Məhkəmə qərarları › İş №2(102)-3188/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3188/2024

11.09.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3188/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X1 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü (apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X1 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair bi r icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4649/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərardadından iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cav abdeh X2 ilə ½ hissədə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilə cavabdehlər tərəfindən qoyulmuş maneələr aradan qaldırılaraq onu həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X1 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair mülki işin İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1330/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) İddiaçı Cavabd eh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X1 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülməsi barədə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ünvan 1-ə köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı tərəfindən apellyasiya şikаyəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4649/2024 nömrəli iş üzrə 17 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq apellyasiya şikayətinə qiymət verilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, yalnız işin halları, maddi və prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe əks etdirilsə də, qrafaların təyinatına uyğun tərtibatında uyğunsuzluğa yol verilmiş, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar şikayətdə əks edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki h alların aydınlaşdırılmamasına; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafaların məzmununu müəyyən edən əsaslar təsbit edilməmişdir.

8. Məhkəmə aktının qanuniliyinin hansı hissədə və hansı əsasla (dəlillərə əsasən) mübahisələndirilməsinin qeyd edilənlər baxımından Kollegiya hesab etmişdir ki, onun mümkünlüyü üçün əsaslar müəyyən edilməlidir. Lakin hazırkı vəziyyətdə bunun müəyyən edilməsi mümkün olmamışdır.

9. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 361.1-ci maddəsinə, eləcə də “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verən şəxs məhkəmə qətnaməsini bir neçə əsasla mübahisələndirməklə, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 hazırkı iddiasının faktiki əsasını, hansı məqsədlə və hansı şəraitdə qaldırmasında dair m övqe bildirilməklə, məhkəmənin subyektiv hüquq məsələsi ilə bağlı əsaslandırmasını, habelə mübahisələndirilən əqdin etibarsız hesab edilməməsi barədə məhkəmə mövqeyinin işin araşdırılması olan faktiki halları ilə düzgün hüquqi qiymət vermədiyini, bunla bağlı tərəflər arasında razılaşma olmasının nəzərə alınmaması və buna uyğun maddi və prosessual hansı hüquq normasının pozulmasına dair ətraflı mövqe bildirilmiş, apellyasiya şikayətinə dair əlavə 2 də nəzərdə tutulan bütün forma və məzmuna riayət edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti qaytarılarkən guya şikayətin aşağı qrafasında 8, 9, 10-cu bəndlərində nəzərdə tutulan hissələrin yazılmamasını qeyd etmişdir. Hansı ki, həmin qrafada şikayət verən şəxs tərəfindən müvafiq olaraq həmin halları şikay ətin faktiki hallarında, maddi və prosessual hüquq normalarının pozulmasına dair hissədə qeyd etdiyindən əlavə olaraq qeyd edilməsi, başqa sözlə təkrarlanması zərurəti görməmiş, buna görə də, həmin hissələrdə təkrar qeydiyyat aparmamışdır. İşə baxan məhkəmə kollegiyası isə bu halı pozuntu kimi nəzərə almaqla prosessual qanunvericiliyin tələblərini tamamilə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan ver ən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

14. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılı r

15. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

16. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

20. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməsi qaydası müəyyən edilmişdir. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin forması “Apellyasiya şikayətinin forması” adlı MPM-in tərkib hissəsi olan 2 saylı Əlavədə əks olunmuşdur. Məcəllənin 363.1.1-1-ci maddəsində isə birbaşa müəyyən edilmişdir ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

25. İddiaçının apellyasiya şikayəti MPM-in tərkib hissəsi olan 2 saylı Əlavəyə uyğun tərtib olunmamışdır. Qeyd olunan hal şikayət üzrə apellyasiyanın mümkünlüyünü istisna etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gə lir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının “17” “iyul” “2024”-cü il tarixli 2(103)-4649/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar