Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-317/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya tələbi, maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməkl ə) torpağın dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya, maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5680/2022 nömrəli, 07 sentyabr 2022ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 13 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 saylı fərdi yaşayış evi və həyətyanı 0.1499 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi kimi qızı İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətinə keçmişdir. Sözügedən fərdi yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət re yestrində xx.xx.2016-cı il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.
2. Cavabdeh ASC (bundan sonra – cavabdeh və ya ASC) tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti altına düşən torpaq sahələrinin alınması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Layihənin yerinə yetirilməsi üçün tikinti altına düşən torpaq sahələrinin alınması məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahələrinin kadastr planları tərtib olunmuşdur. Tərtib olunmuş kadastr planlarına əsasən xx.xx.2015-ci il tarixdə DƏDRX tərəfindən verilmiş **********38 nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın 51.22 m2 torpaq sahəsinin Gədəbəy şəhərində inşa olunmuş su anbarının ərazisinə düşdüyü öz əksini tapmışdır. Hal-hazırda işin növbəti mərhələsi olaraq müstəqil qiymətləndirici tərəfindən tikinti altına düşən torpaq sahələrinin və tikililərin qiymətləndirilməsi prosesi aparılır. Qiymətləndirilmə prosesi başa çatdıqdan və Maliyyə Nazirliyi tərəfindən kompensasiyaların ödənilməsi üçün razılıq verildikdən sonra mülkiyyətçilərə, o cümlədən iddiaçıya kompensasiya verilməsinə başlanılacaqdır.
3. Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı Aparatından iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, “Gədəbəy şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Gədəbəy şəhəri ərazisində 7 ədəd su anbarı inşa edilmişdir. Anbarlardan biri (6 nömrəli su anbarı) iddiaçının həyətyanı torpaq sahəsi ilə qonşuluqda inşa edilmişdir. İddiaçının həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışda anbar yerləşən ərazi göstərilməmişdir. Həmin ərazi Gədəbəy bələdiyyəsinə məxsus torpaq sahəsi kimi saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən su anbarının tikintisi ilə bağlı zəbt edilməsinə görə dəymiş maddi ziyana görə 101.200 manat, mənəvi ziyana görə 50.000 manat olmaqla, cəmi 151.200 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin sənəd üzrə sahəsi 0,1499 ha, faktiki sahəsi 0,2733 ha, istifadədə olmuş real torpaq sahəsi isə 0,40 ha təşkil edir. Həmin sahə 1964-cü ildən mərhum atası X2 verilmiş, sahədə 5 ədəd böyük qoz ağacı, 5 ədəd şaftalı, 5 ədəd gilas, 7 ədəd armud, 11 ədəd gavalı və 21 ədəd alma olmaqla, cəmi 54 ədəd bar verən meyvə ağacları olmuşdur. Torpaq sahəsi daşlıq-qayalıq ərazidə yerləşdiyindən əkinə yararsız olmuş, həmin əraziyə mərhum valideynləri qara torpaq tökməklə əkin-biçinə yararlı hala gətirmişlər. Atası xx.xx.2013-cü il tarixdə, anası isə xx.xx.2014-cü il tarixdə rəhmətə getmişdir. Valideynləri rəhmətə getdikdən sonra həyətyanı torpaq sahəsi o na məxsus olmuşdur. 2017-ci ildə Gədəbəy şəhərində cavabdeh ASC-nin sifarişi əsasında su-kanalizasiya sisteminin tikintisi ilə bağlı mübahisəli torpaq sahəsinə düşən hissədə su anbarının tikilməsinə kompensasiya ödənilməsi şərti ilə razılıq vermişdir. Cavabdeh ASCnin nümayəndələri, Gədəbəy RİH-nin başçısı və Gədəbəy şəhər bələdiyyəsi onu əmin etmişdir ki, bu tikinti dövlət layihəsidir və aparılmış tikinti nəticəsində torpaq sahəsi və doğranmış 54 ədəd meyvə ağaclarının məhvi ilə bağlı kompensasiya ödəniləcəkdir. Lakin iş başa çatdıqdan sonra iddiaçının tək qadın olmasından istifadə edərək, verdikləri sözə əməl etməmişlər. Məsələ ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, cavabdeh ASC-nin sədrinə və Gədəbəy RİH-nin başçısına rəsmi müraciət etmi ş, bundan sonra xx.xx.2019-cu il tarixli müraciətə ASC xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, guya su anbarının inşası iddiaçının cəmi 51,22 m2 torpaq sahəsinə düşmüşdür və bununla bağlı qiymətləndirmə işləri aparılır. Verilmiş vəkil sorğuları ilə əldə edilmiş xx.xx.1987-ci ildə tərtib edilmiş texniki pasportdan aydın görünür ki, hazırkı su anbarının inşa edildiyi torpaq sahəsi onun tam mülkiyyətində olmuş, lakin sonradan, yəni xx.xx.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə su anbarının inşa edildiyi ərazinin böyük qismi zəbt kimi göstərilmişdir. Beləliklə, cavabdeh həm onu 0,40 ha torpaq sahəsindən, həm də torpaq sahəsində olan ağacların verdikləri barlardan və həmin barların satışı zamanı əldə edilən gəlirdən məhrum etmişdir.
6. İddia əri zəsinə əlavə olunmuş "xxxx" MMC-nin LP-011/20 saylı, xx.xx.2020-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1500-1600 manat arasıdır. Texniki pasporta əsasən 0.2733 ha torpaq sahəsinin bazar qiyməti 42.000 manat təşkil edir. İstifadədə olmuş real ərazi 0.40 ha təşkil edir. İddiaçıya məxsus torpaq sahəsində mövcud olmuş 54 ədəd meyvə ağaclarının müqayisə yanaşması ilə dəyəri 18.000 manat təşkil edir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ASC tərəfindən Gədəbəy şəhərində su-kanalizasiya sisteminin tikilməsinə dair işlər xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aparılmış, iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsində özünün razılığı ilə su anbarı inşa edilmişdir. Aparılmış araşd ırma nəticəsində müəyyən edilmişdir ki, su anbarı torpaq sahəsinin cəmi 51.22 m2, yəni 0,0051 ha hissəsinin üzərinə düşür. Həmin torpaq sahəsinin dəyəri 307 manat müəyyən edilmişdir ki, cavabdeh həmin məbləği ödəməkdən imtina etmir.
8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 10/2018 nömrəli ekspert rəyində DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, sözügedən fərdi yaşayış evinə dair iddiaçının adına verilmiş 06 dekabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə 06 dekabr 2016-cı il tarixli texniki pasportda göstərilən sahələr uyğundur. ASC tərəfindən 0.1 234 ha zəbt torpaq sahəsində xidməti bina (operator binası) inşa edilmişdir. Binanın ölçüsü 35 m2 təşkil edir və koordinatları aşağıdakı kimidir: X-569159.6321, 569163.2010, 569168.1300, 569164.5610 Y-4491321.1954, 4491324.8390, 4491320.0104, 4491316.3673. ASC tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0.21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50.4 m2 hissəsi iddiaçının mülkiyyətinə, 644.0 m2 hissəsi isə zəbt torpaq sahəsinə düşür. ASC tərəfindən inşa edilmiş su anbarının tutduğu ərazi ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında olan məsafə 8.5 metr təşkil edir.
9. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli, 7/19-9/9415 saylı rəyinə əsasən, mülki iş materialında olan (səhifə 20-27) “Legal Prime MMC-nin mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 54 ədəd meyvə ağacları (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) növlərdə meyvə ağaclarının dəyəri 18.000 manat təşkil edir.
10. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7205 saylı rəyindən görünür ki, 39 nömrəli fərdi yaşayış evinə dair iddiaçının adına verilmiş 06 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə 06 dekabr 2016-cı il tarixli texniki pasportda göstərilən sahələr uyğundur. Lakin qeyd olunur ki, mübahisə li torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair 15 iyul 1985-ci ildə tərtib edilmiş Texniki Pasport ilə daşınmaz əmlakın dövlət reyestrindən **********32-10301 reyestr nömrəli çıxarış sənədi arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Eyni zamanda, 15 iyul 1985-ci ildə tərtib edilmiş Texniki Pasportun göstəricilərinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsinin 0,08085 ha hissəsi cavabdeh ASC tərəfindən hasarlanaraq istifadə olunur. ASC tərəfindən 0.1234 ha zəbt torpaq sahəsində su anbarı, xidməti bina (operator binası) və istirahət otağı inşa edilmişdir. Binanın ölçüsü 35 m2 təşkil edir və koordinatları aşağıdakı kimidir: X569159.6321, 569163.2010, 569168.1300, 569164.5610 Y-4491321.1954, 4491324.8390, 4491320.0104, 4491316.3673. Cavabdeh tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0.21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50.4 m2 hissəsi iddiaçının mülkiyyətinə, 644.0 m2 hissəsi isə zəbt torpaq sahəsinə düşür.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-41/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərə görə 30.400 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 31.400 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,08085 ha hissəsinin cavabdeh tərəfindən hasarlanaraq istifadə olunmas ı nəticəsində iddiaçının mülkiyyət hüquqları pozularaq, ona maddi ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş ekspert rəylərində iddiaçıya məxsus torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1500-1600 manat arası müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, torpağın 1 sotunun qiyməti 1550 manat olmaqla hesabat aparılmalıdır. Belə olan halda, torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər 12.400 manat təşkil edəcəkdir. Bundan başqa, ekspert rəyləri ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində mövcud olmuş 54 ədəd (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) meyvə ağaclarının dəyəri 18.000 manat təşkil edir.
13. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarına istinadla hesab etmişdir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə iddiaçının xeyrinə 1000 manat tutulmalıdır.
14. Bununla belə, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı yalnız dövlət ehtiyacları üçün özgəninkiləşdirilməli olan daşınmaz əmlaka münasibətdə tətbiq edilməli olduğundan iddia tələbi daşınmaz əmlakın satınalma qiymətinə bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilməsi hissəsində rədd edilməlidir. Həmçinin, qanunda çətinliyə gör ə 10% əlavə kompensasiyanın ödənilməsi yaşayış sahəsinin alındığı hallarda nəzərdə tutulmuşdur. Odur ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin olunmamalıdır.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 246.1, 247.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1, 66.4.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın rədd olunması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmi ş 220,60 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 310 nömrəli qərarı ilə Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan cavabdeh ASC müəyyən edilmişdir. Bununla əlaqədar ASC tərəfindən inşa edilmiş su anbarının 0,21 ha təşkil etdiyi, həmin torpaq sahəsinin 50,4 m2 hissəsinin iddiaçının mülkiyyətinə, 644.0 m2 hissəsinin isə iddiaçı tərəfindən zəbt edilən torpaq sahəsinə düşməsi məhkəmə ekspertizasının rəylərində öz əksini tapmışdır. Ekspert rəyində hansı növ ağacların və necə ədəd meyvə ağaclarının mövcudluğu hər hansı bir fotoşəkil və ya videoçəkiliş ilə sübuta yetirilməmişdir. Məhkəmə ağaclara görə dəymiş ziyan məbləğini tutarkən güman edilən ağacların əkildiyi torpaq sahəsinin iddiaçı tərəfindən zəbt olunan bələdiyyə mülkiyyəti olmasını nəzərə almamışdır. Eyni zamanda, mənəvi zərərin qismən təmin edilməsi hissəsində məhkəmə zərərçəkənin hansı formada və məbləğdə zərər çəkməsini, illər ərzində keçirdiyi mənəvi sarsıntılarını, iztirablara məruz qalmasının nədə ifadə olunmasını və zərərvuranın təqsirini müəyyən etməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5680/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilə rək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər olaraq 12.400 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehdən torpaq sahəsinə görə 307 manat tutularaq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 54 ədəd (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) meyvə ağaclarının dəyəri 18.000 manat təşkil edir. Apellyasiya baxışı zamanı təqdim edilmiş CD disklərə baxış keçirilmiş və həmin ərazidə ağacların olması müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq ağacların dəyəri kimi 18.000 manatın iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Bununla bağlı cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin mənəvi ziyan hissəsində də məhkəmə düzgün nəticəyə gəlmişdir.
20. Bununla belə, torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər olaraq 12.400 manat tutulması hissəsində məhkəmənin nəticəsi düzgün olmamışdır. Belə ki, ekspert rəyinə əsasən ASC tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0,21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50,4 m2 hissəsi iddiaçının mülkiyyətinə, 644,0 m2 hissəsi isə zəbt torpaq sahəsinə düşür. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Gədəbəy şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri üzrə tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya ödənilməsi məqsədi ilə həmin torpaq sahələrinin və üzərindəki əmlakların qiymətləndirilməsi üçün təklif olunan qiymətlərin hesablanması cədvəlindən görünür ki, iddiaçının mülkiyyətində olan 0,5122 ha torpaq sahəsinə görə hesablanmış kompensasiya məbləği 307 manat təşkil edir. Odur ki, iddia həmin həddə təmin olunmalı, iddiaçıya mülkiyyətində olan torpaq sahəsinə uyğun hesablanmış kompensasiya məbləği olan 307 manat ödənilməlidir.
21. Kollegiya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.116.4-cü maddələrinə əsasən, bələdiyyə mülkiyyətində olmaqla iddiaçının zəbtində olan torpaq sahəsi ilə bağlı qeyd etmişdir ki, mülkiyyətə verilmiş ölçüdən artıq istifadə edilən torpaq sahəsi özbaşına tutu lmuş torpaqlara aid edilmişdir və həmin torpaqlar geri qaytarılmalıdır. Qanuna görə, yalnız bir sıra hallarda (fərdi yaşayış və bağ evlərinin, qarajların və habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün) qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadıqda, bu torpaqlar həmin şəxsin mülkiyyətinə verilir. Eləcə də, şəxsin mülkiyyətində olan həyətyanı sahədən artıq istifadə edilən torpaq sahəsi, yalnız həmin sahənin geri alınması mümkün olmadıqda, həmin şəxsin adına rəsmiləşdirilə bilər. Başqa sözlə, bələdiyyə torpaqlarının özbaşına tutulmasına yol verilmir və həmin torpaqlar geri qaytarılmalıdır. İşin hallarından isə görünür ki, iddiaçının zəbtində olan torpaq sahəsinin geri alınmasını qeyri-mümkün edən hər han sı hal mövcud olmamışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi bələdiyyə torpaqlarının özbaşına tutulmasının yolverilməz olduğunu və geri qaytarılmalı olduğunu bildirsə də, nəzərə almamışdır ki, həmin torpaq sahəsi dövlət tərəfindən 1964-cü ildə mərhum atasına 2-ci qrup müharibə əlili və əməkdar müəllim olduğu üçün verilmişdir. xx.xx.1985-ci ildə tərtib edilmiş texniki pasporta əsasən hazırkı su anbarının inşa edildiyi torpaq sahəsi iddiaçının tam mülkiyyətində olmuş, lakin sonradan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş torpa q sahəsinin planı və ölçüsündə su anbarının inşa edildiyi ərazinin böyük qismi zəbt kimi göstərilmişdir. Bu fakt Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/7205 saylı rəylə öz təsdiqini tapmışdır. Həmin ərazidə əkilmiş ağacların bəziləri hal-hazırda da cavabdeh ASC-nin inşa etdiyi su anbarının ərazisindədir. Lakin su anbarının ətrafı mühafizəyə alındığından iddiaçı öz ağaclarına yaxınlaşa, onların meyvələrini dərib sata bilmir. Beləliklə, cavabdeh həm iddiaçını 0,40 ha torpaq sahəsindən, həm də torpaq sahəsində olan ağacların verdikləri barlardan və həmin barların satışından əldə edilən gəlirdən məhrum etmişdir. Həmin torpaq sahəsi mübahisəsiz olaraq uzun illər ərzində iddiaçının və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Bununla da, Avropa İnsan Hüq uqları Məhkəməsinin qərarlarında göstərildiyi kimi, dövlət tərəfindən bu hala dözümlülük göstərilmişdir. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, iddiaçının istifadəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçının kənd təsərrüfatı təyinatlı torpağı olmadığına görə, həyətyanı torpaq sahəsindən mülkiyyəti kimi istifadə etməsinə dövlət etiraz etməmişdir. Sadalananlardan görünür ki, apellyasiya məhkəməsi kompensasiya məbləğini azaldarkən yalnız formal əsaslandırma ilə kifayətlənmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
24. Cavabdeh (Vəkil) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 220.60 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Şikayət belə əsaslandırılmışdır ki, qanuna əsasən bələdiyyə torpaqlarının özbaşına tutulmasına yol verilmir, həmin torpaqlar geri qaytarılmalıdır və iddiaçının zəbtində olan torpaq sahəsinin geri alınmasını qeyri-mümkün edən hər hansı hal mövcud olmamışdır. ASC tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0.21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50.4 m2 hissəsi iddiaçının mülkiyyətinə, 644 m2 hissəsi isə zəbt torpaq sahəsinə düşür. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyində (xx.xx.2022-ci il tarixli, 7/19- 9/9415 saylı) hansı növ və neçə ədəd meyvə ağaclarının mövcudluğu hər hansı fotoşəkil və ya videoçəkilişlə sübuta yetirilməmiş, məhkəmə tərəfindən ekspert qarşısında qoyulan suallar ətraflı araşdırılmamış və cavablandırılmamışdır. Məhkəmə də öz növbəsində bu halları araşdırmaq üçün yenidən ekspertiza təyin etməmiş, iddiaçıdan meyvə ağaclarının müəyyən edilmiş sayda və növdə olmasını təsdiq edən sübutları tələb etməmiş, həmçinin iddiaçı da belə sübutların olması barədə əsasları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə ağaclara görə dəymiş ziyan məbləğini tutarkən güman edilən ağacların əkildiyi torpaq sahəsinin iddiaçı tərəfindən zəbt olunan bələdiyyə mülkiyyəti olmasını nəzərə almamışdır. b)
26. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haq qında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.
30. Maddə 247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi; torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təq sirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı 34....mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zərur idir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
35. Maddə 16.1 Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
36. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
37. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlə rin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinəverilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
38. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad e tdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
51. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5680/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.