvanların hansı əraziyə köçürülməsi məsələsini əvvəlcədən müəyyən etmək mümkün olmadığına görə isə bu məsələ icra mərhələsində öz həllini tapmalıdır.

22. Eyni zamanda birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehə bir daha belə vəziyyətə səb əb olmaması üçün bundan sonra heyvan saxlamaqla məşğul olmasının qadağan edilməsi hissəsini əsassız hesab edib və bunu onunla əsaslandırıb ki, qanunvericilik hər kəsə ev heyvan saxlamaq hüququnu müəyyən etmişdir və bu hüququn məhdudlaşdırılması yalnız digər şəxslərin daha üstün hüquqlarının qorunması çərçivəsində mümkündür. Bu çərçivəni aşan qadağanın qoyulması isə vətəndaşın hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması deməkdir. Bu xüsusda tələbin heyvanların cavabdehdən alınması hissəsi də əsalı deyildir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 31, 41, 60-cı, Mülki Məcəllənin 6, 6.1, 6.3, 170.2, 560.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.

25. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən həm maddi normaları pozmuş, həm də, müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamamışdır; - məhkəmə qəbul etdiyi qətnamədə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması Qaydarlarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarının 2.1-ci maddəsinə istinad e tmişdir. Sözügedən qərarın 2.1-ci maddəsinə əsasən ev baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir. Lakin həmin qaydalarda bağ evinin həyətində it saxlanılmasını və onun sayını məhdudlaşdıran heç bir norma yoxdur. Buna baxmayaraq, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində heç bir digər normaya əsaslanmayaraq cavabdehin heyvanların müəyyən edilmiş say limitini keçməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin qətnamədə qeyd etdiyi “limit” yalnız çoxmərtəbəli binada yerləşən mənzillərə aiddir; - bu səbəbdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qəra rının 2.1-ci maddəsinə istinad edilməsi qanunun səhv təfsir edilməsi, bu isə öz növbəsində maddi hüquq normalarının pozulması deməkdir; - daha sonra məhkəmə qəbul etdiyi qərarda iddiaçılar tərəfindən təqdim edilən müxtəlif aidiyyəti olmayan qurumlardan alınan məktublara istinad edərək cavabdehin öz bağ sahəsində itləri gigiyena normalarına uyğun olmayan şəraitdə saxlanıldığı nəticəsinə gəlmişdir. Məhkəmə ərazidə mövcud sanitariya vəziyyətini, saxlanılan itlərin şəraitini yerində yoxlamadan mövcud vəziyyəti aydınlaşdırmaq məqsədi ilə yerində baxış keçirməkdənsə səlahiyyəti olmayan qurumların 1 il əvvəl yazılan məktublarını sübut kimi qəbul edərək ərazidə antisanitar normaların pozulması qənaətinə gəlmişdir. İiddiaçılar tərəfindən məhkəməyə təqdim edilən və məhkəmənin istinad etdiyi məktub ların ən yenisi xx.xx.2020-ci il tarixinədir. Yəni məhkəmə 2021-ci ilin aprel ayında mülki işə baxaraq təqribən 1 il əvvəl ərazidə səlahiyyəti olmayan qurum tərəfindən baxış keçirilən zaman aşkar olunan antisanitar vəziyyətinin hələ də mövcud olması qənaətinə gəlmişdir. Halbuki, antisanitariya statik (sabit, hərəkətsiz, inkişafsız) anlayış deyil, yəni antisanitariya təmizlənməklə dərhal aradan qalxa bilər. Hazırda və məhkəmə prosesi gedən zaman mübahisə predmeti olan ərazidə hər hansı bir anitsanitariya halı mövcud deyil; - bütün itlər sterilizə olunub, peyvəndləri vurulub və çiplə təchiz olunublar. Bunu işə əlavə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin müvafiq işə əlavə olunmuş müvafiq dezinfeksiya və vaksinasiya aktları təsdiq edir; - ərazidə saxlanılan itlərin köçürülməsini qət edilsə də, onların məhz hara köçürülməsi məsələsinə aydınlıq gətirilməyib. İtlərin saxlanılması üçün sığınacağın olmaması və itlərin köçürülmə yerinin məhkəmə tərəfindən müəyyən edilməməsi itlərin ölümünə bərabərdir. Belə ki, 40-a yaxın əlil itlərin küçəyə buraxılması həm itlərin kütləvi ölümünə, həm də ki, ərazidə xoşagəlməz halların baş verməsinə səbəb ola bilər (əlil itlər insanlara cuma bilər və yaxud insanlar onları zədələyə və ya öldürə bilər). Məhkəmə qeyd olunan işlə bağlı ümumiyyətlə araşdırma aparmayıb və qəbul etdiyi qətnamədə mübahisəni kökündən həll eləməyib. Belə ki, cavabdehə itlərin köçürülməsini öhdəlik kimi üzərinə qoyan məhkəmə itlərin sonrakı talelərinə və əraziyə 40-a yaxın əlil itin buraxı lmasına bir növ göz yummuş və bununla da mübahisə mahiyyəti üzrə düzgün həll olunmamışdır; - məhkəmə tərəfindən qeyd olunan məsələnin köklü həlli üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməliyidlər. Belə ki, qeyd olunan qurumlar bilavasitə ərazidə baytarlıq qaydalarının təmin edilməsini və ictimai asayişin qorunmasını təmin edir. Belə olan halda, həmin qurumlar tərəfindən məhkəmənin köçürülməsini qət etdiyi itlərin köçürülməsi üçün müəyyən alternativ təklifi ola bilərdi; - Azərbaycan Respublikasının da ratifikasiya etdiyi "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsini 2-ci bəndində qeyd edilmişdir ki, heç bir kəs ev heyvanını çölə ata bilməz; - bundan əlavə, iddia ərizəsi ilə iddiaçıya qarşı məhkəməyə müraciət edən şəxslərin yalnız ikisi İddiaçı1 və X2 cavabdehin bağ qonşularıdır. Digər iddiaçılardan İddiaçı3 cavabdehlə divar qonşusu deyil, İddiaçı4, İddiaçı6, İddiaçı2 isə, ümumiyyətlə, qonşu deyillər və onlar çox uzaqda yaşayırlar. Qeyd olunan şəxslərin ikisi İddiaçı1 qohumu, digəri isə ona məxsus avtoyuma məntəqəsinin işçisidir (yəni maddi cəhətdən İddiaçı1 asılı adamdır). Məhkəmə həmin şəxlərin həqiqətən də Cavabdeh ilə bağ qonşusu olubolmamasını araşdırmamış və həmin şəxslərin həqiqətən də orada yaşadıqları faktını müəyyən etməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakmiyyətini mübahisə predmeti barəsində müstəqil tələb ir əli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.

27. Üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakmiyyətinin nümayəndəsi apellyasiya baxışında bildirib ki, itlərin köçürülməsi üçün torpaq sahəsi ayrılmalıdır. Hazırki halda isə bu məqsədlə torpağın ayrılması İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Cavabdeh tərəfindən itlərin saxlanılması birmənalı şəkildə iddiaçıların mənafeyinə toxunur. Belə ki, həmin ərazi yaşayış massivi kimi nəzərdə tutulub və ailələr yaşayır. Həmin ərazidə şikəst və ya sağlam itlərin saxlanılması onların hüquqlarını pozur. İcra Hakmiyyəti olaraq itlərin həmin ərazidə saxlanılması ilə razı deyillər. Qonşuların müraciəti əsasında itlərin saxlanıldığı yerə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, sürü şəklində cavabdeh tərəfindən saxlanılan itlər iddiaçıların hüqu qlarını pozur. İddiaçıların hüquqlarını pozacaq hallar yəni, itlərin səs-küyü, iyi-qoxuları və.s həmin ərazidə mövcuddur. Cavabdeh tərəfindən həm qonşuluq hüququ, həm də qanunla heyvanların saxlanılması üçün müəyyən olunan qaydalar pozulmuşdur

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7010/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 21 may 2020-ci il tarixli 19/1/BN-2384 saylı məktuba əsasən müəyyən edib ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dəniz kənarı ünvanında ev heyvanları (itlər) qanunla müəyyən edilmiş normadan artıq və antisanitar şəraitdə saxlanılmaqdadır, itləri saxlayan Elena Simakina ilə maarifləndirici söhbət aparılaraq izah edilmişdir ki, şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında mal-qara, it, pişik saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariya-gigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır. Eyni zamanda Elena Simakinanın it saxlamaqla və onların müalicəsi ilə bağlı hərəkətlərində “Baytarlıq haqqında” Qanunun 5.2-ci bəndinin tələblərinin pozulduğu aşkar olunmuşdur

30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin itlərin say limiti ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən itlərin saxlanıldığı torpaq sahəsi və ona qonşuluqda yerləşən torpaq sahəsi iddiaçılara və cavabdehlərə məhz bağ evinin tikintisi məqsədi ilə verilmişdir. Qanunla bağ evinin həyətində it və digər ev heyvanlarının saxlanılmasını və onun sayını məhdudlaşdıran heç bir normanın mövcud olmaması halında belə fiziki və hüquqi şəxslər tərəfindən onlara verilən bu hüquqdan suiistifadə edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qanunla hüquqdan hər hansı formada sui-istifadə edilməsinə yol verilmir. 31.Cavabdehə məxsus bax sahəsində onun tərəfindən 40-da çox əlil it saxlanılmaqdadır. Qe yd edilən sayda əlil itin ulaşması və digər formada səs-küy salması da qaçılmazdır. Yəni itlərin sterilizə olunması və peyvəndlərinin vurulması halı qəbul edilmiş olsa belə, cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulmadığı qənaətinə gəlinə bilməz və cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz.

32. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, heyvanların hansı əraziyə köçürülməsi məsələsini əvvəlcədən müəyyən etmək mümkün olmadığına görə məhkəmə haqlı olaraq hesab etmişdir ki, bu məsələ icra mərhələsində öz həllini tapmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və apellyasiya icraatı zamanı İcra Hakimiyyətinin nümayəndəsinin iştirak təmin edilməklə və izahatı alınmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və X1 onunla qonşu olduğu mübahisələndirilmir və ona görə də qeyd edilən iddiaçıların subyektiv hüququnun mövcudluğu üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. İş üzrə digər iddiaçıların apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərə əsasən isə həmin iddiaçıların da cavabdehin yaşadığı ərazidə tor paq əraziləri var və həmin ərazidə yaşayırlar. Göründüyü kimi, hazırki iddia üzrə iddiaçıların hər birinin subyetkiv hüququ təsdiq olunduğundan cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 37.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 170.2. Qonşu torpaq sahələr inin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanların ın saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli Qərarı Bənd 1.2. Ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Bənd 2.1. Baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Bənd 4.1. Heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır. Bənd

5. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: 5.1.1. heyvana lazımi səviyyədə yem və su verməli; 5.1.2. heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli; 5.1.3.“Agentlikdə“qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə“müayinədən“keçirməli; 5.1.4. baytarlıq xidmətində“ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli; 5.1.5. lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli; 5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün“Agentliyin“regional bölməsinə“müraciət etməli; 5.1.8. ətraf mühitin çirklənməsinə yol verm əməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o c ümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib, və qanuni nəticəyə gəlmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin üçüncü şəxslərin işə cəlb edilməsi barədə dəlilləri əsasında Suraxanı rayon İcra Hakmiyyətini üçüncü şəxs qismində işə cəlb edib, həmin orqanının iş üzrə mülahizəsini öyrənib.

43. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə cavabdeh yaşayış məntəqəsində çox sayda it saxlayır, lakin itlərin saxlanılması üçün tələb olunan qaydalara əməl etməməklə iddiaçıların hüquqlarını pozur. İtlər qanunla müə yyən edilmiş normadan artıq və antisanitar şəraitdə saxlanılmaqdadır, şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında mal-qara, it, pişik saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariya-gigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır.

44. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 29-34-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

45. Apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

46. Bu ba xımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7010/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar