Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-316/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Səttar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-316/2022 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, ekspert rəyi, sübutların qiymətləndirilməsi ) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Səttar qızının vəkili və nümayəndəsi Vəkil1 oğlunun Həbib oğlunun iştirakı ilə, İddiaçı Səttar qızın ın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC Avrasiya Hospitalına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-731/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Səttar qızının kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 MMC Avrasiya Hospitalında həkim Cavabdeh2 İddiaçı göz qapağında və gözün ətrafında olan qırışların götürülməsi kosmetik əməliyyatını aparmışdır.
2. Əməliyyatdan sonra iddiaçının göz qapaqları qapanmamış, gözünün ətrafında yaralar əmələ gəlmişdir. İddiaçı təkrarən bir neçə dəfə əməliyyat olunmuşdur.
3. Mübahisə cavabdehlərin dəymiş ziyanda təqsirli olması və ziyanın ödənilməsi barədədir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Səttar qızı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 3560 manat məbləğində maddi, Türkiyə Respublikasında müalicə üçün ödənilmiş 15000 ABŞ dolları məbləğində pulun manatla məzənnəsi, 50000 manat məbləğində mənəvi zərər, 210 manat məbləğində vəkil xərci və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, 2018-ci ilin fevral ayında iddiaçının nəvəsinin Gömrük Hospitalında burunun uno-plastik əməliyyatı keçirilmişdir. Bu əməliyyatı hospitalın həkimi Cavabdeh2 həyata keçirmişdir. Nəvəsinin əməliyyatı zamanı iddiaçı həkim Abduləli ilə tanış olmuş və söhbət əsnası nda həkim iddiaçıya gözünün üstündə və kənarlarında olan qırışları əməliyyat edərək götürməyi təklif etmişdir.
6. İddiaçı nəvəsinin toyunda yaxşı görünmək üçün bu haqda fikirləşməyə başlamış və həkimin davamlı təkidindən sonra razılaşmışdır. Həkim Cavabdeh2 iddiaçıdan göz qapağında və gözün ətrafında olan qırışların götürülməsi kosmetik əməliyyatı üçün 8560 manat pul istəmişdir.
7. İddiaçı 22.01.2019-cu ildə saat 7-də Avrasiya Hospitalına 8560 manat ödəniş etmişdir. Buna baxmayaraq, ödəniş barədə heç bir qəbz verilməmiş, bildirilmişdir ki, 6-cı mərtəbədə yerləşən əməliyyat otağında Abduləli həkim iddiaçını gözləyir. Əməliyyat 6 saat davam etmiş və həkim iddiaçını düzgün əməliyyat etmədiyi üçün 4 gün Hospitalda qalmışdır. Buna görə də iddiaçı əlavə olaraq 500 manat məbləğində pul ödəmişdir.
8. Xəstəxanadan çıxdıqdan sonra iddiaçının vəziyyəti daha da ağırlaşmış və göz nahiyəsində şiddətli ağrılar başlamışdır. Buna görə də qızı iddiaçını öz evlərinə aparmış və iddiaçı 15 gün qızıgildə qalmışdır. Orada qaldığı müddətdə ağrılara dözə bilmədiyi üçün hər gün həkimi axtarmışdır. Lakin həkimin köməkçisi iddiaçıya həkim xaricdə ezamiyyətdə olduğunu demişdir.
9. Qızıgildə olduğu müddətdə həkimin köməkçisi 3-4 dəfə gəlib iddiaçını müayinə etmiş və hər dəfə demişdir ki, «həkim deyir ki, narahat olmasın düzələcək». Əməliyyat nəticəsində iddiaçının gözü qapanmamış və göz ətrafında yaralar əmələ gəlmiş, hətta gecələr yatarkən göz qapağı tam bağlanmamışdır. Buna görə də iddiaçı gözüaçıq yatmalı olmuşdur.
10. İddiaçının görmə qabiliyyəti də zəifləmişdir. Nəhayət, iddiaçı həyat yoldaşının tə kidi ilə öz evinə gətirilmiş, həmin dövrlərdə də gözü görməmiş və kəllə sümüyünə dəmirlər taxıldığı üçün vəziyyəti daha da ağırlaşmışdır. Həkimi tapa bilmədiyi üçün həkimin köməkçisi Könülü iddiaçı evə çağırmışdır. Mart ayının əvvəllərində həkimin köməkçisi Könül vəziyyətinin daha da ağırlaşdığını görüb bu barədə həkimə bildirmişdir.
11. Bundan sonra həkim iddiaçıya ertəsi günü Avrasiya Hospitalına gəlməyini bildirmişdir. İddiaçı Hopsitala getmiş, həmin gün Abduləli həkim ondan şikayət verməmək üçün və gözü qapanmadığı üçün yenidən iddiaçını əməliyyat etmiş və gözünün üst qapağından kəsib alt qapağına tikmişdir. Bu əməliyyatdan sonra da iddiaçının gözləri yumulmamış və yenə də şiddətli ağrılar baş vermişdir.
12. İddiaçı səhhəti ilə bağlı “Briz” və “Dobromed” klinikalarının həkimlərinə də fələrlə müraciət etmiş və onların birmənalı rəyinə əsasən Avrasiya Hospitalında iddiaçı düzgün əməliyyat olunmamış, bu səbəbdən iddiaçının gözünə, yəni görmə qabiliyyətinə zərər yetirilmişdir. “Dobromed” klinikasının həkimi Aygün xanımın dəfələrlə qəbulunda olmuş və onun müalicəsini almışdır.
13. İddiaçının vəziyyətinin daha da ağırlaşmasını görən ailəsi ona Türkiyəyə müayinə üçün getməyi məsləhət bilmişdir. İddiaçı 14.03.2019-cu ildə İstanbul şəhərində yerləşən «X2 Hastanesi Mərkəzi» klinikasında müayinə olmuş, iddiaçıya bildirmişlər ki, onun üzərində aparılan əməliyyat tamamilə yanlışdır, lakin təzə olduğu üçün iki aydan sonra gəlib əməliyyat olun bilər. Mart ayının 15-də iddiaçı Bakıya qayıtmışdır. Lakin gözünün şiddətli ağrılarına dözə bilmədiyi, gözünün qapanmadığı üçün və gözünün sul anmasına dözə bilməyib mart ayının 23-də iddiaçı yenidən Türkiyəyə getmiş, aprel ayının 2-də Türkiyədə yerləşən «X2 Hastanesi Mərkəzi» klinikasında əməliyyat olmuşdur.
14. Əməliyyat zamanı iddiaçının gözü qapanmadığı üçün qulaq nahiyəsindən dəri kəsilib göz nahiyəsinə tikilmişdir. İddiaçı Türkiyədə yerləşən klinikada müalicə və əməliyyat üçün 15000 dollardan çox pul xərcləmişdir.
15. İddiaçı Türkiyəyə getməmişdən öncə həyat və yeznəsi cavabdehlər Avrasiya Hospitalı və Cavabdeh2 ilə danışıqlar aparmış və onlara ödənilmiş puldan 7500 manatı qaytarmışlar. Lakin bu məbləğ iddiaçının Türkiyədə müalicəsi üçün çəkdiyi və bundan sonra çəkəcəyi xərcləri ödəmir. İddiaçının müalicəsi hazırda da davam edir, iddiaçı daimi olaraq Türkiyə Respublikasına müalicə üçün gedir.
16. İddiaçıya dəymiş maddi ziya n 3560 (cavabdehlər tərəfindən 7500 manat ona qaytarılmışdır) manat məbləğindədir. Türkiyədə əməliyyat olunmaq üçün 15000 ABŞ dolları məbləğində xərc də maddi ziyan sırasındadır. Hazırkı işin faktiki halları baxımından iddiaçıya mənəvi ziyana görə 50000 manat məbləğində pulun ödənilməsi ağlabatandır. Hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Bunun üçün iddiaçı 210 manat məbləğində pul ödəmişdir.
17. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1112, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 5, 12, 57 və 59-cu maddələrinə istinad etmişdir.
18. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında 24 iyun 2019-cu il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspert qarşısında iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü, əməliyyata gö stərişin olub-olmaması, müayinə, müalicə və cərrahi əməliyyatın zərərlə səbəbli əlaqəsi, zərərin məbləği ilə bağlı müvafiq suallar qoymuşdur.
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 325/KEŞ nömrəli, 06.09.2019-cu il tarixli ekspert rəyinə əsasən: - “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 22.01.2019-cu il tarixdə hospitala daxil olduqdan sonra aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında ona “Üzün yuxarı və orta nahiyəsinin, alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaq larının ektropionu” diaqnozu düzgün təyin edilmişdir; - “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi əməliyyatda n öncə aparılmış kliniki, laborator və instrumental müayinələrinin nəticələrinə əsasən əməliyyata əks göstəriş olmamışdır; - “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün mütəxəssis müayinələrinə əsasən təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofilinqi cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir; - İddiaçı mütəxəssis müayinələrinə əsasən, onda əməliyyatdan sonrakı dövrdə üst göz qapaqlarının tam bağlanmaması, sağ göz qapağının fizioloji formasının dəyişməsi və əməliyyat nahiyəsində post-operativ çapıq toxumasının olduğu müəyyən edilmişdir. Əməliyyatdan sonrakı dövrdə yaranmış dəyişikliklər pasien tin yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq post-operativ çapıq toxumasının formalaşması ilə əlaqədar meydana çıxmışdır. Qeyd olunan patoloji dəyişikliklər etaplı cərrahiyyə əməliyyatları və fizioterapevtik prosedurlar ilə aradan qaldırıla bilər; - İddiaçı mütəxəssis-oftalmoloqun müayinəsinə əsasən, onda görmə qabiliyyətinin VisOD=0,1; VisOS=0,1 olduğu, yuxarı göz qapağının tam qapanmadığı, sağ göz qapağının fizioloji formasının dəyişdiyi, əməliyyatla bağlı çapığın və “quru göz sindromu”nun olduğu müəyyən edilmişdir. Üst göz qapaqlarında əməliyyatdan sonra yaranmış deformasiyalar etaplı cərrahi əməliyyatlar və fizioterapevtik prosedurlar ilə aradan qaldırıla bilər. Bunun üçün tələb olunan vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspertiza komissiyasının səlahiyyətləri nə aid deyil; - İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı dövrdə onda yaranmış patoloji dəyişikliklərlə əlaqədar 25.03.2019-cu il tarixdə Türkiyə Cümhuriyyəti “X1 Kompleksi”ndə onun üzərində “Göz qapağı dəri defektlərininrekonstruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. İlkin cərrahiyyə əməliyyatından sonra qeyd olunan patoloji dəyişikliklər orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bu tip estetik əməliyyatlarda rast gəlinən hallardandır.
20. İdddiaçı əlavə ekspertiza təyin edilməsi barədə vəsatət verərək, sualların dairəsini də təqdim etmişdir.
21. Birinci instansiya məhkəməsi 29 oktyabr 2019-cu il tarixli qərardadla təkrar məhkəmə-tibbi ekspertizası təyin etmişdir.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloj i Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi 27 yanvar 2020-ci il tarixli məktubla ekspertiza barədə qərardadı icrasız geri qaytarmış və bunun səbəbi kimi göstərmişdir ki, İddiaçı mütəxəssis həkimlərə göndərilsə də, bu günə qədər müayinənin nəticələri Birliyə daxil olmayıb.
23. Cavabdeh2 nümayəndəsi hər hansı dəlil göstərmədən iddiaya etiraz etdiyini bildirmişdir.
24. Nəsimi Rayon Məhkəməsinin 2(006)-274/2020 nömrəli, 08 iyun 2020-ci il tаrixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Cəmilə Musayeva)
25. Birinci instansiya məhkəməsi İddiaçı adına Türkiyə Cümhuriyyəti “X1 Kompleksində tərtib edilmiş 2 epikrizə, 58 saylı şəhər Poliklinikasında tərtib edilmiş ambulator kitabçanın çıxarışına, ekspert rəyinə və işdəki digər sübutlara hüquqi qiymət verərək, müəyyən edib ki, İddiaçı 22.01.2 019-cu il tarixdə qaş və yanaqda olan sallanma, üst göz qapağında izafi dəri yığınları, xarici görünüşünün qənaətbəxş olmaması şikayətləri ilə “Med CorporationMMC Avrasiya Hospitala müraciət etmişdir. İddiaçıya “Üzün yuxarı və orta nahiyəsinin alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ekrtopionu” diaqnozu qoyulmuş və daha sonra onun üzərində həmin tarixdə ümumi anesteziya altında “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofilinqiəməliyyatı icra edilmişdir.
26. Birinci instansiya məhkəməsi qeyd edib ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dis pozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 1096, 1097.1, 1099 və 1112ci maddələrinə istinadən vurğulayıb ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.
28. Birinci instansiya məhkəməsi iddianın əsaslığını müzakirə edərək, göstərib ki, həmin hospitalda fəaliyyət göstərən həkimin hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılması zəruridir. Çünki iddia ərizəsindən göründüyü kimi iddiaçı səhhətində yaranan problemlərin Cavabdeh2 tərəfindən əməliyyatın düzgün icra edilməməsi nəticəsində yaranmasına istinad edir. Lakin məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən məlum olmuşdur ki, “Avrasiya Hospital”da İddiaçı “Üzün yuxarı və orta n ahiyəsinin, alt göz qapaqlarının estetik deformasiyası. Alt göz qapaqlarının ektropionu” diaqnozu düzgün təyin edilmiş, onun üzərində “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofılinqi” cərrahiyyə əməliyyatı diaqnoza uyğun şəkildə, taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Hal-hazırda iddiaçıda müşahidə edilən əməliyyatdan sonrakı dəyişikliklər isə iddiaçının yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq yaranmış və bu tip estetik əməliyyatlarda rast gəlinən hallardandır.
29. Birinci instansiya məhkəməsi işin bu hallarına əsasən hesab edib ki, Cavabdeh1 MMC Avrasiya Hospitalda həkimlik fəaliyyəti ilə məşğul olan Cavabdeh2 tərəfindən “Üzün yuxarı və orta hissəsinin liftinqi, üst blefaroplastika kantopexiya lipofılinqi” cərrahi yyə əməliyyatının düzgün icra edilmədiyi öz təsdiqini tapmadığından, əməliyyatdan sonrakı dövrdə iddiaçının xarici görünüşündə və sağlamlığında yaranmış dəyişikliklərlə qeyd edilən əməliyyat arasında hər hansı səbəbli əlaqənin mövcudluğu isə müəyyən edilmədiyindən hazırki iddia rədd edilməlidir.
30. Birinci instansiya məhkəməsi iddianın əsaslılığını Cavabdeh2 münasibətdə araşdıraraq onu da qeyd edib ki, iddiaçı həmin cavabdehə qarşı iddia qaldırmaqda həm də Mülki Məcəllənin 1099-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə haqlı olmamışdır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh2 iddiaçının üzərində əməliyyatı icra edərkən faktiki olaraq həkim kimi fəaliyyət göstərdiyi klinikada əmək funksiyalarını yerinə yetirirdi. O, cavabdehlər arasında bağ lanmış xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərmiş, mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs kimi onun işçisi olmuşdur. Başqa sözlə, həmin cavabdehə qarşı irəli sürülmüş iddia tələbləri həm də Cavabdeh2 iddiaya cavab verməli olan subyekt olmadığından təmin edilə bilməz.
31. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.
32. Nəsimi Rayon Məhkəməsi 08 iyun 2020-ci il tаrixli xüsusi qərardad da çıxarmışdır. Xüsusi qərardad Cavabdeh1 MMC Avrasiya Hospitalda iddiaçı tərəfindən ödənilən pulun və sonradan həmin pulun iddiaçıya qaytarılması barədə sənədlərin olmaması, iddiaçının keçirdiyi əməliyyat barəsində zəruri sənədlərin tərtib edilməməsi, həkim Cavabdeh2 müvafiq sertifikasiyasının olmaması və s. faktlarla bağlı çıxarılmışdır.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1,1099, 1112-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş ediblər.
35. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulub, iş üzrə tam və obyektiv araşdırma aparılmayıb; - birinci instansiya məhkəməsinin ekspert rəyinə istinad etsə də, həmin rəydə verilmiş suallarla cavablar arasında ziddiyyət var, suallara tam və hərtərəfli cavablar verilməyib; - təkrar ekspertiza təyin olunmalı; - həkim Cavabdeh2 klinikada xidmət müqaviləsinə əsasən işləyib, buna görə də həkimin əmək funksiyalarını yerinə yetirməsi abrədə gəlinən nəticə səhvdir; - həkimə lisenziya əməliyyatdan 6 ay sonra verilib.
36. Apellyasiya instansiyasının 17 noyabr 2020-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir.
37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyinin 28 nömrəli, 08.04.2021-cu il tarixli ekspert rəyi birinci instansiya məhkəməsini təyin etdiyi ekspertizanın rəyinə uyğun olmuşdur.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-731/2021 nömrəli, 29 iyun 2021- ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-274/2020 saylı, 08 iyun 2020 -ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəfaül Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Şərafət Məmmədova)
39. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, qeyd edib ki, hazırki iddia tələbi ilə bağlı bir neçə hal müəyyən edilməlidir: iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, cavabdehlərin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının pozulması; əgər bu hallar mövcuddursa, bunun nəticəsində iddiaçıya ziyanın vurulubvurulmaması, onların arasında olan səbəbli əlaqə, hə mçinin iddiaçıya məhz iddia tələbində göstərilən məbləğdə maddi və mənəvi ziyan vurulmasının sübuta yetiribyetirilməməsi. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir.
40. Apellyasiya instansiyası vurğuayıb ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olsa da, məhkəmə baxışı zamanı tələbinin əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin işdə olan sübutlardan, ekspertiza rəylərindən (həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza rəyləri) - iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı diaqnozun düzgün qoyulması, əməliyyata əks göstərişin olmaması, əməliyyatın taktiki və texniki cəhətdən düzgü n yerinə yetirilməsi, əməliyyatdan sonrakı dövrdə yaranmış dəyişikliklərin pasientin yaşından və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq post-operativ çapıq toxumasının formalaşması ilə əlaqədar meydana çıxması, cərrahiyyə əməliyyatından sonra patoloji dəyişikliklərin orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bu tip estetik əməliyyatlarda rast gəlinən hallardan olması və s. müəyyən edilmişdir.
41. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutü məhkəməyə təqdim edə bilməmiş, bununla da, işdə olan sübutlarla iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı iddiaçının bildirdikləri (iddiası) öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassas iya şikayətinin dəlilləri
43. İddiaçı Səttar qızı ( Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayətinin dəlilləri: - iddianı rədd edən hər iki instansiya məhkəməsi ekspert rəylərinə sübut kimi istinad etmiş, iddiaçının təqdim etdiyi digər sübutları isə nəzərə almamışlar. Halbuki qanunvericiliyə görə ekspert rəyi məhkəmə üçün məcburi deyil; - Cavabdeh2 iddiaçının üzərində plastik cərahiyyə əməliyyatı aparmamalı idi, birincisi ona görə ki, əməliyyatdan öncə verilmiş analizlər bunu qadağan edirdi, ikincisi, həkimin belə əməliyyat aparmağa səlahiyyəti olmayıb. Həkim Cavabdeh2 plastik cərahiyyə ilə bağlı praktik fəaliyyətlə məşğul olmaq üçün 18 iyun 2019-cu ildə sertifikasiyadan keçib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
46. Məhkəmə kollegiyasının iclasında İddiaçı Səttar qızının vəkili Məmmədov Yaqub oğlunun Həbib oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
47. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. ərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı ( cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Prosessual Məcəllə Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
49. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkə mə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
51. Belə ki, məhkəmələr iddianı rədd edərkən yalnız ekspert rəylərinə əsasən iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə istinad etmişlər. Məhkəmə kollegiyası bununla razılaşmır. Çünki ekspert rəyi də sübutun bir növüdür və prosessual qanunverciliyə görə heç bir sübutun, o cümlədən ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyini məhkəmə işdəki digər sübutlarla məcmu halında araşdırmaqla qiymətləndirməlidir.
52. İşdən görünür ki, iddiaçı iddia tələbinin əsası kimi əməliyyatdan sonra onun Avrasiya Hospitalda həm həkim Cavabdeh2 tərəfindən, həm İstanbul şəhərində təkrar əməliyyat olunmasına, cavabdehlər tərəfindən 7500 manatın qaytarımasına istinad etmiş, hətta İstanbul şəhərində təkrar müayinə və əməliyyatı ilə bağlı müvafiq tibbi sənədləri də əlavə etmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının istinad bu hallar və təqdim etdiyi sənədlərlə bağlı hər hansı araşdırma aparmamış, iddiaçının əməliyyatdan sonra təkrar iki dəfə əməliyyat olunmasının hansı zərurətdən doğmasına, cavabdehlərin iddiaçıya pul qaytarıb-qaytarmamasına aydınlıq gətirməmiş, pulun qaytarıldığı halda, bunun səbəblərini (bunun cavabdehlərin təqsirini etiraf etmələri baxımından) araşdırmamış, yalnız ekspert rəyinə istinad etmiş, həmin rəyi də prosessual qanunvericiliyin tələbinə uyğun qiymətləndirməmişlər.
53. Birinci instansiya məhkəməs i Cavabdeh2 qarşı iddianı rədd edərkən həm də ona istinad edib ki, Cavabdeh2 iddiaçının üzərində əməliyyatı icra edərkən faktiki olaraq həkim kimi fəaliyyət göstərdiyi klinikada əmək funksiyalarını yerinə yetirirdi. Cavabdeh2 cavabdehlər arasında bağlanmış xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərmiş, mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs kimi onun işçisi olmuşdur.
54. Birinci instansiya məhkəməsinin bir tərəfdən Cavabdeh2 klinikada əmək funksiyalarını yerinə yetirməsini, bir tərəfdən də Cavabdeh2 xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərməsi barədə gəldiyi nəticə ziddiyyətli olub. Əmək funksiyaları əmək müqaviləsinə əsas landığı halda, xidmət müqaviləsi mülki hüquqi əqd olub, əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarını özündə ehtiva etmir. Bundan başqa, birinci instansiya məhkəməsinin işin bu halını nə ilə müəyyən etməsi də işdən görünmür, çünki bu barədə nəinki hər hansı sübut araşdırılıb, hətta cavabdehlərin buna münasibəti belə öyrənilməyib. Apellyasiya məhkəməsi də buna aydınlıq gətirməyib, halbuki apellyasiya şikayətinin bir dəlili də bu barədə olub.
55. Birinci instansiya məhkəməsi araşdırmanın nəticəsi olaraq həm cavabdeh hospitalın istər iddiaçıdan alınan və qaytarılan məbləğlərə dair maliyyə, istərsə də, iddiaçının hospitalda əməliyyatı ilə bağlı tibbi sənədlərin tərtib edilməməsi, həm də Cavabdeh2 əməliyyat zamanı müvafiq sertifaksiyadan keçməməsi faktı ilə bağlı xüsusi qərardad çıxars a da, sonda iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə istinad etməsi ziddiyyətli nəticədir. Üstəlik, nəzərə alınmalıdır ki, məhkəmələrin istinad etdiyi Mülki Məcəllənin 1112-ci maddəsində nəzərdə tutulmuş “Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” ifadəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək yükünü tibb müəssisəsinin üzərinə qoyur.
56. Həmçinin işin müəyyən edilmiş hallarına görə Cavabdeh2 plastik cərrahiyyə əməliyyatı aparmaq üçün müvafiq sertifaksiyadan iddiaçını əməliyyat edəndən sonra keçsə də, işin bununla bağlı digər halları – sertifikasiyadan keçməyən həkimin müvafiq (məhz iddiaçının üzərində keçirilən) əməliyyatı keçirməyə səlahiyyətinin olub-olmaması araşdırılma yıb.
57. Prosessual qanunvericilik isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Mülki Prosessual Məcəllə, maddə 218.1)
58. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifay ətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
59. İddiaçı qeyd edilən halları apellyasiya şikayətində dəlil kimi irəli sürmüş, apellyasiya məhkəməsi isə iddiaçının dəlillərinə qiymət verməmiş, həmin dəlillər üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
60. Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəl i sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
61. İddiaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelly asiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-731/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.