Məhkəmə qərarları › İş №2(102)-3167/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3167/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3167/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) 16.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)1090/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə İddiaçı məhkəmədə C avabdeh BOKT ASC-yə qarşı iddia qaldıraraq, cavabdehdən mülkiyyətində olmuş xxx küçəsi 96 saylı evin 38 saylı mənzilinin dəyərindən az qiymətləndirilməsinə görə vurulmuş maddi ziyanın əvəzi kimi 90.000 manat, mənzil cavabdeh tərəfindən ələ keçirilərkən orda qalmış əşyalarının dəyəri olaraq 15.000 manat olan Rumıniya istehsalı olan “D-10” markalı mebel dəstinin, dəyəri 600 manat olan 2 ədəd 3x4 metr ölçüdə İran xalçalarının, hərəsi 1.000 manat dəyərində olan “Toshiba” və “LG” firmalarının istehsalı olan soyuducuların, 700 manat dəyərində 2 dəst yemək servisinin, dəyəri 200 manat olan 1 dəst çay servisinin, dəyəri 150 manat olan 1 dəst qəhvə servisinin, dəyəri 400 manat olan mətbəx mebelinin ələ keçirilməsi nəticəsində dəymiş ziyanın əvəzi kimi 18.050 manat, həmçinin mənəvi zərərin əvəzi kim i 10.000 manat, cəmi 108.050 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı dövriyyə vəsaitlərini artırmaq məqsədilə 12 sentyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən 24 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 49.000 ABŞ dolları kredit götürüb və borcun qaytarılmasının təminatı kimi mülkiyyətində olan xxx küçəsi 96 saylı evin 38 saylı mənzilini ipoteka ilə yüklü edib. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Bank məhkəməyə müraci ət edib və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 3 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı əsas borca görə 34.376,73 ABŞ dolları, faiz borcuna görə 20.567 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 27.856,50 ABŞ dolları olmaqla, cəmi 82.800,23 ABŞ dollarının tutulub Banka ödənilməsi və tutmanın ipoteka predmeti olan sözügedən mənzilə yönəldilməsi qət edilib. Bundan sonra, mənzil açıq hərraca çıxarılaraq "xxxx" MMC tərəfindən 17 mart 2011-ci il tarixli rəyə əsasən 64.000 manata qiymətləndirilərək, mənzil hərracda satılmadığına görə 40.800 manata Banka təklif olunub və mənzil Bank tərəfindən borcun əvəzinə qəbul edilib. Daha sonra, İddiaçı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə məhkəmədə iddia qaldırıb və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2018- ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, sonradan qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Bankın apellyasiya şikayəti təmin edilərək sözügedən qətnamə ləğv edilib və iddia rədd olunub. Göründüyü kimi, iddiaçı mülkiyyətində olmuş qeyd olunan mənzilin real dəyərinin hərrac keçirilən dövrdə 140.000 manat olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Bu baxımdan məhkəmə “X1” MMC tərəfindən verilmiş 22 oktyabr 2018-ci il tarixli qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda, 28 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı sözügedən mənzili 90.650.000 manata (AZM), yəni 18.130 yeni Azərbaycan manatına alıb. Mənzilin qiymətləndirilməsinə dair 17 mart 2011 -c i il tarixli rəydən və “hərracın yekunları üzrə” əmlakın alqı-satqısı barədə 12 dekabr 2011 -ci il tarixli müqavilədən görünür ki, mənzilin təmirə ehtiyacı vardır. İşin faktiki hallarından görünür ki, mənzilin qiymətləndirilməsi və hərrac 2011-ci ildə keçirilsə də, iddiaçı hərracın yekunlarını 7 ildən sonra, yəni 2018-ci ildə mübahisələndirib. Bundan əlavə, Bankın mülkiyyətinə keçmiş mənzildə ona məxsus əşyaların qalması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları A zərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi m ülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərə findən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayəti nə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı dövriyyə vəsaitlərini artırmaq məqsədilə 12 sentyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən 24 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 49.000 ABŞ dolları kredit götürüb və borcun qaytarılmasının təminatı kimi mülkiyyətində olan xxx mənzilini ipoteka ilə yüklü edib. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə Bank məhkəməyə müraciət edib və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 3 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı əsas borca görə 34.376,73 ABŞ dolları, faiz borcuna görə 20.567 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 27.856,50 ABŞ dolları olmaqla, cəmi 82.800,23 ABŞ dollarının tutulub Banka ödənilməsi və tutmanın ipoteka predmeti olan sözügedən mənzilə yönəldilməsi qət edilib. Bundan sonra, mənzil açıq hərraca çıxarılaraq "xxxx" MMC tərəfindən 17 mart 2011 -ci il tarixli rəyə əsasən 64.000 manata qiymətləndirilərək, mənzil hərracda satılmadığına görə 40.800 manata Banka təklif olunub və mənzil Bank tərəfindən borcun əvəzinə qəbul edilib. Daha sonra, İddiaçı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” ba rədə məhkəmədə iddia qaldırıb və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, sonradan qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Bankın apellyasiya şikayəti təmin edilərək sözügedən qətnamə ləğv edilib və iddia rədd olunub. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli dir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olmuş qeyd olunan mənzilin real dəyərinin hərrac keçirilən dövrdə 140.000 manat olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq “X1” MMC tərəfindən verilmiş 22 oktyabr 2018-ci il tarixli qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul etməyib. Eyni zamanda, 28 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı sözügedən mənz ili 90.650.000 manata (AZM), yəni 18.130 yeni Azərbaycan manatına satın alıb. Mənzilin qiymətləndirilməsinə dair 17 mart 2011-ci il tarixli rəydən və “hərracın yekunları üzrə” əmlakın alqı-satqısı barədə 12 dekabr 2011-ci il tarixli müqavilədən görünür ki, mənzilin təmirə ehtiyacı vardır. İşin faktiki hallarından görünür ki, mənzilin qiymətləndirilməsi və hərrac 2011-ci ildə keçirilsə də, iddiaçı hərracın yekunlarını 7 ildən sonra, yəni 2018-ci ildə mübahisələndirib. Bundan əlavə, Bankın mülkiyyətinə keçmiş mənzildə ona məxsus əşyaların qalması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməyib. Yuxarıda göstərilən maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nət icəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqla olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən s axlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-1090/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar