Məhkəmə qərarları › İş №2(102)-3169/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3169/2019

08.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3169/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli 2(103)-641/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova, iş № 2(011)-1114/2018) İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ər azi İdarəsinə qarşı N saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov, iş № 2(103)5571/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: A.K.Kalbalıyev, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov, iş № 2(102)-6754/18) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın təmin edilib İddiaçı yuxarıda göstərilən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. İşin halları: Mübahisəli mənzil Bakı şəhəri Oktyabr rayon XDS İK tərəfindən verilmiş 25 dekabr 1975-ci il tarixli orderə əsasən X3 və onun 3 nəfərdən ibarət ailə üzvlərinin – arvadı Cavabdeh, oğlu X4 və qızı X1 istifadəsinə verilmişdir. 19 fevral 2002-ci il tarixdə iddiaçı mənzilin icarədarının oğlu X4 ilə rəsmi nikaha daxil olaraq həmin mənzilə köçmüş və birgə nikahdan iki uşaqları olmuşdur. 2003-cü ilin yanvar ayında iddiaçı həmin mənzilə qeydiyyata alınmışdır. 08 aprel 2004-cü il tarixdə mənzilin icarədarı Rafiq Nəsirov vəfat etmiş və Xətai rayon İcra Hakimiyyəti başçısının 28 oktyabr 2004-cü il tarixli sərəncamı ilə mərhumun arvadı Cavabdeh mənzilin icarədarı tanınmışdır. Bundan sonra mənzil Cavabdeh adına özəlləşdirilmiş və 23 dekabr 2006-cı il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2017-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi və əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri ilə boşandıqdan sonra qaynanası Cavabdeh onun mənzildən çıxmasını tələb etməsini əsas göstərməklə mənzildən istifadə hüququnun tanınması və ora köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qə tnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. A zərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehin oğlu ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş, orada əri və onun valideynləri ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin tələblərinə uyğun olaraq ora hüquq və vəzifələr əldə etmiş və əri ilə birlikdə müvəqqəti olaraq xarici ölkədə yaşaması onu mənzilə olan istifadə hüququndan məhrum etmir. Mübahisəli mənzil iddiaçının daimi yaşayış yeri olduğundan, məhkəmə kollegiya sı hesab etmişdir ki, mənzilin sonradan cavabdehin mülkiyyətinə keçməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar