Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-317/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh3 MMC-yə qarşı hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5269/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)3079/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 20.693 ABŞ dolları 08 sent əsas borc, 3.601 ABŞ dolları 98 sent faiz, 100 ABŞ dolları cərimə, cəmi 24.395 ABŞ dolları 06 sentin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun və 1 manat məbləğdə bank xidməti haqqının cavabdehdən tutularaq Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdehin mülkiyyət ində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsi 7-ci massiv 25A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh2 BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)390/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)-3079/2016 nömrəli qətnaməsi faiz borcunun, cəmi m əbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3.464,53 ABŞ dolları, cəmi məbləğ 24.257,61 ABŞ dolları məbləğdə, ipoteka predmetinin ilkin satış qiyməti 69.800 manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2026/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - kredit borcu tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
4. Hərracın keçirilməsi haqqında Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx141882/8 nömrəli xx.xx.2022-ci il tarixli sifariş məktubu Cavabdeh3 MMC-yə daxil olmuş və Cavabdeh3 MMC tələbkar Cavabdeh2 BOKT ASC və borclu İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx-141882/8 nömrəli xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsi 7-ci massiv 25A nömrəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə saat 11:00-da ilkin hərrac, xx.xx.2022-ci il tarixdə saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının həm qeydiyyatda olduğu ünvan 1 ünvana, həm də faktiki yaşadığı ünvan 2 ünvana göndərilmişdir. Hərrac barədə "xxxx" X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) elan verilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh2 BOKT ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif məktubu göndərilmişdir. İpoteka saxlayan Cavabdeh2 BOKT ASC xx.xx.2022-ci il tarixli 8066-1222 nömrəli məktubla ipoteka predmetini təklif edilən 44.497,5 manat məbləğdə əldə edilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh3 MMC-nin X4 barədə protokoluna əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Cavabdeh3 MMC cavabdehə məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsi 7-ci massiv 25A nömrəli fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 BOKT ASC həmin əmlakı 44.497,5 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair X4 barədə 26/23 nömrəli 16 yanvar 2023-cü il tarixli Protokola əsasən sözügedən ev tələbkar Cavabdeh2 BOKT ASC-yə 44.497,5 manata satılmasına dair Cavabdeh3 MMC ilə Cavabdeh2 BOKT ASC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsi 7-ci massiv ünvanda yerləşən 25A nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın y ekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1416/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun onun özünə aid edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Göründüyü kimi Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə "xxxx" X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet s əhifəsində (“E-herrac.com”) elan verilmişdir. Məhkəmə iddia tələbini rədd etmək qənaətinə gələrkən eyni zamanda iddiaçının müvafiq məhkəmə qətnaməsi üzrə tutulmuş məbləğlərdə ödənişlər etməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, borclu tərəfindən icra mərhələsində borc məbləğində ödənişlər etməsi iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayətinin dəlillərinə görə, təqdim edilmiş sübutlardan da göründüyü kimi, cavabdeh təşkilat qeyd edilən qanunun (“İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi) tələblərinə riayət etməmişdir. Onun verdiyi elan kütləvi informasiya vasitəsində deyil, özünə məxsus olan (kütləvi infor masiya vasitəsi sayılmayan) domen əsasında qurulmuş saytda verilmişdir (hansı ki həmin sayt özlərindən başqa heç bir kəsə məlum deyil.) Elan verərkən elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmamışdır. “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın X2ndə dərc etdirilməsi, bildirişin isə ipotekasaxlayana və ipotekaqoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna mal ik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. İddianın əsasını təşkil edən qanunvericiliyin bu tələblərinə əməl edilməmişdir. Ümumiyyətlə elan verilmədiyindən hərrac da keçirilməmişdir. Birinci bildirişi aldıqdan sonra iddiaçı özü hərracı keçirən təşkilata yaxınlaşmış, ona hərracın keçirilməyəcəyi ilə bağlı məlumat verilmişdir. Bundan sonra ona bildiriş göndərilməmişdir. Lakin sonradan guya hərracın keçirilməsinə dair növbəti bildiriş göndərilmiş, hərrac baş tutmadığından bank olmayan kredit təşkilatı mənzili özü almışdır. “X2” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radi otelevideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audioaudkovizual xəbər və materialların (verilişlərin) məcmusu başa düşülür. "xxxx" X3 (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsi (“Eherrac.com”) kütləvi informasiya vasitəsi sayıla bilməz. Məhkəmə təqdim edilmiş sübutlardan yalnız cavabdehin sübutlarını araşdıraraq onlardan istifadə etmişdir (halbuki həmin sübutlar özlüyündə iddianın əsaslı olduğunu bir daha sübut edir). Cavabdeh məhkəməyə təqdim etdiyi əsassız ittihamlarını sübut etməsə də (guya iddiaçı onların pulunu ödəməkdən bilərəkdən yayınmışdır və s.), məhkəmədə cavabdehə qarşı düzgün olmayan fikir formalaşdırmışdır. Bu səbəbdən də iddia tələbini təmin edən məhkəmə bu qərarını k ifayət qədər əsaslandıra bilməmişdir. Halbuki, ölkədə baş verən devalvasiya, iddiaçının oğlunun İİ Vətən müharibəsində iştirak etməsi və borcun böyük bir hissəsini ödəyib bitirməsi həm iş materialları, həm də məhkəmə iclas zamanı sübuta yetirilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri və cavabdehin etiraf etdiyi halları nəzərə almamışdır. Belə ki, bundan əvvəlki hərracın nəticələri etibarsız hesab edildikdən sonra cavabdehlə iddiaçının razılaşması və borcun hissə-hissə ödənişinin icra olunması sübut olunmuşdur. İddiaçının ödənişi hissə-hissə həyata keçirməsinə razılıq verilməsəydi dörd il müddətində təkrar hərracın hansı səbəbdən keçirlmədiyini cavabdeh izah edə bilməmişdir. Təqdim edilən sübutlar iddianın əsaslılığını təsdiq etsə də, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5269/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev, F.Abdıyev, F.Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə qüvvədə olmayan “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun maddələrini tətbiq etmişdir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmədiyindən apellyasiya şikayətinin dəlili olmaqla yanaqşı, şikayətin digər dəlillərdən asılı olmayaraq qətnamə ləğv e dilərək iş materiallarına əsasən tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir.... Göründüyü kimi Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, Hərrac Təşkilatı qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə "xxxx" X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçı sının rəsmi internet səhifəsində (“E-herrac.com”) elan verilmişdir.... Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair X2ndə elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla, araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş, o cümlədən hərracla bağlı "xxxx" X1 (Portalında) (www.birjanews.az) elanlar verilmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyatorun hərrac təşkilatı tərəfindən verimiş elanın kütləvi informasiya vasitəsində deyil, özünə məxsus olan (kütləvi informasiya vasitəsi sayılmayan) domen əsasında qurulmuş saytda verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, hərrac keçirilən zaman Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində “X2ndə elan verir” sözü qeyd olunmuş olsa belə, həmin vaxt “X2” haqqında Qanun (xx.xx.2021-ci ildə ləğv olunub) qüvvədə olmamışdır. 17 fevral 2023-cü ildə “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində dəyişiklik olunaraq, X2ndə” sözləri “mediada” sözləri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixində isə “Media haqqında” Qanun qüvvəyə minmişdir. Həm xx.xx.2022-ci il tarixli ilkin, həm də xx.xx.2022ci il təkrar hərrac keçirilən dövrdə “Media haqqında” Qanun qüvvədə olmuşdur. Digər tərəfdən, iş materiallarında olan "xxxx" İnternet informasiya Ehtiyyatı (Portalı) MMC-nin Nizamnaməsində cəmiyyətin fəaliyyəti adlanan 3-cü bəndində də qeyd olunmuşdur ki, cəmiyyət “X2” haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada kütləvi informasiya vasitəsi sayılan X3 yaradaraq birja və hərrac xəbərlərinin yayılması istiqamətində, o cümlədən qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olur. Kollegiya iddiaçının müvafiq məhkəmə qətnaməsi üzrə tutulmuş məbləğlərdə ödənişlər etməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, borclu tərəfindən icra mərhələsində borc tam olaraq ödənilməmiş, borc məbləğində ödənişlər olması isə hazırki iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətini təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayə tinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
41. İpoteka predmetinin satış üsulları 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir; 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair X2ndə və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məluma t olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlar ının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ip otekaya xitam verilir; Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; Maddə
44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəs miləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildi rməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNST ANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır, dəlillərə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Belə ki, Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərr ac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, hərrac təşkilatı qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə internet birja portalında və hərracın təşkilatçısının rəsmi internet səhifəsində elan verilmişdir. Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair X2ndə elan dərc etdirmək, ipoteka saxlayan a və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Qaytarmalı olduğu borc məbləğini qaytarmayan yaxud qaytarmaq istəməyən iddiaçının birinci hərracdan məlumatlı olmasını qəbul etməsinə baxmayaraq, prosesləri süni surətdə uzatmaq istəməsi icra icraatının qanuni nəticələrinə kölgə salmaq niyyətinə dəlalət edir. Bütün bu hallar isə bütövlükdə ipoteka saxlayanların mənafeyinə ciddi zərər vurmaqla, icra sənədlərinin uzun müddət icra olunmamasına, bu da öz növbəsində ədalət mühakiməsinin yüksək nüfuzunun zədələnməsinə səbəb ola bilər.
24. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüq uqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5269/2023 nömrəli iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.