Məhkəmə qərarları › İş №2(102)-3190/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3190/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3190/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 XXX oğlu, İddiaçı3, X8 və X2 Cavabdeh qar şı Mülki Məcəllənin 1193-cü maddəsinin tələbini və Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci ildə məcburi payın verilməsinə dair çıxardığı qərarını əsas gətirərək qanunu vərəsələrə: İddiaçı1 5833 manat, İddiaçı2 XXX oğlu 5833 manat, İddiaçı3 5833 manat, X5 5833 manat, İddiaçı5 5833 manat cəmi 29165 manat məcburi pulun Cavabdeh alınıb verilməsi, Cavabdeh 29165 manat məcburi pulun dəyərində miras əmlakın (mənzilin) alnıb verilməsi, və Bakı şəhəri Xətai rayon 40 saylı Notarius tərəfindən Cavabdeh xx.xx.2011-ci ildə 11000 manatlıq vərəsəlik şəhadətnaməsini və xx.xx.2016-cı ildə Mülki Məcəllənin 204.1 maddəsini tələblərini kobudcasına pozaraq atalarının qoyduğu mirasa tam mülkiyyət hüququ verilməsini əsassız hesab edərək ləğv edilməsi barədə iddialarının təmin edilməməsi, ödənilmiş 10 manat dövlə t rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən, məruzəçi), M.Hüseynov və M.Hüseynov, 2(107)333/2020 saylı mülki iş) hazırkı iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 XXX oğlu, İddiaçı3, X5 və İddiaçı5 oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsələrə 29165 manat məcburi paya uyğun pulun alınıb verilməsi və ya məcburi pulun dəyərində miras əmlakın (mənzilin) alınıb verilməsi və tam hüquqlu vərəsəlik şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəm ə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 1202.2, 1243.2, 1246, 1256 maddələrinə, Konstitusiya Məhkəməsinin məcburi payın verilməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarına uyğun olmadığından ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq n ormaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İş materiallarına əlavə edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnamədən görünür ki, xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi Cavabdehdur və şəhadətnamə verilən miras əmlak Cavabdeh verilmiş reyestrdən çıxarışa əsasən Bakı şəhəri XXX ünvanında yerləşən 69,33 kv/m olan mənzildən ibarətdir. DƏDRX-nin Bakı ərazi İdarəsi tərəfindən xx.xx.2016cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri XXX mənzil

31. Yeni qaydalarla: Bakı şəhəri XXX nömrəli yaşayış evi Cavab deh mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 XXX oğlu, İddiaçı3, X8 və X2 cavabdehlər X3 və Cavabdeh qarşı Azərbaycan Respublikası MM-nin 1146-cı maddəsinə əsasən vərəsələrin şikayətini nəzərə alaraq mirasın açıldığı vaxt məhkəmənin qərarının qüvvəyə mindiyi gündən mirasın açıldığı vaxtdan sayılması, vəsiyyətnamə 1159.1.1 və 1159.1.3-cü maddələrinə zidd olduğu üçün və atalarının iradəsinin zəifliyindən istifadə edərək Cavabdeh (nəvəsinə) adına mülkün bağışlanması ilə yazdırdığı vəsiyyətnamənin etibarsız sayılması, MM-nin 1157, 1278, 1302 və 1303 maddələrinə əsasən mirasdan əldə edilmiş pulu vərəsələr arasında düzgün pay bölgüsünün aparılmasına dair iddialarının təmin edi lməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1341/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 XXX oğlu, İddiaçı3, X8, X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsinin qismən ləğv olunması, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 XXX oğlunun, İddiaçı3, X6, X2 cavabdehlər X1 və Cavabdeh qarşı vərəsəlik payının alınması tələbinin təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 XXX oğlu, İddiaçı3, X8 və X2 hər birinin miras əmlaka olan nisbətdə əmlakın dəyərinin-70000 manatın 1/6 hissəsinin % hissəsinə 5833 manata məcburi pay hüquqlarının tanınması, miras əmlaka ol an nisbətdə əmlakın dəyərinin 70000 manatın 1/6 hissəsinin 1/4 hissəsini təşkil edən məcburi pay 5833 manat olmaqla, cəmi 29165 manat pul Cavabdeh alınaraq məcburi pay almaq hüququ olan İddiaçı1, İddiaçı2 XXX oğlu, İddiaçı3, X8 və X4 müstəqil şəkildə, paylarına uyğun verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinni xx xxxxxx 2018-ci il tarixli, 2(102)7737/18 saylı qərarından görünür ki, cavabdehlər X3 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(107)-1341/2018 saylı qətnaməsinin qismən – “mirasdan əldə edilmiş pulun vərəsələr arasında düzgün pay bölgüsünün a parılması” tələbinin təmin olunması hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)389/2019 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)429/2018 saylı qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsindən görünür ki, xx xxxxx 2006-cı il tarixdə verilmiş vəsiyyətnamə ilə Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. Apellyasiya icraatında müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri XXX

31. Yeni qaydalarla: XXX ünvanında yerləşən sahəsi 69,33 kv/m ol an mənzil iddiaçıların ataları və cavabdehin babası Cavabdeh mülkiyyətində olmuşdur. Həmin mənzil Cavabdeh tərəfindən xx xxxxx 2006-cı il tarixdə nəvəsi Cavabdeh vəsiyyət edilmiş, baba Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində vəfat etmiş, onun vəfatından sonra mübahisəli mənzilə münasibətdə xx xxxxxx 2016-cı il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış, mübahisəli mənzil 2017-ci ilin fevral ayında satılmışdır. İddiaçılar vərəsə kimi həmin mənzildə onların da paylarının olmasını əsas gətirərək xx xxxxxx 2016-cı il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, mirasdan iddia ərizəsində göstərilmiş qaydada məcburi payın alınaraq onlara verilməsini xahiş edirlər. Cavabdeh tərəf isə mənzilin mərhum XXXnin sərbəst şəkildə iradəsini ifadə edərək nəvəsinə, yəni ona vəsiyyət etməsi nəticəsində adına rəsmiləşdirilərək satıldığını əsas gətirərək iddianı qəbul etmir. İşə baxan Apellyasiya Məhkəməsi tərəflər arasında əvvəllər mövcud olmuş və qanuni qüvvəsini almış məhkəmə qərarlarını, xx xxxxx 2006-cı il tarixdə verilmiş vəsiyyətnamə ilə ünvan 3 ünvanında yerləşən mənzilini Cavabdeh tərəfindən nəvəsi Cavabdeh vəsiyyət etməsini, həmin vəsiyyətnamənin etibarsızlığı ilə bağlı tələblərin rədd edilməsini və digər halları nəzərə alaraq əsaslı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar