Məhkəmə qərarları › İş №2(102)-3166/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3166/2022

06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3166/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şamaxı X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-3166/22 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 06 iyul 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3025/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirmişdir ki, atası X3 məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonundan meşə məhsulu olan kömürün alqı-satqısı ilə məşğul olmuşdur. 2018-ci ilin oktyabr ayında “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kömür alıb gələrkən saxlanılmış, avtomobil 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin həyətinə aparılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdikdən sonra xx.xx.2019-cu il tarixdə avtomobili və kömürləri ona təhvil verilmişdir. Uzun müddət açıq havada qalmaqla işləmədiyindən avtomobil yarasız vəziyyətə düşmüşdür.

2. İddiaçı qeyd olunanlara istinad edərək zərərin əvəzinin ödənilməsinə dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Şamaxı X1rşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi ziyana görə 5.113 manat, mənəvi zərərə görə 10.000 manat, əldən çıxmış faydaya görə 7.200 manat və iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 22.343 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün düşməklə Bakı şəhərində məskunlaşmış, ali təhsillidir, lakin ixtisasına uyğun iş tapmadığı üçün fərdi əməklə məşğul olaraq ailəsinin maddi tələbatlarını qarşılayır. 2009-cu ildən kömür alqı-satqısı ilə məşğul olur. İlk vaxtlarda İsmayıllı rayonunun Topçu, Qurbanəfəndi, Oğuz rayonunun, Xaçmaz k əndlərindən kisələrlə kömür alaraq Bakı şəhərinə gətirib satmış, satdığı hər kisədən 0,30, 0,40 qəpik xeyir qalmış, bununla da ailəsini dolandırmışdır. 2018-ci ilin oktyabr ayında meşə idarəsinin işçiləri içərisində 463 kisə kömür olan atasının mülkiyyətində olan “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəyə aparmışlar. Avtomobilin oradan bir neçə gün ərzində buraxılacağına dair vəd verilsə də, həmin avtomobil buraxılmamış, o, dörd gün ərzində mehmanxanada qalaraq gözləmiş, lakin sonra Bakı şəhərinə qayıtmağa məcbur olmuşdur. 2018-ci ilin dekabr ayının 13-də o, yenidən İsmayıllı rayonuna gəlmiş, meşə idarəsinə getdikdə ona xəbər vermədən avtomobilinin qarajdan çıxardılaraq çöldə saxlanıldığını, avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu və yük yerində kö mür kisələrinin olmadığını görmüşdür. Bundan başqa, atasının mülkiyyətində olan “Kia Pregio” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyri-qanuni olaraq, hər hansı bir hüquqi sənəd tərtib etmədən meşə idarəsinin işçiləri öz istəklərinə uyğun olaraq idarənin qarşısında bir ilə yaxın girov kimi saxlamışlar. Bu isə birbaşa özbaşınalıq, vəzifə səlahiyyətlərini aşmaqla digər şəxslərin mülkiyyət hüquqlarının özbaşına məhdudlaşdırılmasıdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Bundan başqa, dəfələrlə İsmayıllı rayonuna gedib-gəlməyi, orada oteldə qalmağı və sair xərclər üçün təqribən 2.000 manat məbləğində şəxsi vəsaiti hesabına pul xərcləmişdir. Eyni zamanda bir ilə yaxındır işləmədiyindən pul qazana bilməmişdir. Halbuk i, cavabdeh ona qarşı bu qanunsuz hərəkətləri etməsəydi təxminən bu günə qədər 7.200 manata civarında pul vəsaiti qazana bilərdi.

5. Şamaxı Rayon Məhkəməsinin (hakim N.İsmayılov) 08 iyun 2021-ci il tarixli, 2(074)-450/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı atası X3 məxsus olan və etibarnamə əsasında idarə etdiyi “KİA PREGİO” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı rayonundan meşə məhsulu olan kömürün qanunsuz alqı-satqısı ilə məşğul olmuşdur. Meşə məhsulu olan kömürün kütləvi alqı-satqısı ilə məşğul olmaq üçün müvafiq qaydada rəsmi icazə və ya məhsulların qanuni yolla kəsilmiş ağaclardan istehsal edilməsi təsdiq edən sənədləri olmamışdır. O, meşə məhsulu olan kömürün qanunsuz alqı-satqısı ilə məşğ ul olduğuna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdə 1443,88 manat meşə cəriməsini və 10 kubmetr kömür üçün 51,80 manat meşə cəriməsini Şamaxı rayonu Meşə Təsərrüfatı İdarəsinin hesabına ödədikdən sonra həmin tarixdə meşə məhsullarının buraxılış ordenini əldə etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə tərtib edilmiş akta əsasən “KİA PREGİO” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini və 10 kubmetr kömürü təhvil almışdır. Avtomobil uzun müddət işlənməmiş qaldığı üçün akkumlyatoru sıradan çıxmış və avtomobili işə salmaq mümkün olmamışdır.

7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1096-cı maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) 2(105)-3025/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(074)-450/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apel lyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında iddiaçıya maddi ziyanın dəyməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin bir sıra dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməs i işə subyektiv yanaşaraq iddiaya aid əsas sübutlar olan xx.xx.2019-cu il tarixli qüsur aktını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli, № 9/3615 saylı ekspert rəyini müzakirə etməmiş, onlara düzgün hüquq qiymət verməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları Ədalət Əsgərov, Səxavət Sadıqov, Fəda Nağıyev, Münasib Gözəlov, Rais Cəbiyev, Əkram Babayev, Nəcməddin Məmmədov, meşə idarəsinin rəisi Elçin Salahov, Vüqar və Bəxtiyar adlı şəxslərin məhkəmə prosesinə cəlb edilməsi barədə rəsmi vəsatət verilsə də, məhkəmə buna əhəmiyyət verməmiş, iddiaçıya münasibətdə sübut kimi qiymətləndirilə bilən izahatlar, ifadələr alınmamış, zəruri sənədlər əldə olunmamış, ziyan vu rmuş şəxslərin dairəsi müəyyən edilməmiş, həmçinin KİA PREGİO” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının deyil onun atası X2 mülkiyyətində olmasına baxmayaraq nəqliyyat sahibinin mülkiyyətçisi prosessual şəxs qismində iştiraka cəlb olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, iddiaçının təqdim etmiş olduğu sübutların aydınlaşdırılması üçün heç bir cəhd göstərməmişdir. Bu isə Konstitusiyada və Mülki Prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsipinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istina edir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normala rı pozulmuş, sübutlar tam yoxlanılmamış, işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Məhkəmələr iddianın qanuni əsası kimi Mülki Məcəllənin 1096 və 1097-ci maddələrini tətbiq etmişlər. Həmin normların məzmunundan göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə əməl arasında səbəbli əlaqə olması və zərər vuran şəxsin təqsirliliyi sübuta yetirilməlidir.

24. İş üzrə müəyyən edilmişdir ki, iddiaçı meşə məhsulu olan kömürün qanunsuz alqı-satqısı ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdə 1443,88 manat meşə cəriməsini və 10 kubmetr kömür üçün 51,80 manat meşə cəriməsini Şamaxı rayonu Meşə Təsərrüfatı İdarəsinin hesabına ödədikdən sonra həmin tarixdə meşə məhsullarının buraxılış ordeni əldə etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə tərtib edilmiş akta əsasən “KİA PREGİO” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini və 10 kubmetr kömürü təhvil almışdır.

25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işdəki sübutları qiymətləndirərək bu qənaətə gəlmişlər ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qeyri-hüquqi (qanunsuz) hərəkətə yol verilməmişdir.

26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Qeyd olunanları nəzərə alaraq kollegiya belə q ənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3025/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Əhməd Nurməmmədov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar