Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-333/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçılar - İddiaçı1, İddiaçı3 və X4; Cavabdeh - Cavabdeh iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X7 və İddiaçı5 oğlu tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1656/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X11 və X4 Cavabdeh qarşı Mülki Məcəllənin 1193-cü maddəsinin tələbini və Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci ildə məcburi payın verilməsinə dair çıxardığı qərarını əsas gətirərək qanunu vərəsələrə: İddiaçı1 5833 manat, İddiaçı2 Məmmədəli oğlu 5833 manat, İddiaçı3 5833 manat, X7 6833 manat, İddiaçı5 5833 manat cəmi 29165 manat məcburi pulun Cavabdeh alınıb verilməsi, Cavabdeh 29165 manat məcburi pulun dəyərində miras əmlakın (mənzilin) alnıb verilməsi, və Bakı şəhəri Xətai rayon 40 saylı Notarius tərəfindən Cavabdeh xx.xx.2011-ci ildə 11000 manatlıq vərəsəlik şəhadətnaməsini və xx.xx.2016-cı ildə Mülki Məcəllənin 204.1 maddəsini tələblərini kobudcasına pozaraq atalarının qoyduğu mirasa tam mülkiyyət hüququ verilməsini əsasız hesab edərək ləğv edilməsi barədə iddialarının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X7 və İddiaçı5 oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsələrə 29165 manat məcburi paya uyğun pulun alınıb verilməsi və ya məcburi pulun dəyərində miras əmlakın (mənzilin) alınıb verilməsi və tam hüquqlu vərəsəlik şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. xx xxxxxx 2019-cu il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X7 və İddiaçı5 oğlu məhkəməyə iddia ərizəsinə əlavə verərək,
1. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbini və Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci ildə məcburi payın verilməsinə dair çıxardığı qərarını əsas gətirərək qanunu vərəsələrə: İddiaçı1 5833 manat, İddiaçı2 Məmmədəli oğlu 5833 manat, İddiaçı3 5833 manat, X7 6833 manat, İddiaçı5 5833 manat cəmi 29165 manat məcburi pulun Cavabdeh alınıb verilməsi, Cavabdeh 29165 manat məcburi pulun dəyərində miras əmlakın (mənzilin) alnıb verilməsi;
2. Cavabdeh atamızın miras qoduğu mənzili sataraq 70000 manat pula bahalı maşın, Mingəçevir QRES qəsəbəsindən 2 otaqlı mənzil almış və sonra həmin mənzili xəlvəti sataraq həmin qəsəbədən başqa adamın adına 4 otaqlı mənzil almışdır. Halhazırda böyük qardaşı Allahverdiyev Mütalib yeni alınmış 4 otaqlı mənzildə həyat yoldaşı ilə yaşayır. X3 sağ sahil qəsəbəsi Züleyxa Həsənova küçəsi 2 nömrəli binanın İ mərtəbəsində 2 otaqlı mənzili varıdır. Hal-hazırda 2 otaqlı mənzildə heç kim yaşamır. Bu baxımdan da Cavabdeh 29165 manat məcburi pulun dəyərində miras əmlakın (mənzilin) alınıb verilməsi”
3. Bakı şəhəri Xətai rayon 40 saylı Notarius tərəfindən Cavabdeh xx.xx.2011-ci ildə 11000 manatlıq vərəsəlik şəhadətnaməsini və xx.xx.2016-cı ildə MM-nin 204.1 maddəsini tələblərini kobudcasına pozaraq atalarının qoyduğu mirasa tam mülkiyyət hüququ verilməsini əsasız hesab edərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıların iddiasını xx.xx.2019-cu il tarixdə MPM-nin 152.1.1-ci maddəsinə əsasən geri qaytarmış və qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olmasını göstərmişdir. Həmçinin məhkəmə hazırlıq və baxış iclaslarında iddiaçılara iddia tələblərinə aydınlıq gətirmələri izah edilmişdir. Lakin iddiaçılardan biri olan İddiaçı1 xx.xx.2019-cu il tarixdə məhkəməyə ərizə göndərərək əsas iddia tələblərinin xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ildə verdikləri iddia ərizələrində və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci ildə vermiş olduğu 2(107)- 1341/2018 saylı qətnaməsində məcburi payın cavabdehdən alınıb verilməsi açıq-aydın yazıldığını və əsas iddia tələblərinin 5 iddiaçı vərəsənin hər birinə 5833 manat məcburi pay olmaqla cəmi 29165 manat məcburi paya düşən pulun Cavabdeh alınıb onlara verilməsindən ibarət olduğunu qeyd etmiş, ikinci iddia tələbinin isə MPM-nin 158.1.1 və 158.3.4 maddələrinə əsasən iddianın ödənilməsi baxımından verilən tələb olduğunu vurğulamışdır. Göründüyü kimi, iddiaçılar iddia tələbləri üzrə əsaslı dəqiqləşmə aparmaq istəməmişlər. Ancaq iddiaçıların birinci instansiya məhkəməsinə təqdim etdiyi xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsinə əlavədən aydın olur ki, həmin əlavədə 1-ci və 2-ci bəndlər üzrə tələbləri eynilik təşkil edir. Həmçinin İddiaçı1 xx.xx.2019-cu il tarixli ərizəsində göstərilənlər də xx xxxxxx 2019cu il tarixli iddia ərizəsinə əlavə ilə əhatə olunduğundan birinci instansya məhkəməsi iddiaçıların xx xxxxxx 2019-cu il tarixli qeyd edilən iddia ərizəsinə 1-ci və 3-cü bəndlər üzrə əlavəsini MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Cavanşir küçəsi 31 saylı evdə yerləşən 31 saylı mənzil mərhum atası Cavabdeh mülkiyyətində olmuşdur. Atası Məmmədəli bir qadınla həmin ünvanda yaşamışdır. Övladlarından heç biri atası ilə qalmamışdır. Lakin o və digər övladları vaxtaşırı onun yanına gedib gəlmişlər. Atası sağlığında həmin mənzilin bütün övladlarına məxsus olduğunu bildirmişdir. Lakin atasının vəfatından sonra həmin evin qardaşı X1 oğlu Cavabdeh vəsiyyət edilməsi onlara məlum olmuşdur. Halbuki ataları sağlığında evin nəvəsinə vəsiyyət ediləcəyi ilə bağlı heç bir söz deməmişdir. Onun vəfatından sonra belə bir vəsiyyətnamənin meydana çıxması həmin vəsiyyətnamənin qanunsuz yolla əldə edildiyini deməyə əsas verir. Həmçinin vəsiyyətnamə əsasında adına rəsmiləşdirilmiş evi cavabdehlər xx xxxxxx 2017-ci ildə bir nəfər Bakı şəhər sakininə 70000 manata satmışlar. Sənəd üzərində evin 70000 manata satıldığı qeyd edilsə də ev əslində faktiki olaraq daha baha qiymətə satılmışdır. Ev satıldıqdan sonra cavabdehlər tərəfindən nə ona, nə də ki, digər iddiaçılara heç bir pul vəsaiti ödəmənilməmişdir. Halbuki satılan ev mərhum atasına məxsus olmaqla onun satışından əldə edilən pul vəsaiti də vərəsələr arasında bölünməli idi. Ataları Cavabdeh 6 övladı var və onların hamısı indi də sağdır. Cavabdeh (nəvə) Mustafa oğlu xx.xx.2016-ci ildə DƏDRX-nin vasitəsi ilə RX seriyalı ******* saylı çıxarış almışdır. MMnin 204.1 madəsinin tələblərinə görə çıxarış alan zaman orderdə qeyd olunan şəxslərin onun, X13 və X8 rəsmi razılıq ərizələri daşınmaz əmlakın dövlət reystrində qeyd olunduqdan sonra tam mülkiyyət hüququna malik ola bilər. Lakin çıxarışda yalnız nəvənin Cavabdeh qeydə alınmışdır. Cavabdeh yanvar ayının axırı, fevral ayının əvvəlində digər vərəsələrin xəbəri olmadan atalarının adına olan 100000 manat dəyərindəki, torpaq sahəsi və məzillə birlikdə əmlakı 70000 manata satmışdır. Çıxarışın alındığı vaxtla mənzilin satıldığı vaxt arasındakı vaxt heç 3 ay tamam deyildir. Mənzil satılandan 2-3 ay sonra qanunu vərəsələrin xəbərləri olmuşdur. Cavabdehdən atalarının mirasından əldə edilən puldan onlara da verilməsini istədikdə cavabdeh onlara bildirmişdir ki, “sizə pul düşmür, atanız və həm də mənim babam mənzili mənə bağışlayıb. Qanunlara uyğun olaraq satmışam və sizə bir qəpik də olsun pul düşmür”. Bildirdi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsi ilə onların cavabdehə qarşı olan Azərbaycan Respublikası MM-nin 1146-cı maddəsinə əsasən vərəsələrin şikayətini nəzərə alaraq mirasın açıldığı vaxt məhkəmənin qərarının qüvvəyə mindiyi gündən mirasın açıldığı vaxtdan sayılması, vəsiyyətnamə 1159.1.1 və 1159.1.3-cü maddələrinə zidd olduğu üçün və atalarının iradəsinin zəifliyindən istifadə edərək Cavabdeh (nəvəsinə) adına mülkün bağışlanması ilə yazdırdığı vəsiyyətnamənin etibarsız sayılması, MM-nin 1157, 1278, 1302 və 1303 maddələrinə əsasən mirasdan əldə edilmiş pulu vərəsələr arasında düzgün pay bölgüsünün aparılmasına dair iddiaları təmin edilməmişdir. Məhəmənin həmin qətnaməsindən apelyasiya şikayəti vermişlər və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-1341/2018 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsi qətnaməsi qismən ləğv olunsun, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlunun, İddiaçı3, X9, X4 cavabdehlər X2 və Cavabdeh qarşı vərəsəlik payının alınması tələbi təmin edilmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X11 və X4 hər birinin miras əmlaka olan nisbətdə əmlakın dəyərinin-70000 manatın 1/6 hissəsinin % hissəsinə 5833 manata məcburi pay hüquqları tanınmış, miras əmlaka olan nisbətdə əmlakın dəyərinin 70000 manatın 1/6 hissəsinin 1/4 hissəsini təşkil edən məcburi pay 5833 manat olmaqla, cəmi 29165 manat pul Cavabdeh alınaraq məcburi pay almaq hüququ olan İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X11 və X6 müstəqil şəkildə, paylarına uyğun olaraq alınıb verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bildirdi ki, apelyasiya məhkəməsinin qeyd edilən qətnaməsi ləğv olunsa da həmin qətnamədə cavabdehdən onların xeyrinə müəyyən edilən məcburi pay aydın olaraq göstərilmişdir. Hazırda həmin payı tələb edirlər. Buna görə də hesab edirlər ki, iddia əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı3 X7 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək izahatlar verərək İddiaçı1 göstərdiklərini eyni ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Cavanşir küçəsi 31 saylı evdə yerləşən 31 saylı mənzil mərhum babası Cavabdeh mülkiyyətində olmuşdur. Babası Məmmədəli bir qadınla həmin ünvanda yaşamışdır. Övladlarından heç biri atası ilə qalmamışdır. Lakin atasıX5 və digər övladları vaxtaşırı onun yanına gedib gəlmişlər. Lakin son vaxtlar babası həmin evdə tək yaşadığından, ona baxan olmadığından atası X5 1994-cü ildə babasını Bakı şəhərindən özünə məxsus Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən evinə gətirmişdir. Babasına o, və atası baxmışdır. Yəni babası qalan ömrünü onların yaşadığı atasıX2 məxsus evdə yaşamış və vəfat etmişdir. Bu səbəbdən də babası Bakı şəhərində yerləşən evi ona vəsiyyət etmişdir. Babası Məmmədəli xx xxxxxx 2009-cu ildə vəfat etmişdir. Babasının vəfatından sonra o, notariat orqanından şəhadətnamə alaraq adına rəsmiləşdirmiş həmin evi 2017-ci ilin fevral ayında 70000 manata satmışdır. Ev atasının sərbəst iradəsi ilə onun adına rəsmiləşdiyindən iddiaçıların mübahisəli ev üzərində heç bir hüquqları yoxdur. Həmçinin göstərmişdir ki, iddiaçılardan İddiaçı2 Məmmədəli oğlunun və İddiaçı5 məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq iddiaya mahiyyəti üzrə bütövlükdə baxilmasıını xahiş etmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində digər iddiaçılar İddiaçı2 Məmmədəli oğlunun və İddiaçı5 iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X7 və İddiaçı5 oğlu apelyаsiyа şikаyəti vermişlər.
Apelyasiya şikayətinin dəlilləri:
İddiçılar apelyasiya şikayətində göstərmişlər ki, birinci instansiya məhkəməsi maddi və prosesual hüquq normalarının pozulması və işə aidiyyəti olan sübutların araşdırılması hesabına qətnamə çıxarmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsinin ləğv edilərək, məcburi payın verilməsi ilə əlaqədar iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
İşdə iştirak edən şəxslərin izahatları:
Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsinin ləğv edilərək, məcburi payın verilməsi ilə əlaqədar iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı2 Məmmədəli oğlu və İddiaçı5 oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnamədən görünür ki, xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş Cavabdeh vərəsəsi Cavabdehdur və şəhadətnamə verilən miras əmlak Cavabdeh verilmiş reyestrdən çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 31, mənzil 31. Yeni qaydalarla: ünvan 1 M7,m1 ünvanında yerləşən 69,33 kv/m olan mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin Bakı ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 31, mənzil 31. Yeni qaydalarla: ünvan 1 M7, m1 nömrəli yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X11 və X4 cavabdehlər X5 və Cavabdeh qarşı Azərbaycan Respublikası MM-nin 1146-cı maddəsinə əsasən vərəsələrin şikayətini nəzərə alaraq mirasın açıldığı vaxt məhkəmənin qərarının qüvvəyə mindiyi gündən mirasın açıldığı vaxtdan sayılması, vəsiyyətnamə 1159.1.1 və 1159.1.3-cü maddələrinə zidd olduğu üçün və atalarının iradəsinin zəifliyindən istifadə edərək Cavabdeh (nəvəsinə) adına mülkün bağışlanması ilə yazdırdığı vəsiyyətnamənin etibarsız sayılması, MM-nin 1157, 1278, 1302 və 1303 maddələrinə əsasən mirasdan əldə edilmiş pulu vərəsələr arasında düzgün pay bölgüsünün aparılmasına dair iddialarının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1341/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X11, X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)- 429/2018 saylı qətnaməsinin qismən ləğv olunması, ləğv olunmuş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlunun, İddiaçı3, X9, X4 cavabdehlər X2 və Cavabdeh qarşı vərəsəlik payının alınması tələbinin təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X11 və X4 hər birinin miras əmlaka olan nisbətdə əmlakın dəyərinin-70000 manatın 1/6 hissəsinin % hissəsinə 5833 manata məcburi pay hüquqlarının tanınması, miras əmlaka olan nisbətdə əmlakın dəyərinin 70000 manatın 1/6 hissəsinin 1/4 hissəsini təşkil edən məcburi pay 5833 manat olmaqla, cəmi 29165 manat pul Cavabdeh alınaraq məcburi pay almaq hüququ olan İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X11 və X6 müstəqil şəkildə, paylarına uyğun verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinni xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7737/18 saylı qərarından görünür ki, cavabdehlər X5 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(107)-1341/2018 saylı qətnaməsinin qismən – “mirasdan əldə edilmiş pulun vərəsələr arasında düzgün pay bölgüsünün aparılması” tələbinin təmin olunması hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)389/2019 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsinin baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsindən görünür ki, xx xxxxx 2006-cı il tarixdə verilmiş vəsiyyətnamə ilə Cavabdeh ünvan 2 mənzil 31 ünvanında yerləşən mənzilini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsindən görünür ki, Şəki şəhər İHB-nın Böyük Dəhnə kəndindəki nümayəndəliyi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 31, mənzil 31. Yeni qaydalarla: ünvan 1 M7,m1 ünvanında yerləşən sahəsi 69,33 kv/m olan mənzil iddiaçıların ataları və cavabdehin babası Cavabdeh mülkiyyətində olmuşdur. Həmin mənzil Cavabdeh tərəfindən xx xxxxx 2006-cı il tarixdə nəvəsi Cavabdeh vəsiyyət edilmiş, baba Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində vəfat etmiş, onun vəfatından sonra mübahisəli mənzilə münasibətdə xx xxxxxx 2016-cı il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış, mübahisəli mənzil 2017-ci ilin fevral ayında satılmışdır. İddiaçılar vərəsə kimi həmin mənzildə onların da paylarının olmasını əsas gətirərək xx xxxxxx 2016-cı il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, mirasdan iddia ərizəsində göstərilmiş qaydada məcburi payın alınaraq onlara verilməsini xahiş edirlər. Cavabdeh tərəf isə mənzilin mərhum Məmmədəlinin sərbəst şəkildə iradəsini ifadə edərək nəvəsinə, yəni ona vəsiyyət etməsi nəticəsində adına rəsmiləşdirilərək satıldığını əsas gətirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs baba Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində vəfat etmiş, ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə 2016-cı il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – baba Cavabdeh 2009-cu il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci il sentyabr redaksiyada) müddəaları əsasında həll olunmalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçıların tələbi 2 (iki) hissədən ibarətdir: -mirasdan məcburi pay tələbi; -vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəliyin obyekti mülki qanunvericilikdə miras əmlak anlayışı ilə əhatə olunur. Qanunun mənasına görə miras əmlak dedikdə, ölən şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. O da qeyd edilməlidir ki, ölmüş şəxslərin vərəsələrinə yalnız əmlak xarakterli mülki hüquq və vəzifələr keçə bilər. Digər tərəfdən, vərəsəlik qaydasında o əmlak keçə bilər ki, həmin əmlak qanuni əsaslarla miras qoyana məxsus olmuş olsun. Miras kifayət qədər geniş və əhatəli anlayış olub özündə əmlak hüquqlarını, əmlak vəzifələrini və bəzi şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Əmlak hüquqlarının məcmusu miras aktivini, əmlak vəzifələrinin məcmusu isə miras passivini yaradır. Deməli, miras əmlak miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Mirasın tərkibində əşya hüququnun bir növü kimi mülkiyyət hüququnun xüsusi yeri var. Müxtəlif əşyalar ( ev, mənzil, torpaq və s.) üzərində mülkiyyət hüququ mirasın tərkibinə daxildir. Yəni, üzərində tam mülkiyyət hüququ yaranmış əşyalar mirasın kütləsinə daxil ola bilər. Mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. İddiaçılar miras əmlakdan məcburi pay tələb etsələr də onlar atalarından miras qalan əmlakla bağlı məcburi pay hüququ olan vərəsə kimi mirası qanunla müəyyən olunmuş müddət ərzində rəsmi, yaxud faktiki qəbul etmələri ilə əlaqədar hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Mülki Məcəllənin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə qaydası isə Mülki Məcəllənin 1243.2-ci maddəsində müəyyən olunmuşdur. Bu maddəyə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda şərh olunanlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçılar atalarından qalan miras əmlakı faktiki və ya rəsmi qəbul etməmiş, bununla bağlı hər hansı sübutlarını məhkəmələrə təqdim etməmişlər. İddia tələbinin ikinci hissəsi xx xxxxxx 2016-cı il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsidir. İş materiallarını araşdırarkən aydın olur ki, xx xxxxxx 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2006-cı il tarixdə baba Cavabdeh tərəfindən nəvə Cavabdeh verilmiş vəsiyyətnamə əsasında verilmşdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xx xxxxxx 2016-cı il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. İkincisi qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsası kimi çıxış edən xx.xx.2006-cı il tarixdə baba Cavabdeh tərəfindən verilmiş vəsiyyətnamə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-429/2018 saylı mülki işi üzrə iddiaçılar tərəfindən mübahisələndirilmiş, lakin məhkəmənin xx xxxxxx 2018ci il tarixli, 2(075)-429/2018 saylı qətnaməsi ilə etibarsız hesab edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa iddiaçılar xx.xx.2011-ci ildə verilmiş 11000 manatlıq vərəsəlik şəhadətnaməsinin ləğvini xahiş etsələr də belə bir şəhadətnamənin mövcudluğu ilə bağlı da məhkəmələrə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar rkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3, X7 və İddiaçı5 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1656/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov
Hakimlər: Mirbahəddin Hüseynov
Mübariz Hüseynov