Məhkəmə qərarları › İş №2(102)-3173/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3173/2021

16.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3173/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi və maddi zərərin ödənilməsi” qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müqaviləyə xitam verilməsi, maddi və maddi zərərin ödənilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7214/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi üzərində olan torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın reyestrində 04.03.2009-cu il tarixdə qeydiyyat aparılmışdır. 15.03.2017-ci il tarixli Podrat müqaviləsindən müəyyən olunur ki, Cavabdeh bundan sonra “Podratçı” adlanacaq və İddiaçı ogl u bundan sonra “Sifarişçi” adlanacaq aşağıdakı məzmunda müqavilə bağlayır: ““Podratçı” sifarişçiyə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.2.5 a torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. “Podratçı” qarşılıqlı razılaşmaya əsasən “Sifarişçi”nin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetirələcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra Podratçı” bu müqavilədə müəyyən olunmuş müddətə işləri kefiyyətli yerinə yetirib “Sifarişçi” yə təhvil verməyi, “Sifarişçi” isə müqavilədə göstərilən məbləği “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür. Görüləcək işlər müəyyən edilmiş tikinti qaydalarına uyğun olmalıdır. Sifarişçi əlavə işlər gördürərsə görülən işin pulu nağd ödəməlidir və ya razılaşma əsasında əlavə kredit cədvəli, əlavə görülən işlər və razılaşma müqaviləsi tutulmalıdır. Tikinti 11.11.2019-cu il tarixində başa çatdırılır”. 25.10.2017-ci il tarixli Podrat müqaviləsindən müəyyən olunur ki, Cavabdeh bundan sonra “Podratçı” adlanacaq və İddiaçı oglu bundan sonra “Sifarişçi” adlanacaq aşağıdakı məzmunda müqavilə bağlayır: ““Podratçı” sifarişçiyə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.25 ha torpaq sahəsində ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. “Podratçı” qarşılıqlı razılaşmaya əsasən “Sifarişçi”nin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetirələcək (görüləcək) işlərin haqqını n ödənilməsi ilə razılaşdıqdan sonra “Podratçı” bu müqavilədə müəyyən olunmuş müddətə işləri kefiyyətli yerinə yetirib “Sifarişçi”yə təhvil verməyi, “Sifarişçi” isə müqavilədə göstərilən məbləği “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür. Görüləcək işlər müəyyən edilmiş tikinti qaydalarına uyğun olmalıdır. Sifarişçi əlavə işlər gördürərsə görülən işin pulu nağd ödəməlidir və ya razılaşma əsasında əlavə kredit cədvəli, əlavə görülən işlər və razılaşma müqaviləsi tutulmalıdır. Tikinti 06.06.2018-ci il tarixində başa çatdırılır”. “Görülən işlər”ə dair sənəddən müəyyən olunur ki, hasarın tikintisi üçün 1200 manat, fundamentin tikintisi üçün 3000 manat, 5 daş kürsü üçün 2200 manat xərclənmişdir. Birinci instansiya məhkəməsində təyin edilərək alınmış 20.12.2019-cu il tarixli, 22847 saylı rəyinə əs asən tədqiqat Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparmış tikinti işləri üzrə aparılmışdır. Tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Cavabdeh ilə İddiaçı arasında 25 oktyabr 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində 70 kv.m. ölçüdə fərdi yaşayış evinin tam tikintisinin öhdəsinə götürülmüşdür. Baxış zamanı tədqiq olunan tikilin sahəsi aşağıdakı kimi müəyyən olunur; 1 saylı tikilinin sahəsi 21,6 m2 (3,0x7,2m), 2 saylı tikilinin sahəsi 4,60 m2(2,0x2,3m), 3 saylı tikilinin sahəsi 10.8 m2 (3,1x3,5m), 4 saylı tikilinin sahəsi 25.8 m2(1,2x2,0m+3,5x 6,7m), cəmi: 62,8 m2. Baxış keçirilən zamanı inşa olunmuş yarımçıq tikilinin xarici divarları 40 sm ölçüdə 80 sm hündürlükdə, daxili divarları 20 sm qalınlığında, 60 sm hündürlükdə mişar daşı ilə divar hörülmüşdür. Xarici divarların bünövrəsinə 14 mm ölçüdə atılaraq 20x50sm ölçüdə beton tökülmüş, daxili divarların bünövrəsinə yastısına 1 sıra mişar daşı düzülmüşdür. Həyətyanı torpaq sahəsi 60m uzunluğunda 1 metr hündürlüyündə mişar daşı ilə hörülmüş bünövrəsinə yastısına 1 sıra mişar daşı düzülmüşdür. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin dəyərini müəyyən etmək məqsədilə hal-hazırki bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2730,1 manat məbləğində müəyyən olunmuşdur. Qərardadın üçüncü-beşinci və yeddinci sualları ilə bağlı qeyd olunur ki, yaşayış evinin xarici divarların bünövrəsinin dərinliyi 20 sm və daxili divarların bünövrəsinə 1 sıra daş düzüldüyü nəzərə alaraq, həmin binanın dayanaqlığına təsir edən bünövrəni tikinti-texniki normalara uyğun aparılmadığı müəyyən olunmuş, lakin normaları kim tərəfindən pozulması tikinti ekspertinin səlahiyətinə aid deyildir. Eyni zamanda inşa olunacaq yaşayış evinin bünövrəsi tikinti-texniki normalara uyğun aparılmadığı nəzərə alaraq, həmin bünövrənin birmərtəbəli 5 metr hündürlüyü olan fərdi yaşayış evinin tikintisinin davam etdirmənin dayanlığına təsir edə bilər. Beləliklə aparılmış tədqiqatla, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisi ndə yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh ilə İddiaçı arasında 25 oktyabr 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 70 kv.m ölçüdə inşa olunmalı fərdi yaşayış evi yarımçıq olduğu üçün, podrat müqaviləsi icra olunmamışdır. Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh aparmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2730,1 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri və tikilinin ölçüsü rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Yaşayış evinin xarici divarların bünövrəsinin dərinliyi 20 sm və daxili divarların bünövrəsin ə 1 sıra daş düzüldüyü nəzərə alaraq, həmin binanın dayanaqlığına təsir edən bünövrəni tikinti-texniki normalara uyğun aparılmadığı müəyyən olunmuş, lakin normaları kim tərəfindən pozulması tikinti ekspertinin səlahiyətinə aid deyildir. Eyni zamanda inşa olunacaq yaşayış evinin bünövrəsi tikinti-texniki normalara uyğun aparılmadığı nəzərə alaraq, həmin bünövrənin birmərtəbəli 5 metr hündürlüyü olan fərdi yaşayış evinin tikintisinin davam etdirmənin dayanlığına təsir edə bilər. Tədqiqatin nəticəsi: Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh ilə İddiaçı arasında 25 oktyabr 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, 70 kv.m. ölçüdə inşa olunmalı fərdi yaşayış evi yarımçıq olduğu üçün, podrat müqaviləsində nəzərdə tut ulmuş tikinti işləri faktiki olaraq icra olunmamışdır. Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh aparmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2730,1 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri və tikilinin ölçüsü rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən yaşayış evinin xarici divarların bünövrəsinin dərinliyi 20 sm və daxili divarların bünövrəsinə 1 sıra daş düzüldüyü nəzərə alaraq, həmin binanın dayanaqlığına təsir edən bünövrəni tikinti-texniki normalara uyğun aparılmadığı müəyyən olunmuş, l akin normaları kim tərəfindən pozulması tikinti ekspertinin səlahiyətinə aid deyildir. Eyni zamanda inşa olunacaq yaşayış evinin bünövrəsi tikinti-texniki normalara uyğun aparılmadığı nəzərə alaraq, həmin bünövrənin birmərtəbəli 5 metr hündürlüyü olan fərdi yaşayış evinin tikintisinin davam etmənin dayanıqlığına təsir edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlk iş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddiaçı üzrə iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh müqavilə üzrə aldığı 8.600 manat, öhdəliklərini icra etmədiyi üçün kirayə haqqı olaraq ödədiyi 3.000 manat, mənəvi zərər olaraq qiymətləndirdiyi 25.000 manat, ümumilikdə 36.600 manat pulun, həmçinin ödədiyi 30 (otu z) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,25 ha torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsində 80 kv.m ərazisində fərdi yaşayış evi tikmək üçün internetdə verilən elan vasitəsi ilə Cavabdeh oglu ilə tanış olmuşdur. Evin tikintisi barədə onunla razılaşaraq, aralarında ilkin olaraq 15 mart 2017-ci il tarixdə “Podrat müqaviləsi” bağlamışlar. Həmin evin tikintisi ücün 33000 (otuz üc min) manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə o, ilkin ödəniş kimi 15 mart 2017-ci il tarixdə Cavabdeh 3.000 manat məbləğində pul ödəmiş, qalan 3 0.000 manat pulu isə ödəniş cədvəlində qeyd olunan ödənişlərlə 48 ay müddətinə qrafiklə ödənilməsi barədə öhdəlik götürmüşdür. 15 mart 2017-ci il tarixli “Podrat müqaviləsi”nə görə cavabdeh fərdi yaşayış evinin tikintisini 11.11.2019-cu il tarixdə başa çatdırılmalı idi. 25 oktyabr 2017-ci il tarixdə Cavabdeh oglu ona zəng edərək, təcili görüşmək üçün onu öz yanına çağırmış, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 70 kv.m sahəsində fərdi yaşayış evi tikmək ücün ona yeni müqavilə bağlanmalı olduğunu bildirmişdir. Yeni müqavilədə evin tikintisinin 06.06.2018-ci il tarixdə başa çatdırılmasını cavabdeh öhdəsinə götürdüyü ücün, o, cavabdehin bu təklifi ilə razılaşmış, cavabdehlə yeni “Podrat Müqaviləsi” bağlamışdır. O, ödəniş cədvəlində qeyd olunan ödənişləri vaxtı vaxtında ödəmiş, ö hdəliklərini icra etmişdir. Lakin, cavabdeh evin tikintisini 06.06.2018-ci il tarixində başa çatdırmağı öz öhdəsinə götürsə də, demək olar ki, heç bir iş görmədən, yalnız keyfiyyətsiz formada bir neçə daşı daş üstünə qoyub, ondan aylıq ödənişləri alıb, tikintini aparmaqdan yayınmış, öz öhdəliklərini icra etməmişdir. Cavabdeh ondan ümumilikdə müqavilə üzrə 8.600 manat pul alıb. Hal-hazırda o, ailəsilə birlikdə Bakı şəhərində kirayə evdə yaşayır. Hər ay kirayə haqqı olaraq 250 manat pul ödəyir. 06.06.2018-ci il tarixdən tikilməli olan evinə köçməli idi. Lakin, cavabdeh onu əlavə maddi zərərə salmış, o, 06.06.2018-ci ildən hal-hazıra kimi - 06.06.2019-cu il tarixədək hər ay 250 manat olmaqla, 3.000 manat kirayə haqqı ödəmişdir. Bu ödəniş cavabdehin öhdəliklərini icra etməməsi ilə əlaqədar yar anıb. Cavabdehin bu hüquqazidd hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmiş, ümid etdiyi evinə sahib ola bilməmiş, hələ də kirayələrdə yaşayaraq hər gün əzab çəkir, bütün bunlar ona psixoloji sarsıntı verir və mənəvi zərər çəkir, cavabdeh mənəvi zərəri kompensasiya etməlidir, mənəvi zərəri o, 25.000 manat məbləğində qiymətləndirir, həmin məbləğ cavabdehdən tutulmalıdır. Cavabdehdən müqavilə üzrə aldığı 8.600 manat, onun təqsiri ilə bağlı yaranmış kirayə haqqı olaraq ödədiyi 3.000 manat, mənəvi zərər olaraq qiymətləndirdiyi 25.000 manat, ümumilikdə 36.600 manat pul vəsaiti cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi və maddi z ərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış podrat müqaviləsinə xitam verilməsi və cavabdehdən ona vurmuş olduğu zərər qismində 4200 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,2 ha torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar onunla cavabdeh İddiaçı arasında Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən 05 yanvar 2018-ci ildən başlayaraq 05 dekabr 2021-ci ilədək İddiaçı tərəfindən ödəniş edilməli və 11 noyabr 2019-cu il tarixə qədər o, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,2 ha torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tikintisini inşa çatdırıb, İddiaçı təhvil verməlidir. Qeyd edilən müqavilə ilə əlaqədar aralarında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən İddiaçı 05 dekabr 2021 -ci ilədək hər ay 400 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə təminatsız bağlanmış, müqavilə bağlanan zaman İddiaçı maddi durumunun qənaətbəxş olmasını, hər ay 400 manat ödəmək iqtidarında olmasını bildirmiş, bu üzdən o, cavabdehin maddi durumu ilə əlaqədar heç bir şübhə olmadan onunla podrat müqaviləsi imzalayıb, həmin müqaviləyə əsasən işə başlamışdır. İşin icrası zamanı İddiaçı ona müraciət edərək, maddi vəziyyətinin pisləşməsi nəticəsində qrafik üzrə mütəmadi ödə niş edə bilməyəcəyini, ödənişin sərbəst qaydada etmək istədiyini bildirmişdir. O, cavabdehlə razılaşmış, sonuncunun maddi durumu onda şübhə yaratdığına, öz öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmamasını gördüyünə görə, o da işləri ödənişlərə uyğun aparmağa başlamış, buna baxmayaraq, 2019-cu ilin mart ayınadək işlərin 40%-ni görmüşdür. Yəni, onlar tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikilişi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq 05 fevral 2019-cu ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. O, cavabdehə müqavilə üzrə ödəniş etməsini tələb etdikdə, isə cavabdeh ödəniş etməkdən imtina etmiş, əksinə onun barəsində Polis Bölməsinə şikayət edərək, ondan ödədiyi pulu geri tələb etmişdir. Bundan sonra o, cavabdehə yazıl ı bildiriş ünvanlayaraq, müqavilə ilə iş əsas borcun 1200 manat, cərimə borcunun 720 manat olmaqla ümumilikdə 1920 manat borcun 10 gün müddətinə ödənilmədiyi təqdirdə, müqaviləyə əsasən aparılan tikintinin dayandırılaraq, aparılmış tikinti işlərinin faiz nisbətinə münasibətdə gözlənilən qazancın ödənilməsini ondan tələb edilməsini bildirmişdir. Cavabdeh isə birmənalı olaraq müqavilə üzrə heç bir ödəniş edilməyəcəyini ona bildirmiş, bu üzdən o, müqavilənin icrasını dayandıraraq, ona dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, halhazıradək tikinti işlərinin 40%-i görüldüyündən, tikinti işləri cavabdeh tərəfindən ödəniş edilmədiyinə görə dayandırıldığından, həmin tikinti başa çatdırılsaydı, əldə edilməsi gözlənilən qazancın 40%-i miqdarında pul vəsaitinin cavab dehdən alınması üçün məhkəməyə müraciət etmişdir. Onunla cavabdeh arasında bağlanmış Podrat Müqaviləsinin 5.6-cı maddəsinə əsasən “Sifarişçi” ödənişi 15 gün gecikdirdikdə, tikinti dayandırılır. Ödəniş 5 gün gecikdirilə bilər. 5 gündən artıq gecikərsə, hər gecikən günə 2 % əlavə olunacaq. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə bağlandıqdan sonra ləğv oluna bilməz. Əgər ləğv olunarsa, Podratçının qazancının 40%-70%-i ödənilməlidir. Göründüyü kimi, cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi gecikdirməsinin müddəti artıq 90 günü ötdüyündən, ödəməli olduğu məbləğdən əlavə onun 720 manat cərimə borcu yaranmışdır. O, həmin müqavilə əsasında işə işçilər cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işin 40 faizini görüb 7780 manat pul vəsaiti xə rcləmişdir. Bu pul vəsaiti yalnız onun öz hesabına xərclənən pul vəsaitidir ki, onun həmin müqavilədən gözlədiyi qazanc bura daxıl deyildir. Qeyd edilən müqavilə onun sahibkarlıq fəaliyyətinin tərkib hissəsi olduğuna görə həmin müqavilə üzrə onun gözlədiyi qazancı 12700 manat idi. İşlərin 40 faizini gördüyünə görə Müqavilənin 7.2ci bəndinə əsasən onun həmin qazancının da 40 faizini (12700x40%=5080) cavabdehdən tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən, onunla cavabdeh İddiaçı arasında bağlanmış podrat müqaviləsinə xitam verilməsi və cavabdehdən ona vurmuş olduğu zərər qismində 4200 manat məbləğində pul vəsaiti alnaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov, iş № 2(010)-134/2020) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair tələbləri qismən təmin edilərək Cavabdeh 8.600 manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqaviləyə xitam verilməsi və maddi zərərin ödənilməsi tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qarşısında götürdüyü öhdəliyini lazımi qaydada icra etmədiyind ən, ilk iddia üzrə iddiaçı podrat müqaviləsi üzrə ödədiyi 8.600 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh gördüyü işin və göstərdiyi xidmətin yararsız və keyfiyyətsizliyi nəticəsində ilk iddia üzrə iddiaçıya vurduğu mənəvi ziyana görə 25.000 manat pulun ondan alınaraq ona verilməsi hissəsində məhkəmə iddia tələbini əsassız hesab edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(010)-134/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və R.Həsənovdan ibarət tərkibdə, iş № 2(103)-7214/2020) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-134/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sifarişi ilə Abşeron rayonu Abşeron quşçuluq sovxozu ərazisində 0,25 ha torpaq sahəsində tikilən fərdi yaşayış evinin inşası zamanı Cavabdeh tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi nəticəsində ona ziyan dəydiyi faktı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd edir ki, Abşeron rayonu quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahə sində Cavabdeh ilə İddiaçı arasında 25 oktyabr 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 70 kv.m ölçüdə inşa olunmalı fərdi yaşayış evi yarımçıq olduğu üçün, həmçinin bünövrəsi zəif olduğu üçün podrat müqaviləsində nəzərdə tutulmuş tikinti işləri faktiki olaraq icra olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli 2(103)-7214/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, baxılması üçün geri qaytarlmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 izahatında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ar asında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sif arişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753-cü maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının m üqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edil dikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 756-cı maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən ası lı olaraq müəyyənləşdirilir. 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760-cı maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidi r ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Key fiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, i şin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işdə olan Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirmiş və əsaslı olaraq cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi nəticəsinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4 16, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh edilməsin. Cavabdeh Əlsəgər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7214/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar