Məhkəmə qərarları › İş №2(102)-3172/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3172/2022

16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3172/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə (3-cü şəxslər X1 Ramin Mustafa oğlu) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xələfov İlqar Rəhim oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-27/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 3-cü şəxs X2 və onun əsasında da digər 3-cü şəxs X3 adına verilmiş Şabran rayonu, 28 may küçəsi, ev 2-ə dair Texniki Pasportun və Çıxarışın qismən ləğv olunaraq əvvəlki ölçüdə ilkin torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə uyğun ölçüdə Texniki Pasportun və Çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Şabran Rayon Məhkəməsinin (hakim Ç.Ə.İsgəndərov) 2(031)-5 79/2018 nömrəli iş üzrə 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) 2(105)-27/2021 saylı mülki iş üzrə 26 aprel 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilməklə iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 5 İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan q ərardadından kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 7. 3-cü şəxsin nümayəndəsi kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edi r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 8 Maddə 25.1 Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

9. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri

10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

11. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. İddiaçı tərəfindən irəli sürülən tələb Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi ilə bağlıdır.

13. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaya cavab verməli olan orqan Dövlət Reyestri Xidməti olmaqla həmin orqan inzibati orqan olduğundan hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-27/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar