Məhkəmə qərarları › İş №2(102)-3155/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3155/2020

04.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3155/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, 3-cü şəxs X11 hüquqi varisi X12 vəkili Əsədov Anar Əsədulla oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3 və Cavabdeh1 hüquqi varisi X30 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqa yıt Şəhər Rayon Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) xx.xx.2019-cu il tarixli, 2(060)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı5, Cavabdeh1 və İddiaçı3 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə, üçüncü şəxslər X11 hüquqi varisi X14 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı “daşınmaz əmlakın özəlləşdirilməsinin etibarsız hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Məmmədov, L.Məmmədova, S.Qafari) xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3 və Cavabdeh1 hüquqi varisi X30 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-c u il tarixli, 2(060)xxx/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3 və Cavabdeh1 hüquqi varisi X30 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı5, Cavabdeh1 və İddiaçı3 cavabdeh AR ƏMDK yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsinə, üçüncü şəxslər X11 hüquqi varisi X14 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı “daşınmaz əmlakın özəlləşdirilməsinin etibarsız hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X20 tərəfindən 60/2652 saylı bağ sahəsinin özəlləşdirilməsinin etibarsız hesab olunması, xx.xx.2017ci il tarixli, ********** nömrəli qeydiy yatın, 14.094.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3, Cavabdeh1 hüquqi varisi X30 və onların vəkili Qulamov Ağazahid Şirzad oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmələri səbəbindən məhkəmə iclasının başqa vaxta təyin olunması ilə əlaqədar teleqram vurulmasına baxmayaraq, məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasını keçirmiş və qətnamə qəbul etmişdir. Bununla da məhkəmə sübutların araşdırılmasından və sübutların təqdim olunmasından iddiaçıları məhrum edərək ədalət mühakiməsinin m üqəddəs olan tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə, məhkəmənin mövqeyinə görə, iddiaçıların mübahisə edilən torpaq sahəsinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Lakin bununla bağlı qeyd edilməlidir ki, Mübahisə edilən torpaq sahəsinə dair iddiaçılar tərəfindən ödənilmiş xx.xx.2004-cü il tarixli EQG 003280, 003284, 003235, 003267 nömrəli ödəniş qəbzlərinə əsasən, iddiaçıların hər birinin Bələdiyyənin hesabına həmin dövr üçün torpağın dəyəri olan 1.500000 (AZM) manat məbləğində pul ödəmələri onu ehtiva edir ki, mübahisə edilən torpaq sahəsi iddiaçılara ayrılmışdır. İddiaçılar mübahisə edilən torpaq sahəsinə 25 ildir fa ktiki olaraq sahiblik və istifadələrində olmaqla fərdi yaşayış evi tikərərək yaşayırlar. Mülki iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “20” fevral 2019-cu il tarixli ekspert rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən, X4 icarəsinə verilmiş Corat bağları 60/2652 saylı bağ torpaq sahəsinin koordinatlarını icarə müqaviləsinə əsasən müəyyən etmək mümkün deyil. Bu bir daha təsdiq edir ki, iddiaçıların iddiasının əsasını təşkil edən X11 icarəsinə verilmiş Corat bağları 60/2652 saylı bağ torpaq sahəsinin koordinatları cavabdehlər X5 və X1 məxsus Sumqayıt şəhəri ərazis ində fərdi yaşayış evləri üçün ayrılmış 6 sot torpaq sahəsində yerləşən *** nömrəli və İddiaçı5, İddiaçı1 məxsus 25 sot torpaq sahəsində yerləşən 63-65 nömrəli evlərin ünvanları (koordinatları) eyni deyil. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli qətnaməsində qeyd olunur ki,yerləşən ümumi torpaq sahəsi 0,25 ha olan 60/2652 nömrəli bağ evinin iddiaçının istifadəsində qalmasına etiraz etməmişdir. Lakin AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı 14515 saylı çıxarışdan görünür ki, çıxarış ancaq torpaq sahəsinə verilmişdir və qeyd olunan torpaq sahəsində ev və ya başqa tikili mövcud deyil, bundan başqa həmin qətnamə ilə cavabdehlər dedikdə mövcud iddiaçılar nəzərdə tutulmur. Sumqayıt Apellyasiya Məhkəm əsinin xx xxxxx 2016-ci il tarixli qətnaməsində nəzərdə tutulan cavabdehlərə ümumiyyətlə iddiaçıların yaşadığı torpaq sahəsində və onun yaxınlığında 25 torpaq sahəsi məxsus deyil və olmamışdır. Qətnamədə qeyd olunan torpaq sahəsinin harada yerləşməsi və ümumiyyətlə mövcud olması iddiaçılara məlum deyildir. Qeyd olunanlar və ekspert rəyi onu ehtiva edir ki, məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş torpaq sahəsinin iddiaçılara məxsus torpaq sahəsinə aidiyyəti yoxdur. Digər tərəfdən, iddiaçılar mübahisə edilən torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qanunla müəyyən olunmuş pul vəsaitini ödəməklə və eyni zamanda 25 il müddətində faktiki sahiblik və istifadə etdikləri torpaq sahəsində fərdi yaşayış evləri tikərək yaşamaqla həmin torpaq sahəsinə mülkiyyətə qanuni gözləntisini əldə etmişdir. Bu isə mülkiyyət hüququna bərabər tutulur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-xxx/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə bu iş üzrə iddiaçıların çıxarılması, onlar tərəfindən tikililərin qanunsuz olması və iddia edilən ünvanla eyni olmasının nəzərdə tutulmaması onu ehtiva edir ki, həmin qətnamə bu iş üçün preyudusial əhəmiyyətə malik deyil. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3, Cavabdeh1 hüquqi varisi X30 Cavabdeh X24, cavab deh AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin, üçüncü şəxs Sumqayıt Şəhər Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs X11 hüquqi varisi X21 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçıların vəkili Qulamov Ağazahid Şirzad oğlu məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin teleqramda göstərdiyi xüsusatlarla bağlı teleqrama hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X11 hüquqi varisi X12 vəkili Əsədov Anar Əsədulla oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edi lməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlnmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan Cavabdeh3 xx xxx 2019-cu il tarixli, **********63 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhərində yerləşən 777 saylı torpaq sahəsinə dair X11 adına RX seriyalı ******* saylı çıxarışın verilməsinə əsas xx xxxxxx 1965-ci il tarixli, 2872 saylı uzunmüddətli icarə müqaviləsi və Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(102)-xxx/2016 saylı qərarı olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)xxx/2015 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X11 cavabdehlər X5, X6, X22, X1, X7 və X13 qarş bağ sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxslər İddiaçı5, İddiaçı1, Cavabdeh1 və X2 iddiasının rədd edilməsi, İddiaçı5, İddiaçı1, Cavabdeh1 və X2 cavabdehlər X15 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı torpaqdan istifadə hüququnun itirilmiş hesab edilməsi və torpağa dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasını n 2(105)-xxx/2016 saylı xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı S.Muradovun apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qismən - iddiaçı X11 cavabdehlər X5, X6, X22, X1, X7 və X13 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, cavabdehlər X16, X17, X25, X8, X18 və X9 Sumqayıt şəhəri, 21ci mikrorayon ərazisində yerləşən icarə müqaviləsi əsasında iddiaçı X15 məxsus olan 0,25 ha sahəsi olan xxx/2652 saylı bağ torpaq sahəsindən çıxarılmaları qət edilmiş, qətnamə qalan hissədə dəyidirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-ci il tarixli, 2(102)-xxx/2016 saylı qərarı ilə cavabdeh X3, h abelə üçüncü şəxslər İddiaçı5, İddiaçı1, X2 birgə verdikləri, həmçinin Sumqayıt Bələdiyyəsinin kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-xxx/2016 saylı xx xxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmə aktlarından görünür ki, həmin məhkəmə aktları ilə hazırkı iş üzrə iddiaçıların mübahisəli torpaq sahəsi üzərində hər hansı əmlak hüquqları yaranmadığından onların sözügedən torpaq sahəsi ilə bağlı başqa şəxslərə qarşı iddia irəli sürmək hüququna malik olmadıqları müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisəl əndirilmir və yenidən sübut edilmir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar hazırkı apelyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildirlər. Digər tərəfdən, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iştirak etmiş Sumqayıt şəhər bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında mübahisəli torpaq sahəsinin iddiaçılara ayrılması barədə bələdiyyənin hər hansı qərarının olmadığını bildirmişdir. Apelyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, torpaq sahəsi üzərində qanunsuz tikilinin inşa edilməsi qanunsuz tikilini həyata keçirən şəxs üçün həmin torpaq sahəsinə dair başqa şəxslərə verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquq yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (MM-in 180.2-ci maddəsi). Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya koll egiyası düzgün olaraq vurğulamışdır ki, torpaq sahəsi üzərində qanunsuz tikilinin inşa edilməsi qanunsuz tikilini həyata keçirən şəxs üçün həmin torpaq sahəsinə dair başqa şəxslərə verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquq yaratmır. İddiaçıların subyektiv hüququnun olmaması yuxarıda qeyd edilmiş məhkəmə aktları ilə də müəyyən olunur. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3 və Cavabdeh1 hüquqi varisi X30 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar