Məhkəmə qərarları › İş №2(102)-3183/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3183/2023

25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3183/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz istifadədən geri alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın qanunsuz istifadədən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-90/2023 saylı, 11 aprel 2023cü il tarixli qət naməsindən Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. AD seriyalı 769252, 769253, 769254, 769255, 769256 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən, müvafiq olaraq, “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, (şassi-K895647-yarımqoşqu), Kinq T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-K034150yarımqoşqu), Craven Tasker F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassiH**********1-yarımqoşqu), Crane Fruenauf markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-305002-yarımqoşqu), Crane L ovloader markalı 99ZE223 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi SGQ4941-01-yarımqoşqu) İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ctaven Tasker F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı H**********1 şassi nömrəli, Crane Lowloader markalı ** ZE *** dövlət qeydiyyat nişanlı SGQ 4941-01 şassi nömrəli, King GTL60 3H95 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı K89/5647 şassi nömrəli, Crane Freuhauf markalı 99ZE225 dövlət qeydiyyat nişanlı 305002 şassi nömrəli və King T-56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı K034150 şassi nömrəli nəqliyyat vasitələrinin cava bdehlərin qanunsuz istifadəsindən alınıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri cavabdehlər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir. İddiaçı qeyd olunan yarımqoşquları təxminən 10 il bundan öncə almışdır. Lakin cinayət əməli törədərək uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyinə görə həmin nəqliyyat vasitələrinə nəzarət edə bilməmişdir. Bundan istifadə edən cavabdehlər iddiaçıya məxsus olan nəqliyyat vasitələrini qanunsuz olaraq istifadə etmiş və onlardan gəlir götürmüşlər. İddiaçı azadlığa çıxdıqdan sonra sözügedən nəqliyyat vasitələrini öz adına rəsmiləşdirmişdir. AD seriyalı 769252 nömrəli, AD seriyalı 769253 nömrəli, AD seriyalı 769254 nömrəli, AD seriyalı 769255 nömrəli və AD seriyalı 769256 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən də göründüyü kimi, həmin nəqliyyat vasitələri iddiaçının mülkiyyətindədir. Buna görə də, sözügedən nəqliyyat vasitələri cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməlidir.

4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, iddia tamamilə əsassızdır. İddia ərizəsində göstərilənlər cəfənqiyyatdır. Şikayət ərizəsində də qeyd etdildiyi kimi Bakı İnzibati Məhkəməsində işə baxılıb yekun qərar qəbul edilməyənədək hazırkı işə baxmaq mümkün deyil. Ona görə də, hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2021 saylı, 30 iyun 2 021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia təmin edilmiş, “King GTL60 3H95” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, (şassi-K895647- yarımqoşqu), Kinq T56 markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-K034150yarımqoşqu) Craven Tasker F-450 markalı ** ZD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassiH**********1-yarımqoşqu), Crane Fruenauf markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi-305002-yarımqoşqu), Crane Lovloader markalı ** ZE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (şassi-SGQ4941-01-yarımqoşqu) cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakından sərbəs t və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ bənd), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh3 MMC-nın nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək məhkəmədən xah iş edilmişdir ki, iddiaçının cavabdehlərə qarşı mülki işin icraatını, inzibati qaydada baxılan mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan digər bir işin həllinə qədər dayandırılsın. Belə ki, cavabdeh Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət ermiş və məhkəmədən xahiş edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən İddiaçı AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə dair verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 MMC-nin nümayəndəsinin vəsatəti təmin olunmuş, Bakı İnzibati M əhkəməsinin icraatında olan başqa bir mülki işə baxılıb iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Daha sonra isə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəkilinin şikayəti əsasında Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci i tarixli qərardadı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət versə də məhkəmə şikayəti və iş materiallarını araşdırıb hesab etmişdir ki, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Halbuki, həmin qərardadın özündə qeyd edilmişdir ki, qərardaddan 10 gün ərzində şikayət verilə bilər.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10609/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılan işin icraatı, Cavabdeh3 MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə “nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsində baxılan 2-1(112)-1834/2021 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh3 MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə “nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X 6 İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı Cavabdeh3 MMC-nin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-3457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

12. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)90/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılan iş üzrə icraat təzələnmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-90/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan əmlakların ən azı birinin onlara məxsus olmasını, həmçinin əmlaklara iddiaçı tərəfindən saxtakarlıqla qeydiyyat şəhadətnaməsinin alındığını bildirmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 MMC nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin iddia tələbi təmin edilməmiş və qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Görünüdüyü kimi, mübahisələndirilən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin ləğvinin əsassızlığına dair qanuni qüvvəyə min miş məhkəmə aktı mövcuddur.

16. Cavabdeh3 MMC həmçinin nəqliyyat vasitələrinin saxtakarlıqla əldə edildiyini və bununla bağlı prokurorluq orqanlarına müraciət edildiyini bildirsə də, bununla bağlı cinayət işinin başlanması və ya əməldə cinayət tərkibinin olmasını göstərən hər hansı preyudisial əhəmiyyətli qərarı məhkəməyə təqdim etməmişdir.

17. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab etmişdir ki, nəqliyyat vasitələrinə saxtakarlıqla qeydiyyat şəhadətnaməsinin alınması barədə dəlil mülahizə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir.

18. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakından sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməsinə, iddiaçının mülkiyyət hüquqlar ını məhdudlaşdıran halların aradan qaldırılmasına və iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

19. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ bənd), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh3 MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Bu baxım dan əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən belə pozulmaqdan müdafiə edilir. Hazırkı iş üzrə isə 5 ədəd nəqliyyat vasitəsinin 30 il müddətində cavabdehin istifadəsində və sahibliyində olması nəzərə alınmamışdır. Hətta bu halı iddiaçı belə etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində sübutlardan məhkəməyə mütəxəssis rəyi, nəqliyyat vasitəsinin texniki pasportu, məhkəmə qərarları təqdim edilmişdir. Lakin bir çoxunun adı qətnamələrdə sadalanmır. Onun təqdim etdiyi sübutlar cavabdehin əleyhinə, iddiaçının isə lehinə qiymətləndirilmişdir. Cavabdehin təqdim etdiyi sübutlar, təkzib ediləcək sübut olmadığı halda araşdırılmamış və qətnamədə istinad edilməmişdir. Halbuki, qanunsuz şəkildə özgəninkiləşdirilən 5 ədəd nəqliyyat vasitəsinin 1 ədədinin texniki pasportu elə cavabdehə məxsusdur. Belə çıxır ki, məhkəmə tərəfindən bir nəqliyyat vasitəsinin iki texniki pasportu olması faktına əsasən xüsusi qərardad çıxarmalı və iş üzrə cinayət tərkibli faktların araşdılması üçün qərardadı prokurorluğa göndərməli idi. Bundan başqa, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Ödənilən dövlət rüsumu isə Ali Məhkəməyə başqa bir şirkət tərəfindən ödənilmiş rüsumdur.

22. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 76, 77, 88, 89, 217, 218, 254-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə 13, İ bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir

27. Maddə 152.1. Mülkiyyət h üququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllə nin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

40. İddiaçının cavabdehdən tələb etdiyi əşyalara hüququ ilə bağlı qeyd olunmalıdır ki, qanunvericilik nəqliyyat vasitələrinin əldə edilməsinin rəsmiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 1.2-ci bəndinə görə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxi li İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər.

41. Bu qərarın 1-ci paraqrafında qeyd olunduğu kimi tələb olunan yarımqoşqular iddiaçının adına qeydiyyata alınmışdır.

42. Bu qeydiyyatın qanunsuz olması ilə bağlı cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Cavabdeh3 MMC cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-377/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, həmin qərardan Cavabdeh3 MMC-nin verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-3457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

43. Həmin iş üzrə apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 50350903 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3440 nömrəli sorğu nömrəli gömrük bəyannaməsi, K034150 şassi nömrəli nəqliyyat vasitəsi 26 fevral 2020-ci il tarixli **********2092 sorğu nömrəli gömrük bəyannaməsi, K89/5647 şassi nömrəli nəqliyyat vasitəsi 26 fevral 2020-ci il tarixli **********2087 sorğu nömrəli gömrük bəyannaməsi, 305002 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3449 sorğu nömrəli gömrük bəyannaməsi, SGQ4941-01 şassi nömrəli nəqliyyat vasitəsi 27 fevral 2020-ci il tarixli **********3464 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2 009-025/1 nömrəli sənəd əsasında gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Qeyd edilən icazə sənədləri (gömrük bəyannamələri) ləğv edilmədiyindən, geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən habelə onların qüvvədə olma müddəti qurtarmadığından, hüquqi qüvvəsini saxlayır.

44. Göründüyü kimi tələb olunan əmlaklar iddiaçının mülkiyyətindədir və cavabdehin həmin əmlaklara sahibliyinin qanuni əsasları müəyyən edilməmişdir. Cavabdeh əmlakların mənsubiyyəti ilə bağlı mübahisə açmasına baxmayaraq, bu yarımqoşqulara hüquqlarına dair hər hansı sübut təqdim etməmişdir.

45. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmişdir.

46. İş üzrə icraatın dayandırılmalı olması barədə cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 MMC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli nəqliyyat vasitələrinə iddiaçının adına qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmiş gömrük rəsmiləşdirilməsi ilə bağlı Gömrük Komitəsinin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb etmişdir və həmin iş üzrə icraat davam edir.

47. Nəzərə alınmalıdr ki, hazırda baxılan iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci ildə icraata qəbul edilmişdir və hələ də davam edir. Mülki iş üzrə icraat cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsində xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək dayandırılmış, apelyasiya instansiyası məhkəməsində d ə cavabdehin xahişi ilə xx.xx.2021-ci il tarixli qərardadla dayandırılmış, xx.xx.2023-cü ildə təzələnmişdir.

48. Həmin dayandırmalar üçün əsas – Cavabdeh3 MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilməsi” barədə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verməsi olmuşdur.

49. Göründüyü kimi mülki iş üzrə icraat cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsində 1 ay 21 gün, apelyasiya instansiyası məhkəməsində 1 il 4 ay 4 gün – cəmi 1 il 5 ay 25 gün müddətində dayandırılmışdır. Məhkəmə icraatının uzun müddət davam etməsi faktı, iş üzrə icraatın dayandırılması barə də vəsatətin, iddiaçı üçün ədalətli məhkəmə araşdırması hüququndan irəli gələn iddianın ağlabatan müddətlərdə həlli tələbinin işığında təhlil olunmasını zəruri edir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

50. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri).

51. Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda Konvensiyanın 6-cı maddəsində nəzərdə tutu lmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

52. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir.

53. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Ko nstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

54. Konvensiya məhkəmə işlərinə "ağlabatan müddətdə" baxılmasını tələb edərək, ədalət mühakiməsinin onun effektivliliyinə və etibarlılığına xələl gətirə bilən gecikmələrə yol vermədən həyata keçirilməsinin vacibliyini nəz ərdə tutur. Məhkəmə prosesinin müddətinin ağlabatanlığı, hər məhkəmə işinin konkret hallarına görə qiymətləndirilməlidir. Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə, məhkəmə prosesinin müddətinin ağlabatanlığı aşağıdakı meyarların işığında qiymətləndirilməlidir: işin mürəkkəbliyi, ərizəçinin və müvafiq hakimiyyət orqanlarının davranışı, ərizəçi üçün mübahisənin mahiyyətində duran məsələ.

55. İşin mürəkkəbliyi dedikdə, həm faktlar, həm də hüquqla bağlı olan məsələlərə görə uzunmüddətli araşdırmanın zəruriliyi başa düşülür. Adətən bu vəziyyət işə müxtəlif tərəflərin cəlb olunması və ya əldə edilməli olan sübutların müxtəlif növləri ilə bağlı olur.

56. Baxılan işdə həll olunmalı məsələ mürəkkəb hüquqi konstruksiyaya malik olmayıb, sadə hüquqi əsaslara söykənir. Başqa sözlə, m üddətin uzadılmasına haqq qazandıran işin mürəkkəbliyi halı yoxdur. Cavabdeh tərəfə sübutların təqdim olunması üçün zəruri olduğundan da uzun vaxt verilmişdir. İşə çoxsaylı tərəflərin cəlb olunması tələb olunmur.

57. Proses iştirakçılarının hərəkətləri ilə bağlı müddətin ağlabatanlığı məsələsinə gəldikdə qeyd olunmalıdır ki, Konvensiyanın 6-cı maddəsi tərəflərdən məhkəmə orqanları ilə aktiv şəkildə əməkdaşlıq etməsini tələb etmir; həmçinin onlar daxili qanunvericiliyə uyğun olaraq onlara təqdim edilən hüquqi müdafiə vasitələrindən tam istifadə etmələrinə görə günahlandırıla bilməzlər (Avropa Məhkəməsinin Erkner və Hofauer Avstriyaya qarşı iş üzrə 23 aprel 1987 tarixli qərarı, § 68).

58. Lakin nəzərə alınmalıdır ki, MPM-də tərəflər işin qanuni və ədalətli həllinə imkan yaradan kifayət qədər geniş hüquqlar və vəzifələr müəyyən olunmuşdur (MPM-nin 47-ci maddəsi). Eyni zamanda işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

59. Müvafiq şəxsdən yalnız onunla bağlı olan prosessual tədbirlərin yerinə yetirilməsində səy göstərmək, gecikdirici gedişlərlərdən istifadə etməkdən yayınmaq və məhkəmə araşdırmasının müddətinin qısaldılması üçün daxili qanunvericiliyin təqdim etdiyi imkanlardan faydalanmaq tələb olunur (X3 S.A. İspaniyaya qarşı 7 iyul 1989-cu il tarixli qərarın 35-ci paraqrafı).

60. Cavabdeh ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunmaq üçün vasitə kimi başqa bir iddia irəli sürməklə iddiaçının titul sahibliyinə son qoymağı seçmişdirsə, bu tələbi düzgün əsaslandırmaqla, ləngitmədən iddi a verməyə borcludur. İddiaçı tələb olunan əmlakların mülkiyyətçisi olmaqla, onlardan istifadə hüququnun ləngimədən bərpa olunması hüququna malikdir və məhkəmə prosesinin uzanması bu hüququn pozulmaqda davam etməsinə səbəb olur.

61. Buna görə də apelyasiya instansiyası məhkəməsi cavabdehin icraatın dayandırılması barədə vəsatətini rədd etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh mübahisəli əşyalara titul sahibliyini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Mübahisə predmeti olan əmlaklara iddiaçının mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr qüvvədədir.

62. Cavabdeh gələcəkdə əmlaklara mülkiyyət hüququnun dəyişməsinə nail olarsa, fərqli faktik hal (yeni hal) yaranmış olacaq və iddiaçı ilə yeni münasibətlərə əsaslanmaqla iddia vermə hüququ əmələ gələcəkdir.

63. Kassatorun iddia ərizəsi verilərkən dövlət rüsumunun iddiaçı deyil, başqa şəxsin adından ödənilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla bu dəlil apelyasiya şikayətində irəli sürülməmişdi. Apelyasiya qaydasında mübahisələndirilməmiş, yəni apelyasiya araşdırmasının predmeti olmamış hallar kassasiya qaydasında araşdırıla bilməz. Bundan başqa, dövlət rüsumunun ödənilməməsi kassasiya qaydasında qətnamənin ləğv olunması üçün əsas deyildir.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

65. Kassasiya kollegiyası qey d edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-90/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar