Məhkəmə qərarları › İş №2(102)-3170/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3170/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3170/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı Notariat Ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı ilk, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı Notariat Ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı digər iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlaka dair bütün əqdlərin, onlar əsasında aparılmış qeydiyyatın və onların hüquqi nət icələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Mı̇ rzəbala oğlunun cavabdehlər Cavabdeh2 Mı̇ rzəbala qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10 Cavabdeh9 Cavabdeh8 ünvan 1, Bakı şəhəri 35 saylı notariat kontoruna qarşı əqdin etibarsız hesab edilməsi və.s tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1153/2024 nömrəli qətnaməsindən İddiaçı Mı̇ rzəbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mirzəbala Ağabala oğlu ilə Raya Qəhrəman qızı xx.xx.1958-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. 2. ünvan 5 tam mülkiyyət hüququ ilə Mirzəbala Ağabala oğluna məxsus olmuşdur.

3. Mirzəbala Ağabala oğlunun Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan ünvan 5ni İddiaçı vəsiyyət etmişdir.

4. Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüşdür.

5. Raya Qəhrəman qızının və qızı Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizə əsasında ünvan 6 verilmiş xx.xx.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş Mirzəbala Ağabala oğlunun vərəsələri ünvan 5ndə yaşayan qızı Cavabdeh2 və Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan həyat yoldaşı Raya Qəhrəman qızıdır, onların hər biri miras əmlakdan ikidə bir hissədə pay almış, eyni gündə 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli mənzilin bağışlanılmasına dair müqaviləyə əsasən Cavabdeh2 mənzilin ikidə bir hissəsini anası Raya Qəhrəman qızına bağışlamışdır. Həmin əmlak xx.xx.2006-cı il tarixdəi tam mülkiyyət hüququ üzrə Raya Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Raya Qəhrəman qızı xx.xx.2011-ci il tarixdə ölmüşdür. 7. 1 saylı Mənzil Kommunal İstismarı Sahəsinin arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəs i 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış, ölümü ilə əlaqədar xx.xx.2011-ci il tarixdə həmin evdən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olmaqla X11, İddiaçı, X14, Cavabdeh5, Cavabdeh4, X23, Cavabdeh10 və X24 yaşayırlar. 8. 72 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2013-cü il tarixli arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı ünvan 5ndə qeydiyyatsız yaşamış, xx.xx.2011-ci il tarixdə vəfat etmiş, xx.xx.2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsi onun adınadır. Bu ünvanda Cavabdeh2 başqa heç kim qeydiyyatda yoxdur.

9. X5 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vəsələrin Cavabdeh2, Cavabdeh4, İddiaçı və Cavabdeh5 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

10. İddiaçı, Cavabdeh5, Cavabdeh4 ünvan 6 təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizələrindən müəyyən olunur ki, onlar xx.xx.2011-ci il tarixdə vəfat etmiş anaları Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiaları yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişdirlər.

11. Cavabdeh2 ünvan 6 təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2011-ci il ta rixdə vəfat etmiş anası Raya Qəhrəman qızından miras qalmış əmlaka miras qoyanın oğlu X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmasına razılıq vermişdir. 12. ünvan 6 verilmiş xx.xx.2013-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Raya Qəhrəman qızının vərəsələri Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olan oğlu X11 və ünvan 5ndə qeydiyyatda olan qızı Cavabdeh2dır və onlar miras əmlakdan ikidə bir hissədə pay almalıdırlar.

13. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən müəyy ən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X38 küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır. 14. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli № AZ-İİ № 202764 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X6 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1209 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Salmanova soyadı verilmişdir. 15. 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-İİ № 176929 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəy yən olunur ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 284 saylı ölüm akt qeydi tərtib olunmuşdur.

16. Cavabdeh6 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmuş əri X5 xx.xx.2021-ci il tarixdə vəfatından sonra ondan qalan miras əmlakın Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X38 küçəsi 2 saylı evin 20 saylı mənzilinin olmasını, miras qoyanın ondan başqa Cavabdeh10 və Cavabdeh9 qanun üzrə vərəsələri olmasını bildirib göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

17. Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsin dən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir.

18. Cavabdeh10 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir.

19. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində qeydiyyatda olan Cavabdeh6 miras əmlakda tam hissədə pay almış, şəhadətnamə verilmiş miras əmlak Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə X8 verilmiş dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X38 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 kv metr olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir.

20. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X38 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı mənzilə dair Cavabdeh6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli kitabın 18211 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 21. 1 saylı Bakı ASAN xidmət mərkəzinin x x.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X38 küçəsi 8-ci mikrorayon 2 saylı evin, 20 saylı mənzilində Cavabdeh6, xx.xx.1965-ci il təvəllüdlü X18, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.1986-cı il təvəllüdlü X28 daimi qeydiyyatdadırlar.

22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4645/2022 saylı qərarından müəyyən olunur ki, Cavabdeh6 iddiası təmin edilərək ünvan 3 ünvanından üçüncü şəxslər X9 və X19 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir.

23. Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 qeydiyyatda olduğu Bak ı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin satılmasına razı olduğunu bildirmişdir.

24. Satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ №1042007 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X38 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı ünvanında yerləşən ümumi sahəsi 97,48 kv metr olan mənzili 80000 manata alıcıya satmışdır. Cavabdeh8 mülkiyyət hüquqları xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

25. Cavabdeh8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində cavabdehlər İddiaçı, Cavabdeh4, X10, Məmmədova Hicran Əli qızına qarşı mənzildən çıxarılma tələbi nə dair iddia qaldırmış və məhkəmənn xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat hazırki mülki işə baxılanadək dayandırılmışdır.

26. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli X-101 saylı məktubundan müəyyən olunur ki, İddiaçı elektron notariat informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Mirzəbala Ağabala oğlu tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı adına vəsiyyətnamə verilməsi bildirilmişdir.

27. Elektron notariat X1 çıxarışdan müəyyən olunur ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat kontorunda vəsiyyət edən ünvan 5ndə qeydiyyatda olan Mirzəbala Ağabala oğlu tərəfindən vəsiyyətnamə üzrə vərəsə ünvan 5ndə qeydiyyatda olan İddiaçı adına verilmiş vəsiyyətnamə xx.xx.2011-ci il tarixdə sistemə daxil edilmişdir.

28. Ədliyyə Naz irliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmaması bildirilərək vəsiyyətnamənin surəti İddiaçı təqdim olunmuşdur. 29. 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 287 saylı arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh4, X31, X34, Məmmədova Hicran Əli qızı, X25 və X15 Bakı şəhəri 8- ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə qeydiyyatsız yaşayırlar.

30. İddiaçı məhkəməyə təqdim etdiyi mənzil kommunal xidməti üçün 2007-ci ilə aid ödəniş qəbzlərindən müəyyən olunur ki, ünvan 5 ünvanı üzrə kommunal ödənişlər Mirzəbala Ağabala oğlunun adından 8 nəfər ailə tərkibi üçün aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

31. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: Cavabdeh2 Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, Raya Qəhrəman qızının Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, 2 V-57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 ikidə bir hissədə payının anası Raya Qəhrəman qızına bağışlamasına dair 4Ə/2-352 reyestr nömrəli xx.xx.2006-cı il tarixli mənzilin bağışlanmasına dair müqavilənin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli xx.xx.2006-cı il tarixdə alınmış çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi; cavabdehlər X5, Cavabdeh4, Cavabdeh2 anaları Raya Qəhrəman qızının xx.xx.2011-ci il tarixdə vəfatından sonra Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzili ilə bağlı xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə Bakı şəhəri 11 saylı dövlət notaria t kontorunun notariusu X21 iştirakı ilə tərtib və təsdiq edilmiş Cavabdeh5 7E/3737 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, o cümlədən İddiaçı 7E/3761 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, Cavabdeh4 xx.xx.2013-cü il tarixli 7E/3764 nömrəli ərizəsinin, Cavabdeh2 7E/3833 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, nəticə etibarı ilə X5 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ********** qeydiyat nömrəli xx.xx.2013-cü il tarixli X5 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi; Bakı şəhəri 35 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində vəfat etmiş mərhum X5 adına olan əmlakla bağlı tərtib və təsdiq edilmiş Cavabdeh6 8İ-5722 reyestr nömrəli xx.xx.2021-ci il tarixli **********722 nömrəli mirasın qəbul edilməsi barədə ərizəsinin, Cavabdeh10 8İ3060 reyestr nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 11 saylı notariat ofisində tərtib və təsdiq edilmiş Cavabdeh9 8İ-4253 nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu C.M.Məmmədov tərəfindən tərtib və təsdiq edilmiş 2V-177 reyestr nömrəli xx.xx.2021- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən alınmış **********44-05101093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi; Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2022-ci il tarixli Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı beş otaqdan ibarət, ümumi sahəsi 97,48 kv metr təşkil edən mənzilinin 80000 manata özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin və Cavabdeh8 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin çıxarışının etibars ız hesab olunmaqla ləğv edilməsi barədə qətnamə, Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun vəzifəli şəxsinin qanuna zidd əməllərində Azərbaycan Respublikası CM-nin 308, 309 və 314-cü maddələrinin tərkibinin əlamətləri olmasına əsaslı şübhələrin olması əsası və səbəbi ilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

32. İddia onunla əsaslandırmışdır ki, X22 ilə anası Raya Qəhrəman qızının birgə nikahından altı övladları olmuşdur: xx.xx.1976-cı il təvəllüdlü İddiaçı, xx.xx.1976-cı il təvəllüdlü X11, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1966-cı il təvəllüdlü X12, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh4. X22 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8- ci mkr., X38 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilini aldıqdan sonra o, validey nləri və bacı-qardaşları ilə birlikdə bu mənzildə yaşamağa başlamışdır. Nənəsinə ayrılan, hal-hazırda da dövlət mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, daimi olaraq o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X38 küçəsi 2 saylı evin, 20 saylı mənzilində yaşamış və yaşayır, evin kiçik övladı kimi valideynlərinin qayğısına qalmış, mərhum valideynlərinə, mərhum qardaşı Ağabalaya xəstə yatağında qulluq etmişdir. 2002-ci ildə atası, 2011-ci ildə anası vəfat etmişdir. O, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X38 küçəsi 2 saylı evin, 20 saylı mənzilində daimi yaşadığından miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin atasının ölümündən sonra o, notariat kontoruna dəvət olunmamışdır. Onlar atalarına məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X38 küçəsi 2 saylı evin, 20 saylı beş ota qlı mənzilində mehriban yaşadıqlarından vərəsələr arasında mübahisə olmamışdır. Ona görə də onlar analarının ölümündən iki il sonra notariat kontoruna gedib mənzili böyük qardaşları Ağabalanın adına sənədləşdirmişlər. Mənzilin kommunal xidmətləri onun tərəfindən ödənildiyindən o, 2007-ci ildə apardığı ödənişlər barədə bəzi qəbzləri də saxlamışdır. Həmin qəbzlərdən mənzildə 8 nəfərin yaşaması təsdiq olunur. Bundan başqa atasına və anasına məxsus əmanət kitabçaları da ona verilmişdir. O da qardaşları kimi ailə qurduqdan sonra öz həyat yoldaşını bu mənzilə köçürmüşdür. Onun bu mənzildə bir övladı anadan olmuşdur. Bütün qohumları və qonşuları onun Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X38 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilində daimi yaşamasını təsdiq edə bilərlər. Onun həyat yold aşı işləmədiyindən, o, həyat yoldaşına tək küçəyə belə çıxmasına icazə vermədiyindən həyat yoldaşı daimi olaraq mənzildə olur. Ona görə də alıcı Elşən mənzili alarkən mənzilə baxmış olsaydı heç olmasa onun həyat yoldaşını evdə görməli idi. 2022-ci ilin aprel ayında Elşən mənzili boşaldaraq ona təhvil verilməsini deməyə gələrkən, o, daimi yaşadığı mənzilin satılmasını bilmiş, daha sonra qardaşı İlqar mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini ona vəsiyyət etməsini demişdir. Bundan sonra o, rəsmi qaydada müraciət edərək vəsiyyətnamənin olub-olmamasını, qüvvədə olub-olmamasını soruşmuş və Bakı şəhəri 8ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin atası tərəfindən hələ 1995-ci ildə ona vəsiyyət etməsini və vəsiyyətn aməsini ləğv etməməsini, yəni vəsiyyətnamənin qüvvədə olmasını öyrənmişdir. Atasının ölümündən sonra notarius onu dəvət etməmiş, vəsiyyətnamənin olmasını ona elan etməmişdir. Daha sonra mənzilə dair sənədləşmə aparılarkən də, notariat hərəkətlərini aparan notariuslar elektron sistemdə qeydiyyatı aparılan vəsiyyətnaməni gördükləri halda bu barədə ona məlumat verməmişlər. Beş otaqdan ibarət, birinci mərtəbədə yerləşən mənzilin 80000 manat satılması da inandırıcı deyildir. Belə ki, onun müraciəti əsasında aparılan qiymətləndirmə nəticəsində mənzilin qiymətinin 230000 manat olması müəyyən edilmişdir. Atasının vəsiyyətnaməsi barədə bilmiş olsaydı o, mənzildə olan payından imtina etməzdi. Anasının ölümündən iki il sonra notariat kontoruna dəvət olunarkən bütün vərəsələr arasında mübahisə olmadığ ından o, da notarius tərəfindən tərtib olunan imtina barədə ərizənin mətnini oxumadan imzalamışdır. Mərhum atasından miras qalan mənzili o, vəsiyyətnamə üzrə yeganə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Ona görə mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpa edilərək iddia tələblərinin təmin edilməsini xahiş edir.

33. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X7 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bağlanmış əqdlərə əsasən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair DƏDR-də mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri ilə bağlı qeyd edir ki, DƏDRdə qeydlər şəhadətnamələr və əqdlər əsasında aparıldığından həmin şəhadətnamələrin və əqdlərin etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X7 iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, o, 1986- cı ildə nikaha daxil olaraq ərinin evinə köçmüş və daimi olaraq gəlin köçdüyü evdə yaşayır. 1995-ci ildən etibarən valideynləri, bacısı Sədaqət və qardaşları Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzil ində yaşayırlar. Qardaşları ailə qurduqdan sonra öz həyat yoldaşlarını bu mənzilə köçürmüş, bu ünvanda İlqarın 2, Rövşənin 1, Əlibalanın 2 övladı anadan olmuşdur. Bacısı Sədaqət ailə qurmamışdır. Qardaşı Ağabala da bir müddət bu mənzildə yaşamışdır. Ağabalanın arvadı Bibixanım tez-tez öz valideynlərinin evinə getdiyindən onun qızlarını faktiki olaraq onlar böyütmüşlər. Daha sonra Ağabala onların nənələrinə məxsus dövlət mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşamışdır. Bibixanım xəstə əri Ağabalanın qayğısına qalmadığından qardaşları Ağabalanı 2017-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilinə gətirmişlər. O, ərinin evində yaşasa da, daim atasının evinə gəlib-getmişdir. Valideynlərinin ölümündən sonra o, notariat kontoruna dəvət olunmamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı arvadı ona zəng edərək Bibixanımın Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini satmasını, alıcının onları mənzildən çıxarmaq üçün gəlməsini bildirmişdir. Bundan sonra o, Bibixanıma zəng edərək mənzilin həqiqətən satılmasını öyrənmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir.

35. Cavabdeh6 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizələrini qəbul etməyib izahatında göstərmişdir ki, Cavabdeh6 məxsus hazırda mübahisələndirilən mənzil qanuni əsaslarla onun mülkiyyətinə keçmiş, daha sonra Cavabdeh6 mənzili notarial qaydada təsdiq olunan müqavilə bağlayaraq mənzili satmışdır. Məlumdur ki, hər bir daşınmaz əmlakla bağlı olan məsələlər elektron qa ydada aparılır. Əgər daşınmaz əmlakla bağlı sənədlərdə hər hansı bir problem olarsa bu asanlıqla bilinir. Göründüyü kimi Cavabdeh6 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etdiyi zaman iddiaçı və cavabdehlər bu məsələyə dair hər hansı bir formada müdaxilə etməmişlər. Mübahisəli mənzilin ucuz və ya baha qiymətə satılması alqı-satqı müqaviləsinin tərəflərinin iradə ifadəsidir. Cavabdeh6 ilk əvvəl mənzili 120000 manata təklif etmiş, sonra tərəflər 80000 manata razılaşmışlar. Nəzərə almaq lazımdır ki, bina yeni tikili deyildir, şəhərin mərkəzi hissəsindən xeyli aralı məsafədə yerləşir.

36. Məhkəmə iclasında Cavabdeh8 iddia ərizələrini qəbul etməyib vəkili və nümayəndəsi Vəkil3 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 s aylı evin 20 saylı mənzilini Cavabdeh6 xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 80000 manata almışdır. İlk əvvəll Cavabdeh6 mənzili 120000 manata satdığını bildirsə də, qarşılıqlı razılıq əsasında o, mənzili 80000 manata almışdır. 20 aprel 2022-ci il tarixdə o, aldığı mənzilə gedərək mənzildə olan şəxslərdən mənzili boşaldaraq ona təhvil vermələrini tələb etmişdir. Həmin vaxt İlqar sənədin səhv olması səbəbindən mənzilin satıla bilməməsini, Rövşən isə mənzilin satılmasının mümkün olmamasını ona demişdir. Əlibala getməyə yerinin olmadığını dediyindən o, Əlibalaya kirayə mənzil tutması üçün 350 manat vermişdir. Lakin mənzil boşaldılaraq ona təhvil verilmədiyindən o, Cavabdeh 4 və İddiaçı ailə üzvləri ilə birlikdə mənzildən çıxarmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mənzili alarkən mübahisənin olması ona məlum olmadığından və o, vicdanlı alıcı olduğundan iddia ərizələrinin təmin edilməməsini xahiş edir.

37. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizələrini qəbul edərək izahatında göstərmişdir ki, atalarının mülkiyyətində olan mənzilə dair mirası qəbul edərkən onlar atalarının Rövşənə vəsiyyətnaməsinin olmasını bilməmiş, bu barədə onlara notarius tərəfindən məlumat verilməmiş, başqa vərəsələrin olubolmaması soruşulmadığından, onlarda bu barədə notariusa heç bir söz deməmişlər. 2011- ci ildə anası Raya vəfat etmiş, 2013-cü ildə vərəsələr arasında heç bir mübahisə olmadığından onlar birlikdə notariat kontoruna gedib analarından miras qalan Bakı şəhə ri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilə dair paylarından böyük qardaşları Ağabalanın xeyrinə imtina etmişlər, o, isə öz payına dair Ağabalanın adına şəhadətnamə verilməsinə razılıq vermişdir. 2021-ci ildə qardaşları Ağabala vəfat etmişdir. 2022-ci ilin aprel ayında Bibixanım ona mənzili satmaq istəməsini deyib, bu barədə qardaşlarına heç bir söz deməməsi üçün ona Qurana əl basıb and içməsini, mənzili satdıqdan sonra ona bir otaqlı mənzil alacağını demişdir. O, Bibixanımla razılaşaraq notariat kontorunda mənzilin satılmasına dair razılıq ərizəsi vermişdir. Mənzil satılmamışdan bir həftə əvvəl Bibixanım xalça yumaq bəhanəsi ilə mənzili tərk etmiş, özünün yaşadığı otağın qapısını qıfılla bağlamışdır. Mənzili alan Elşən mənzilə gəldikdən sonra o, q ardaşlarının qorxusundan işdən çıxdıqdan sonra mənzilə qayıtmamışdır. Bibixanım bacısının əri Akiflə birlikdə Nərimanov rayonunda Metroparkın arxasında 5 mərtəbəli evin 5-ci mərtəbəsində kirayə 3 otaqlı mənzil tutmuş, o, Bibixanım və qızları ilə birlikdə həmin mənzildə bir həftə yaşamışdır. Həmin vaxt o, Cavabdeh8 də evin yaxınlığında görmüşdür. Bibixanım mənzilin pulunun alıcı tərəfindən hələ verilmədiyindən mənzil ala bilmədiyini ona demişdir. Daha sonra o, Bibixanımın qızları ilə danışıqlarını eşidib ona mənzil alınmayacağını başa düşüb Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə qayıtmış, qardaşlarına hadisə barədə danışmışdır. Bundan sonra mərhum atasının İddiaçı Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair vəsiyyətnamə qoyma sını bilmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra Bibixanım ona zəng edərək vədinə əməl edəcəyini demişdir. Lakin artıq o, Bibixanımın vədinə inanmır. Ona görə də iddia ərizələrinin təmin edilməsini xahiş edir.

38. Cavabdeh4 və Cavabdeh5 iddia ərizələrini qəbul edərək, təmin edilməsini xahiş etmişdirlər.

39. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/S 44-620/22 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından müəyyən olunur ki, ünvan 5nin bazar dəyəri 230000 manat, likvid dəyəri 210000 manat təşkil edir.

40. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi, Cavabdeh2 ünvan 1 ünva nladığı xx.xx.2006-cı il tarixli ərizəsi, ünvan 6 Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006cı il tarixli Bakı şəhəri 8- ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ikidə bir hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarış ləğv edilmiş, X5 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh5 ünvan 6 təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, İddiaçı ünvan 6 təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh4 ünvan 6 təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh2 ünvan 6 təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013- cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, ünvan 6 X5 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X5 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013- cü il tarixli ******* saylı çıxarış ləğv edilmiş, Cavabdeh6 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh10 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Bakı şəhər i 35 saylı notariat ofisi tərəfindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilmiş, satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X20 Elşən Mayıl oğlunun adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilmiş, Cavabdeh6 80000 manatın alınaraq Cavabdeh8 verilməsi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

41. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan İddiaçı mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra da daimi yaşamaqla miras əmlaka sahiblik edərək mirası faktiki olaraq qəbul etmiş, İddiaçı mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş formal xarakter daşıyan ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlaka dair yaranmış özünün mülkiyyət hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılı ğının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafiəsinə də təminat vermişdir.

42. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə hesab etmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş X22ndan sonuncunun vəsiyyətnaməsi əsasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair mirası faktiki olaraq qəbul etdiyindən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyi üçün notariat orqanlarının öz vəzifələrini icra edərkən yol verdikləri pozuntular vərəsənin dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququndan məhrum ed ilməsi üçün əsas olmadığından, Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair tərtib olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, mirasın qəbulundan imtina edilməsi barədə ərizələr, bağlanmış bağışlama və alqı-satqı müqavilələri etibarsızdır. Belə ki, bu ərizələr tərtib edilərkən, əqdlər bağlanarkən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı iradə ifadəsi mövcud olmamışdır.

43. Həmçinin, etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduğundan məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh6 Ca vabdeh8 aldığı 80000 manat satıcı tərəfindən alıcıya geri qaytarılmalıdır.

44. Məhkəmə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bağlanmış əqdlərə əsasən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair DƏDR-də mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri ilə bağlı qeyd etmişdir ki, DƏDRX-də qeydlər şəhadətnamələr və əqdlər əsasında aparıldığından həmin şəhadətnamələrin və əqdlərin etibarsızlığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından aparılmış qeydlər ləğv edilməlidir.

45. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia tələbləri ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlmişdir ki, E.M. Şıxməmmədovanın özünün də izahat ında qeyd etdiyi kimi o, nikaha daxil olduqdan sonra ərinin evində yaşadığından, valideynlərinin ölümünü bildiyi halda vərəsə olaraq mirası qəbul etməsi üçün heç bir tədbir görmədiyindən hazırkı iddia ərizəsində qeyd olunan tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X3 iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir.

46. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71 və 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 1133.1, 1133.2, 1134.2, 1145, 1146, 1147, 1191, 1224.0, 1231, 1243, 1246, 1255, 1256, 1261, 1269, 1272, 1273 və 1321-1323-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59 və 60-cı maddələrinə isti nad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

47. Cavabdeh6 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdeh8 da apellyasiya şikayəti verərək İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

49. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İkram Şirinovun sədrliyi və məruzəsi ilə, Namiq Cəfərov və Elşən Kazımovdan ibarət tərkibdə) 2(103)1440/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

50. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mirzəbala Ağabala oğlunun mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilin Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən oğlu İddiaçı vəsiyyət etməsi hazırkı işin mübahisəsiz halıdır.

51. Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinin əmlakın vəsiyyət edildiyi tarixdə mərhum Mirzabala Ağabala oğlunun xüsusi mülkiyyətində olmaması barədə dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edild iyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

52. Hazırkı iş üzrə olan sənədlərdən məlum olur ki, həmin mənzilə Mirzəbala Ağabala oğlunun xüsusi mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmış, Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 193 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Demək ki, miras açılan vaxt həmin mənzil mirasqoyanın mülkiyyətində olduğundan, həmin əmlaka dair mirasqoyanın tərtib etdiyi (qoyduğu) vəsiyyətnamə qanuni olmuşdur və etibarlıdır.

53. Məhkəmə apellyasiya şikayətlərinin həmin mənzilin iddiaçının mərhum atası mirasqoyan Mirzəbala Ağabala oğlunun və anası Raya Qəhrəman qızının birgə ni kahda olduqları dövrdə, həm də əvəzli əqd əsasında əldə edilməsi, belə olan halda mənzilin 1995-ci il tarixdə alqı-satqı müqaviləsinin əsasında alındığı tarixdə qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən həmin mənzilin ikidə bir hissəsinin mərhum Raya Qəhrəman qızına məxsus olması barədə dəlili üzrə qeyd etmişdir ki, həmin məsələnin hazırkı mübahisənin həlli üçün əhəmiyyəti yoxdur, çünki rayon məhkəməsinin qətnaməsinə əsasən miras kütləsinə aid olan mənzil ilkin mirasın açıldığı, yəni ilkin mirasqoyan Mirzəbala Ağabala oğlunun xx.xx.2002-ci il tarixdə öldüyü vaxtdakı hüquqi vəziyyətinə qayıdır ki, cavabdehlərin apellyasiya şikayətinin həmin dəlili iddiaçının vəsiyyətnaməyə əsasən mirasa yiyələnməsi mərhələsində əhəmiyyətli ola bilər.

54. Apellyasiya şikayətlərinin digə r dəlili həmin mənzilin mərhum Ağabala Salmanovun mülkiyyətinə, daha sonra mərhum Ağabala Salmanovun xx.xx.2021-ci il tarixdə ölümündən sonra onun arvadı Cavabdeh6 mülkiyyətinə keçməsinin tam qanuni olması ilə bağlı olmuşdur və məhkəmə bununla bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin normadan da müəyyən edilir ki, vəsiyyətnamənin olması, vəsiyyət olunmuş əmlaka münasibətdə (hazırkı işdə olduğu kimi) qanun üzrə vərəsəliyin açılmasını istisna edir. Demək ki, hazırkı halda mirasın qanun üzrə qəbulu ilə bağlı cavabdehlərin hərəkətlərində hansısa qanun pozuntusunu n olması şərti əhəmiyyət daşımır və həmin əqdlərin etibarsızlığı MM-in 1133.2-ci maddəsinin imperativ tələbidən irəli gəlir.

55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 2014-cü il 22 aprel tarixli qərarında qeyd edilir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

56. Hazırkı iş üzrə Mirzəbala Ağabala oğlunun mülkiyyətində olan mənzilini Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən, oğlu İddiaçı vəsiyyət etməsi işin mübahisəsiz halıdır. Belə olan halda, vəsiyyətnamənin olduğu halda miras əmlakın qanun üzrə vərəsəyə keçməsi etibarsız olduğundan, həmin miras əmlakın sonradan başqa vərəsələrə qanun üzrə keçməsi barədə olan digər bütün əqdlər də etibarsız olmuşdur.

57. Apellyasiya məhkəməsi Cavabdeh8 apellyasiya şikayətinin iddiaçının qanunda göstərilən müddət ərzində mirası qəbul etmək hüququnun həyata keçirməməsi, mirasa subyektiv vərəsəlik hüququnun itirilməsi barədə dəlili üzrə qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan iddiaçı mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə vəsiyyət edən Mirzəbala A ğabala oğlunun ölümündən sonra da daimi yaşamaqla miras əmlaka faktiki sahiblik edərək mirası qəbul etmiş, iddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş formal xarakter daşıyan ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlaka dair yaranmış özünün mülkiyyət hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məh dudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafisinə də təminat vermişdir. MM-in 1255-ci maddəsinin tələbinə görə qəbul olunmuş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti hesab olunur. Belə olan halda müəyyən olunur ki, ilkin mirasqoyan Mirzəbala Ağabala oğlunun xx.xx.2002-ci il tarixdə öldüyü vaxtdan həmin mənzilə iddiaçı mülkiyyət hüququ əldə etmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 337.5, 1133.1, 1133.2, 1152 və 1248-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

59. Cavabdeh8 (Vəkil6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

60. Həmçinin Cavabdeh6 da (Vəkil7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

61. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3428/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Əhliman Xıdırov, Elşad Şamayev) cavabdehlər Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli 2(103)-1440/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni baxışa göndərilməsi qərara alınmışdır.

62. Kassasiya i nstansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmələrin mənzilin iddiaçıya vəsiyyət edilməsinə və iddiaçının həmin mənzildə atası ölən gündən bu günədək faktiki yaşamasına əsaslanaraq həmin mənzilin miras açılan gündən iddiaçının mülkiyyəti hesab olunması barədə qənaəti işin hallarına və Mülki Məcəllənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1246, 1273-1 və 1262-ci maddələrinin tələblərinə zidd olmuşdur.

63. Məhkəmə kollegiyası göstərmişdir ki, iddiaçının vəsiyyətnamənin mövcudluğundan məlumatlı olması qəbul edilsə belə, o, birinci növbə vərəsələrdən biri olaraq atasından miras qalan mənzili qanun üzrə vərəsəlik qaydasında belə qəbul etməyə maraqlı olmamışdır. İddiaçı iddia ərizəsində anası və bacısı tərəfindən atadan qalan miras qəbul edilərkən onun dəvət edilməməs inə və vərəsələr arasında mübahisənin olmamasına istinad etsə də, anası vəfat edən zaman artıq həmin mənzilin miras kimi anası və bacısı tərəfindən qəbul edilməsini bilmiş və anasının vərəsəsi kimi ondan qalmış mirası qəbul etmədiyini və miras əmlaka qarşı heç bir iddiasının olmaması barədə xx.xx.2013-cü il tarixli ərizə verməklə, bu mənzili nə atadan, nə də anadan qalan miras kimi qəbul etmək niyyətinin olmamasını açıq-aşkar bəyan etmişdir. Yəni iddiaçı özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətinin olmadığını açıq-aşkar təsdiqləmişdir. İddiaçının hərəkətləri onun mirası qəbul etmək məqsədi güdmədiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən mirasın faktiki qəbul edildiyi və miras açıldığı güdən onun mülkiyyəti hesab olunması barədə məhkəmələrin mövqeyi əsas sız olmuşdur.

64. Məhkəmə kollegiyası iddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payını qəbul etməməsi barədə ərizəsinin formal xarakter daşıyan ərizə hesab edilməsi barədə aşağı instansiya məhkəmələrinin mövqeyini də əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçının həmin ərizəsi konkret hüquqi nəticə yaradaraq, vərəsənin mirası qəbul etmək niyyətinin olmamasını göstərməklə yanaşı, mirasın digər vərəsə Ağabala Salmanov tərəfindən qəbul edilməsinə razılığını ifadə etmiş və miras əmlakın sonuncunun mülkiyyətinə keçməsi ilə nəticələnmişdir. İddiaçı özü də iddia ərizəsində mənzildə mehriban yaşadıqlarından vərəsələr arasında mübahisə olmadığını, ona görə də, analarının ölümündən iki il sonra notariat kontoruna gedib mənzili böyük qardaşları Ağabalanın adına sənədləşdirdiklə rini göstərmişdir.

65. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair 2V-57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli və 2V-51 reyestr nömrəli xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair hazırki mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməmişdir. Halbuki mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

66. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mənzilə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə yanaşı həmin vərəsəlik işində olan bütün vərəsələrin mirasla bağlı ərizələrinin də etibarsız hesab edi lməsini tələb etmiş və məhkəmələr tərəfindən həmin şəxslərin bu barədə müvafiq tələbləri olmadığı halda, vərəsəlik işlərində olan bütün ərizələr etibarsız hesab edilmişdir. Halbuki, iddiaçının digər vərəsələr adından belə tələblər irəli sürmək hüququ işdən müəyyən edilmir.

67. Məhkəmə kollegiyası mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə gəlinən nəticəni də Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinin tələblərinə zidd hesab edərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənzilin mülkiyyətçisinin İddiaçı olmasına istinad edərək bağlanmış alqı-satqı müqaviləsinin onun iradə ifadəsinə uyğun olmadığını hesab etmiş və həmin əqdi etibarsız hesab etmiş, apellyasiya məhkəməsi həmin qətnamədən mənzilin alıcısı tərəfindən verilmiş apellyasiya şi kayətini təmin etməmişdir.

68. Ali Məhkəmə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə edilməsi mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. Hazırki işdə məhkəmələr tərəfindən Cavabdeh8 vicdanlı olub-olmaması barədə heç bir araşdırma aparılmadan onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yuxarıda qeyd edilən maddi hüquq normasına, formalaşmış məhkəmə təcrübəsinə, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqelərinə zidd olmuşdur.

69. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məc əlləsinin 140, 149.2, 337.1, 337.5, 1133.1, 1133.2, 1133.1, 1134.1, 1145, 1151.1, 1152, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1272, 1318 və 1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

70. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)1153/2024 nömrəli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov) hər iki apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı Şəhəri 51 saylı Notariat Ofisində təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, ”Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh8 adına həmin mənzilə dair verilmiş “Çıxarışın” ləğv edilməsi, Cavabdeh6 80000 manatın alınaraq Cavabdeh8 verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilərək, həmin iddia tələblərinin rədd edilməsi və hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

71. Apellyasiya instansiyası məhkəməsi göstərmişdi r ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərarı qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik h üququnun təminatına və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, İddiaçı tərəfindən X22ndan miras qalmış əmlakın qəbul edilməsindən imtina edilməmişdir. İddiaçı imtinası anası Raya Qəhrəman qızının miras əmlakı ilə bağlı olmuşdur.

73. Məhkəmə qeyd etmişdir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı hələ qəb ul edilməmişdi və birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilə bilməzdi. Lakin Plenum qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir.

74. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvaf iq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir.

75. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış etməmiş, bu barədə müvafiq protokol tərtib olunmamış, İddiaçı adına verilmiş “Vəsiyyətnamə” xx.xx.2011-ci il tarixdə “Elektron Notariat” X2 daxil edilsə də, sonradan həmin mənzillə bağlı notariat hərəkətləri aparan notariuslarda vəsiyyətnamənin mövcud olması barədə vərəsəyə və ya notariat hərəkətlərini aparmaq üçün müraciət edən şəxslərə vəsiyyətnamə barədə məlumat verməmiş, Suraxanı rayonunda yerləşən 35 saylı Notariat Ofisinin notariusu isə xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verər kən mirasqoyanın Binəqədi rayonunda yaşamasını, mənzilin Binəqədi rayonu ərazisində yerləşməsini nəzərə almamışdır.

76. Cavabdeh2 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X22nun ondan başqa vərəsəsinin mərhumun arvadı Raya Qəhrəman qızının olmasını bildirib miras qalmış mübahisəli mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini xahiş edərkən 11 saylı Notariat Kontorunun notariusu vəsiyyətnamə və ya qanun üzrə digər vərəsələrin olmasının müəyyən edilməsi barədə araşdırma aparmadan mirasqoyanın ölümündən 4 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş vərəsəyə xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermişdir.

77. Apellyasiya məhkəməsi iddiaçı Rövşən Salmanoun mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payını qəbul etməməsi b arədə ərizəsi ilə bağlı bildirmişdir ki, vərəsə, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina etmək hüququna malikdir. Artıq müəyyən edilmişdir ki, İddiaçı X22ndan qalmış mirası qəbul etmişdir. İddiaçı anası Raya Qəhrəman qızı 2011-ci ildə vəfat etmişdir. İddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payını qəbul etməməsi barədə ərizəsi isə 2013-cü ildə verilmişdir. İmtina ərizələri formal xarakter daşımasa da, qanunla müəyyən edilmiş müddət daxilində verilmədiyi üçün əhəmiyyətsizdir.

78. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair 2V-57 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli və 2V-51 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin” etibarsız hesab edilmə sinə dair hazırki mübahisənin açılması müddəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Rayon məhkəməsi isə iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməmişdir. Halbuki mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

79. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı bildirir ki, atasının ona vəsiyyətnamə qoymasından xəbəri olmayıb. Miras əmlakla bağlı vərəsəlik işləri açılarkan notariat ofisləri tərəfindən vəsiyyətnamənin olması müəyyən edilməmiş və nəzərə alınmamışdır. “Elektron Notariat” Sistemdən çıxarışdan da müəyyən edilir ki, vəsiyyətnamə 2011-ci ildə elektron sistemə daxil edilmişdir. 2013-cü ildə iddiaçının anası Raya Qəhrəman qızından qalmış miras əmlakla b ağlı vərəsəlik işi açılarkən isə, miras qoyan ilə vəsiyyətnamə verən fərqli şəxslər olduğu üçün notarius tərəfindən vəsiyyətnamənin mövcud olmasının müəyyən edilə bilməməsi anlaşılandır. İddiaçı müraciəti əsasında təqdim edilmiş 26 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubunda ona X22 tərəfindən vəsiyyətnamə qoyulması barədə məlumat verilmişdir. Vəsiyyətnamənin surəti isə Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı təqdim edilmişdir. İş materiallarında İddiaçı bundan daha əvvəl vəsiyyətnamədən məlumatlı olmasını və onun surətini əldə etməsini təsdiq edən sübut yoxdur. İddiaçı hazırki iş üzrə irəli sürdüyü iddiası xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh8 ilə Cavabdeh6 arasında mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin xx. xx.2022-ci il tarixdə bağlanması nəzərə alındıqda, İddiaçı vəsiyyətnamənin mövcudluğu barədə məlumat əldə etdikdən sonra ağlabatan müddətdə vəsiyyətnaməni əldə etmək üçün lazımi addımları atdığı və iddia tələbini qanunla müəyyən edilmiş müddət daxilində irəli sürdüyü müəyyən edilir.

80. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda göstərilənlərə və iş materiallarına istinadən həmçinin onu da qeyd etmişdir ki, İddiaçı mənzilə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə” yanaşı həmin vərəsəlik işində olan bütün vərəsələrin mirasla bağlı ərizələrinin də etibarsız hesab edilməsini tələb etmiş və rayon məhkəməsi tərəfindən həmin şəxslərin bu barədə müvafiq tələbləri olmadığı halda, və rəsəlik işlərində olan bütün ərizələr İddiaçı iddiası əsasında etibarsız hesab edilmişdir. Halbuki İddiaçı digər vərəsələr adında belə tələblər irəli sürmək hüququ işdən müəyyən edilmir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, həmin şəxslər İddiaçı bununla bağlı etibarnamə verməmişlər.

81. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı digər vərəsələrin adından çıxış etmək üçün subyektiv hüququ olmadığından digər vərəsələrin mirasla bağlı ərizələrinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğu üçün ləğv edilməli və həmin hissədə İddiaçı iddia tələbi rədd edilməlidir.

82. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan İddiaçı mərhum atasının mül kiyyətində olan mübahisəli mənzildən ibarət mirası qəbul etmiş, İddiaçı mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlakdan qanunla müəyyən edilmiş müddət daxilində imtina etmədiyi üçün əhəmiyyətsizdir. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafisinə d ə təminat vermişdir.

83. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müzakirə edilən hissədə yuxarıda göstərilən maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. İş materiallarında Cavabdeh8 vicdansız alıcı olmasını təsdiq edən hər hansı sübut mövcud deyil.

84. Məhkəmə bildirmişdir ki, hazırki iş üzrə Cavabdeh8 vicdansız alıcı olması ilə bağlı iddiaçının dəlili onun mənzili alarkən ona baxış keçirməməsindən ibarətdir. Lakin qanunvericilikdə alğı-saqı müqaviləsi bağlanmazdan əvvəl alıcının aldığı əmlakı yerində müayinə etməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. İddiaçının bu dəlili Cavabdeh8 vicdanlı alıcı olmasını istisna etmək üçün yetərli dəlil hesab oluna bilm əz.

85. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “alıcı” olaraq Cavabdeh8 ilə “satıcı” olaraq Cavabdeh6 arasında mübahisəli mənzilə dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinin” və Cavabdeh8 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqində də səhvə yol verilmişdir. Çünki Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qay tarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.

86. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli “Alğısatqı müqaviləsi” üzrə alıcı Cavabdeh8 vicdanlı alıcı olduğundan, İddiaçı vərəsəlik payına uyğun məhrum olduğu əmlak dəyəri ilə bağlı onun hüququnu pozmuş şəxsə (şəxslərə) qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilər.

87. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı vəkili (nümayəndəsi) Vəkil2 iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etm əmişdir.

88. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.2, 1145, 1146, 1147.1, 1147.2, 1191, 1231.1, 1243.1, 1243.2, 1243.3, 1255, 1261, 1269, 1272, 1273, 1321.1, 1321.2, 1321.3, 1322 və 1323-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

89. İddiaçı Mı̇ rzəbala oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, həm də əlavə qətnamədən kassasiya şikayəti verərək iddia tələbinin rədd edilmiş hissəsində qətnamənin ləğv olunmasını və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

90. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi 23 aprel 2024-cü il tarixdə əsassız, qeyri-qanuni qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə göstərilən kəsici müddətlər barədə olan hissə tamamilə əsassızdır. 11 noyabr 1995-ci il tarixli, 2B-76 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə əsasında İddiaçı mübahisə predmetini təşkil edən daşınmaz əmlaka mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsini 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1243-cü maddəsinəgörə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Apellyasiya məhkəməsi səhv mövqe tutaraq qətnaməsində qeyd etmişdir ki, 11 noyabr 1995-ci il tarixli, 2B-76 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə 2011-ci il tarixdə elektron sistemə yüklənilmişdir və İddiaçı həmin vəsiyyatnamədən məlu matlı olmaması anlaşılandır. Lakin məhkəmə işə birtərəfli baxaraq səhv qənaətə gəlmişdir. İddiaçı həmin vəsiyyətnamə barədə yalnız miras açılarkən notarius məlumat verməliydi. Bundan əlavə olaraq, əgər İddiaçı sözügedən vəsiyyətnamə barədə məlumatı olması öhdəliyi mövcud idisə, demək ki, həmin öhdəlik (məlumatı almaq vəzifəsi) Cavabdeh6 ilə Cavabdeh8 aid olmalıdır, əks halda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd edilmiş bərabərlik hüququ pozulmuş olar. Apellyasiya məhkəməsi İddiaçı mülkiyyət hüquqlarını pozmuşdur, mübahisə predmetini təşkil edən daşınmaz əmlak barədə bağlanılmış alqı-satqı müqaviləsi mütləq etibarsız sayılmalıdır, əks təqdirdə iddiaçının mülkiyyət hüquqları bərpaedilməz şəkildə pozulacaqdır. Məhkəmə işi tam araşdırmamış, tətbiq edilən hüququ norma larını düzgün tətbiq etməmişdir. Mülkiyyət hüququ ilə əlaqədar iddia müddəti tətbiq edilmədiyini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsi və Azərbaycan SSR-nin 12 mart 1964-cu il tarixli (vəsiyyətnamə 1995-ci il tarixdə qəbul edilmişdir) Mülki Məcəlləsinin 85-90-ci maddələrini məhkəmə tətbiq etməmiş, ciddi prosessual pozuntuya yol vermişdir. Daşınmaz əmlaka subyektiv hüququ çatmayan şəxs ilə bağlanılmış alqı-satqı müqaviləsi hər halda məhkəmə tərəfindən etibarsız hesab edilməlidir, həmin müqavilənin etibarsızlığının əsası Mülki Məcəllənin imperativ norması olan 337.1-ci maddədə qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

91. Cavabdeh8 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil6 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Cavabd eh8 mübahisəli olan əmlakın vicdanlı alıcısı olduğundan, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1153/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

92. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

93. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

94. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümünd ən sonra doğulmuş uşaqları ola bilərlər.

95. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

96. Maddə 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

97. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

98. Maddə 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.

99. Maddə 1191 Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

100. Maddə 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.

101. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

102. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfin dən qəbul edilmiş sayılır.

103. Maddə 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

104. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

105. Maddə 1269.Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

106. Maddə 1272.Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

107. Maddə 1273.Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

108. Maddə 1321.1.Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

109. Maddə 1321.2.Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

110. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

111. Maddə 1322.Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

112. Maddə 1323.Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir Mülki Prosessual Məcəllə

113. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

114. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

115. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

116. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

117. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

118. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

119. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

120. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

121. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Kassasiya baxışının hədləri

122. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

123. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

124. Məhkəmə kollegiyası m əruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

125. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsi, məhkəmə iclaslarında verdiyi izahatlarla eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və iş üzrə Ali Məhkəmənin əvvəlki qə rarındakı göstərişlər nəzərə aldınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

126. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

127. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən mad di və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mı̇ rzəbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1153/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi və 3 iyun 2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar