Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3168/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı2 cavabdeh "xxxx" ASC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3168/21 (Açar sözlər: maliyyə lizinq müqavilənin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi ilə, İddiaçı: İddiaçı2 vəkili Vəkil, Cavabdeh: "xxxx" ASC-nin vəkili X1 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(105)213/2020 saylı qətnaməsindən İddiaçı2 k asasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, mülkiyyət hüququnun lizinq alana keçməsi şərti ilə nəqliyyat vasitəsinin müvəqqəti sahibliyə verilməsi barədə onunla lizinq (icarə) müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh "xxxx" ASC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı 07 yanvar 2019-cu il tarixdə, yən i Vergi Məcəlləsinin 140.1-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra lizinqə nəqliyyat vasitəsi almaq üçün cavabdeh "xxxx" ASC müraciət edib. İlk növbədə nəzərə alınmalıdır ki, müqavilə tərəflər arasında hüquq və vəzifələr yaradan azad və sərbəst surətdə razılaşdırılan və tərəflər arasında öhdəlik yaradan iradə ifadəsidir. Heç bir şəxs müqavilə bağlanmasına məcbur edilə bilinməz. Ona görə də cavabdehin iddiaçı ilə müqavilə bağlamaqdan imtina etməsi qanuna müvafiq olub. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2, 14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2017-ci il tarixli qərarına istinad olunması iddianın təmini üçün əsas ola bilməz. Çünki qeyd olunan qərar qəbul olunduqdan sonra Vergi Məcəlləsinin 140-cı maddəsinə dəyişiklik edilib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 389.1, 390.2, 390.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və A.Ə.Abbasov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 389.2, 390.1-390.3-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Firudin Hüseynbəyli izahatında kasasiya şikayətinin dəlilləri ilə razılaşıb, kasasiya instansiyası məhkəməsinə iddianı etiraf etməsinə dair yazılı ərizə vermişdir. İddiaçı1 və üçüncü şəxs Azərbaycan Respublikası Verg ilər Nazirliyi 02 saylı Ərazi Vergilər Departamenti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 747-1.2-ci maddəsinə görə, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyə t hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə görə, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu mü əyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü g ötürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin də lillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Firudin Hüseynbəyli kasasiya instansiyası məhkəməsinə yazılı ərizə təqdim edib iddianı etiraf etsə də, həmin etiraf vergi qanunvericiliyinə zidd olduğundan və vergi orqanının qanunla qorunan mənafeyini pozduğundan, kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 52.5, 191.4-cü maddələrinin tələblərini əsas tutub cavabdeh "xxxx" ASC-nin iddianı etiraf etməsini qəbul etmir və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. İddiaçı, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının 07 yanvar 2019-cu il tarixdə cavabdehə ünvanlanmış ərizəsi ilə müəyyən olunur ki, fərdi sahibkar, yəni vergi ödəyicisi olmadığına görə ona lizinqə nəqliyyat vasitəsi verilməsindən imtina edildiyini, imtinanın qanunazidd və əsassız olduğunu, onun hüquqlarını pozduğunu, onunla lizinq müqaviləsinin bağlanması, bir ədəd nəqliyyat vasitəsini lizinqə verilməsi üçün göstəriş verilməsini, əks halda məhkəməyə şikayət edəcəyini bildirib. Eyni zamanda cavabdehin iddiaçıya ünvanladığı 08 yanvar 2019-cu il tarixli məktubla müəyyən olunur ki, onun lizinqə nəqliyyat vasitəsinin verilməsi barədə ərizəsinə baxılıb, 30 noyabr 2018-ci il tarixdə Vergi Məcəlləsinin 140.1-ci maddəsinə ed ilmiş dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minib və vergi qanunvericiliyinə olan həmin dəyişikliyə görə, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər. Bu səbəbdəndə iddiaçının fərdi sahibkar statusu olmadığından, onunla lizinq müqaviləsi bağlanmasından imtina edilib. İşə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 14 fevral 2019-cu il tarixli məktubdan görünür ki, lizinq müqaviləsi üzrə nəqliyyat vasitəsinin əldə edilməsi barədə müraciətinə baxılaraq qeyd edilib ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərə nəqliyyat vasitəsinin lizinq müqaviləsi əsasında təqdim edilməsi maliyyə xidmətlərinə aid edilmir və ƏDV -nin vergitutma obyektini təşkil edir. Maliyyə lizinqi müqaviləsinin şərtləri Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 140-cı maddəsinin müddəalarına əsasən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Mülki Məcəllənin 747-1.2-ci maddəsinə görə, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonr a onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə veri rsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Həmin Məcəllənin 140.1-ci maddəsində edilmiş dəyişikliklər 01 yanvar 2019-cu ildən qüvvəyə minib və həmin dəyişiklikdə lizinq müqaviləsinin subyekti kimi hüquqi şəxslər və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər nəzərdə tutulub. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər lizinq müqavilənin subyektlərinin yeni dairəsini müə yyən edib və Vergi Məcəlləsi sahəvi qanunvericilik olduğundan həmin qanunvericilik üstün hüquqi qüvvəyə malikdir və lizinq müqaviləsi bağlanarkən həmin qanunun normaları tətbiq edilməlidir. Belə ki, işin mübahisə olunmayan hallarına görə, iddiaçı 07 yanvar 2019-cu il tarixdə, yəni Vergi Məcəlləsinin 140.1-ci maddəsinə müvafiq dəyişiklik edildikdən və həmin dəyişiklik qüvvəyə mindikdən sonra lizinqə nəqliyyat vasitəsi almaq üçün cavabdehə müraciət edib. Bu səbəbdən də cavabdeh, iddiaçı ilə maliyyə lizinq müqaviləsi bağlamaqdan imtina etməkdə haqlı olub və onun bu imtinası sadalanan maddi hüquq normalarının tələblərinə tam uyğundur. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, müqavilə tərəflər arasında hüquq və vəzifələr yaradan azad və sərbəst surətdə razılaşdırılan və tərəflər arasında öhdəlik yaradan iradə ifadəsidir. Heç bir şəxs müqavilə bağlanmasına məcbur edilə bilinməz. Ona görə də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2, 14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2017-ci il tarixli Qərarına istinad etməsi ilə də razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən qərar qəbul olunduqdan sonra Vergi Məcəlləsinin 140-cı madd əsinə müvafiq dəyişiklik edilib. Daha sonra, Konstitusiya Məhkəməsinin sözügedən qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir. Maliyyə lizinqi əməliyyatı özündə lizinq və alqı-satqı müqavilələrini birləşdirən tam bir əməliyyatdır. ƏDV məqsədləri üçün maliyyə lizinqi əməliyyatı maliyyə xidmətlərinin tərkib hissəsi kimi ƏDV-dən azad edilir. Lakin maliyyə xidmətləri, o cümlədən, maliyyə lizinqi mənfəət vergisindən azad olunmadığı üçün maliyyə lizinqi əməliyyatları üzrə həm alqı-satqıdan, həm də lizinq müddəti ərzində lizinq alan tərəfindən ödənilən əsas ödənişlərə tətbiq olunan faizlərdən mənfəət vergisi ödənilməlidir. Kasasiy a instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Ko llegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(105)-213/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3168/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3168/2021
03.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver