Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3153/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-62/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev, iş № 2(032)-798/2018) İddiaçı cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə qarşı ödənilməmiş məzuniyyət haqqlarının və icraatında olan işlərlə bağlı işləyəcəyi dövr üçün əmək haqqının ödənilməsi, əmək haqqından 1801,1 manat artıq gəlir vergisinin tutulması ilə bağlı həmin məbləğdə pulun, cəmi 27.869.57+1801,1=29.670,67 manat məbləğində pulun Şirvan Apellyasiya Məhkəməsindən alınaraq ona verilməsini, əmək kitabçasında xx xxxxxxx 2017-ci il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin təminatından çıxarılması barədə düzəlişin aparılması tələbinə dair iddiaərizəsi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) iddiaçı A.Q. Dosiyevin apelyasiya şikayəti təmin olunmamış, Şirvan Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı xx xxxx 2010-cu il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləmiş, səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx xxxx 2017-ci i l tarixdən məhkəmənin təminatından çıxarılmaqla əsas kimi Azərbaycan Respublikası Prezidentinin 28iyul 2017-ci il tarixli 2289 saylı Sərəncamının İİ bəndi göstərilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsində işlədiyi müddət ərzində hər il məzuniyyətə gedərkən ona yalnız 2 aylıq müavinətin ödənilməsini, məzuniyyətə görə isə ona əmək haqqının ödənilməməsini, eləcə də icraatında olan işlərin tamamlanması üçün zəruri olan 2 aya görə ona əmək haqqının ödənilməməklə ümumilikdə ona 27.869,57 manat məbləğində əmək haqqının ödənilməməsini, işlədiyi 83 ay ərzində hər ay ondan 21.7 manat məbləğində artıq gəlir vergisinin tutulmasını (83 ay x21.7 manat = 1.801.1 manat) əsas göstərməklə Şirvan ApellyasiyaMəhkəməsindən onun xeyrinə 29.670,67 manat (27.869, 57+1801,1=29.670,67) tutulması vəəmək kitabçasında xx xxxxxxx 2017-ci il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin təminatından çıxarılması barədə düzəlişin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsində işlədiyi 7 il ərzində hər il ödənişsiz məzuniyyətə göndərilməsini, icraatında qalmış işlərə baxılması üçün zəruri olan müddət üçün (2ay) əmək haqqının ödənilməməsini, əmək haqqındanəlavə dəyər vergisinin düzgün tutulmamasını, lakin məhkəmə kollegiyası tərəfindən sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulmaqla işə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında İddiaçıkasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsində işlədiyi müddətdə hər il əmək məzuniyyətindən istifadə etmiş və məzuniyyətə gedərkən ona aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilməklə bu, iddiaçı tərəfindən təsdiq olunur. İddiaçı həmin pul məbləğini məzuniyyət haqqı hesab etmədiyindən məhkəmədə məzuniyyət haqqının ödənilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya hər il məzuniyyətə gedərkən ödənilmiş aylıq əmək haqqının 2 misli miqdarında müavinət əslində ona məzuniyyət haqqı ödənildiyindən, iddia tələbi həmin hissədə əsassız olmuşdur. İddiaçının əmək haqqından əlavəgəlir vergisinin artıq tutulm ası barədə göstərdikləri və eləcə də icraatında baxılmamış qalmış işlərə görə 2 aylıq əmək haqqının ödənilməməsi barədə dəlillərini əsassız sayan məhkəmə kollegiyası iddianın həmin hissədə rədd olunmasını da əsaslı saymışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106, 107-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 141 və 154-cü maddələrinə istinad etmişdir. İşin yuxarıda göstərilən müəyyən olunmuş halları və tətbiq olunan normalar iddianın rədd edilməsinin qanuni və əsaslı olması barədə nəticəyə gəlmək üçün əsas verdiyindən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin dəlilləri qətnaməni n ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3153/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3153/2020
29.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver